Məhkəmə qərarları › İş №2(102)-2020/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2020/2025

02.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2020/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, ötən aylara görə ödənilmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə b ağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-284/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 05.12.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində həmin tarixdə işə başlamış, müqavilənin bitmə tarixli xx.xx.2023-cü il tarixi göstərilmişdir.

2. Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbin direktoru Zahidə Aslanovanın xx.xx. 2023-cü il tarixli, 107 nömrəli əmrindən görünür ki, Aşağı Tala 5 nömrəli tam orta məktəbinin musiqi müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdeh1ndən razılıq gələnədək məktəbdə vakantda olan 5s musiqi dərsini tədris etmək üçün müəllim təyin edilməsi əmr edilmişdir. 3. 03.10.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində həmin tarixdə işə başlamış, müqavilənin bitmə tarixi xx.xx.2023-cü il göstərilmişdir.

4. Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbin direktoru Zahidə Aslanovanın xx.xx.2023-cü il tarixli, 136(b) nömrəli əmrindən görünür ki, Aşağı Tala 5 nömrəl i tam orta məktəbinin musiqi müəllimi İddiaçı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəki Zaqatala-Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 42(1)-1297 nömrəli məktubuna əsasən müddətli əmək müqaviləsi bağlanaraq məktəbə musiqi müəllimi təyin edilməsi əmr edilmişdir. 5. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla Yengiyan kənd Nəcəf Aslanov adına tam orta məktəbində musiqi müəllimi vəzifəsində həmin tarixdə işə başlamış, müqavilənin bitmə tarixli xx.xx.2024-cü il göstərilmişdir.

6. Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinin direktoru Zahidə Aslanovanın xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmrindən görünür k i, orta məktəbin musiqi müəllimi İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən həmin tarixdə işinə xitam verilməsi və sonuncu haqq-hesabın ödənilməsi əmr edilmişdir.

7. Şəki Rayon Məhkəməsinin 2(075)-645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilmiş, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdeh1 Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmrinin ləğv edilməsi, İddiaçı Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqq ı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1nə və Zaqatala rayonu Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinə (bundan sonra cavabdehlər, yaxud Təhsil İdarəsi, Orta məktəb) qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Orta məktəbin xx.xx.2024-cü il tarixli, 49 nömrəli qanunsuz əmrinin ləğv edilməsi, həmin məktəbə işə bərpa olunması və məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayon Təhsi l İdarəsi ilə əmək müqaviləsi bağlayaraq, 2 ildən artıq Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbdə musiqi müəllimi vəzifəsində işləmiş və onun 5 saatlıq dərs yükü olmuşdur. Lakin iki il işləməsinə baxmayaraq, həmin məktəb onunla yazılı əmək müqaviləsi bağlamamış və birdən-birə heç bir səbəb olmadan qanunsuz şəkildə onu işdən azad etmişlər. Əgər onunla yazılı şəkildə əmək müqaviləsi bağlanmamışdırsa, cavabdeh necə iddia edə bilər ki, onların arasında əmək münasibətləri daimi deyil, müddətli xarakter daşımışdır. xx.xx.2023cü il tarixli 107 nömrəli əmrdə qeyd olunmuşdur ki, “Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Təhsil İdarəsindən razılıq gələnədək, məktəbə vakantda olan 5 saat musiqi dərsini tədris etmək üçün müəllim təyin edil sin.” Lakin xx.xx.2024-cü il tarixli, 49 nömrəli işdən çıxarma əmrində isə qeyd olunmuşdur ki, “Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinin musiqi müəllimi İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün həmin tarixdən işinə xitam verilsin. Son haqq-hesab ödənilsin”. Daha sonra ardınca “ruçka” ilə qeyd olunub: “Əsas: Əmək Məcəlləsi, maddə 68 bənd 2 (b)”. Göründüyü kimi, iki əmr birbiri ilə ziddiyyət təşkil edir. Birinci əmrdə Təhsil İdarəsindən razılıq gələnədək”, ikinci əmrdə isə “İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün” yazılmışdır. Bundan əlavə, iddia ərizəsinə “esosial”dan əlavə etdiyi çıxarışlardan isə görünür ki, əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2022-ci il tarixi göstərilmiş, əmək müqavilə sinin bitmə tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Daha sonra əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2023-cü il göstərilmiş, bitmə tarixi isə xx.xx.2024cü il tarixi göstərilmişdir. Bu halda bir əmək münasibətinə dair iki əmrin və həmin əmrlərə dair yazılı əmək müqavilələrinin mövcudluğu sual doğurur. Buradan da görünür ki, işdən çıxma əmri tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə etdiyi əmrdən də görünür ki, tərəflər arasında hər hansı müddətlə bağlı razılıq əldə olunmamışdır. İşəgötürən birtərəfli qaydada özü müddət müəyyən edərək, birtərəfli qaydada əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Aralarında hər hansı yazılı əmək müqa viləsi bağlanmadığından, tərəflər arasında olan əmək münasibətləri müddətsiz xarakter daşımalıdır. Əgər işəgötürən iddia edirsə ki, bu müqavilə müddətli əmək müqaviləsidir, bunu sübut edib göstərsin ki, həqiqətən də qarşılıqlı razılıq əsasında onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Lakin iddia ərizəsindən görünür ki, cavabdehlər öz mülahizələrinə əsasən, onunla bağlanılmış müqaviləyə “müddətli müqavilə” kimi yanaşaraq, onu işdən qanunsuz olaraq azad etmişlər. Bundan başqa hesab edir ki, onun gördüyü işin və ya göstərdiyi xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğundan, onunla müddətli əmək müqaviləsi bağlana bilm əzdi. Bağlansaydı belə, bu yalnız qarşılıqlı razılıq əsasında olmalı idi. Bundan başqa, Şəki Rayon Məhkəməsinin bu yaxınlarda iki əmr üzrə barəsində işə bərpa tələbi ilə bağlı xeyrinə çıxan qətnamə ilə əlaqədar Təhsil İdarəsi onunla prinsip aparır və ona qarşı qərəzli mövqe sərgiləyir. Belə ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və Təhsil İdarəsi Bazar kənd tam orta məktəbinin 14 oktyabr 2023-cü il tarixli 162 nömrəli əmrinin ləğv edilməsi, onun Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, eləcə də Təhsil İdarəsi Lahıc kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 90 nömrəli əmrinin ləğv edilməsi, onun Lahıc kənd tam orta məktəbinə i şə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Məhz bu qətnamədən sonra Təhsil İdarəsi ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Hətta Təhsil İdarəsinin əməkdaşı ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş olsa da, Zaqatala Rayon Məhkəməsi həmin şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Bunlardan da görünür ki, cavabdehlər onu qanunsuz və əsassız yerə işdən çıxarmışlar.

10. Məhkəmə iclasında cavabdeh Təhsil İdarəsinin nümayəndəsi verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı işə qəbul edilərkən, vakant vəzifəyə qəbul edildiyini və əmək müqaviləsinin müddətli olduğunu bilmişdir.

11. Şəki Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(075)-1919/2024 nömrəli, 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh məktəblə heç bir yazılı əmək müqaviləsi mövcud olmamışdır. Əmək müqaviləsi olmadığı halda, işçi üçün əsas sənəd kimi “əmək müqaviləsi bildirişi” qəbul edilə bilər. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı müddətli əmək müqaviləsi əsasında xx.xx.2024-cü il tarixədək Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri m ənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə kimi Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi rəhbər tutulmaqla orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri ilə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsas kimi göstərildiyindən, məhkəmə hesab etmişdir ki, orta məktəbin direktorunun xx.xx.2024- cü il tarixli, 49 nömrəli əmri qanuni və əsaslıdır.

14. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmasa da, əmək müqaviləsi bildirişlərinə əsasən iddiaçının əmək müqaviləsinin müddətli olmasından və ona xitam verilməsindən məlumatı olmuşdur.

15. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 7, 44, 45, 47, 49, 68, 73, 76, 87 və 300-cü və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmsını xahiş etmişdir.

17. Apellyasiya şikayəti i ddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, 2 ildən artıq Zaqatala rayon Təhsil Şöbəsi ilə əmək müqaviləsi bağlayaraq, Nəcəf Aslanov adına tam orta məktəbdə musiqi müəllimi vəzifəsində işləmiş və onun 5 saatlıq dərs yükü olmuşdur. Lakin, iki il işləməsinə baxmayaraq, həmin məktəb onunla yazılı əmək müqaviləsi bağlamamış və birdən-birə heç bir səbəb olmadan qanunsuz şəkildə onu işdən azad etmişlər. Əgər onunla yazılı şəkildə əmək müqaviləsi bağlanmamışdırsa, cavabdeh necə iddia edə bilər ki, onların arasında əmək münasibətləri daimi deyil, müddətli xarakter daşımışdır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli 107 №-li əmrdə qeyd olunmuşdur ki, “Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiqi müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən Təhsil İdarəsindən razılıq gələnədək məktəbə vakantda olan 5 saat musiqi dərsini tədris etmək üçün müəllim təyin edilsin”. Lakin iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, 49 №-li işdən çıxarma əmrində isə qeyd olunmuşdur ki, “Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinin musiqi müəllimi İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün həmin tarixdən işinə xitam verilsin. Son haqq-hesab ödənilsin”. Daha sonra isə ardınca “ruçka” ilə qeyd olunub: “Əsas: Əmək Məcəlləsi Maddə 68 bənd 2 (b)”. Göründüyü kimi, iki əmr birbiri ilə ziddiyyət təşkil edir. Birinci əmrdə “Cavabdeh1ndən razılıq gələnədək”, ikinci əmrdə isə “İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.2024-cü il tarixində bitdiyi üçün” yazılmışdır. Bundan əlavə, iddia ərizəsinə “e-sosial”dan əlavə etdiyi Çıxarışlardan isə görünür ki, əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2022-ci il tarixi göstərilmiş, əmək müqaviləsinin bitmə tarixi isə xx.xx.2023-cü il göstərilmişdir. Daha sonra isə əmək müqaviləsinin bağlandığı tarix kimi xx.xx.2023-cü il göstərilmiş, bitmə tarixi isə xx.xx.2024cü il tarixi göstərilmişdir. Bu halda isə sual yaranır ki, bir əmək münasibətinə dair 2 əmr necə olur və həmin əmrlərə dair yazılı əmək müqavilələri haradadır? Bu hal bir daha cavabdehlərin saxta əməllərini gün üzünə çıxarır. Bunlardan da görünür ki, işdən çıxma əmri tamamilə qanunsuz və əsassızdır. Çünki, Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanmalı olduğu halda, işəgötürən Əmək Məcəlləsinin bu şərtini pozaraq onunla yazili əmək müqaviləs i bağlamamişdir. Əmək Məcəlləsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Onların arasında hər hansı yazılı əmək müqaviləsi bağlanmadığından, tərəflər arasında olan əmək münasibətləri müddətsiz xarakter daşımalıdır. Əgər işəgötürən iddia edirsə ki, bu müqavilə müddətli əmək müqaviləsidir, bunu sübut edib göstərsin ki, həqiqətən də qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Lakin, iddia ərizəsindən görünür ki, cavabdehlər öz mülahizələrinə əsasən, onların arasında bağlanılmış müqaviləyə müddətli müqavilə kimi yanaşaraq, onu işdən qanu nsuz olaraq azad etmişlər. Bundan başqa hesab edir ki, onun gördüyü işin və ya göstərdiyi xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi, bu səbəbdən müddətli əmək müqaviləsi bağlana bilməzdi. Bağlansaydı belə, bu yalnız qarşılıqlı razılıq əsasında olmalı idi. Hətta, Təhsil İdarəsinin əməkdaşı ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş, Şəki Rayon Məhkəməsi isə həmin şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Bu da cavabdehin ona qarşı prinsip apardığını göstərir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim olunmuş sübutları sanki “görməzdən” gəlmişdir. Bu da onun hüquq və qanunla qorunan mənafelərimi kobud şəkildə pozmuşdur. İş materiallarından açıq-aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir. İş materiallarından görünür ki, məhkəmə işdə olan yazılı sübutlara düzgün hüquqi qiymət verməmiş, çoxsaylı mötəbər dəlillər təqdim etməsinə baxmayaraq, iddianın rədd olunması qənaətinə gəlmişdir.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Təhsil İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, müəllimlərin orta məktəblərdə işə qəbul qaydalarına görə müddətsiz müqavilə bağlanmaqla müəllim vəzifəsinə təyin olunmaqdan ötrü müvafiq qaydada keçirilən imtahanlarda iştirak edib, bu hüququ qazanmaq lazımdır. Dərs saatlarının boş keçməməsi üçün vakant müəllim vəzifələrinə təhsil qurumunun özü tərəfindən qəbul edilən ə mrlə müəllimlər yalnız müddətli, yəni ən çoxu bir tədris ili üçün bağlanan müqavilələrlə işə götürülür. Bu qaydalara görə də əsas iş yeri Zaqatala rayon Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbi olan iddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 oktyabr 2023-cü il tarixdə daxil edilmiş “əmək müqaviləsi bildirişi” və 14 oktyabr 2023-cü il tarixli 136(b) nömrəli əmrə əsasən müddətli əmək müqaviləsi əsasında əlavə iş yeri olaraq 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində vakant musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin bitmə tarixi 14 iyun 2024cü il olmuşdur. Buna görə də, tərəflər arasında həmin əmək münasibətlərinin 14 iyun 2024-cü il tarixdə bitdiyi nəzərə alınaraq, 11 iyun 2024-cü il tarixli 49 nömr əli əmrlə onun həmin tarixdən Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi qismində əlavə işinə xitam verilmiş və ona qanunla nəzərdə tutulan qaydada sonuncu haqq-hesab ödənilmişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-284/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Zülfüqar Sadiqov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Əyyub Kərimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, əsas iş yeri olaraq Zaqatala rayonu Aşağı Tala 5 nömrəli kənd tam orta məktəbin musiq i müəllimi vəzifəsində işləyən iddiaçı 2023/2024-cü tədris ilində əlavə iş yeri olaraq 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsində də işləmiş, bu müddət ərzində yerinə yetirdiyi işlə əlaqədar müvafiq qaydada əmək haqqı almış və Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə 11 iyun 2024cü il tarixli 49 nömrəli əmrə əsasən onunla həmin məktəb arasında əlavə iş yeri olaraq mövcud olan əmək münasibətlərinə “müddətin 14 iyun 2024-cü il tarixdə bitməsi” ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilmiş, bununla əlaqədar ona qanunvericiliklə müəyyən edilmiş qaydada sonuncu haqq -hesab ödənilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının 2023/2024-cü tədris ilində əlavə iş yeri olaraq 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə işə qəbulu ilə əlaqədar tərəflər arasında müvafiq yazılı əmək müqaviləsi bağlanmasa da, 2023/2024-cü tədris ilində iddiaçının 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsində işləməsi və onun bu vəzifəyə müəyyən müddətədək, yəni “14 iyun 2024-cü il tarixədək” qəbul olunmasının həmin dövrdə qanunvericiliyin tələb etdiyi qaydada mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmaqla rəsmiləşdirilməsi, onun bu işi ilə əlaqədar müvafiq qaydada əmək haqqı alması və müddətin bitməsi ilə əlaqədar onun bu əlavə iş yeri üzrə işinə xitam verilməsi - iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu, tərəflərin izahatları, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən müvafiq qaydada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş 3 oktyabr 2023-cü il tarixli və 14 oktyabr 2023-cü il tarixli “əmək müqaviləsi bildirişi”lərinin, Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbi üzrə verilmiş 15 sentyabr 2023-cü il tarixli 107 nömrəli, 14 oktyabr 2023-cü il tarixli 136(b) nömrəli və 11 iyun 2024-cü il tarixli 49 nömrəli əmrlərin məzmunu ilə təsdiq olunur. Yəni 2023/2024-cü tədris ilində tərəflər arasında mövcud olmuş əmək münasibətləri üzrə yazılı əmək müqaviləsi bağlanmasa da, iddiaçı həmin tədris ilində əlavə iş yeri olaraq Zaqatala rayon Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinə 14 iyun 2024-cü il tarixinədək vakant musiqi müəllimi vəzifəsinə təyin edilərək, 15 sentyabr 2023-cü ildən həmin tarixədək yerinə yetirdiyi işə görə əmək haqqı almışdır. Lakin onun qeyd olunan bu vəzifəyə təyin olunmasının “müddətsiz” hesab olunması üçün heç bir qanuni və müqavilə əsasları mövcud deyildir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 2, 3, 7, 44, 45, 47, 68, 73, 76, 87, 300-cü və Mülki-Prosessual Məcəllənin 101.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.2, 217.4, 218.1, 218.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və bu mümkün olmadığı təqdirdə işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarından görünür ki, maddi hüquq normaları pozulmuş, tətbiq olunmalı olan maddi hüquq norması tətbiq edilməmiş və əvəzində tətbiq olunmuş maddi hüquq norması səhv təfsir və yanlış tövsif olunmuşdur. İş materiallarından açıq-aydın şəkildə görünür ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etm əmiş, habelə qanunu səhv təfsir etmişdir. Bir əmək müqaviləsinə iki bir birinə zidd əmrin olması nə qədər ağlabatandır? Buradan da görünür kı, ışdən çıxma əmrı tamamılə qanunsuz və əsassizdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh Zaqatala rayonu Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbinin direktoru X2 tərəfindən yazılı etiraz verilmiş, etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olması, onun iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq səlahiyyətinin olmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

25. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dö vlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

26. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

27. Maddə 2 (5-ci hissə). Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmə k müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

28. Maddə 3 (5-1-ci hissə). Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasın ın Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. (28 iyun 2024-cü il tarixə kimi qüvvədə olan redaksiyada)

29. Maddə 7 (2-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

30. Maddə 11. (“a” v ə “b” bəndləri). Müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.

31. Maddə 12. (1-ci hissəsinin “b” bəndi). Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır.

32. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

33. Maddə

44. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümu nəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddənin 1-ci bəndi: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

34. Maddə 45. (1-ci hissəsi). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

35. Maddə 47 (f bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

36. Maddə 49 (1-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisn a olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

37. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

38. Maddə 68 (2-ci hissənin “a”, “b” və “e” bəndləri). Tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır.

39. Maddə 73. (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti q urtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

40. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

41. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

42. Maddə 83. (1-ci hissə). Əgər işçi ilə bağlan mış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

43. Maddə 87 (3-cü hissə). İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

44. Maddə

288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir.

45. Madd ə

292. İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

46. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

47. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

48. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izaha tları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası m əhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tə tbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İş materialları nda olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə kimi Nəcəf Aslanov adına Yengiyan kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi rəhbər tutulmaqla orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri ilə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsas kimi göstərildiyindən, məhkəmə hesab etmişdir ki, orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 nömrəli əmri qanuni və əsaslıdır. Tərəflər arasında yazılı əmək müqaviləsi bağlanmasa da, əmək müqaviləsi bildirişlərinə əsasən iddiaçının əmək müqaviləsinin müddət li olmasından və ona xitam verilməsindən məlumatı olmuşdur.

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. Beləliklə, məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-284/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar