Məhkəmə qərarları › İş №2(102)-2023/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2023/2025

25.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2023/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; podrat müqaviləsi; qüsurlu icra ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli 2(106)-556/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə dair işə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdəsinə götürmüşlər.

2. İddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehə cəmi 90.000 manat pul ödənilmiş, tərəflər arasında görülmüş işin nəticəsinin müqavilə şərtlərinə uyğun olmaması ilə bağlı mübahisə yarandığından 10.000 manat ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərə findən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmək üçün cavabdehlə danışıb razılığa gəlmişlər. Cavabdeh qonşu küçədə yerləşən yaşayış üçün tam hazır, sahəsi 195 kv.m olan ev göstərmişdir. Belə bir ev, həyətdə su hovuzu, naves, manqal otağı (isti döşəmə və sökülüb yığılan şüşə ilə) tikmək, evi istifadə üçün tam hazır açar altında təhvil vermək və həyətdə abadlıq işləri görmək üçün 100.000 manata razılaşmışlar. Evi 2022-ci ilin fevral ayına qədər yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüş dür. Cavabdeh 2021-ci ilin noyabr ayında tikintiyə başlamış, iddiaçı əvvəl iş gördükcə hissə-hissə pul vermişdir. Bir qədər sonra cavabdeh iddiaçının etibarını qazanmışdır. İddiaçı ümumilikdə cavabdehə 90000 manat pul vermişdir. Cavabdeh 2022-ci ilin mart ayında işi tamamlamış və iddiaçıya bu evi yaxşı qiymətə satacağı barədə vəd versə də bu vədini yerinə yetirməmişdir. Sonra iddiaçı cavabdehə nə qədər zəng vursa da nə telefonuna, nə də mesajlarına cavab verməmişdir. Evi ucuz materiallardan istifadə etməklə tikmiş, artıq qısa müddət ərzində hasar divarlarında çatlar əmələ gəlmiş, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdılmamış, manqal otağına isti döşəmə çəkilməmiş, şüşə quraşdırılmamış, tavanı yararsız hala düşmüş, evin ətrafına aqlay döşənməmiş, həyətdəki sanitar qovşağın tavanı düzəlməmişdir. İddiaçı ona dəymiş ziyanın ödənilməsi barədə xx.xx.2022-ci il tarixində Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı Ruhan Adilbəylinin xx.xx.2022-ci il tarixli cavab məktubunda şikayət ərizəsindəki iddiasının təmin olunmadığı bildirilmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının evini X2 adına 200.000 manata almışdır. Evi tikməyə iddiaçı ilə 100.000 manata razılaşmışlar, lakin iddiaçı 90.000 manat vermiş, 10.000 manatı verməmişdir. Həmin evə 100.000 manatdan çox xərc çəkmişdir. Ekspert rəyində qeyd edilənlərlə də razı deyildir, çünki həmin rəydə evə istifadə olunan materialların əksəriyyəti qeyd olunmamış dır. 6 ay orada iş görmüşdür. İddiaçı pulu ona tam şəkildə deyil, hissəhissə vermişdir. Ustaların pulunu pensiya kartından çıxarıb vermişdir. Evi öz pulu ilə tikmişdir. İddiaçıya evi satmaq üçün 10.000 manat pulu verməsini demişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Həmin evin həyətində ağac, qazon əkmişdir. 5-6 ay evə və həyətə baxan olmadığı üçün həyətdə əkilən ağaclar, qazon yanmışdır. Yenidən həyəti təmizlətdirmiş, evi və divarları rənglətdirmişdir. Yenə də iddiaçı ilə razılığa gələ bilməmişlər.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli ekspertiza rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği baza r qiymətlərinə uyğun olaraq 67307 manat təşkil edir.

7. Məhkəmə 2(036)-39/2024 nömrəli 16 may 2024-cü il tarixli (hakim T.O.Quliyev) qərardadı ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə dəymiş maddi ziyanın və əldən çıxmış faydanın indeksasiya edilərək ödənilməsi haqqında iddia ərizəsinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli rəyinə əsasən tədqiqat hissəsindən göstərilənlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 25000 manat pul məbləğinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək 12.9% inflyasiya faiz dərəcəsi nəzərə alınmaqla qeyd edilən 25000,0 manatın indeksasiya məbləği 3225,0 manat (25000x12.9%) məbləğində müəyyən edilir. Ümumilikdə 28.225,0 manat.

9. İmişli Rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddiaçının cavabdehə qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuş, həmin münasibətlərə əsasən cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mər təbəli fərdi yaşayış evi tikməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh fərdi yaşayış evini tikib iddiaçıya təhvil vermişdir.

11. Podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır.

12. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir.

13. Hazırki iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehdən əlavə icra təl əb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 763.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabd eh öhdəliyi yerinə yetirmədiyi üçün əvvəl cavabdehin qanuna zidd əməlləri barədə Xəzər rayon Polis İdarəsinə şikayət etmiş, Polis İdarəsində araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. O, sübut kimi Xəzər rayon Polis İdarəsinin qərarını və vurulmuş zərərin müəyyən olunması məqsədilə tikintinin çəkilmiş videosunu məhkəməyə təqdim etmişdir. Qeyd etmək istəyir ki, təhqiqatçı tərəfindən material üzrə araşdırma aparılarkən izahatında cavabdeh qeyd etmişdir ki, ondan tikinti işləri üçün 90000 manat pul almışdır, aldığı pulun guya 77000 manatını evin tikintisinə, 13000 manatını isə əlavə tikililərə xərcləmişdir. Cavabdeh etiraf etmişdir ki, ondan iddiada qeyd etdiyi tələb üzrə tikinti işlərinin aparılması üçün 90000 manat almışdır. Digər tərəfdən məhkəmə tikinti texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspert Mərkəzinin iş üzrə ekspert rəyində (xx.xx.2024-cü il tarixli 316-16/210/880 saylı) qeyd olunur ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/360 saylı sahədə yerləşən 0,6 HA torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği 67307 manat təşkil edir. Göründüyü kimi cavabdeh ondan 90.000 manat aldığı halda tikinti işlərinə 67307,00 manat xərcləmişdir. Məhkəmə qeyd etdiyi faktlara hüquqi qiymət verməmiş, iş üçün əhəmiyyətli halları araşdırmamışdır. Digər tərəfdən məhkəmə mübahisə predmetinə yerli baxış keçirməmiş, faktları yerində müəyyənləşdirməmişdir. Baxmayaraq ki, məhkəmə qətnaməsində də qeyd edir ki, (14-cü bənd) həqiqətən işlər qüsurlu görülmüşdür.

17. Şirvan Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-556/2025 nömrəli (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), T.X.Heydərov, A.N.Novruzova barət tərkibdə) qətnaməsi ilə, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və İmişli rayon Məhkəməsinin 2(036)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən 22.693 manat hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilmiş, cavabdehdən 22.693 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, iş materiall arı və tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikərək iddiaçıya təhvil verməsi üçün iddiaçıdan 90000 manat pul almışdır.

19. Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/360 saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği bazar qiymətlərinə uyğun olaraq 67307 manat təşkil edir.

20. Eyni zamanda müəyyən edilmişdir ki, hovuz üçün motor quraşdırılmamış, manqal otağında isti döşəmə ilə təchiz olunma müəyyən edilməmiş, sanitar qo vşaqlar lazımı avadanlıqlarla təmin olunmamış, evin tavanı çökmüş vəziyyətdə olmuş və təmirə ehtiyacı olmuşdur.

21. Birinci instansiya məhkəməsi isə özünün qərardadı əsasında keçirilmiş yuxarıda qeyd edilən ekspertiza rəyinə münasibət bildirməmiş, həmin rəyin sübut növü kimi qəbul edilib edilməməsinə qətnaməsində aydınlıq gətirməmişdir.

22. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh ekspert rəyinin əsassız olduğunu bildirmiş, ancaq rəyin əsassızlığına dair sübutlar təqdim etməmişdir.

23. Məhkəmə tərkibi izah edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanı n rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

24. Göründüyü kimi iddiaçı mübahisəli fərdi yaşayış evinin tikilməsi üçün cavabdehlə aralarında bağlanmış şifahi podrat müqaviləsinin şərtlərinə əməl etmiş, fərdi yaşayış evinin tikilməsi üçün cavabdehə 90000 manat pul ödəmiş, cavabdeh isə aldığı 90000 manat pulun müqabilində iddiaçı üçün razılaşdıqları fərdi yaşayış evini tikib təhvil verməmiş, aldığı 90000 manat pulun müqabilində 67307 manat dəyərində yarımçıq fərdi yaşayış evi inşa etmişdir.

25. Bundan başqa məhkəmə tərkibi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin iddiaya qarşı vermiş olduğu etirazının dəlilləri əsassız sayılmalıdır. Cavabdeh etirazında (izahatında) qeyd etmişdir ki, evi tikməyə iddiaçı ilə 10 0.000 manata razılaşmışlar, lakin iddiaçı 90.000 manat vermiş, 10.000 manatı verməmişdir. Həmin evə 100.000 manatdan çox xərc çəkmişdir.

26. İlk əvvəl qeyd edilməlidir ki, iddiaçı tərəfindən 10000 manat pulun cavabdehə verilməməsi iddiaçı tərəfindən cavabdehə verilmiş 90000 manat pulun müqabilində 67307 manat dəyərində yarımçıq fərdi yaşayış evinin tikilməsinə əsas ola bilməz. Ən azından cavabdeh aldığı 90000 manat pulun qarşılığında həmin məbləğdə dəyəri olan fərdi yaşayış evi tikməli idi. Eyni zamanda mübahisəli fərdi yaşayış evinin tikilməsi üçün cavabdeh tərəfindən 100000 manat xərc çəkilməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli ekspert rəyi ilə təkzib edilir.

27. Eyni zamanda tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilib ki, cavabdeh mübahisəli fərdi yaşayış evini 2022-ci ilin fevral ayına kimi tikib hazır təhvil verməli idi. Ancaq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək evi təhvil verməmiş, iddiaçının müraciətlərinə cavab vermədiyi üçün iddiaçı Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir.

28. Yəni birinci instansiya məhkəməsinin iddiaçının cavabdehdən əlavə icra tələb etməməsi və bununla bağlı müəyyən vaxt verməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.

29. Məhkəmə tərkibi iddia tələbinin 25.000 manat maddi ziyanın indeksasiya olunaraq cavabdehdən alınıb ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 425.1, 448.2, 752.1, 752.2, 753.1, 762.1, 763.1, 763.2, 763.3, 764.1, 764.2, 766 və 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 119.1, 217.4, 218.3, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:

32. Cavabdeh kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-556/2025 saylı qətnaməsini ondan 22 693 manat pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iş materiallarını yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətində aşağıdakı maddi və prosessual hüquq pozuntularına istinad edilmişdir: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci və 763-cü maddələrinin pozuntusu- podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir. Hazırki iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının məndən əlavə icra tələb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası qətnaməsində göstərmişdir ki, hovuz üçün motor quraşdırılmamışdır, manqal otağında isti döşəmə ilə təchiz olunma müəyyən edilməmişdir, sanitar qovşaqların lazımı avadanlıqlarla təmin olunmamışdır, evin tavanı çökmüş vəziyyətdədir və təmirə ehtiyacı var. İddiaçı isə izahatında əlavə olaraq evin ətrafına aqlay döşənmədiyi, həyətdəki sanitar qovşağının tavanının düzəltmədiyini qeyd etmişdir. Lakin iddiaçı yuxarıda qeyd edilən çatışmazlıqların aramızda olan şifahı podrat müqaviləsinin şərtlərində mövcud olubolmaması barədə sübutları məhkəməyə təqdim etmişdir. Halbuki, tərəflər arasında bu işlərin görülməsi barədə razılaşma olmamışdır. - Mülki Məcəlləsinin 776-cı maddəsinin pozuntusu- 776.1-ci maddəsində podrat müqaviləsi üzrə i cranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sifariş 2022-ci ilin fevral ayında təhvil verilmişdir. İddiaçı isə məhkəməyə 1il 1 ay sonra - xx.xx.2023-cü ildə müraciət etmişdir. Bu zaman AR Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən 1 illik iddia müddəti ötürmüşdür, odur ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli idi. - Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmiş, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmiş, onun iştirakı olmadan işə baxılması yekunlaşdırılmışdır. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, ekspert rəyində yalnız malmaterialın dəyəri hesablanmış, zəhmət haqqı hesablanmamış, məhkəmə buna baxmayaraq rəylə razılaşmışdır. Məhkəmə iddiaçının sübutlarla təsdiq edilməyən izahatlarını əsas götürərək qətnamə qəbul etmişdir. d) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə etirazında iddiaçı iş üzrə sübutlara düzgün qiymət verilərək ədalətli qətnamə qəbul edildiyindən qətnamənin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Maddə 752.2 Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

37. Maddə 753.1 Sifarişçi podratçıya şə rtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

38. Maddə 762.1 Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

39. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu hald a qüsurlardan azad sayılır

40. Maddə 763.1 Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

41. Maddə 763.2 Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

42. Maddə 763.3 Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.

43. Maddə 764.1 Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

44. Maddə 766 Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

45. Maddə 776.1 Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən e dilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddianın təmin edildiyi hissədə qətnamə qəbul edi lərkən maddi və prosessual hüquq normalarının tələbləri nəzərə alınmadığından qətnamə ləğv edilməlidir.

42. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasındakı mübahisə şərtləri şifahi qaydada razılaşdırılmış podrat müqaviləsindən irəli gəlmişdir.

43. İddiaçı iddia etmişdir ki, ödənilmiş məbləğ müqabilində razılaşdırılmış bəzi işlər podratçı tərəfindən ümumiyyətlə görülməmiş, görülmüş işlər isə qüsurlu icra edilmişdir. İddiaçı cavabdehin öhdəliyi lazımı qaydada icra etməməsi nəticəsində 25.000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

44. Mülki Məcəllədə podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən xüsusi normalar nəzərdə tutulmuşdur və hazırda iddiaçının sifarişçi olaraq ödədiyi muzdun bir hissəsinin podratçıdan geri alınması barədə tələb inin qanuni əsasını MM-nin 762.2, 763cü və 766-cı maddələri təşkil edir. Həmin normaların dispozisiya şərtlərinə əsasən podratın nəticəsi müqaviləyə uyğun olmadıqda və ya ən azı adi istifadə üçün yararlı olmadıqda sifarişçi podratçıya əlavə icra üçün vaxt verməli, müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azaltmaq hüququ əldə edir.

45. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə qüsurların aradan qaldırılması üçün əlavə vaxt verildiyini sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmasa da, mübahisə üzrə MMnin 766-cı maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırma aparmamış, sifarişçi tərəfindən qüsurların aradan qaldırılması üçün podratçıya əlavə icra üçün vaxt verilibverilmədiyi araşdırılmamış, bu məsələyə hüquqi qiymət verilməmişdir.

46. Bundan əlavə tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə işin görülərək 2022-ci ilin mart ayında təhvil verildiyi işin mübahisəsiz halı olduğu halda ( iddia ərizəsində qeyd edilmiş və izahatlarla təsdiq edilmiş) apelyasiya instansiyası məhkəməsi qətnamədə işin təhvil verilmədiyini qeyd edir ki, bu da qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğuna dair 217.3-cü maddəsinin tələbinə ziddir.

47. Məhkəmə nəzərə almamışdır ki, hazırkı halda tərəflər arasında mübahisə podratın nəticəsinin təhvil verilməməsi ilə bağlı deyil, qüsurlu təhvil verilməsi ilə bağlı olmuşdur. İddia ərizəsində öhdəliyin podratçı tərəfindən lazımı qaydada icra edilməməsi aşağıdakı kimi əsaslandırılmışdır: görülmüş işlərdə mövcud olan qüsurlar (hasar divarında çatların olması, manqal otağının döşəməsinin yararsız olması, həyətdəki sanitar qovşağın tavanının düzəldilməməsi) və razılaşdırıldığı halda görülməmiş işlər (kombi, mətbəx mebeli, su hovuzunun motorunun quraşdırılmaması, manqal otağına isti döşəmə vurulmaması, evin ətrafına aqlay döşənməməsi)

48. Eyni zamanda görülmüş işlərin razılaşdırılmış bazar dəyəri ilə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilərkən podratçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin orta bazar dəyərinin müəyyənləşdirilməsinə zərurət olmamışdır. Mübahisənin həlli üçün ekspertiza qarşısında qoyulmuş ikinci və üçüncü sualların (görülmüş işlərdə iddia edilən çatışmamazlıqlar varmı, onların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur) cavablandırılması zəruri olmuş, üçüncü sual ekspert tərəfindən natamam cavablandırıldığı (görülmüş işlərdəki qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğu qeyd edilmədiyi) halda apelyasiya instansiyası məhkəməsi qeyd edilən ekspert rəyi əsasında mübahisəni həll etmişdir. Halbuki MPM-nin 102.1-ci maddəsində ekspert rəyi tam olmadıqda məhkəmənin əlavə ekspertiza təyin etmək səlahiyyəti nəzərdə tutulmuşdur.

49. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnamədə iddiaçının görülməm iş işlərlə bağlı tərəflər arasında razılıq əldə edildiyinə dair mülahizələrinin hansı sübutlarla təsdiq edildiyini əsaslandırmamış, bununla da MPM-nin 88-ci və 217-ci maddələrinin tələblərini pozmuşdur.

50. İşdən görünür ki, cavabdeh məhkəmə iclaslarında iddianı qəbul etməmiş, işlərdə qüsur olmadığını, işdəki ifadəsində razılaşdırılmış məbləğdən 10.000 manat ödənilmədiyi üçün yalnız kombi və hovuzun motorunun quraşdırılmadığını bildirmişdir. Belə olan halda MPM-nin 77.1-ci maddəsinə cavabdehin qəbul etmədiyi müqavilə şərtlərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən yalnız bu hallar iddiaçı tərəfindən sübut edildikdən sonra podratçıya ödənilmiş muzdun hansı məbləğdə azalmalı olduğunu müəyyənləşdirmək üçün (MM-nin 766-cı maddəsinə əsasən) ekspertiza təyin edilməsi müzakirə edil ə bilərdi.

51. Göstərilənlərə əsasən kollegiya kassasiya şikayətinin dəlillərini qeyd edilən dəlillərlə bağlı hissədə əsaslı hesab edir.

52. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozularaq cavabdehin iclasda iştirakının təmin edilməsi üçün zəruri tədbir görülmədiyinə dair kassasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki işdən görünür ki, cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, cavabdeh bildirişi xx.xx.2025-ci il tarixdə aldığı halda iclasda üzürlü səbəb göstərmədən iştirak etməmişdir.

53. Kassasiya şikayətinin mübahisəyə iddia müddətinin tətbiq edilməli olduğuna dair dəlili də məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız m übahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməli olduğundan və hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəmə bu barədə ərizə verilmədiyindən məhkəmə tərəfindən iddia müddətinin keçib-keçmədiyinin müzakirə edilməməsi pozuntu hesab edilə bilməz.

54. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli 2(106)-556/2025 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin edildiyi) hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2025-ci il tarixli 2(106)556/2025 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin edildiyi) hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar