Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2017/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra iddianın qiymətinə görə kassasiya şikayətinin yolverilməzliyi əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu içəzurəm) hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməs i” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli 2(103)-757/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh MTK-ə qarşı “mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5- ci mərtəbəsində layihədə göstərildiyi kimi, heç bir əlavə və dəyişiklik, artırma, azaltma olmadan 4 otaqlı, ümumi sahəsi 1 12 kv.metr olan təmirsiz mənzilin ona təhvil verilməsi, mənzildə təmir işlərini n aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MTK-nın (Cavabdeh MMC) üzərinə qoyulması; 2023-cü ilin fevral ayından bu günədək ödənilməmiş kirayə haqqına görə 7 200 manat cavabdeh “Grand Plaza1 ' MTK-dan (Cavabdeh MMC) tutularaq, ona ödənilməsi, həmçinin ünvan 1 ünvanda inşa edilmiş 1 nömrəli binada 0-dan hesablamaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində layihədə göstərilən 4 otaqlı, ümumi sahəsi 112 kv.metr olan təmirsiz mənzil ona naturada təhvil veriləndən sonra 3 ay sonrayadək Cavabdeh MTK-dan (Cavabdeh MMC) hər ay 600 manat tutularaq, ona ödənilməsi barədə; Maddi ziyana görə 93 600 manat Cavabdeh MTK-dan (“Grand Plaza" MMC) tutularaq, ona ödənilməsi; Mənəvi ziyana görə 50 000 manat Cavabdeh MTK-dan (“Grand Plaz a" MMC) tutularaq, ona ödənilməsi; Vəkilə ödədiyi 320 manat və ödənilmiş dövlət rüsumu 450 manat cəmi 770 manat Cavabdeh MTK-dan (Cavabdeh MMC) alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2248/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli (hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 07 avqust 2018- ci il tarixli, 071 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh MTK-dan 2400 (iki min dörd yüz) manat məbləğində pulun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun 144 (bir yüz qırx dörd) manat hissəsi məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli 2(103)-757/2025 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)- 2248/2024 nömrəli qətnaməsinin mənzilin təhvil verilməsi hissəsində dəyişdirilərək, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 av qust 2018-ci il tarixli, 071 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş 1 nömrəli binanın 0-dan hesablanmaqla (qeyri-yaşayış sahələri də daxil olmaqla) 5-ci mərtəbəsində 4 otaqlı, layihədə nəzərdə tutulan ümumi sahəsi 112 kv.m. olan təmirsiz mənzil Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e- 2(004)- 2248/2024 nömrəli qətnaməsinin iddianın kirayə haqqının ödənilməsi hissəsində ləğv olunması, bu hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, 2023-cü ilin fevral ayından 2024-cü ilin mart ayınadək olan dövr ərzində ödənilməmiş kirayə haqqına görə 7200 manat məbləğində pul vəsaitinin və mənzilin təhvil verilməsindən 3 ay sonrayadək hər ay 600 manat məbləğində pul vəsaitinin Cavabdehn dən tutularaq İddiaçı ödənilməsi və qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə).
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-757/2025 saylı, 25 fevral 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən qalan hissələrdə təmin etmədiyi hissəsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Həmçinin cavabdeh həmin qətnamədən (Vəkil-Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)757/2025 nömrəli qətnaməsinin ləğv edilm əsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdehin kassasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsi qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan azdır. Buna görə də iş üzrə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-757/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmasına aid hissədə ləğv edilməli, həmin kassasiya şikayəti baxışdan çıxarılmaqla, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-757/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehin kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 4800 manat olmaqla, 5000 manatdan azdır.
9. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şik ayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
11. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmiş, qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə, onun kassasiya şikayətini geri qaytarmal ı olduğu halda, baxılması üçün kassasiya məhkəməsinə göndərmişdir.
12. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata k eçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).
13. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühaki mə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir.
14. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).
15. Qətnamənin mübahisələndirilən hissəsində iddianı n məbləği 5000 manatdan az olduğuna görə, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. İddiaçının kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
16. MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, kassasiya instansiyası məhkəməsinin icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır.
17. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyas ı məhkəməsinə qaytarılmalıdır.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402.1, 417.1.7 və 408.1.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2017/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-757/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmasına aid hissədə ləğv edilsin. Həmin kassasiya şikayəti baxışdan çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-757/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildi