Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2024/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, bərabərlik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X3 ibarət tərkibdə, İddiaçı Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-212/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Hüseyn qızı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) xx.xx.2013-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan Nicat, Sadiq və Ümüd adlı üç övladları doğulmuşdur. Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) cavabdehin atasıdır.
2. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(072)-423/2021 nömrəli qətnaməsi ilə birinci cavabdeh ilə iddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqların iddiaçının himayəsində saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladlarının Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Ceyranbatan küçəsi, ev 47də yerləşən fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evə gəlin köçmüşdür. Aralarında mübahisə olduğundan cavabdeh onu evdən qovmuşdur. Cavabdeh onun həmin evdə yaşamağına mane olur, hal-hazırda üç azyaşlı övladı ilə birlikdə kirayədə yaşayırlar. Oğlu Nicat anadangəlmə “Beta-talassemiya” xəstəsidir, kirayə haqqını ödəməyə imkanı yoxdur. Onun həmin evdə yaşayış hüququ var. Mübahisəli ev dövlət qeydiyyatından keçirilməmiş və mənzilə dair çıxarış verilməmişdir. Ev xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil, buna görə də mübahisəyə dövlət mə nzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir.
5. Cavabdeh izahatında göstərmişdir ki, mübahisəli ev atasının mülkiyyətindədir. Həmin ev təxminən 2015-ci il tarixdə atasının vəsaiti hesabına tikilmişdir. O, ümumiyyətlə həmin evdə yaşamamışdır. Hazırda da yaşamır. Evin tikilməsində atasına hər hansı maddi yardım göstərməmişdir. İddiaçı evin onun vəsaiti hesabına tikildiyini qeyd etsə də, bu həqiqəti əks etdirmir. Ümumiyyətlə iddiaçı ilə 2017-ci il tarixdən faktiki nikah münasibətində deyildir. İddiaçının məqsədi atasına məxsus evə köçürüldükdən sonra mübahisə yaradaraq onları həmin evdən çıxarmaq və oranı mülkiyyətinə keçirməkdir.
6. İkinci cavabdeh bildirmişdir ki, mübahisəli ev onun mülkiyyətindədir. Həmin ev 2015ci il tarixdə onun vəsaiti hesabına tikilmişdir. Lakin i ddiaçı guya həmin mənzilin oğlu və onun vəsaiti hesabına tikildiyini iddia edir. Halbuki, iddiaçı oğlu ilə evli olduğu vaxt əmək fəaliyyəti ilə məşğul olmamış, hər hansı gəlir əldə etməmişdir. Mübahisəli evin ona məxsus olduğuna qonşular da şahiddir. Həmçinin, həmin evdə quraşdırılmış işıq, su və qaz sayğacı onun adınadır. Hər ay mütəmadi olaraq tərəfindən ödənişlər həyata keçirilir. Oğlu ona məxsus evdə yaşamamışdır. İddia ərizəsində qeyd olunanların heç biri həqiqəti əks etdirmir. Mübahisəli evdə onunla birlikdə həyat yoldaşı X1 və anası X2 yaşayır. O, nəvələrinin evə köçürülməsinə etiraz etmir. Lakin iddiaçının köçürülməsinə razı deyildir.
7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-4004/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2013-cü il tarixdə, yəni hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) qüvvəyə mindiyi 01 sentyabr 2001-ci il tarixdən sonra yarandığından, eləcə də milli qanunvericilikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.
9. İddiaçının mübahisəli yaşayış sahəsindən ö z iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdehlər mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, 27.1, 27.3, 228.1, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (bundan sonra – Ko nstitusiya Məhkəməsi) Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməmiş, səhv maddi hüquq normalarına istinad etmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasında hüquq münasibətlərinin hansı tarixdən yaranması, iddiaçının mübahisəli evdən istifadə hüququnun yaranıb- yaranmaması, yaxud bu hüququnun olduğu təqdirdə saxlanıb-saxlanmaması barədə halları düzgün araşdırmamış, habelə bu istiqamətdə qətnamədə düzgün əsaslandırma aparmamışdır. Mübahisəli ev iddiaçının keçmiş qayınatası - ikinci cavabdehə məxsusdur. İddiaçı kirayədə yaşadığını bildirsə də, bu barədə hər hansı təsdiqedici sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə mübahisəyə Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək 228.5-ci maddənin tələblərini tətbiq etmişdir. Məhkəmənin bu mövqeyi tam əsassız və qanunsuzdur. İşin hallarından da göründüyü kimi tərəflər arasında mülki münasibətlər 2013-cü ildə yaranmışdır. Belə olan halda mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri tətbiq edilə bilməz.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-212/2023 nömrəli iş üzrə 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla ikinci cavabdeh tərəfindən tikilmiş, hazırda onun sahiblik və istifadəsindədir. Yəni iddiaçının köçmək istədiyi ev onun keçmiş ərinin deyil, sonuncunun atasının sahibliyində və istifadəsindədir. Başqa sözlə, mübahisəli ev özbaşına tikili olsa belə həmin evə dair “gözlənti” hüququ da ona məxsusdur.
16. İddiaçının köçürülməsini tələb etdiyi evin tikinti sində, nə onun, nə də ki, keçmiş ərinin maddi, yaxud digər formada heç bir rolu olmadığından, həmin evlə bağlı iddiaçının hər hansı iqtisadi marağından söhbət gedə bilməz.
17. İddiaçının köçmək istədiyi, ikinci cavabdehin sahibliyində olan fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti olmadığı kimi, evlə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olması da istisna olunur.
18. İddiaçının hazırda ikinci cavabdehin sahiblik və istifadəsində olan fərdi yaşayış evindən istifadə hüququ yoxdur, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur.
19. Məhkəmə gəldiyi nəticəni Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013cü il tarixli, xx.xx.2014-cü il tarixli və 15 yanvar 2010-cu il tarixli qərarl arına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Mübahisəli ev birgə nikah dövründə birgə vəsait hesabına tikilib. Lakin məhkəmə işin bu halını obyektiv araşdırmamış və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, ev ikinci cavabdehindir. Lakin bunu öz qətnaməsində əsaslandırmamışdır. Bu barədə iş materiallarında hər hansı bir mötəbər sübut yoxdur. Ev iddiaçının və keçmiş həyat yoldaşının vəsaiti hesabına tikilmişdir. Çünki həmin vaxt cavabdeh işləyib və 750 manat əmək haqqı alıb. Ona görə də iddia tələbi əsaslıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə
25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, d il, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
24. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
25. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
26. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının bo rcudur. Mülki Məcəllə
27. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi...
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
30. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadı n ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
42. Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tikinti aparılmış torpaq sahəsi mülkiyyətind ə olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır.
43. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas Qanunun 25-ci maddəsinə müvafiq olaraq isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təmina t verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
44. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
45. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ da vardır. Oxşar mübahisələrə baxarkən məhkəmələr qeyd olunan halların mövcud olduğunu, ötən dövr ərzində cavabdeh(lər)lə eyni şərtlər daxilində həmin tikilidə yaşadığını və cavabdeh(lər) tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə onu tikilidə yaşamasına maneələr yaradıldığını müəyyən edərsə iddianı təmin etməlidir.
46. Baxılan iş üzrə məhkəmələr tərəfindən mübahisəli tikilinin iddiaçı ilə cavabdehin birgə nikahları dövründə və onlar tərəfindən inşa edilmədiyi müəyyən olunduğu üçün iddia rədd edilmişdir.
47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Hüseyn qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-212/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.