Məhkəmə qərarları › İş №2(102)-2012/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2012/2025

10.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2012/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ; icarədarın ailə üzvü olmayan şəxsləri yaşayış sahəsinə köçürməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Eİşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-834/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1995-ci ildə Səbail RİH başçısının sərancamı ilə, X9 ailə üzvləri ilə birgə AğaNeymətulla küçəsi 1 nömrəli evin 3 otaqlı 46,73 kv.m sahəsi olan 29 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair order verilmişdir. Orderdə ailə üzvləri kimi X6 arvadı İddiaçı, onların uşaqları X2 və X3 adları qeyd olunmuşdur. 2. 2008-ci ildən Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır. 3. 2013-cü ildə X11 Cavabdeh1 mübahisəli mənzili almaq, satmaq, bağış lamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamaq və s. digər səlahiyyətləri verən 10 illik müddətə etibarnamə vermişdir.

4. X11 2020-ci ildə vəfat etmiş, vərəsəsi kimi İddiaçı tanınmışdır.

5. Nərimanov Rayon Məhkəməsinin 2(005)-801/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abbasova (Hacıyeva) Səidə Yusif qızına qarşı “mübahisəli mənzilin texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

6. Nərimanov Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mübahisəli mənzilə dair a lqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilsə də, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6386/2023 nömrəli qətnaməsi ilə təmin edilmiş, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, qəbul ediləcək qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının həmin qətn amədə qeyd edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli mənzil 1995-ci ildə iddiaçının ərinə ailə üzvləri ilə birgə yaşaması üçün verilmişdir. Həmin mənzildə müvəqqəti yaşamaq üçün cavabdehlərə icazə verilmiş və onlar da bir müddət həmin mənzildə yaşamışlar. Sonradan, Cavabdeh1 Rusiya Federasiyasına getmiş, qızları isə köçüb başqa yaşayış yerdə yaşamışlar. Əri vəfat etdikdən sonra, mənzillə əlaqədar sənədləşmə işlərini aparmaq istəyərkən Cavabdeh1 Əmlak Komitəsinin nümayəndəsinin inventarlaşma işlərinə maneə yaratmışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilmiş və iddia təmin edilmişdir. Hazırda cavabdeh özü və ailəsinə məxsus mənzili zəbt etməklə istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır. Onların qanunsuz hərəkətlərinə görə mənzildə n istifadə edə bilmirlər.

9. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı mərhum əri X12 tərəfindən 1996-cı ildə mübahisəli mənzilə köçürülmüşdür. Belə ki, həmin mənzil order əsasında istifadə hüququ ilə X8 məxsus olmuş, onun və ailə üzvlərinin razılığı ilə Cavabdeh1 mənzil üzərində istifadə hüququ əldə etmişdir. Qarayev İldırım və onun ailə üzvləri 1996-cı ildə qarşılıqlı onunla razılaşaraq mənzili tam boşaldaraq təhvil vermişdirlər. Həmin dövrdə mənzilin yerləşdiyi binanın istismara qəbul edilməməsi səbəbindən mənzil barədə hüquqların dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bu səbəbdən İ.Qarayev Cavabdeh1 mənzilin sənədləşdirilməsi ilə bağlı (tərəflərin iradəsindən asılı olmayan obyektiv səbəblərin aradan qalxmasından sonra) mənzilin sonuncunun adına qeydiyyata alınması məqsədilə 10 illik etibarnamə vermişdir. Ötən dövr ərzində, mərhum X4 həyat yoldaşı İddiaçı və digər ailə üzvləri onun həmin mənzildə yaşamasından məlumatlı olmuşlar və heç bir etirazları mövcud olmamışdır.

11. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Evə dair sənədlər düzəltmək istəyərkən Əmlak Komitəsi tərəfindən baxış keçirilməsi üçün mənzilə nümayəndələr gəlmişdi. Bu zaman orada kirayədə yaşayan şəxslər cavabdehlərə məlumat vermiş və sonuncular Moskvadan qayıtmışlar. Bundan sonra onlar arasında mübahisə böyümüşdür.

12. Cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlər mənzildə əsaslı olaraq yaşayırlar. Belə ki, mənzil iddiaçının mərhum əri İldırım Qarayev tərəfindən cavabdehə satılmış, onun ailə üzvlərinin razılığı ilə də cavabdeh ora köçmüşdür. 1997-ci ildən bəri orada yaşayırlar. Kommunal xidmətlərə dair müqavilələr də onlarla bağlanmışdır.

13. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2137/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir (hakim Səbinə Nuriyeva).

14. Məhkəmə işdə olan sənədlərə (sərəncam, məhkəmə aktları və s.) və sərəncamın verildiyi vaxtı qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə istinad etməklə müəyyən etmişdir ki, İddiaçı mübahisəli mənzilə dair subyektiv hüquqları mövcuddur. Belə ki, Səbail RİH başçısının xx.xx.1995-ci il sərəncamı həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, İddiaçı mənzilə dair hüquqlarını təsdiq edən sənəddir. Digər tərəfdən İddiaçı mərhum X4 vərəsəsidir. Onun mübahisəli mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi var. Mənzil dövlət mülkiyyətində olsa da, onun mənzili qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ var. Cavabdehlər isə mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşamışlar.

15. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı bir hüquqları olmadan orada yaşamaları və mənzildən çıxmamaları, iddiaçının həmin mənzilə dair əmlak hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə maneə yaradır və onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur.

16. Məhkəmə onu da əlavə etmişdir ki, Cavabdeh1 məhkəməyə mübahisəli mənzilə dair hüquqlarının mövcudluğu ilə bağlı hər hansı bir sübut - hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Qarşılıqlı iddianın etibarnamə ilə bağlı dəlilinə gəldikdə isə bu etibarnamə mənzilin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmasına əsas olmamaqla, mənzilə dair hüququn etibarnaməli idarəçiyə keçməsinə də səbəb olmur. Digər tərəfdən mənzilin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması, onun mənzilə istifadə hüququnun hüququnun olmasını təsdiq etmir.

17. Cavabdeh1 mübahisəli mənzildə heç bir hüququ olmadan yaşamağa başlaması, sonuncunun mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olması k imi qiymətləndirilə bilməz. Cavabdeh1 X4 (habelə İddiaçı) ailə üzvü deyil, bu mənzilə icarədarın onunla birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə köçməmiş, həmin şəxslərlə birlikdə mənzil üzrə ümumi təsərrüfat aparmamışdır. Cavabdeh1 faktiki olaraq ailə üzvləri ilə birlikdə mənzili özbaşına tutmaqla hər hansı hüquqi əsas olmadan orada yaşayır. Bu hal mənzil üzrə əmlak hüquqları olan şəxsə - İddiaçı məlum olduqdan sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onun mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz.

18. Hüquqi nəticə etibarı ilə İddiaçı order əsasında ona məxsus olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Cavabdehlərin mənzildə yaşaması nəticə etibarı ilə İddiaçı həmi n mənzilə olan bütün hüquqlarının pozulmasına səbəb olur.

19. Məhkəmə onu da qeyd etmişdir ki, bu qətnamə istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və mənzildə qeydiyyatda olan ilkin iddia tələbi üzrə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmalarına əsas verir.

20. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.3, 152.5-ci, 157.4-cü, Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiya) 48,53, 54, 123-cü, qüvvədə olan Mənzil Məcəlləsinin 59.1,59.2,59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88 və 107-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

21. Cavabdeh1 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk id dianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur:  İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda nə iddiaçının mərhum əri İldırım Qarayev, nə də hazırkı İddiaçı mülkiyyətçi deyillər. Mənzilin boşaldılması və təhvili barədə tələb mülkiyyətçiyə məxsus hüquq kimi realizə oluna bilər.  Birinci instansiya məhkəməsi qətnaməsində onun mübahisəli mənzilə razılıq olmadan qanunsuz köçməsi barədə mövqeyini bildirsə də, nəzərə almamışdır ki, iddiaçı özü iddia ərizəsində birbaşa bunu əksini qeyd etmişdir. Digər bir tərəfdən Cavabdeh1 25 ildən çoxdur k i, mübahisəli mənzildə yaşamışdır. Bu müddət ərzində onunla İddiaçı arasında heç bir mübahisə olmamışdır.

23. Digər Cavabdeh2 da Cavabdeh1 ilə eyni məzmunlu apellyasiya şikayəti vermişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-834/2025 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilmiş, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ tanınmışdır (hakimlər: Sabit Bəhramzadə - sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Xumar Mərdanova)

25. Məhkəmə kollegiyası bildirmişdir ki, qarşılıqlı iddia istifadə hüququnun tanınması ilə bağlıdır və ilki n iddianın uğurluluğu qarşılıqlı iddianın təmin olunub-olunmamasından asılı olduğundan ilk növbədə qarşılıqlı iddiaya münasibət bildirilməlidir.

26. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə Cavabdeh3 mübahisəli mənzilə köçmüş, mənzildə qeydiyyata düşmüş, uzun müddət həmin mənzildə yaşamışlar. 116 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 76 №li arayışın surətindən görünür ki, A.Neymətulla küçəsi 1987-ci məhəllə 29 №-li mənzildə daimi qeydiyyatda olanlar - X12, qohumu Cavabdeh2, qohumu Cavabdeh3 və qohumu Cavabdeh1dır.

27. Qarşılıqlı iddiaçı hazırkı iddia tələbində və apellyasiya şikayətində 1996-ci mübahisəli mənzili ilkin iddia üzrə iddiaçının mərhum həyat yoldaşından aldığını, təmir etdiyini v ə həmin mənzilə köçdüyünü bildirir. Tərəflər arasında qeyd olunan alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuş və iddia tələbi təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş “alqı-satqı müqaviləsinin” bağlanılmış hesab olunması barədə məhkəmə mübahisələrində iddia tələbinin təmin olunmamasına baxmayaraq məhkəmə qərarlarında iddiaçının ailə üzvləri ilə birlikdə həmin mənzilə köçməsi və mənzildə uzun müddətdir yaşaması müəyyən olunur. Eyni zamanda hazırkı icraat üzrə iş materiallarından və tərəflərin izahatlarından qarşılıqlı iddiaçının uzun müddətdir mübahisəli mənzildə yaşadığı müəyyən olunmuş, ilkin iddiaçının mənzildə hər hansı müddət ərzində yaşaması barədə sübut təqdim edilməmişdir.

28. Qarşılıqlı iddiaçı mənzil üçün 8500 ABŞ doll arı məbləğində vəsait ödədiyini bildirmişdir. Məhkəmə iclaslarında çıxışlar zamanı barışıq sazişi ilə bağlı danışıqlar aparılan zaman ilk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən onların 8500 ABŞ dollarını qarşılıqlı iddiaçıya qaytarması və əvəzində tələblərdən imtina etməsi təklif olunmuşdur. İş materiallarında olan notarial təsdiqli etibarnamədən görünür ki, ilk iddia üzrə iddiaçının mərhum əri tərəfindən ona order əsasında təqdim olunmuş hazırkı mübahisəli mənzil üzərində bütün hüquqları qarşılıqlı iddia üzrə iddiaçıya ötürmüşdür. Etibarnamə Bakı şəhəri 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə verilmiş və X12 həmin etibarnamə ilə Cavabdeh1 10 il müddətinə ona məxsus A.Neymətulla küçəsi ev 1, mənzil 29 ünvanında yerləşən mənzili almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, icarəyə vermək haqqında əqdlər bağlamağı və s. digər səlahiyyətləri etibar etmişdir.

29. İş materiallarına əsasən, hazırkı iş üzrə X5 Cavabdeh1 mübahisəli mənzili satması, lakin sözügedən münasibətin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsi, mənzilə dair hüquqların rəsmiləşdirilməsi məqsədilə etibarnamə verməsi, Cavabdeh1 və Cavabdeh3 həmin mənzilə köçərək orada yaşamaları, İddiaçı həmin mənzildə yaşamadığı və İddiaçı uzun müddətdir mübahisəli mənzilə gəlib-getmədiyi işin mübahisəsiz hallarıdır. Eyni zamanda kollegiya qeyd etmişdir ki, hətta Cavabdeh1 2008-ci ildən qeydiyyata düşməklə yaşaması müəyyən edilsəydi belə, yuxarıda qeyd edilənlərə əsasən onun hüquqları mübahisəli mənzilə yaranmış olurdu.

30. Məhkəmə kollegiy ası müəyyən etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə İddiaçı əri ilə əldə olunmuş qarşılıqlı razılaşma əsasında köçmüş və elə həmin vaxtdan da həmin evdə qanuni əsaslarla yaşamışdır. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər.

31. Məhkəmə k ollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini qarşılıqlı şəkildə qiymətləndirərək belə qərara gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində istifadə hüququ tanınmalıdır. Belə olduğu halda, qarşılıqlı iddia tələbi təmin olunduğundan, prosessual qənaət prinsipinə əsasən, ilkin tələbinin qiymətləndirilməsinə və münasibət bildirilməsinə zərurət qalmır.

32. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.1, 152.3, 152.5-ci, 157.4cü, Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiya) 53 və 54-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88 və 107-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (vəkil X13) kassasiya şikayəti vermiş, apellyasiya instans iyası məhkəməsinin qətnamənin ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Şikayətin ilkin dəlilinə görə, mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsini iş üzrə düzgün tətbiq etməyən məhkəmə kollegiyası nəzərə almamışdır ki, Cavabdeh1 İldırım Qarayev və onun ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşamamış, onlarla birgə təsərrüfat aparmamışdır. Bu hal isə, onun ailə üzvü olmasını istisna edir.

35. Digər dəlilə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsini də iş üzrə səhv tətbiq edərək, qarşılıqlı iddia tələbini təmin etmişdir. Halbuki, h əmin normanın adı “İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ” olmuşdur ki, burada qanunverici icarədarın razılığı ilə istənilən şəxsin deyil, ailə üzvü qismində köçürülmüş şəxsin mənzildən istifadə hüququnun yaranmasını nəzərdə tutmuşdur. Cavabdeh1 isə ailə üzvü deyildir. Odur ki, onun uzun illər mənzildə maneəsiz yaşaması mənzildən istifadə hüququ əldə etməsinə əsas kimi qiymətləndirilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ilədək qüvvədə olan redaksiya)

37. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik dirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

38. Maddə 54.İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə mü əyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qa ydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması hallar ı müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası mülki işin materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

53. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bəra bər surətdə istifadə hüququ əldə edirlər.

54. Cavabdeh X1 mübahisəli mənzilə mənzilin icarədarı olan X4 özü tərəfindən köçürülməsi və bu günədək həmin mənzildə mübahisəsiz yaşaması, mərhum icarədar və onun ailə üzvlərinin həmin mənzildə yaşamaması müəyyən edilmişdir.

55. Kassator kassasiya şikayətində Mənzil Məcəlləsinin 54-cü maddəsinin məhkəmələr tərəfindən düzgün tətbiq olunmadığını, bu maddəyə əsasən köçürülməli olan şəxsin ailə üzvü olmasını, həmçinin bu köçürmənin ailə üzvlərinin razılığı ilə baş verməli olduğunu göstərmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil əsassızdır. Belə ki, həmin maddə həm ailə üzvlərinin, həm də ailə üzvü olmayan başqa şəxslərin köçürülməsini tənzimləyir.

57. Kassatorun istinad etdiyi “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında” Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarna əsasən, Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır.

58. Lakin ailə üzvlərinin razılığının forması(yazılı və ya şifahi) qanunvericilikdə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin uzun müddət həmin mənzildə yaşaması, icarədarın ailə üzvlərinin keçən müddət ərzində buna etiraz etməməsi bu köçürülmənin ailə üzvlərinin razılığı ilə həyata keçirildiyini təsdiq edir. İddiaçı iddia ərizəsində də mənzildə müvəqqəti yaşam aq üçün cavabdehlərə icazə verildiyini göstərmişdir.

59. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçının dövlət mənzil fonduna məxsus olan mənzilə istifadə hüququnun tanınmalı olması barədə apellyasiya instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2025-ci il tarixli, 2(1 03)834/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar