Məhkəmə qərarları › İş №2(102)-2017/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2017/2021

19.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2017/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 XXX oğluna, Cavabdeh2 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh1 iş tirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)140/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,25 ha torpaq sahəsi verilmiş və bu barədə JN-112F, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh4 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,26 ha torpaq sahəsi verilm iş və bu barədə JN-093H, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh4 və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,07 ha torpaq sahəsi verilmiş və bu barədə JN-093İ, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,07 ha torpaq sahəsi verilmiş və bu barədə JN-113A, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh3 XXXnun və onun ailə üzvlərinin mülkiyyətinə Qəbələ rayonunun Tikanlı kəndində 0,25 ha torpaq sahəsi verilmiş və bu barədə JN-109A, kod 40615018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Qəbələ rayonu Tikanlı kəndində 0,15 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh1 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Qəbələ rayonu keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN-1 09A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə” əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr, qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metrdir. Qəbələ rayonu keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən verilmiş 0,25 ha torpaq sahəsinin cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq vardır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 05 avqust 2019-cu il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx”nin Şəki LTİ mütəxəssis rəyinə əsasən Qəbələ rayonu keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F, JN-093H, JN093İ, JN-113A və JN-109A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə” əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr, qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu müəyyən edilir. Qəbələ rayonu keçmiş “Azərbaycan” təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN -112F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən verilmiş 0,25 ha torpaq sahəsinin cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq vardır. Lakin, qarşılıqlı mənafelər nəzərə alınmaqla, iddiaçının yol yeri tələb etdiyi ərazilərin verilməsinin hansı qonşuya münasibətdə daha yolverilən və daha az zərər vuran olması məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. Apellyasiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin 13 aprel 2020-ci il t arixli mütəxəssis rəyinə və həmin rəyə əsasən keçirilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 17 sentyabr 2020-ci il tarixli rəyinə əsasən Mərkəzin elektron bazasında Qəbələ rayon keçmiş Azərbaycan təsərrüfatının ərazisində aparılmış torpaq islahatına aid kompleks yerquruluşu xəritəsində Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli qərarı ilə JN-112F (kod:4********) nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla ilə verilmiş 0,15 ha, Cavabdeh2 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0,07 ha, Cavabdeh3 XXX oğluna JN-109A nömrəli şəhadətnamə ilə verilmiş 0,25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgiləri arasında uyğunsuzluq olduğu üçün sözügedən gedişgəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 XXX oğluna, Cavabdeh2 və cavabdeh tərəfində mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mü lkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya 0,25 ha torpaq sahəsi verilmiş və torpaq sahəsi JN-112F saylı, kod 40615018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi islahatadək olan dövr ərzində istifadələrində, həyətin yolu isə mülkiyyətdə olan torpaq sahəsinə nisbətdə gündoğan tərəfdən olub, yolun eni 5-6 metr olmaqla maşınların hərəkəti mümkün olmuşdur. Cavabdehlər həmin gediş-gəliş yolunun əksər hissəsini, yəni enini zəbt edərək 4-5 metrdə n 1,5 metrə endirmiş, uzunluğu isə 30-35 metrədək zəbt edilməklə, ətrafı hasarlanmış və yolda yardımçı tikililər inşa edilmişdir. Nəticədə fərdi yaşayış evinə gedən maşın yolu tamamilə bağlanmış, el arasında deyildiyi kimi 1,5 metr enində ayaq cığırı saxlanılmışdır. Bununla da, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gedən nəqliyyat yolunu tamamilə bağlamışlar. Cavabdehlər həmin yolun müəyyən hissəsinə hasar çəkmiş və mülkiyyətlərinə qatmış, zəbt etdikləri yol yerində yardımçı tikililər inşa etmişlər. Dəfələrlə yolun açılmasını tələb etməsi faydasız olmuşdur. Tikanlı Bələdiyyəsinin 14 aprel 2018-ci il tarixli məktubunda tələb olunan yol yerinin yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, Bələdiyyə və Dövlət mü lkiyyətinə verilən torpaqların planında (xəritədə) göstərilməklə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(025)-137/2019 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia tələbi qismən təmin edilmiş, JN-112F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulma sı, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci maddələrinə istinad edərək, mövqeyini iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(025)-137/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(025)-137/2019 nömrəli qətnaməsi qismən, yəni, gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mübahisəli gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunması sübut olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iş materiallarını yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş tam və hərtərəfli araşdırılmamış, torpaq sahələrinin cavabdehlərin faktiki istifadələrində olmasına əsaslanaraq iddiası rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında İddiaçı və Cavabdeh1 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-in 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası o nların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 vermiş və iddianı təmin olunmuş hissəsini mübahisələndirmişlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tam rədd olunmuşdur. Kassasiya şikayətini iddiaçı verdiyi üçün hazırki kassasiya baxışının hədlərini iddianın apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə rədd olunan hissəsinin qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mü lkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunv ericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tut ulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi status u onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsas ən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslin in, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissə də yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini sübut edə bilməmişdir. Halbuki, iş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində keçirilmiş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş -gəliş yolu nəzərdə tutulduğu halda, naturada həmin yolun ölçüləri daralmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə gedən yolun bir hissəsinin enindən daralması müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi həmin dəyişikliyin hansı səbəbdən baş verməsini, o cümlədən cavabdehlər tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, iddiaçının torpaq sahəsinə gedən yolun daralmasının səbəbi, cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi, zəbt edildiyi halda – hansı hissədə və hansı ölçülərdən zəbt olunması müəyyən olunmamış, bununla da mübahisə tam həll edilmədən qalmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı on un torpaq sahəsinə gedən yeganə yolun zəbt edilməsini iddia etdiyi halda, həmin torpaq sahəsinə başqa maneəsiz yolun olub-olmaması müəyyən olunmalı və bundan asılı olaraq iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olması məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə mü dafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının t ələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edildiyi və həmin qətnamə i ddianın təmin olunmuş hissəsində cavabdehlərdən yalnız ikisi tərəfindən mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyasiya baxışının hədlərini müəyyən etməmiş, rayon məhkəməsinin qətnaməsini tam yoxlayaraq, onu təmin olunmuş hissədə tam ləğv edərək iddianı həmin hissədə rədd etmiş, eyni zamanda qətnaməni qalan hissədə - yəni iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmiş və nəticə olaraq həmin şəxsləri apellyasiya şi kayəti vermək hüquqları məhdudlaşdırılmışdır. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar