Məhkəmə qərarları › İş №2(102)-2019/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2019/2020

11.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2019/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili X3, Cavabdeh1, onun və digər Cavabdeh2vəkili Nümayəndə iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-3161/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən rayon məhkəməsinin (hakim Hümbət Səlimov) x x xxxxxxxx 2019-cu il tarixli, 2(019)-735/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçılar İddiaçı2, İddiaçı1 və xx xxxx 2002-ci ildə anadan olmuş X8 Balakən rayonunun Qullar kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan ümumi sahəsi 59,10 kvadrat metr fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlərin vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Balakən rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət edərək ünvan 1ində yerləşən mərhum qaynatası X2 məxsus fərdi yaşayış evinə oğlu - xx xxxx 2002-ci il təvəllüdlü X13 və qızı xx xxxx 1997-ci il təvəllüdlü İddiaçı1 ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə qeyri-rəsmi nikahla Qullar kənd sakini Cavabdeh1 ilə evlənmişdir. Ailə quran zaman qaynatası X1 ünvan 1ində olan evinə heç bir qeyd-şərt olmadan gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. O, həmin evdə yaşamaqla ailə üzvləri ilə ümumi təsərrüfat aparmışdır. Onların qeyri-rəsmi nikahlarından xx xxxx 1997-ci ildə Aytac və xx xxxx 2002-ci ildə Sənan adında iki uşaqları olmuşdur. 2004-cü ildə əri Yaşarla birli kdə işləmək üçün Bakı şəhərinə gedərək kirayədə yaşayıb, işləmişlər. Onların daimi yaşayış yeri isə gəlin köçüb yaşadığı ev olmuşdur. 2016-cı ilin əvvəllərində onlar ayrılmışlar. Uşaqlar onun himayəsində qalmışlar. X4 2018-ci ilin oktyabr ayında vəfat etmişdir. Bundan sonra Cavabdeh1 onu və uşaqlarını evdən qovmuşdur. Cavabdehlər hazırda onu və uşaqları evə buraxmırlar. Onlar dəfələrlə evə qayıdıb orada yaşamağa cəhd göstərsələr də, cavabdehlər onları evə buraxmamış və qayıdıb yaşamalarına maneçilik törətmişlər. Başqa yaşayış yerləri isə yoxdur. Onun bütün əmlakları da hazırda həmin evdədir və ünvan 1ində qeydiyyatdadırlar. Ona görə də, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını x ahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh1, onun və digər Cavabdeh2vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassa siya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı2 və İddiaçı1 və onların vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı2 Cavabdeh1 ilə 1996-cı il tarixdə qeyri-rəsmi nikahla evlənmiş və qaynatası X4 tərəfindən özünə məxsus olan, ünvan 1ində yerləşən ümumi sahəsi 59,10 kvadrat metr olan fərdi yaşayış evinə heç bir qeyd şərt olmadan köçürülmüşdür. Həmin evdə xx xxxx 1997-ci ildə Aytac və xx xxxx 2002-ci ildə Sənan adında iki uşaqları olmuşdur. 2004-cü ilə kimi o, evdə yaşayan şəxslərlə ümumi təsərrüfat aparmaqla həmin evdə yaşamışdır. Uşaqlar da həmin evdə yaşamışlar. 2004-cü ildə İddiaçı2 əri Cavabdeh1 ilə birlikdə işləmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərində kirayədə yaşayıb işləmişlər. Lakin onların daimi yaşayış yeri gəlin köçüb yaşadığı ev olmuşdur. 2016-cı ilin əvvəllərində onlar ayrılmışlar. Uşaqlar iddiaçının himayəsində qalmışlar. Cavabdehlər 2018-ci ildən başlayaraq iddiaçıları evə buraxmadıqlarından onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə m üraciət etmişlər. Mübahisəli ev xx xxxxxxxx 2019-cu il tarixdən Cavabdeh2 mülkiyyətindədir. Cavabdehlər iddia müddəti tətbiq olunmaqla iddianın təmin edilməməsini xahiş edirlər. Balakən rayon Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 857 saylı arayışdan görünür ki, İddiaçı2 1996-cı ildə qeyri-rəsmi nikahla Qullar kənd sakini Cavabdeh1 ərə gəlmişdir. Onların qeyri-rəsmi nikahlarından 1997-ci il təvəllüdlü İddiaçı1 və 2002-ci ildə təvəllüdlü X13 olmuşdur. Nümayəndəlikdə olan 2010-2020-ci illərin təsərrüfatbaşına kitablarında Cavabdeh1 həyat yoldaşı İddiaçı2 iki övladı tək təsərrüfatda qeyd edilmişdir. Lakin İddiaçı2 ərə getdiyi zamanqaynatası X1 evinə gəlin gəlmiş və cehiz əşyaları həmin evə aparmışdır. İddiaçı2 ailəsi ilə birlikdə onun keçmiş həyat yoldaşı Cavabdeh1 ilə mübahisələri yaranıb ayrılana qədər qaynatası X1 evində ailəsi ilə birlikdə yaşamışdır. X4 2018-ci ilin oktyabr ayında vəfat etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X1 ünvan 1ində yaşayan arvadı X11 miras əmlakdan tam irs almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X2 verilmiş **********9510301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 59,10 kvadrat metr olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,1153 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 59.10 kvadrat metr olan fərdi yaşayış evi X1, 0,1153 ha torpaq sahəsi isə X7 və X1 ümumi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 59.10 kvadrat metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 adına qeydə alınmışdır. Hazırki iş üzrə 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcə lləsinin normalarına istinad edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, hazırkı işdə mübahisəli fərdi yaşayış evi hüquq münasibətləri yaranarkən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından tərəflər arаsındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4-cü maddəsinə əasən mübahisə e dilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlərvə uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda vəhəddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 4-cü maddəsinə görə Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən,mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında sözügedən evdən istifadə ilə bağlı hüquq münasibətləri 1996-cı ildə yarandığından onlar arasındakı mübahisəyə Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunla təsdiq edilmiş) normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəllənin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan a ilə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünəməxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sa həsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşma çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Apelyasiya instansiyası məhkəməsi sadalanan qanunvericilik aktlarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum qərarına istinadən hesab etmişdir ki, idd iaçıların mübahisəli yaşayış evinə köçürülmə tələbinə dair iddiası əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apelyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 həmin evin mülkiyyətçisi olmasını nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçılar mübahisəli yaşayış sahəsinə hüququ Cavabdeh2 mülkiyyətçi olmasından xeyli əvvəl əldə etmiş, lakin sonuncuların maneəsi qarşılığında həmin evdə yaşaya bilməmişlər. Apelyasiya şikayətindəki digər dəlillərə münasi bətdə isə məhkəmə qeyd etmişdir ki, həmin apelyasiya şikayətində “iddia müddəti” anlayışı mübahisələndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Pozulmuş hüququn müdafiəsi ilə bağlı iddia müddətlərinin tətbiqi ümumi qaydadır. Lakin qanun elə hallar da müəyyən edir ki, hüquq münasibətdən irəli gələn tələb onun irəli sürülməsi müddətindən asılı olmayaraq məcburi qaydada müdafiə olunur. Bu hallarla bağlı tələblərə iddia müddətinin tətbiq edilməməsi qaydası ümumi qaydadan istisna sayılır. İddia müddəti aid edilməyən tələblərin özəlliyi ondan ibarətdir ki, onlar müddətsiz hüquqların müdafiəsi ilə bağlı münasibətlərdən irəli gəlir.Mül ki Məcəllənin 384-cü maddəsi də məhz iddia müddətinin şamil edilmədiyi tələblərin siyahısını müəyyən etmişdir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlərin öz etirazlarının əsası kimi istinad etdikləri və apellyasiya şikayətində göstərdikləri hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehlərin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhk əməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-3161/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar