Məhkəmə qərarları › İş №2(102)-2021/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2021/2020

19.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2021/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili x1 iştirakları ilə, İddiaçı Cavabdeh Ağsu Regional x5rşı müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa tələbinə dair mülki iş üzrə İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki K ollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Ağsu Regional x5rşı müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu rayon məhkəməsi 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bayramov, iş № 2(016)-474/2019) iddia təmin edilmiş, Cavabdeh” x9 x10 İdarəsi ilə İddiaçı arasında bağlanmış 363 saylı, 23 fevral 2015-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq xitam verilməsinə dair Cavabdeh Ağsu Regional x7 28 fevral 2019-cu il tarixli, 20/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Ağsu x13 İdarəsinin İsmayıllı rayonu üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə, işinə bərpa olunması və İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə,Məcidov və İ.Quliyev, iş № 2(107)-3025/2019) Cavabdeh İB Ağsu x13 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(016)-474/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh Ağsu Regional x5rşı Cavabdeh Ağsu Regional x7 28.02.2019-cu il tarixli 20/k saylı əmrinin ləğv edilməsi, onunla Ca vabdeh Ağsu x10 İdarəsi arasında müddətsiz əmək müqaviləsi bağlanılmaqla öz işinə bərpa olunmağı və əmək münasibətlərinin davam etdirilməsi, habelə məcburi iş buraxmaya görə hər ay 500 manat olmaqla işə bərpa olunduğu günədək orta əmək haqqının cavabdeh təşkilatın hesabından ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kas sasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı və vəkili x3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiy a instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmə k lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 13 mart 2009-cu il tarixli, 14/k saylı əmrlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin x11 İdarəsinin 1 saylı sahəyə nəzarətçi təyin edilmişdir. Bundan sonra İddiaçı x14 x2 rayonu üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi 23 fevral 2015-ci il tarixdən 23 fevral 2016-cı il tarixədək bir il müddətinə bağlanmışdır. x14 x2 rayonu üzrə Təmir-bərpa xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzr ə çilingəri İddiaçılə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 28.02.2019-cu il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin 43-cü maddəsinin (Əmək müqaviləsinin məzmunu) 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 43-cü maddəsinin (Əmək müqaviləsinin məzmunu) 2-ci hissəsinin (Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:) d bəndinə əsasən əmək müqaviləsində əmək müqaviləsinin müddəti göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsindən görünür ki, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin (Müddətli əmək müqaviləsi bağlanan hallar) f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 13 mart 2009-cu il tarixli, 14/k saylı əmrlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin x11 İdarəsinin 1 saylı sahəyə nəzarətçi təyin edilmişdir. 23.02.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün) bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra o, yeni işəgötürənlə x14 x2 rayonu üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsi 23 fevral 2015-ci il tarixdən 23 fevral 2016-cı il ta rixədək bir il müddətinə bağlanmışdır. Göründüyü kimi iddiaçının əmək funksiyasının yerinə yetirdiyi sonuncu iş yerində əmək fəaliyyətinin müddəti 5 il müddətinə çatmamışdır. Təqdim olunmuş əmək fəaliyyətinin müddətini özündə əks etdirən əmək kitabçasının surətindən aydın olur ki, onun cavabdeh kimi işə cəlb etdiyi və qarşılıqlı olaraq əmək münasibətlərindən irəli gələn öhdəlikləri olan işəgötürənlə bağlanmış əmək müqaviləsi məhz 4 il 5 gün qüvvədə olmuşdur. Apelyasiya məhkəməsi haqlı olaraq əvvəlki işə götürənlə bağlanmış əmək müqaviləsi üzrə işlədiyi müddəti hazırkı əmək müqaviləsi ilə birləşdirilməli olmasını mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı x14 x2 rayonu üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər vəzifəs inə işə təyin edilmiş, əmək müqaviləsi 23 fevral 2015-ci il tarixdən 23 fevral 2016-cı il tarixədək bir il müddətinə bağlanmışdır. Həmçinin Cavabdeh Ağsu RQİİ-nin 28.02.2019-cu il tarixli, 20/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə müəyyən olunur ki, x14 x2 rayonu üzrə Təmir-bərpa xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçılə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 28.02.2019-cu il tarixdə xitam verilmişdir. Göründüyü kimi İddiaçı işlədiyi müddət 4 il 5 gündür. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müq aviləsi hesab edilir. İddiaçı işlədiyi müddət 5 ildən az olduğu üçün sözügedən əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməsi mümkün deyildir. İşin halları ilə müəyyən olunduğu kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi 23.02.2015-ci ildən 23.02.2016-cı ilədək bir il müddət müəyyən olunmaqla bağlamışdır. Tərəflər əmək müqaviləsinə xitam verilənədək müvafiq illər üzrə yeni əmək müqaviləsi bağlamamış Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndini tətbiq edərək əmək müqaviləsinin sonrakı müddətlər üçün uzadılmış hesab etmişlər. Əmək müqaviləsinə xitam veriləndən əvvəl isə iddiaçının əmək müqaviləsinin müddəti 23 fevral 2019-cu ildə bitmişdir. Həmin müddətdən sonra, yəni yeddi gün müddət bitməmiş iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdi r. Belə olan halda müddətin bitməsindən sonra 7 gün ərzində əmək müqaviləsinə xitam verildiyindən sonrakı bir il müddət üçün Əmək Məcəlləsinin istinad olunan normasının tələbi baxımından uzadılması nəticəsinə gəlmək mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır; tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı işlədiyi müddət 5 ildən az oldu ğu üçün sözügedən əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməsi qanunvericiliyə ziddir. Məhkəmə məcburi iş buraxmaya görə hər ay 500 manat olmaqla işə bərpa olunduğu günədək orta əmək haqqının cavabdeh təşkilatın hesabından ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həl l edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozunt usunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin istnad oluna dəlilləri apelyasiya icraatı zamanı tam olaraq araşdırılmasını müəyyən edərək, həmin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kolle giyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar