Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2021/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X9 Bağır qızı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk, X9 Bağır qızının İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ İş № 2(102)-2021/2022 Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9866/2021 nömrəli 3 noyabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK-nın icraçı direktoru Şahin Əliyev (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış, 26 iyul 2013-cü il tarixli 019 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu Yeni-Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 46.8 m2 olan 1 otaqlı 19 nömrəli mənzili alıcıya verməyi, alıcı isə tərəflərin razılığı ilə 12.000 manat həcmində müəyyən edilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Maliyyə arayışına əsasən İddiaçı MTK-nın payçısı olmaqla mənzilin tam dəyərini (12.000 AZN) ödəmiş, onun bu mənzil üzrə borcu yoxdur. 3. "xxxx" MTK üzvlərinin ümumi iclasının 07 №-li protokolundan çıxarışdan görünür ki, Abbaslı X3 üzv qəbul olunmuşdur. 4. "xxxx" MTK-nın icraçı direktoru Şahin Əliyev (satıcı) ilə X9 Bağır qızı (alıcı) arasında bağlanmış, 25 fevral 2014-cü il tarixli 0019 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 46.8 m2 olan 1 otaqlı 19 nömrəli mənzili alıcıya verməyi, alıcı isə tərəflərin razılığı ilə 32.000 manat həcmində müəyyən edilmiş mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
5. Maliyyə arayışına əsasən X9 Bağır qızı MTK-nın payçısı olmaqla mənzilin tam dəyər ini (32.000 AZN) ödəmiş, onun bu mənzil üzrə borcu yoxdur. 6. "xxxx" MTK üzvlərinin ümumi iclasının İİ №-li protokolundan çıxarışdan görünür ki, Əsgərova Nailə X2 üzv qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2013-cü il tarixdə onunla "xxxx" MTK arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki 19 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbini dəyişdirərək X9 Bağır qızını cavabdeh qismində qeyd etməklə, "xxxx" MTK ilə Nailə Əsgərova arasında mübahisəli mənzilə dair 0019 nömrəli, 25 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh Nailə Əsgərovanın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki 19 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 07 nömrəli, 26 iyul 2013-cü-il tarixli protokolu əsasında həmin kooperativə üzv olmaqla Bakı şəhər, Yasamal rayonu, Yeni-Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayış sahəsi 46.8 m2 olan 1 otaqdan ibarət 19 nömrəli mənzilin payçısı olmuşdur. Eyni zamanda nizamnamə əsasında fəaliyyət göstərən icraçı direktor Şahin Əliyevin simasında "xxxx" MTK bir tərəfdən, alıcı adlandırılan o, digər tərəfdən aralarında həmin mənzilin alqı-satqısına dair 019 nömrəli, 26 iyul 2013-cü-il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə mübahisəli mənzilin dəyəri 12 (on iki) min manat razılaşdırılmışdır. Mübahisəli mənzilin payçısı kimi onun tərəfindən 12 (on iki) min manat mənzilin dəyəri tam ödənilmiş və borcu qalmamışdır. Mübahisəli mənzilin əvvəlki müqavilə üzrə sahibi X6 mənzildə müəyən təmir işləri görmüş sonradan imkanı olmadığından təmiri dayandıraraq ona 40.000 manata satmağa razılaşmaqla onun arvadı X1 razılıq ərizələri ilə ona satılması barədə müqavilə bağlamışdır. Lakin o, son bir il ərzində pul qazanmaq üçün Rusiya Federasiyasına gedib-gəldiyi üçün mənzilə nəz arət edə bilməmişdir. 02 fevral 2015-ci il tarxində mənzilə yenidən təmir etmək fikri ilə gedərkən görmüşdür ki, qanunu əsasla ona məxsus olan mübahisəli mənzil artıq başqa şəxsə satılmış və onların mənzili təmir etdirib yaşamasına icazə vermişlər. Hazırda onun qanuni əsaslarla əldə etdiyi mənzilində başqa şəxslər yaşayır. Bu barədə "xxxx" MTK-nın komendantı olan Nuşirəvan adlı şəxsə məlumat verəndə o, ona bildirmişdir ki, MTK-nın sədri Şahin Əliyev bir çox evləri sonradan başqa şəxslərə satmaqla dələduzluq etmişdir. Cavabdehlər "xxxx" MTK icraçı direktoru Şahin Əliyev şəxsində (icraçı) bir tərəfdən, digər tərəfdən isə Nailə Əsgərova (alıcı) arasında mübahisəli mənzilə dair 0019 nömrəli, 25 fevral 2014-cü il tarixli ikinci alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, cavabdeh "xxxx" MTK ilə digər cavabdeh Nailə Əsgərova arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən artıq həmin mənzilə dair onunla bağlanmış alqı-satqı müqaviləsi qeydiyyata alınmışdır. Belə olan halda mübahisəli mənzilə dair cavabdehlər arasında sonrakı tarixə bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd hesab edilməlidir.
10. Birinci instansiya məhkəməsi baxışı zamanı Əsgərova Nailə X5 Elxan Tahir oğlu və "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 019 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal, 2-ci yaşayış massivində "xxxx" MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli binanın birinci blo kunun 4-cü mərtəbəsində yerləşən 19 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilə dair 25 fevral 2014-cü il tarixdə Cavabdeh ilə aralarında 0019 nömrəli müqavilə bağlamış və müqaviləyə əsasən MTK-ya mənzilin dəyəri olan 32.000 manat pulu 26 fevral 2014-cü il tarixdə ödəməklə almışdır. 26 fevral 2014-cü il tarixdə MTK-nın direktoru Şahin Əliyev qeyd olunan mənzili açarı ilə açaraq ona təhvil vermişdir. Elə həmin tarixdən o, mənzili təmir etdirmişdir. Mənzil bir otaqlı olduğundan iki otağa düzəltdirmiş və mənzilin təmirinə 30.000 manata qədər xərc çəkmişdir. Artıq bir ildən çoxdur ki, o, qeyd olunan mənzildə yaşayır. Mənzilə aid bütün kommunal ö dənişləri öz adından edir. Halbuki, cavabdeh İddiaçı öz iddia ərizəsində mənzilin ona məxsus olmasını və "xxxx" MTK ilə aralarında bağlanmış 0019 nömrəli, 25 fevral 2014-cü il tarixli müqavilənin etibasız hesab edilməsini və onun qeyd olunan mənzildən çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində 46.8 m2 ibarət olan mənzilin 12.000 manat tam dəyəri olan məbləği MTK-ya ödədiyini, mənzili aldığı tarixdən (26 iyul 2013-cü il) bir il müddətinə daim mənzilə baş çəkdiyini, Rusiya Federasiyasında işləyib pul qazandıqdan sonra Azərbaycan Respublikasına qayıtdığını və 02 fevral 2015-ci il tarixdə mübahisəli mənzilə gəldikdə mənzildə yaşayış olduğunu müəyyən etdiyini və bununla bağlı binanın komendantından soruşduqda onun Şahin Əliyev tərəfindən aldadılmasını bildirmişdir. İddi açı və "xxxx" MTK arasındakı 26 iyul 2013-cü il tarixli, 019 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, 2013-cü il ərzində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində yeni tikililərdə olan mənzillərin 1 m2 550-600 manat təşkil etdiyi halda, İddiaçı mənzilin 1 m2 256 manata almışdır. Bundan başqa əgər mübahisəli mənzil İddiaçı məxsus idisə necə ola bilər ki, mənzilin yerləşdiyi mərtəbədə olan qonşuların bundan xəbəri olmayıb. Mənzilin bütün kommunal müqavilələr onun adındadır. Göründüyü kimi "xxxx" MTK İddiaçı aldadaraq ondan 12.000 manat pul əldə etmiş və ona məxsus olan mənzili formal olaraq ona göstərmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Mirzəzadə, iş № 2(004)-2515/2015) ilkin iddianın təmin edilməsi, "xx xx" MTK ilə X9 Bağır qızı arasında bağlanmış 0019 saylı, 25.02.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X9 Bağır qızının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən 19 saylı mənzildən çıxarılması, 32.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq X9 Bağır qızına ödənilməsi, qarşılıqlı iddianın rədd olunması, ilkin iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MTK və X9 Bağır qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şa hid X6 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli mənzili 40.000 manata İddiaçı satmışdır. 25.02.2014-cü il tarixli 0019 saylı müqavilə əsasında mübahisəli mənzili 32000 manat müqabilində X9 Bağır qızına verməyi öhdəsinə götürmüşdür. 26 iyul 2013-cü il tarixdə İddiaçı ilə müqavilə bağlanmış, sonuncu üzərinə düşən öhdəliyi tam icra edərək mənzilin dəyərinə tam olaraq ödəmiş, bu səbəbdən kooperativin üzvlüyünə qəbul edilmiş, daha sonra isə 25 fevral 2014-cü il tarixdə X9 Bağır qızı ilə həmin mənzilə dair müqavilə bağlanmış və X9 Bağır qızı da mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini tam olaraq həmin zaman "xxxx" MTK-ya ödəmiş və kooperativin üzvlüyünə qəbul edilmişdir. Bununla da, "xxxx" MTK mülkiyyətində olmayan mənzil barədə sərəncam verməklə, etibarsız əqd bağlamışdır.
14. Məhkəm ə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 178.8, 337.1, 337.2, 337.4, 337.5, 452.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X9 Bağır qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 2(004)-2515/2015 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia təmin olunaraq, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 019 saylı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mə rtəbəsində yerləşən 46.8 kv.m 1 otaqdan ibarət 19 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2, 353, 337.1, 338, 339-cu maddələrinə istinad edərək əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Əliyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-6908/2015) cavabdeh X9 Bağır qızının apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi cavabdeh X9 Bağır qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil ə dair İddiaçı ilə bağlanmış müqavilənin həqiqiliyi iş üzrə mövcud sübutlarla, həmçinin həmin zaman "xxxx" MTK-nın icraçı direktoru Şahin Əliyevin ifadəsi ilə tam təsdiqini tapmışdır. Kommunal xidmətlərə dair müqavilələrin X9 Bağır qızı ilə bağlanması, sonuncuya həmin mənzil üzərində hər hansı üstünlük hüququ vermir. Eyni zamanda İddiaçı ilə bağlanmış müqavilədə mənzilin dəyəri 12.000 manat qeyd edilsə də, şahidlərin ifadələri ilə təsdiq olunur ki, həmin mənzilə görə İddiaçı faktiki olaraq 40.000 manat ödəmişdir. Mənzilin təmir işlərinə görə xərclənmiş vəsaitin tutulmasına dair hər hansı bir iddia tələbi irəli sürülmədiyindən həmin tələbə hüquqi qiymət verilə bilməz.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 178.8, 337.1, 337.2, 337.4, 337.5, 452.1-c i maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X9 Bağır qızı (vəkil X7) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2015-ci il tarixli, 2(103)-6908/2015 saylı qətnaməsini tamamilə ləğv edib, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır.
20. Ali Məhkəmənin Mülki kollegiyasının 11 may 2016-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və G.Quliyev, iş № 2(102)196 7/2016) cavabdeh X9 Bağır qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən əvvəl mübahisə predmeti olan mənzilə dair müqavilə bağladığından və mənzilin dəyərini tam ödədiyindən həmin mənzilin mülkiyyətçisidir. Ona görə də həmin mənzilə dair X9 Bağır qızı ilə MTK arasında 25 fevral 2014-cü il tarixli müqavilə bağlanan vaxt sonuncu (MTK) mənzilin mülkiyyətçisi olmamışdır. Yəni MTK 25.02.2014-cü il tarixli müqavilə ilə öz mülkiyyətində olmayan əmlak üzərində sərəncam vermişdir. Beləliklə göstərilənlər onu təsbit edir ki, "xxxx" MTK ilə X9 Bağır qızı arasındakı müb ahisə predmeti olan mənzilə dair 25 fevral 2014-cü il tarixli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 178.8, 337.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 nömrəli 10 iyun 2015-ci il tarixli qətnaməsinin qismən – “32000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq X9 Bağır qızına ödənilməsi” hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 9, 88, 217.1, 217.3, 387.2.2-ci maddəsinə istinad edərək əsaslandırılmışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov, iş № 2(103)-9866/2021) cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “hazırkı qətnaməyə əsasən "xxxx" MTK ilə X9 Bağır qızı arasında bağlanmış 25.02.2014- cü il tarixli 0019 saylı müqavilənin etibarsız sayılması nəticəsində MTK-dan tutularaq X9 Bağır qızına ödənilməsi qət olunmuş 32.000 manat məbləğində pul vəsaitinin əslində MTK-ya mədaxil olunmadığı və həmin pulun MTK-nın sabiq sədri Şahin Əliyev tərəfindən dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və vəzifə saxtakarlığı etməklə ələ keçirildiyi hazırda qüvvədə olan məhkəmə hökmü ilə müəyyən və sübut edilmişdir” bu hissəsi ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Şahin Əliyev "xxxx" MTK-nın sədri qismində 25.02.2014-cü il tarixli 0019 saylı müqavilə əsasında mübahisəli mənzili 32000 manat müqabilində X9 Bağır qızına verməyi öhdəsinə götürmüşdür. Həmin halın qanuni qüvvəsini almış məhkəmə hökmü ilə dələduzluqla, vəzifə səlah iyyətlərindən sui-istifadə etməklə və vəzifə saxtakarlığı etməklə baş verməsi belə, qeyd olunan müqavilənin Şahin Əliyevin "xxxx" MTK-nın sədri qismində bağlanması halını dəyişdirmir. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, Şahin Əliyev "xxxx" MTK-nın sədri qismində müqavilə bağlayarkən öz adından deyil məhz MTK-nın sədri adından çıxış etmiş və həmin vaxt Şahin Əliyev MTK-nın sədri kimi müqavilə bağlamaq səlahiyyətləri olmuşdur. Belə olan halda da birinci instansiya məhkəməsi etibarsız hesab edilmiş müqavilə üzrə Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməklə düzgün olaraq müqavilə üzrə ödənilmiş pulun məhz "xxxx" MTK-dan tutularaq N.Əsgərovaya verilməsi barədə düzgün qənaətə gəlmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia ərizəsində cavabdeh "xxxx" MTK-nın ünvanı kimi mübahisəli mənzilin yerləşdiyi ünvan göstərildiyindən qeyd edilən ünvana məhkəmə bildirişi göndərilmiş, həmin bildirişin alınmasını təsdiq edən sənəd olmadığından "xxxx" MTK-nın hüquqi ünvanı və qanuni təmsilçiləri barədə məlumatın verilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət olunmuşdur. Vergilər Nazirliyindən daxil olmuş məlumata əsasən "xxxx" MTK-nın ünvanı ünvan 1ərilmiş məhkəmə bildirişi isə geri qayıtdığından birinci instansiya məhkəməsi tərəfindən bildirişi cavabdehin məlum olan axırıncı ünvanı üzrə yerli icra hakimiyyəti orqanına (Mənzil Kommunal Təsərrüfat Birliyinə) göndərilmişdir və bildiriş həmin orqan tərəfindən alınmışdır. Belə olan halda da birinci ins tansiya məhkəməsi MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan ünvanına göndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdeh "xxxx" MTK-nın mövqeyini əsassız hesab etmişdir.
27. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. 2
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 noyabr 2021-ci il tarixli, 2(103)-9866/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5-ci maddələrinin tələbləri üzrə qanun pozuntularına yol vermişdir. Belə ki, "xxxx" MTK-nın sabiq sədri X4 Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda qanuni qüvvədə olan 09.09.2016-cı il tarixli 1(101)-334/16 saylı hökmü ilə müəyyən edilmişdir ki, Şahin Əliyev "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, mübahisəli mənzilin "xxxx" MTK tərəfindən 26.07.2013-cü il tarixli 019 saylı müqaviləyə əsasən İddiaçı 40.000 manata satıldığını bildiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 26.02.2014-cü il tarixdə həmin mənzili yenidən 32.000 manata X9 Bağır qızına satıb, ondan həmin pul vəsaitini alaraq, mənzilin ona qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin islas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus külli miqdar təşkil edən 32.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə İddiaçı məxsus mənzilə əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahin Əliyev ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində 26.02.2014-cü il tarixdə X9 Bağır qızından 32.000 manat pulu alıb mənzili onun adına rəsmiləşdirdiyini bildirmişdir. Məhkəmədə zərərşəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X9 Bağır qızı ifadəsində 26.02.2014-cü il tarixdə bacısı oğlu Sədiyarla birlikdə Şahin Əliyevlə baş ofislərində görüşərək ona 32.000 manat pul verdiyini, sonuncunun isə onun adına 19 saylı mənzili rəsmiləşdirərək sənədlərə imza etdirdiyini göstərmişdir. Məhkəmənin hökmünə əsasən mülki iddiaçı X9 Bağır qızının mülki cavabdeh Şahin Əliyevə qarşı mülki iddiası əlavə araşdırma aparılması lazım olduğundan baxılmamış saxlanılmış və ona həmin iddia ilə cavabdehin oldu ğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir (lakin X9 Bağır qızı sonradan belə bir iddia ilə məhkəməyə müraciət etməmişdir). Göründüyü kimi, "xxxx" MTK ilə X9 Bağır qızı arasında bağlanmış 25.02.2014-cü il tarixli 0019 saylı müqavilənin etibarsız sayılması nəticəsində MTK-dan tutularaq X9 Bağır qızına ödənilməsi qət olunmuş 32.000 manat məbləğində pul vəsaitinin əslində MTK-ya mədaxil olunmadığı və həmin pulu MTK-nın sabiq sədri Şahin Əliyev tərəfindən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməklə ələ keçirdiyi hazırda qüvvədə olan məhkəmə hökmü ilə müəyyən və sübut edilmişdir. Bu mənada, "xxxx" MTK ilə X9 Bağır qızı arasında bağlanmış 25.02.2014-cü il tarixli 0019 saylı müqavilə etibarsız sayılsa da, hökmdə müəyyən edilən halla r səbəbindən MTK-ya münasibətdə AR Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya tətbiq edilə bilməzdi. Lakin apellyasiya məhkəməsi əsassız olaraq 32.000 manat məbləğində pul vəsaiti əslində MTK-ya mədaxil olunmayıb MTK-nın sabiq sədri Şahin Əliyev tərəfindən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməklə ələ keçirilsə belə, bu halın mübahisələndirilən müqaviləni onun MTK-nın sədri qismində bağlaması faktını dəyişdirmədiyi nəticəsinə gəlmiş və nəzərə almamışdır ki, qeyd edilən məbləğ faktiki olaraq MTK-ya ödənilmədiyi üçün MTK-nın X9 Bağır qızı qarşısında hər hansı müqavilə öhdəliyi yaranmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Res publikası Mülki Məcəlləsinin
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahis ə edilir.
36. Maddə 337.4. Əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilə r. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mən zil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
40. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etd iyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çı xarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9866/2021 nömrəli 3 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov