Məhkəmə qərarları › İş №2(102)-2014/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2014/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2014/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, qeyri-yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1496/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnam əsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan orta hissəsinin 2-ci mərtəbəsində yerləşən və sahəsi 190 kv metr tə şkil edən (mağazanı, dükanı) “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 2. xx.xx.2007-ci il tarixli Maliyyə arayışına əsasən, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyri-yaşayış sahəsi (ofis) İddiaçı məxsusdur. Bu binanın A1 və A2 orta girişi, ümumi sahəsi 190 kv metr olan 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin pay dəyəri tam ödənilmişdir, borcu yoxdur.

3. Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 070 №-li müqaviləsinə əsasən, həmin müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsa sən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun sağ hissəsində, 2-ci mərtəbədə yerləşən Xocalı prospektinə baxan 8 x 7,5=60 kv metr təşkil edən ofis, qeyri-yaşayış sahə “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

4. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv metr o lan 15 saylı, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 98,5 kv metr olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin Cavabdeh1 MTK tərəfindən tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv metr-dən ibarət mənzilin ona verilməsi və eyni ünvanda A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv metr-dən ibarət mənzilə görə ödənilmiş 123000 manat pulun və ya onu Cavabdeh2 MMC-nin arayışı əsasında verilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın “D” blokunun 8-cı mərtəbəsind ə yerləşən, ümumi sahəsi 90.5 kv metr olan 15 saylı və 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv metr olan 16 saylı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv metr təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv metr mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 646/2024 saylı xx.xx.2024- cü il tarixli qətnaməsi ilə, Dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə onların dəyəri olan ümumilikdə 315.630 (üç yüz on beş min altı yüz otuz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi s ahəsi 12,0 x 5,0 m, 60.0 kv metr təşkil edən qeyri-yaşayış sahəsinin (mağaza) ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hom-Paş Prestij” MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60 kv metr və 65 kv metr təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilini n 2-ci mərtəbədə olan 8 x 75 ölçüsündə ümumi sahəsi 60 kv metr qeyri-yaşayış sahələrinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh2 MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh2 MMC sonradan cavabdeh qismində işə cəlb olunmuşdur, həmin iş üzrə iddia ərizəsi ilə tanış olduqda, iddia tələbinin əvvəllər Cavabdeh1 MTK-nə qarşı yönəldiyini görünür. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında bir neçə belə iddia tələbləri olmuş və hal-hazırda da ayrı-ayrı hakimlərin icraatındadır. Bu iddialarda əslində Cavabdeh1 MTK cavabdeh olsa da, bu tamamilə formal xarakter daşıyır. Sonradan işə Cavabdeh2 MMC də cəlb olunur. Cavabdeh2 MMC-də olan məlumata əsasən, bu kimi iddiaları Cavabdeh1 MTK-nın sədri, əvvəllər dələduz əməllərinə görə məhkum edilmiş Hikmət Yigitdöl irəli sürür. Belə ki, bu iddia tələbi də İddiaçı tərəfindən əvvəllər Cavabdeh1 MTK-a qarşı irəli sürülmüş sonradan iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirilərək, Cavabdeh2 MMC bu işə cəlb olunmuşdur. Məlum olduğu kimi, Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdöl, müqavilədə qeyd olunun ünvanda yerləşən binalarda olan yaşayış və qeyri-yaşayış sahələrini təkrar-təkrar başqa-başqa adamlara sataraq dələduzluq əməli törətmiş və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır. Bu iş üzrə araşdırma təxminən 2017-2019-cu illərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmışıdr. Maraqlıdır nə üçün bu müddətdə, iddiaçı bir dəfə də olsun sonuncu quruma müraciət etməmişdir. Baxma yaraq ki, iddiaçı özü də həmin iş üzrə digər sahələr üzrə zərərçəkmiş kimi tanınmışdır. Nəyə görə başqa sahələri tələb etdiyi kimi, hal-hazırda iddia predmeti olan 60 kv metr sahəni tələb etmirdi?! Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə auditor rəyi tərtib olunmuş və həmin rəyə əsasən Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdölün ziyan vurduğu zərərçəkmişləri siyahısı tərtib edilmişdir. Həmin audit rəyində İddiaçı, Cavabdeh1 MTK-nin tikdiyi qeyri-yaşayış binasının 1-ci mərtəbəsində 60 kv metr qeyri- yaşayış sahəsi olan 8 saylı mağazanın verilməsi qeyd olunmayıb. Hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə saxta müqavilədir və sonradan tərtib olunmuşdur. Belə ki, halhazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında 2(011)-1954/2024 saylı mülkü iş vardır ki, həmin iş də də eyni ssenari ilə Cavabdeh2 MMC cavabdeh qismində cəlb olunmuşdur. Həmin mülki iş üzrə olan iddiaçı X2 da iddia tələbi irəli sürərək, Cavabdeh1 MTK-nin tikdiyi qeyri-yaşayış binasının 1-ci mərtəbəsində 8 saylı mağazada olan 65 kv metr qeyri-yaşayış sahəsinin verilməsini məhkəmədən xahiş edir. Qeyd olunanlara əsasən iş üzrə olan iddia tələbinin rədd olunması barədə qətnamə və qeyd olunan faktlar əsasında xüsusi qərardad qəbul olunmasını xahiş edir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı, Cavabdeh1 MTK ilə xx.xx.2007-ci il tarixdə müqavilə bağlayaraq Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 bloklarının orta hissəsində 1-ci mərtəbədə yerləşən 8 nömrəli mağaza, ümumi sahəsi 12,0 x 5,0 m, 60 kv metr təşkil edən qeyri-yaşayış sahəsini (mağaza) almışdır. Bu faktı cavabdeh tərəfindən İddiaçı verilmiş maliyyə arayışı təsdiq edir. Ümumilikdə, iddiaçının üç yeri olub orda: 60 kv metr, 65 kv metr və 60 kv metr sahələri olan, ikinci mərtəbədə 190 kv metr olub. Evi hər iki tərəfdən istəyir. Cavabdeh2 MMC-dən ona görə istəyir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında razılıq ərizəsi var. 2018-ci ilin avqust ayında Hikmətlə bağlı iş gedəndə müqavilə bağlanıb. Ona əsasən Auditdə olan şəxsləri Cavabdeh2 MMC yerləşdirməlidir, həmçinin ikili satışları da. İcra zamanı icra edəndə görəcək Cavabdeh2 MMC var orada Cavabdeh1 MTK yoxdur. Nəzarət edən qurum Cavabdeh2 MMC-dir. İnd i həmin ərazi Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin balansındadır. Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında isə mübahisəli vardır. Həmin ərazidə Cavabdeh2 MMC nə istədiyini edir. Cavabdeh1 MTK sahəni versə, Cavabdeh2 MMC ona mane olur. Buna görə də, tələbləri hər ikisinə yönəldilmişdir. İddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh1 MTK-nin nümayəndəsi Yiğitdöl Hikmət izahatında göstərmişdir ki, İddiaçı üç müqaviləsi var: 60 kv metr, 65 kv metr və 60 kv metr, birinci mərtəbədə 125 kv metr və 2-ci mərtəbə 60 kv metr. İkinci mərtəbədə 190 kv metr olub ondan 240 min manat qarşılığında imtina edib. İddiaçı Audit yoxlamasında adı var. Birinci mərtəbədə olanlar yoxdur, ikinci mərtəbədə olan 60 kv metr sahə var amma. Həmin sahə saxta yolla satılıb ona. Auditdə olan 190 kv metrin bu sahələrə aidiyyatı yoxdur. Elmir Məhərrəmovda olan 65 kv metr və İddiaçı olan 65 kv metr eyni sahədir. Bir biri ilə alqısatqı eləyiblər, əmlakları Cavabdeh2 MMC verməlidir. Məhkəmə, həmin sahənin Cavabdeh1 MTK tərəfindən təhvil verilməsi barədə qərar qəbul etsə, Cavabdeh2 MMC deyəcək, həmin verin sahibi odur, verməkdən imtina edəcək. Ona görə də, Cavabdeh2 MMC-nin üzərinə də öhdəlik qoyulmalıdır. X7 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında üçüncü şəxs Elmir Məhərrəmov izahatında bildirmişdir ki, 65 kv metr olan sahəyə dair hazırda hər hansı bir tələbi yoxdur, həmin sahədən İddiaçı xeyrinə imtina etmişdir. Digər iş üzrə də idda tələbini geri götürmüşdür, aralarındakı mübahisəni həll etmişlər. X6 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədə n xahiş etdi. 11. 21.02.2019-cu il tarixli Auditor rəyinə əsasən, Cavabdeh1 MTK və “İnter" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyriyaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yǝ mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal materialların miqdarının(ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyri yaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə, A1 blokunda 123,4 kv metr sahənin satılması, həmçinin A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasında 190 kv metr (60 kv metr faktiki mövcud olmamaqla) sahənin xx.xx.2007- ci il tarixli müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilməsi, həmin 190 kv metr sahə üzrə İddiaçı yerləşdirilməsi və probleminin həll edilməli olan şəxs kimi göstərilmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4677/2024 nömrəli iş üzrə 13 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) İddiaçı Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60 kv metr və 65 kv metr təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli bin anın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 2-ci mərtəbədə olan 8 x 7,5 ölçüsündə ümumi sahəsi 60 kv metr qeyriyaşayış sahələrinin İddiaçı təhvil verilməsi” barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X5 t ərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi nəzərdə tutulmuş, qeyd edilən Aktda İddiaçı 190 kv metr sahə ilə bağlı zərər çəkdiyi göstərilmiş və həmin 190 kv metr sahəyə dair öhdəlik Cavabdeh2 MMC tərəfindən yerinə yetirilmişdir. Bununla belə, Auditor Aktında, iddiaçı tərəfindən tələb edilən 60 kv metr, 60 kv metr və 65 kv metr sahəyə dair Cavabdeh2 MMC-nin hər hansı öhdəliyi nəzərdə tutulmamış, iddiaçının buna dair mülkiyyət hüququ məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı deyil və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz.

14. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının Cavabdeh1 MTK-nın müqavilənin predmeti olan yaşayış sahəsinə deyil, həmin sahəyə görə ödədiyi pulun və ona dəymiş zər ərin tələb edilməsi hüququ yaranmış olur və iddiaçı bu barədə Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir.

15. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı “Cavabdeh1 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən tikilinin 1-ci mərtəbədə olan 8 nömrəli mağaza, ümumi sahəsi 60 kv metr və 65 kv metr təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 və A2 bloklarının orta hissəsində yerləşən t ikilinin 2-ci mərtəbədə olan 8 x 75 ölçüsündə ümumi sahəsi 60 kv metr qeyriyaşayış sahələrinin İddiaçı təhvil verilməsi” barədə iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 16.1, 139.1, 149.2, 152.7, 157.4, 157.8, 182.1, 560.1, 560.2, 560.3.1, 567, 568.1, 575.2 və 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasının məhkəmə tərəfindən təmin edilməməsi tam qanunsuz və əsassızdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddianı qəbul edərək iddia ərizəsində göstərilən qeyri yaşayış sahələrinin iddiaçıya məxsus olmasını təsdiq etmişdir. Lakin bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddanı təmin etməyərək tam, obyektiv və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, birtərəfli qətnamə qəbul etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(103)-1496/2025 nömrəli mülki iş üzrə 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2(011)-4677/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində istinad olunan xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilə iddiaçı ilə Cavabdeh1 MTK-nın arasında bağlanıb (cild 1, iş v. 12). Müqaviləyə əsasən, cavabdeh üzərinə öhdəlik götürüb ki, müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verəcək. Cavabdeh1 MTK müqavilə öhdəliyini icra edə, yəni müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verə b ilmir. Buna səbəb həmin MTK-nın digər şəxslər (Cavabdeh2 MMC, Felik Məmmədov və s.) ilə olan münasibətləri və həmin münasibətlər üzrə bağlanmış əqdlərdir (müqavilə, barışıq sazişi və s.). MTK-nın digər şəxslərlə olan münasibətlərin əsasını xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilə təşkil edir. Müqavilə iddiaçı ilə Cavabdeh1 MTK-nın arasında bağlanıb, digər şəxslər bu müqavilədən əmələ gələn öhdəliyin tərəfi deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Odur ki, iddiaçı həmin müqaviləyə əsaslanaraq Cavabdeh2 MMC-yə və digər şəxslərə qarşı tələb irəli sürə bilməz. Cavabdeh1 MTK etiraf edir ki, xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilədə göstərilən sahəyə görə pulu id diaçıdan alıb. Odur ki, MTK-nın müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verə bilməməsi öhdəliyin icra edilməməsi sayılır. Əgər MTK-ya iddiaçının qarşısındakı öhdəliyi icra etməyə digər şəxslər mane olubsa, MTK özü həmin şəxslərə qarşı iddia qaldıra bilər. Digər şəxslərin hərəkətləri nəticəsində yaranmış vəziyyətə görə iddiaçının qarşısında məsuliyyəti MTK daşıyır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx" MTK-nın risk dairəsinə daxildir. İddiaçı ödədiyi pulun qaytarılmasını və vurulmuş zərərin ödənilməsini MTK-dan tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, ohdəliyini icra etməy ən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3, 443.1 və 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1496/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmi ş və qeyd olunmuşdur ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, müdafiə mövqeyini üzərinə götürərək, işə birtərəfli qaydada baxaraq, yalnız şəxsi mülahizələri əsasında yekun nəticəyə gəlmişdir.

25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, 71-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinə 385.1, 386.1, 404.1, 425.1, 442, 443.1 və 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1, 357.2 və 388-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas lar yoxdur.

39. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə məhkəmələrdə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 387.3, 443.1 və 448.1-ci maddələrinə istinad etməklə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsində istinad olunan xx.xx.2007-ci il tarixli 061 nömrəli müqavilə i ddiaçı ilə Cavabdeh1 MTK-nın arasında bağlanmışdır, müqaviləyə əsasən cavabdeh üzərinə müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 MTK obyektiv səbəblərdən müqavilə öhdəliyini icra edə, yəni müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verə bilmir. Belə olan halda iddiaçı öhdəliyi icra etməyən borclu kreditora, yəni Cavabdeh1 MTK-yə qarşı dəymiş zərərin əvəzini ödənilməsini tələb edə bilər.

41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1496/2025 nömrəli iş üzrə 14 mart 2025-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar