Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2015/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment” tələbində dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi, mediasiyada bağlanmış barışıq sazişinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2025-ci il tarixli, 2(103)- 1842/2025 nömrəli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 17 yanvar 2014-cü il tarixdə nikaha daxil olmuş, nikahlarından 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşlar.
2. Tərəflər arasında 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nikahdan dünyaya gəlmiş övladları: 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh himayəsinə verilməsi, 1.3-cü bəndi ilə İddiaçı birgə nikahdan dünyay a gəlmiş övladları: 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X1 üçün alimenti işlədiyi zaman Cavabdeh ödəməsi razılaşdırılmışdır.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi, 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödənilməsi qət edilmişdir.
4. Bakı şəhərin Xəzər Ra yon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə (qüvvədən düşmüş hesab edilməsinə), cavabdehlə birgə nikahdan dünyaya gəlmiş övladları 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X4 cavabdehdən alınaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçının himayəsinə verilmələrinə, birgə nikahdan dünyaya gəlmiş övladları 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2 020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrinə, hər bir uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə hər ay 705 manat məbləğində alimentin tutulmasına, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nikahdan dünyaya gəlmiş övladları 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin himayəsinə verilməsi, 1.3-cü bəndi ilə onun birgə nikahdan dünyaya gəlmiş övladlarının 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X1 üçün cavabdehə alimenti işlədiyi zaman ödəməsi razılaşdırılmışdır. Lakin Barışıq sazişinin imzalanmasından sonra cavabdehin ümumi övladları Raula, Ruada və Suada qaşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nikah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar onda azyaşlı uşaqlarının cavabdehin himayəsinə verilməsi ilə bağlı razılığın bir səhv olduğu qənaətini yaratmışdır. Odur ki, Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri ləğv edilməli, həmin bəndlərdə nəzərdə tutulan məsələlər qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyə ti orqanın iştirakı ilə məhkəmə qaydasında həll edilməlidir. 08 avqust 2024-cü il tarixdə cavabdehə yazılı təklif göndərərək, 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilib həmin bəndlərdə nəzərdə tutulan məsələlərin yenidən müzakirə edilməsini təklif etmişdir. Lakin cavabdeh təklifin göndərildiyi məktubu qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Səadət sarayında (Bakı nikah evində) 17 yanvar 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/9/2023-02001 saylı 04 oktyabr 2023-cü il tarixli Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilmiş, 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3, 02 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020-ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödəməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən həmçinin apellyasiya şikayəti verilmişdir.
7. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçıs ı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən tərəflərin birgə nikahından anadan olmuş 07 dekabr 2018-ci il təvəllüdlü X2, 02 iyul 2020ci il təvəllüdlü X3 və 02 iyul 2020-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalmasının məqsədəuyğun hesab edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(009)2002/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alıb belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X4 anası Cavabdeh himayəsində saxlanılması uşaqların mənafeləri baxımından daha məqsədəuyğun olardı.
10. Belə ki, uşaqların yaşı hazırda onların ana qayğısına ən çox ehtiyacı olan dövrlərindəndir. Həmçinin, cavabdehin uşaqların tərbiyəsi ilə yaxından maraqlanmaması, habelə uşaqların inkişafına və tərbiyəsinə mənfi təsir göstərməsi yaxud göstərə bilməsi ehtimalı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırkı durumda uşaqların anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflərin 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə və birgə nikahdan anadan olan uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsinə hazırda heç bir əsas yoxdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1, 63.2, 73.1 və 73.2-ci, Mülki Məcəllənin 337.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2025-ci il tarixli, 2(103)-1842/2025 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiy a məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin müraciətləri əsasında 02 mart 2023-cü il tarixdə Səbail rayon İcra Hakimiyyəti başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” qərara əsasən ona 30 günlük mühafizə orderi də verilmişdir. Bu hal da cavabdeh və uşaqlarının dəfələrlə iddiaçı tərəfindən şiddətə məruz qalmalarını birbaşa təsdiq edir.
15. Apellyasiya kollegiyası həmçinin tərəflərin təqdim etdiyi şəkillərə də qiymət verərək orada uşaqların üzərində şiddət və zorakılıq əlamətlərinin olmasının müşahidə edilməsini qeyd edərək hesab etmişdir ki, tərəflər ayrılıqda təqdim etdikləri şəkillərdə olan uşaqlardakı zorakılıq əlamətlərində bir-birilərini günahlandırsalar da, bu hallar qətiyyən yol verilməzdir. Apellyasiya məhkəməsinin qən aətinə görə tərəflər arasında ailə məişət zəminində mübahisənin olması onların özlərinə aid olmaqla uşaqların bu mübahisələrə qatılması da arzuedilən deyildir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və tərəflərin birgə nikahından olan uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə istinadən qeyd etmişdir ki, uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onların hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşaqların yaşı və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Qanunun mənasına görə, bu cür mübahisələrin həlli zamanı ciddi əsaslandırılmış səbəblər mövcud olmadan uşaqların anasından ayr ılmasına yol verilməməlidir.
17. Apellyasiya kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə görə uşaqların tərbiyəsi və təhsili ilə bağlı bütün məsələlər valideynlərin birgə razılığı ilə həll edilir. Bu, valideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Bu məsələlər uşaqların mənafeləri nəzərə alınmaqla həll edilir. Bundan başqa, valideynlər ayrı yaşadıqda, uşaqların kiminlə yaşaması onların razılaşması ilə həll edilir. Belə razılaşma olmadıqda isə mübahisəni onlardan birinin tələbi ilə məhkəmə həll edir. Uşaqların yaşayış yeri məsələsini məhkəmə həm valideynlərin nikahda olduqları vaxtda, həm də nikah pozularkən və ya nikah pozulduqdan sonra həll edə bilər. Uşaqların valideynlərdən hansının yanında qalması məsələsini həll edərkən, məhkəmə ilk növ bədə valideynlərin hüquq və vəzifələrinin bərəbərliyini gözləməli və uşaqların üstün mənafelərindən və istəklərindən çıxış etməlidir.
18. Digər tərəfdən, qanunvericiliyə görə məhkəmə, uşaqların valideynlərdən hansının yanında qalması barədə qərar qəbul edərkən, uşaqların ataya, anaya, qardaşlarına, bacılarına bağlılığını; uşaqların yaşını; valideynlərin mənəvi, şəxsi, əxlaqi keyfiyyətlərini; habelə ata və ya ana ilə uşaqların qarşılıqlı münasibətlərini; uşağın tərbiyyəsi və inkişafı üçün şərait yaradılması imkanlarını (valideynlərin fəaliyyət növünü; iş rejimini; maddi və ailə vəziyyətlərini; valideynlərin sağlamlıq durumunu); habelə valideynləri yaşayış və iş yeri üzrə xarakterizə edən başqa halları nəzərə almalıdırlar.
19. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Bakı şə həri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində, tərəflərin birgə nikahından anadan olmuş 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalmasının məqsədəuyğun hesab etmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh övladlarının atalarının yanında olduqları zaman qarşılarında nalayiq hərəkətlərə yol verməklə uşaqların psixologiyasına mənfi təsir edildiyini, uşaqların dəfələrlə döyüldüyünü, onlara tibbi iynə sancıldığını, özünün barmaqlarının sındırıldığını bildirərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunduğunu əlavə etmişdir.
20. Göründüyü kimi tərəflərin birgə nikahından anadan olmuş uşaqların anası Cavabdeh himayəsində saxlanılması uşaqların mənafeləri baxımından daha məqsədəuyğun olması müəyyən edilmişdir.
21. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, uşaqların yaşı hazırda onların ana qayğısına ən çox ehtiyacı olan dövrlərindəndir, həmçinin cavabdehin uşaqların tərbiyəsi ilə yaxından maraqlanmaması, habelə uşaqların inkişafına və tərbiyəsinə mənfi təsir göstərməsi yaxud göstərə bilməsi ehtimalı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırkı durumda uşaqların anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir.
22. Bununla da tərəflərin 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişin in 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə və birgə nikahdan anadan olan uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsinə hazırda heç bir əsas yoxdur.
23. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.
24. Belə ki, hazırkı mübahisəyə baxılarkən ilk növbədə BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi nəzərə alınmalı, iş üzrə tərəflərin dəlilləri və işin müəyyən edilmiş halları məhz bu prinsip baxımından qiymətləndirilməlidir. Həmin prinsipə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
25. Apellyasiya kollegiyası hesab etmişdir ki, müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəla lət edən hallar başa düşülür: ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsidir.
26. Hazırkı işin hallarından uşaqların ananın himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir.
27. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı işdə ana doğma olan azyaşlı uşaqlarını öz himayəsinə almaq istəyir, ananın bu istəyinin həqiqiliyi şəksizdir. Azyaşlı uşaqların ananın himayəsinə verilməsinə mane olan hər-hansı hal (ananın sağlamlıq durumu, pis vərdişlərinin olması, keçici xəstəliyin daşıyıcısı olması, uşaqlara münasibətdə pis rəftarı və sair) mövcud deyildir. İddiaçı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilmə li olmasının əsası kimi cavabdehin uşaqlara qarşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməsi, birgə nikah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar onun azyaşlı uşaqlarının cavabdehin himayəsinə verilməsi ilə bağlı gəldikləri razılığın bir səhv olduğu qənaətini yaratması ilə əsaslandırmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tələbdə cavabdehlə 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsini (qüvvədən düşmüş hesab edilməsini) göstərsə də, məhkəmə kollegiyası həm cavabdehin uşaqlara qaşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nikah dövründə qazanılmış əmlakları ələ keçi rmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar həm öz təsdiqini tapmadığı üçün, həm də iddiaçının Barışıq sazişinin qanuniliyini məhkəmə qaydasında mübahisələndirməsinə dair iddiasının əsassız olmasını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə aktları mövcud olduğundan tələbinin bu hissəsi üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və eyni zamanda hesab etmişdir ki, tərəflərin 04 oktyabr 2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
29. Beləliklə də, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və hazırkı iş üzrə cavabdehə münasibətdə sadalanan müstəsna halların hər hansı birinin mövcudluğunun müəyyən edilmədiyi, eləcə də uşaqların ana nəvazişinə və qayğısına ehtiyacının olması, uşaqların normal inkişafı baxımından yolverilməzliyini, uşaqların azyaşlı olduğundan onların ana qayğısına, nəvazişinə ehtiyacları olmasını, eyni zamanda uşaqların hər üçünün bir valideyn yanında qalması onların inkişafına müsbət təsir göstərəcəyini nəzərə almaqla tərəflərin birgə nikahlarından doğulmuş uşaqların anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir.
30. Digər tərəfdən apellyator şikayətində uşaqların surroqat anadan doğulduqların iddiaçının - həkimlərin rəyinə görə cavabdehin heç vaxt ana ola bilməməsini, bu səbəbdən onun azyaşlı uşaqları ilə cavabdehin heç bir bio loji bağının olmamasını vurğulasa da, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin uşaqların bioloji anaları olmaması müəyyən edildiyi halda belə iddia tələbi təmin edilə bilməz.
31. Belə ki, əvvəla uşaqlar doğulduqları vaxtdan Cavabdeh himayəsində olmuşlar və hazırkı vaxta qədər uşaqlarla Cavabdeh arasında olan bağlılıq, eləcə də uşaqların sonuncudan alınaraq iddiaçının himayəsinə verilməsi üçün əsaslar olmamışdır. Bu baxımından məhkəmə genetik ekspertizası təyin edilməsinə zərurət olmamışdır.
32. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin əsassız olması, eləcə də ziddiyyətli olması müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında ola n göstərilən rəyi şübhə altına alan əsaslar da müəyyən edilməmişdir.
33. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilənlər iddia tələbində əks edilməmişdir. Apellyator tələbində barışıq sazişinin imzalanmasından sonra cavabdehin ümumi övladları Raula, Ruada və Suada qarşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nikah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar onda azyaşlı uşaqların cavabdehin himayəsinə verilməsi ilə bağlı gəldikləri razılığın bir səhv olduğu qənaətini yaratmasını qeyd etsə də, apellyasiya şikayətində bu hallara deyil, digər əsasla yeni tələblərə istinad etmişdir.
34. Buna görə şikayətin bu dəlilləri mahiyyətcə dü zgün olan birinci instansiya məhkəməsinin ləğvi üçün əsas olmadığından şikayət üzrə verilmiş ekspertiza ilə bağlı vəsatət də əsassız sayılmışdır.
35. Bundan başqa iddiaçı tərəfin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də SMS formasında iddiaçı tərəfə göndərilmişdir.
36. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, iddiaçı tərəf məhkəmə iclaslarında iştirak etmişdir. Bu əsasdan apellyasiya kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Birləşmiş Millətlər Təşk ilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3.1, 12.1, 12.2-ci maddələrinə, BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları” Bəyannaməsinin 6-cı prinsipinə, Mülki Məcəllənin 405.1, 421.1, 421.2, 421.3, 422.1, 422.2-ci, Ailə Məcəlləsinin 49.2, 49.3, 52, 56.1, 58.1, 58.2, 59.1, 60.1, 60.2, 60.4, 63.1, 63.2, 73.1, 73.2, 75.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 17, 19, 25-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 384.0.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrü bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
38. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2025-ci il tarixli, 2(103)-1842/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilərək mülki işə əlavə edilmiş fotoş əkillərdən, videogörüntülərdən aydın görünür ki, məhz iddiaçının üzündə, boynunda, bədəninin müxtəlif nahiyələrində cavabdeh tərəfindən yetirilmiş xəsarət izləri vardır. Həmin sübutlardan görünür ki, iddiaçının gözlüyü (eynəyi) qırılıb yerə atılmışdır. İddiaçı bunun cavabdeh tərəfindən edildiyini məhkəmənin nəzərinə çatdırmışdır. Həmçinin həmin videgörüntülərdən görünür ki, iddiaçı uşaqlardan birinin qolundakı şiddət izlərinin kim tərəfindən yetirildiyini soruşduqda uşaq “mama” deyə cavab verir. İddiaçı ilə cavabdeh sonuncu dəfə hazırkı iş üzrə materiallar rəy verilməsi üçün Səbail RİH-nin Qəyyumluq və himayə şöbəsinə göndərildikdən sonra məhz orada, Qəyyumluq və himayə şöbəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı, yəni 2024-cü ilin noyabr ayında ünsiyyətdə olmuşlar. Bundan sonra, iddiaçı cavabdehlə heç bir yerdə görüşməmiş, bir dəfə də olsa telefon əlaqəsi saxlamamış, qarşı-qarşıya gəlməmişdir. Buna baxmayaraq cavabdeh 2025-ci ilin mart ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, guya iddiaçı tərəfindən məişət zorakılığına məruz qaldığına dair, ərizə ilə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd edilən maddələrdə nəzərdə tutulmuş prosessual hüquq normalarını sadalamış, lakin qətnaməsini əsaslandırarkən həmin prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkəmə-genetik ekspertizasının keçirilməsi ilə bağlı məsələyə qiymət verərkən hesab etmişdir ki, hazırkı mübahisənin predmetinə belə bir ekspertizanın hər hansı aidiyyəti yoxdur. İddiaçı iddia ərizəsində başqa tələblər göstərmi ş, apellyasiya şikayətində isə başqa tələblər irəli sürmüşdür. Mülki işdən görünür ki, iddia tələbi birinci instansiya məhkəməsində necə və hansı formada irəli sürülmüşdürsə, apellyasiya instansiyası məhkəməsində də eyni formada müdafiə olunmuşdur. Sadəcə iddia ərizəsində uşaqların surroqat anadan doğulduqları göstərilməmişdir ki, bu da heç bir halda yeni tələb hesab oluna bilməz. Bu hal yalnız iddiaçının uşaqlarını onlara doğma olmayan, onlarla bioloji bağı olmayan cavabdehin yanında saxlanılması istəmir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilərini tam, obyektiv, hərtərəfli müzakirə etməmiş, onlarla bağlı halları tam araşdırmamış, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yol verilmiş maddi və prosessual hüquq pozuntularına doğru qiy mət verməmiş, iddiaçı tərəfin iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün gətirdiyi dəlilləri yanlış olaraq yeni, başqa iddia tələbləri kimi qiymətləndirmiş, iş üzrə mübahisənin obyektiv və ədalətli həlli üçün olduqca mühüm əhəmiyyət kəsb edən məhkəmə-genetik ekspertizasının keçirilməsindən qanunsuz və əsassız olaraq imtina etmiş, əkiz uşaqların doğulduğu gün, saatda belə onların yanında olmamış cavabdehin həmin uşaqların bioloji analarının olub-olmaması faktını müəyyən etməkdən qanunsuz və əsassız olaraq yayınmış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
41. Sonradan iddiaçının adından nümayəndəsi, Vəkil1 vəsatət verərək, cavabdehin uşaqlarının bioloji anaları olmaması barədə iddiaçının iddiasına Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılanadək, h azırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
42. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
43. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
45. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının həddini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
46. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüquq u, həm də borcudur.
47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığ ı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 48. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ v ardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 49. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəz ərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hallar ın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətna mənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir (bax bənd 14-37). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı bir daha da qeyd olunmalıdır ki, hazırkı qəbildən işlərə baxılarkən ilk olaraq uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. Bu zaman uşaqların yaşı, onların təhsil almaları, yaşayış şəraitləri, bacı və qardaşları nın mövcudluğu və onların bir-birilərinə bağlılığı nəzərə alınmalıdır.
54. Apellyasiya məhkəməsi hazırkı işdə qeyd olunan halları tam nəzərə almış və gəldiyi nəticəni onlara münasibətdə əsaslandırmışdır. Bu zaman apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların pozulmasına yol verməsi müəyyən olunmamışdır.
55. İş üzrə məhkəmə-genetik ekspertizanın təyin edilməsi barədə kassatorun vəsatətinin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, uşaqların mənşəyi (bioloji analarının kim olması) hazırkı mübahisənin predmetini təşkil etmir.
56. Həmçinin iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatətinə münasibət bildirərək, məhkəmə kollegiyası onu əsassız hesab edir.
57. Belə ki, hazırkı iddianın tələb ləri tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişinin ləğv edilməsi və uşaqların həmin sazişin şərtlərinə zidd olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi təşkil edir. Göründüyü kimi, hazırkı məqamda cavabdehin uşaqların anası olması həm dövlət tərəfindən, həm də iddiaçı tərəfindən tanınmışdır. Gələcəkdə, iddiaçının yeni tələbi üzrə uşaqların mənşəyi ilə bağlı başqa nəticəyə gəlindikdə, iddiaçının yeni əsasla iddia vermək hüququ qalmaqdadır.
58. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmi n dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2025-ci il tarixli, 2(103)-1842/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.