Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2017/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ərizəçi cavabdeh X5 və maraqlı şəxs X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyildir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Ərizəçi cavabdeh X5 və maraqlı şəxs X qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)356/2024 nömrəli iş üzr ə 27 fevral 2024-cü il tarixli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi atası X xx.xx.2008-ci ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ərizəçi cavabdeh X5 və maraqlı şəxs X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X ölümündən sonra qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzürlü sayaraq uzadılması, atasından miras qalmış Quba rayonu, Qələdüz kəndində yerləşən evlərin, Torpağa mülkiyyət hüququna dair JN0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsinin və Torpağın mülkiyyətə verilməsinə d air JN-043A seriyalı, kod 30318038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 0,20 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, onların ailəsi beş nəfərdən ibarət olmuşdur. Atası X xx.xx.2008-ci ildə, anası X6 xx.xx.1996-cı ildə, qardaşı X4 isə xx.xx.2000-ci ildə vəfat etmişlər. X1 isə sağdır. Atası 2007-ci ilin noyabr ayında xəstə olmuş və onun Bakıdakı evində yataq şəraitində müalicə almışdır. 2008-ci ildə qızı X qəflətən vəfat etmiş və o, məcbur qalıb atasını da götürüb Quba rayonu, Qələdüz kəndinə gəlmişdir. Dəfn mərasimləri bitdikdən sonra atası Bakı şəhərinə qayıtmaq istəməmişdir. Qızının vəfat etməsi, atasının xəstə olması və Bakıya qayıtmaq istəməməsi onu çıxılmaz vəz iyyətə salmışdır. Bu səbəbdən həyat yoldaşı Bakı şəhərindəki evlərinə qayıtmış, o isə, kənddə atasının yanında qalmışdır. xx.xx.2008-ci ildə atası vəfat etmiş və həmin vaxta kimi ona qulluq etmişdir. Atası vəfat etdikdən sonra ondan miras olaraq 1959-cu ildə satın aldığı Quba rayonu, Qələdüz kəndində yerləşən iki mərtəbəli ev, həmin evin yanında 0,20 ha torpaq sahəsində 1986-cı ildə tikdiyi iki mərtəbəli ev, Torpağa mülkiyyət hüququna dair JN0088 seriyalı, kod 30318038 nömrəli Dövlət aktına əsasən verilmiş 0,29 ha torpaq sahəsi və 1991-1994-cü illərdə banka qoyduğu 80.000 rubl pul vəsaiti qalmışdır. Həmin əmlaklarla bağlı mübahisələr hələ atasının sağlığında, 2003-cü ildən qardaşı X vərəsələri X və X X tərəfindən başlanmışdır. Atası mirasın yarısını ona, yarısını isə X vermək istəmişdir. O, ölənə kimi öz iradəsindən dönməmişdir. Atası 2006-cı ildə sovet pasportunu şəxsiyyət vəsiqəsinə dəyişmək üçün təhvil vermişdir. X və X həmin şəxsiyyət vəsiqəsini və evin digər sənədlərini gizlədərək, atasının son iradəsini həyata keçirməsinə mane olmuşlar. Atasının vəfatından sonra onun bütün yas mərasimlərinin xərcini o, çəkmiş, evdə təmir-bərpa işləri aparmış, torpaq sahəsini əkib-becərmiş və kommunal xərcləri ödəmişdir. Beləliklə o, mirası faktiki olaraq qəbul etmişdir. Dəfn üçün müəyyən edilmiş müavinəti də o, almışdır. Atasından miras qalmış, bankda olan əmanət pullarını almaq üçün ona xx.xx.2012-ci ildə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsə də, sonradan notariat kontoruna müraciət etdikdə heç bir sübut tələb etmədən notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. C avabdehin təqsiri üzündən müvafiq sənədlər onda olmadığından və qanunun tələblərini bilmədiyindən mirasın qəbulu üçün vaxtında notariat organına müraciət etməmişdir. 2012-ci ildən etibarən miras əmlakla əlaqədar məhkəmə mübahisələri olmuş, bu müddət ərzində saxta vəsiyyətnamə üzə çıxmış və məhkəmə çəkişmələri 2018-ci ilin sonunadək davam etmişdir. Vəsiyyətnamə atasının ağır xəstə olduğu vaxta təsadüf edir, onun kötüyü arxiv sənədlərində aşkar edilmir, o latın əlifbası ilə yazılsa da, vəsiyyət edənin adı və soyadı kiril əlifbası ilə yazılmışdır. Bu da onun saxta olmasına dəlalət edir. Qeyd olunanlara əsasən mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur.
4. Quba Rayon Məhkəməsinin 16 s entyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddiaçı Ərizəçi cavabdeh X5 qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunmasına və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı atasından miras qalmış bir neçə əmlak üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsini və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsini xahiş etsə də, həmin əmlaklardan yalnız 0,20 ha torpaq sahəsinə dair sənədi məhkəməyə təqdim etmişdir. İddia tələbində həm müddətin bərpasını, həm də faktiki olaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edərək bir-biri ilə təzad təşkil edən mövqe irəli sürmüşdür. Belə ki, mi rasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət o halda uzadılır ki, vərəsə həmin müddətdə müəyyən üzürlü səbəblərdən mirası qəbul edə bilmir (məsələn: vərəsənin ondan asılı olmayan səbəblərdən miras qoyanın ölümündən xəbəri olmur, xəstəlik, fors major hallarda və.s). Hazırki işdə isə iddiaçı qeyd edir ki, o, miras əmlakı guya faktiki olaraq qəbul etmişdir. Miras əmlak qəbul edilmişdirsə, niyə görə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılmasına ehtiyyac duyulması məhkəmədə əsaslandırılmamışdır.
6. Həmçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə hüquqi əhəmiyyəti olan fakt kimi xüsusi icraat qaydasında baxılır. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması h aqqında qərardad çıxarır. Lakin hazırkı iş iddia icraatı qaydasında verildiyindən məhkəmə bu işə mahiyyəti üzrə baxaraq qərar qəbul etməlidir.
7. İddiaçı həmin faktların müəyyən edilməsi ilə yanaşı işə cavabdehi qoşmaqla miras əmlakla əlaqədar mübahisənin olduğunu açıq şəkildə nümayiş etdirmişdir. Həmçinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə cavabdeh şəxsin bu məsələdə əlaqəsi iddiaçı tərəfindən əsaslandırılmamış, əgər miras həqiqətən də, iddiaçı tərəfindən qəbul edilmişdirsə, Mirzə Fərzəliyevin buradakı cavabdehliyi aydın olmamışdır. Belə ki, mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Kənar şəxslərin burada rolu demək olar ki, mümkün deyildir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 1145, 1151.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı halları aydınlaşdırmamışdır: X X 24 dekabr 2008-ci ildə vəfat etmişdir. Onun ölümdən sonra ondan qalmış miras əmlak olan b ankda olan əmanət puluna dair X tərəfindən verilmiş reyestrdə 2V/02-1935 saylı qeyd edilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunla mirasın bir hissəsinin qəbulu mirasın digər hissəsinin qəbulu sayılır. Buna baxmayaraq onun mirası qəbul etməməyi nəticəsinə gəlinmişdir. Atasından qalmış miras əmlak olan torpaq sahəsinə dair vergiləri ödəmiş, atasının dəfn xərcini çəkmişdir. Bu sübutlar, işin faktiki halları araşdırılmamışdır. Atasından qalmış digər miras olan Quba rayonu Qələdüz kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Quba rayon Notariat Kontoruna müraciət etmişdir. Lakin, bundan əvvəl atasından qalmış miras əmlak olan bankdakı əmanət pulu ilə bağlı vərəsəlik hüququ haqqında şəhadət namə verən Quba rayon Notariat Kontorunun Notariusu bu dəfə ona atasından qalmış digər miras əmlaklar haqqında vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən 25 aprel 2013-cü il tarixli qərarla imtina etmişdir. Həmin imtinanın əsassız olub-olmaması araşdırılmamışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi) X13 və X3) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi faktın müəyyən olunması barədə tələbə iddia icraatı qaydasında baxaraq qərar qəbul etmişdir. Lakin ərizənin aidiyyət qaydalarına riayət edilmədən verilməsinə diqqət yetirməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hüquqi faktların müəyyən olunması barədə tələb ərizəçinin qeydiyyatda olduğu yerə görə verilməlidir. İşdən görünür ki, həm iddiaçı, həm də cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadırlar.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə maraqlı şəxsin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə maraqlı şəxsin olduğu yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etmiş, tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Belə olan halda iddia tələbi cavabdehin yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı ol duğu halda, Quba Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək, MPM-nin 35.1-ci maddəsinin tələblərini pozmuşdur.
14. Məhkəmə öz mövqeyini MPM-in 4.1, 35.1, 37.1, 44.2.2, 309.1, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdeh (vəkil X9) kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyəti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, MPM-in 309.1-ci maddəsi xüsusi icraatda baxılan işlər üzrə ərizəçiləri nəzərdə tutur. Hazırkı mülki işə isə iddia icraa tında baxılmışdır. Ərizəçi və iddiaçı tamamilə ayrı-ayrı hüquqi mənalar kəsb edir. İcraat qaydaları da tam fərqli qaydada müəyyən olunmuşdur. İddia ərizəsinin məzmunu miras qalmış tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsi olduğundan isə həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılmalıdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(102)-3972/2023 nömrəli qərarı (A.Hüseynov – məruzəçi, hakimlər Z.Babayev və Ə.Nurməmmədov) ilə cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-831/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, baxılan iş üzrə iddiaçı tərəfindən iddia icraatının qaydalarına uyğun olaraq cavabdehə qarşı iddia tələbi irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən işə iddia icraatı qaydasında baxılmışdır. Miras əmlakın qəbulu ilə bağlı vərəsələr arasında mübahisə olduğu, hətta bu mübahisələr üzrə əvvəllər də başqa mülki işlərə baxıldığı üçün MPM-in 259.0.10-cu və 306.4-cü maddələrinə əsasən iddiaçının tələblərinə xüsusi icraat qaydasında baxılması mümkün olmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi MPM-in hazırkı mübahisəyə tətbiq edilməli olmayan 309.1-ci maddəsini tətbiq etməklə prosessual qanunvericiliyin tələbini pozmuş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
19. Məhkəmə koll egiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsinə dair mülki işin olması eyni tərəflər arasında eyni miras əmlakın qəbulu müddətinin uzadılması barədə ayrıca iddia tələbinə baxılmasını istisna edir. Çünki qanunvericiliyin tələblərinə əsasən həmin hal miras paya hüququn yaranması barədə işə baxan məhkəmə tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən qeyd olunan icraat zamanı miras əmlaka pay hüquqlarının yarandığını təsdiq edən, o cümlədən mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürüldüyü barədə halları sübut etmək yükü mübahisə tərəfinin üzərinə düşür.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddi a tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Hazırkı iş üzrə iddiaçı əvvəllər ayrıca məhkəmə icraatı qaydasında hazırkı iş üzrə cavabdehə qarşı mübahisəli əmlaka miras payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin tələb üzrə məhkəmə aktları qəbul edilmış və qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələyə ümumiyyətlə hüquqi qiymət verilməmişdir.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 259.0, 259.0. 10, 261.0, 261.0.1, 261.0.2, 306.1, 306.4, 311, 385.1, 407.2, 416.1, 416.2, 417 və 419-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(105)-356/2024 nömrəli qərardadı ilə (hakim A.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər G.Cabbarova və Z.Məmmədovdan ibarət tərkibdə) iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Ərizəçi cavabdeh X5 və maraqlı şəxs Quba Asan Xidmət mərkəzinin notariat kontoruna qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsümu iddiaçı və cavabdehin özünə aid edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən miras qəbul edilməsi müddətinin üzürlü sayılaraq uzadılması və mirasın qəbul edilməsi faktının muəyyən edilməsindən ibarətdir.
24. Kollegiya mülki iş materiallarını nəzərdən keçirib, Ali Məhkəmənin Qərarında göstərdiyi xüsusatları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
25. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından gö rünür ki, hazırkı iş üzrə iddiaçı əvvəllər ayrıca məhkəmə icraatı qaydasında hazırkı iş üzrə cavabdehə qarşı mübahisəli əmlaka miras payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin tələb üzrə məhkəmə aktları qəbul edilərək qüvvəyə minmişdir.
26. Kollegiya hesab edir ki, tərəflər arasında miras əmlaka vərəsəlik paylarının müəyyən edilməsinə dair mülki işin olması eyni tərəflər arasında eyni miras əmlakın qəbulu müddətinin uzadılması barədə ayrıca iddia tələbinə baxılmasını istisna edir.
27. Kollegiya Ali Məhkəmənin Qərarda göstərdiyi mövqedən çıxış edərək iddia tələbinin mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, MPM-də xüsusi icraat qaydasında belə ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Əgər hüquq haqqında mübahisə varsa MPM-nin 259.0.10-cu maddəsinə əsasən ərizə baxılmamış saxlanılır və ərizəsiyə ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin bu hal iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Bu halda iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (məsələn miras payının müəyyən olunması) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən faktı – məsələn - mirasın faktiki qəbul edilməsini - sübuta yetirməlidir.
28. Qeyd olunduğu kimi tərəflər arasında əvvəllər miras payının müəyyən olunması ilə bağlı məhkəmə çəkişməsi olmuş və müvafiq məhkəmə aktları qəbul edilmişdir.
29. Hüquq barədə mübahisə olduğu halda hüquqi ə həmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
30. Kollegiya həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında irəli sürülmüş mövqenin iddiaçıya izah edilməsini zəruri hesab edərək qeyd edir ki, qeyd olunan Qərarda Plenum Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci m addələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
31. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 259.0.10, 261.0, 261.0.1, 261.0.2, 262.1, 262.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmı şdır ki, iddiaçı miras qalmış əmlakdan imtina etməmiş, bununla bağlı heç bir ərizə yoxdur. Əksində iddiaçı mirası qəbul etmiş, mirası faktiki olaraq idarə etmiş, miras əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarış almış, miras əmlakın bir hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Belə olan halda, iddiaçıya miras əmlakdan pay düşməməsi ilə bağlı mövqe bildirilməsi onun Konstitusion hüqunun pozuntusudur. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında o lan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırkı işə baxılanda Konstitusiya Məhkəməsi Plenumunun qərarı qüvvəyə mindiyi üçün hazırkı vərəsəlik işinə Plenumun bu qərarı tətbiq edilməli olduğu halda məhkəmə tərəfindən tətbiq edilməmişdir. Məhkəmə bu qərara istinad edib miras əmlakla bağlı şəxsin hüququnun olmasını qeyd edə bilərdi, lakin məhkəmə həmin qərarın mövcud olmasına baxmayaraq iddiaçının miras əmlakdan pay düşməməsi barədə nəticəyə gəlmişdir.
34. İş materiallarından da göründüyü kimi o, atası X qalmış miras əmlakdan imtina ilə bağlı notariat orqanında ərizə yazmamışdır. Əksinə ona miras əmlakın qəbul edilməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
35. Hal-hazırda iddiaçı vərəsəlik üzrə miras qoyan atası X qalmış miras əmlak barəsində mirasın qəbul ed ilməsi faktının müəyyən edilməsini tələb edir. Məhkəmələr tərəfindən onun bu hüququnun təmin edilməməsi onun vərəsəlik hüququndan, dolayısı ilə mülkiyyət hüququndan məhrum edilməsinə səbəb olacaqdır.
36. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadında hazırkı iş üzrə iddiaçı əvvəllər ayrıca məhkəmə icraatı qaydasında hazırkı iş üzrə cavabdehə qarşı mübahisəli əmlaka miras payının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin tələb üzrə məhkəmə aktları qəbul edilərək qüvvəyə minmişdir deyərək iş üzrə icraata xitam vermişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə bu mövqeyə gələrkən konkret olaraq hansı məhkəmə qərarlarına istinad etdiyini qərardadında göstərməli idi. Yoxsa ki, ümumilikdə məhkəmə aktlarının olmasını qeyd etməsi məhkəmənin istinad etdiyi qərarların özünün bel ə olmaması anlamına gəlir, məhkəmənin mövcud olmayan sübutlara istinad etməsini təsdiq edir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(102)-1865/2015 saylı Qərarında iddiaçının iddiası rədd edilmiş, həmin iddiada iddiaçı mülkiyyət hüququnun tanınması, miras əmlaka paylara uyğun bölünməsi tələbi olmuş, iddiaçının mülkiyyət hüququnun tanınması barədə iddiası qanunsuz olduğundan rədd edilərkən miras əmlakdan payların müəyyən edilməsi hissəsi də rədd edilmişdir. Yəni iddianın bir hissəsi rədd edilir deyə ona bağlı olan digər hissəsi də rədd edilir. Həmin qərarda iddiaçıya vərəsəlik üzrə pay düşmür deyə iddiası rədd edilməmişdir. Hazırkı halda məhkəmə tərəfindən iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi barədə qərardadı onun v ərəsəlik hüququnu əlindən almaqla, miras əmlakdan ya qanun üzrə ya da məcburi pay üzrə payının əldə edilməsinin qarşısını almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 42. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 43. 261.0.2. eyni tərəflə r arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
44. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı əvvəllər ayrıca icraatda hazırkı iş üzrə cavabdehə qarşı vərəsəlik üzrə yaşayış evinə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun müəyyən olunması və vərəsələr arasında payların ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. 45.Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
46. Məcəllənin bu normasının mənasına görə eyni tərə flər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
47. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətd ir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əvvəllər tərəflər arasında miras payı ilə bağlı qə bul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktından fərqli qərarın qəbul edilməsi mümkün deyildir.
49. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(105)-356/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.