Məhkəmə qərarları › İş №2(102)-202/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-202/2021

04.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-202/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı6 Şamil oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9 Şamil oğlu, İddiaçı10, İddiaçı11, X5, İddiaçı13, İddiaçı14 və İddiaçı15 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad olunması, boşaldılması (açılması və ya maneədən təmizlənməsi) tələbi) avtomobil yolunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və vəki li X4 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-555/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı6 Şamil oğlu və İddiaçı13 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı6 Şamil oğlu, İddiaçı7, İddiaçı8, İddiaçı9 Şamil oğlu, İddiaçı10, İddiaçı11, X5, İddiaçı13, İddiaçı14 və İddiaçı15 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş, Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən torpaq sahəsinin zəbtdən azad olunması, həmçinin Daşkəsən rayonu Quşçu kəndarası avtomobil yolunun cavabdeh tərəfindən boşaldılması (açılması və ya maneədən təmizlənməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Daşkəsən rayonu Quşçu kəndi ərazisində ferma tikilisi vardır. Həmin tikili özəlləşdirilməmiş və torpaq sahəsinə mülkiyyət hüququ əldə edilməmişdir. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq ferma binası ətrafında olan torpaq sahəsinidə çəpərləyərək zəbt etmişdir. Bundan başqa cavabdeh qeyri-qanuni olaraq Daşkəsən rayonu Quşçu kəndarası avtomobil yolunu özbaşına zəbt etmiş və avtomobillərin gediş-gəlişinə maneçilik törətməklə həm kənddə yaşayan sakinlərin, həm də digər şəxlərin hüquqlarını kobud şəkildə pozmuşdur. Kənd sakinləri Cavabdehdan dəfələrlə bu qanunsuz hərəkətlərinı son qoymasını tələb etsələr də, İsməli onlara məhəl qoymamış və qanunsuz əməllərini davam etdirmişdir. Halbuki, həmin ərazidən uzun illər kənd camaatı kəndarası yol kimi istifadə etmiş, vaxtı ilə həmin torpaq sahəsi müvafiq sənədlərdə rəsmi olaraq kəndarası yol statusunda olmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Daşkəsən rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(030)-06/2019) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Kamalov X2 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar olaraq 1993-cü ildə məcburi köçkün düşərək Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışdır. Mal-qara saxlamaqla təsə rrüftala məşğul olaraq sahibkarlıq fəaliyyətini həyata keçirir. Bununla bağlı həmin kənddə yerləşən, X1 mülkiyyətində olan ferma binasını faktiki olaraq satın almışdır. Faktiki alqı-satqı Gəncə şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli AR-İ 418536 nömrəli etibarnamə ilə rəsmiləşdirilmişdir. Bu etibarnamə ilə X3 bütün səlahiyyətli orqanlarda, o cümlədən İcra Hakimiyyətində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində, istənilən bankda, Asan Xidmət Mərkəzində və notariat kontorunda nümayəndəsi olmağı, ona məxsus olan Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən ümumi sahəsi 2,245 kv.m olan anbar binasının Quşçu-Çovdar yolunun sağ tərəfində yerləşən 711 kv.m sahəsi olan anbar hissəsinin üzərind ə sərəncam verməyi, istənilən qiymət və şərtlərlə satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, təyinatını dəyişdirməyi, təyinatına uyğun tikinti işlərini aparmağı, tikililəri qanunlaşdırmağı, bununla bağlı sənədləşmə işlərini aparmağı, sənədləri toplamağı, təqdim etməyi, adından ərizə yazmağı, istənilən növ müqavilələr bağlamağı, müqaviləni və digər sənədləri imzalamağı, haqq və rüsumları ödəməyi, ona çatası bütün növ sənədləri və arayışları almağı, bu tağşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi ona etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilməklə xx.xx.2066-cı il tarixədək qüvvədədir. Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün həmin ferma binasının ətrafında olan, dövlət və bələdiyyə mülkiyyəti olmuş torpaq sahəsinin bir hissəsini qanuna mü vafiq qaydada alqı-satqı yolu ilə almaq qərarına gəlmişdir. Bu məqsədlə Daşkəsən rayon Quşçu Bələdiyyəsinə və aidiyyəti Dövlət orqanlarına müraciət etmişdir. Zəruri sənədlər toplanaraq qanunla müəyyən olunmuş dövlət rüsumu ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 6 saylı Gəncə Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən müsabiqənin qalibi olmuş və Daşkəsən rayonu Quşçu bələdiyyə, dövlət mülkiyyətinə aid 2536 kv.metr torpaq sahəsini satın almış və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində İsməli Kamlovun adına rəsmiləşdirilərək xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli “Çıxar ış” verilmişdir. Həmin 2536 kv.metr torpaq sahəsi Cavabdeh istifadəsində olan ferma binası ilə Gəncə-Quşçu-Çovdar avtomobil yolunun arasında yerləşir. İddiaçıların kəndarası yol kimi iddia etdikləri torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 2536 kv.metr torpaq sahəsini tərkib hissəsidir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə t utulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən, Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 146-cı maddəsinə görə, maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.). Həmin Məcəllənin 394-cü maddəsinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 67.1.). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (maddə 67.3.). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67.4.). “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müdd əaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli, 2 №-li qərarının mənasına görə, torpaq sahəsi üzərində hüquqları həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirir və bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutmaq kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafıq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüqu qi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ deyildikdə müvafiq qərar (müqavilə) əsasında, yalnız torpaq vergisi ödəmək şərti ilə, ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qanunvericinin belə yanaşması ilə ondan irəli gəlir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Azərbaycan Respublikası qanununun 12.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların kəndarası yol kimi istifadə etmək istədikləri ərazi Cavabdeh mülkiyyətində olan 2536 kv.metr torpaq sahəsinin tərkib hissəsidir. İddiaçılar həmin ərazinin vaxtı ilə yol kimi istifadə olunduğunu, hal-hazırda Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunduğunu göstərsələr də, bunu təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Mübahisəli torpaq sahəsinin cavabdeh in mülkiyyətində olması cavabdehin izahatı, yerindən baxış protokolu, Cavabdeh torpaq sahəsinin verilməsinə dair müvafiq sənədlər, o cümlədən, Daşınmaz Əmlakın Dövlət reystrindən Cavabdeh adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli “Çıxarış”, Torpaq sahəsinin planı və ölçüsü, “Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzi” MMC Gəncə Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli 51 saylı mütəxəssis rəyi, habelə işin digər faktiki halları ilə kifayət qədər təsdiq olunur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıların kəndarası yol kimi istifadə etmək üçün mübahisələndirdikləri, hal-hazırda İsməli Kamlovun mülkiyyətində olan ərazinin 15-20 metrliyindən Gəncə-Quşçu-Çovda r avtomobil yolu keçir. Hal-hazırda Dövlət layihəsinə uyğun olaraq həmin yolun yenidən qurulması və genişləndirilməsi planlaşdırılmış, bu məqsədlə Dövlət büdcəsindən ******* manat vəsait ayrılmışdır. Yəni, hazırkı vəziyyətdə iddiaçıların Quşçu-Çovdar avtomobil yolundan sərbəst surətdə istifadə etməklə öz problemlərini həll etmələrinə heç bir maneə yoxdur. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və Ə.Məmmədov, iş № 2(104)-555/2020) apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Kamalov X2 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar olaraq 1993-cü ildə məcburi köçkün düşərək Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışdır. Malqara saxlamaqla təsərrüftala məşğul olaraq sahibkarlıq fəaliyyətini həyata keçirir. Bununla bağlı həmin kənddə yerləşən, X1 mülkiyyətində olan ferma binasını faktiki olaraq satın almışdır. Faktiki alqı-satqı Gəncə şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli AR-İ 418536 nömrəli etibarnamə ilə rəsmiləşdirilmişdir. Bu etibarnamə ilə X3 bütün səlahiyyətli orqanlarda, o cümlədən İcra Hakimiyyətində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində, istənilən bankda, Asan Xidmət Mərkəzində və notariat kontorunda nümayəndəsi olmağı, ona məxsus olan Daşkəsən rayonu Quşçu kəndi ərazisində yerləşən ümumi sahəsi 2,245 kv.m olan anbar binasının Quşçu-Çovdar yolunun sağ tərəfində yerləşən 711 kv.m sahəsi olan anbar hissəsinin üzərində sərəncam verməyi, istənilən qiymət və şərtlərlə satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, təyinatını dəyişdirməyi, təyinatına u yğun tikinti işlərini aparmağı, tikililəri qanunlaşdırmağı, bununla bağlı sənədləşmə işlərini aparmağı, sənədləri toplamağı, təqdim etməyi, adından ərizə yazmağı, istənilən növ müqavilələr bağlamağı, müqaviləni və digər sənədləri imzalamağı, haqq və rüsumları ödəməyi, ona çatası bütün növ sənədləri və arayışları almağı, bu tağşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi ona etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilməklə xx.xx.2066-cı il tarixədək qüvvədədir. Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün həmin ferma binasının ətrafında olan, dövlət və bələdiyyə mülkiyyəti olmuş torpaq sahəsinin bir hissəsini qanuna müvafiq qaydada alqısatqı yolu ilə almaq qərarına gəlmişdir. Bu məqsədlə Daşkəsən rayon Quşçu Bələdiyyəsinə və aidiyyəti Dövlət orqanlarına m üraciət etmişdir. Zəruri sənədlər toplanaraq qanunla müəyyən olunmuş dövlət rüsumu ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 6 saylı Gəncə Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilən müsabiqənin qalibi olmuş və Daşkəsən rayonu Quşçu bələdiyyə, dövlət mülkiyyətinə aid 2536 kv.metr torpaq sahəsini satın almış və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində İsməli Kamlovun adına rəsmiləşdirilərək xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli “Çıxarış” verilmişdir. Həmin 2536 kv.metr torpaq sahəsi Cavabdeh istifadəsində olan ferma binası ilə Gəncə-Quşçu-Çovdar avtomobil yolunun arasın da yerləşir. İddiaçıların kəndarası yol kimi iddia etdikləri torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 2536 kv.metr torpaq sahəsini tərkib hissəsidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 139.4, 146,146.1, 146.3, 394, 178.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 67.1, 67.3 67.4-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia t ələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bu mənada məhkəmə iddiaçıların öz tələblərində haqsız olmaları, cavabdehin mülkiyyət hüququnun müdafiə olunmasının zəruri olması qənaətinə gəlir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsi nə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı4, İddiaçı6 Şamil oğlu və İddiaçı13 (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-555/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işti rakçılarının izahatları Cavabeh Cavabdeh və vəkili X8 izahatlarında göstərmişlər ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçılar İddiaçı4, İddiaçı6 Şamil oğlu və İddiaçı13 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı4, İddiaçı6 Şamil oğlu və İddiaçı13 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-555/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar