Məhkəmə qərarları › İş №2(102)-2024/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2024/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2024/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "X4" MMC-yə qarşı mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4646/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs MTK tərəfindən verilmiş kassasiya şikayətinə 1 iyul 202 5-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya satılması ilə əlaqədar 27 mart 2015-ci il tarixdə 25 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 550 manat olmaqla, mənzilin ümumi dəyəri 90750 manat təşkil etmişdir.

2. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi barədə ona 27 mart 2015-ci il tarixli 25 nömrəli maliyyə arayışı verilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1470/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qərarı ilə işdə i ştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Maraqlı şəxs nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilmişdirö və Maraqlı şəxs kimi işə cəlb olunması qərarar alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə müqaviləni bərpa etmək vəzifəsinin qoyulmasını, ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə onun arasında ba ğlanmış 27 mart 2015-ci il tarixli müqaviləyə əsasən o, MMC-yə 90750 manat məbləğində pul ödəyərək həmin mənzili almış, bu barədə ona maliyyə arayışı verilmişdir. Lakin o barəsində olan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığından, cavabdeh bundan sui-istifadə etmiş və 17 iyul 2015-ci il tarixində müqavilənin birtərəfli ləğvi barədə ona bildiriş göndərmişdir. Bildirişin məzmununda mənzilin dəyərinin ödənilməsi barter vasitəsilə aparıldığı üçün ödənişin cavabdehin "xxxx" ASC-nin Sumqayıt filialındakı hesabına köçürülməmiş olması, bu səbəbdən müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması və mənzilin dəyərinin qeyd olunan bank hesablarına köçürülənədək sənədlərin qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir. İddiaçı belə hesab etmişdir ki, arala rındakı müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməlidir.

6. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, 2006-cı ildən bəri onun rəhbərlik etdiyi podratçı şirkət ilə tələbə yoldaşı Şakir Hüseynovun birlikdə inşa etdikləri tikililərə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra yoxlanışlar başladığından, onlar tikintini dayandırmışlar. Həmin vaxtlarda onların şirkətinə qarşı cinayət işi açılmış və hər ikisi 5 il sınaq müddəti müəyyən edilməklə, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və onlar barəsində ölkəni tərk etməmək, mənzillərin tikilib zərərçəkmişlərə təhvil verilməsi və 2541127,16 manat pulun alınaraq dövlət hesab ına ödənilməsinə dair hökm çıxarılmışdır. Daha sonradan Şakir Hüseynov yenidən həbs edilmiş və şirkətin rəhbərliyi ona keçmişdir. Məhkəmə hökmünün icrası üçün ona pul lazım olduğundan 2015-ci ildə X1 adlı tanışı vasitəsilə iddiaçının faizə pul verdiyini, lakin girov olaraq, öz adına mənzil yazılmasını tələb etdiyini öyrənmiş və müqavilə ilə maliyyə arayışı yazaraq, “whatsapp” mobil tətbiqi vasitəsilə Ş.Verdiyevə göndərmişdir. Daha sonra iddiaçıdan pul ilə bağlı heç bir məlumat ala bilmədiyindən, müqavilənin birtərəfli ləğvi barədə bildiriş tərtib edərək iddiaçıya göndərmiş, sonradan iddiaçının həbsdə olduğu məlum olmuşdur. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə İddiaçı tərəfindən imzalanmadığından və mənzilə görə faktiki olaraq pul ödənilmədiyindən, müqavilə bağlanmamış hesab e dilməli və iddia rədd edilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 09 fevral 2018-ci il tarixli 2(004)-468/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müvafiq qaydada imzalanmış müqavilə olmalıdır. Sözügedən müqavilə isə iddiaçı tərəfindən imzalanmadığından iddia tələbi əsassızdır.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 386.1, 331.1 və 399.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, aralarında ikitərəfli müqavilə bağlansa da, cavabdeh mülki qanunvericiliyin tələblərini pozaraq, ikitərəfli bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarını pozmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Elmira Nağıyeva) 15 avqust 2018-ci il tarixli 2(103)7960/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (Zaur Əliyev – sədrlik edən və məruzəçi, hakimlər İlqar Xələfov və Abiddin Hüseynov) 27 aprel 2022-ci il tarixli 2(102)-1629/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7960/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-4646/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və A.İsgəndərovdan ibarət tərk ibdə) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-468/2018 saylı mülki iş üzrə 09 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir. ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

17. İş materiallarından görünür ki, tərəflər arasında mənzilin iddiaçıya satılması ilə əlaqədar 27 mart 2015-ci il tarixdə 25 nömrəli müqavilə bağlanmış, müqaviləni İddiaçı imzalamasa da, Cavabdeh MMC-nin direktoru X3 imzalayaraq Cəmiyyətin möh ürü ilə təsdiq etmişdir.

18. Şifahi razılaşmalarda müqavilə oferta göndərmiş şəxsin onun akseptini, yəni qarşı tərəfin qəbul barədə iradə ifadəsini aldığı anda bağlanmış sayılır. Yazılı müqavilələrdə tərəfin öz iradəsini bəyan etməsi tərtib olunan sənədi imzalaması ilə olur. Bu baxımdan sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Bununla belə, mülki dövriyyədə elə hallar olur ki, müqavilə tərəfinin iradə ifadəsi görünməsə belə, həmin tərəf sözügedən razılaşmanı (onun hüquqi nəticələrini) tanıdığını və ona bağlı olduğunu sərgiləyən hərəkətlər edir. Bu hallar bəyənmə sayılır və müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmasını təmin edir. Bəyənmə məcburi bir formaya tabe olmadığı üçün həm açıq iradə bəyanı, həm də müvafiq davranışlarla (məsələn, razılaşma ya uyğun olaraq öz öhdəliyini yerinə yetirmə, həmin müqavilənin icrasını tələb etmə və s.) nümayiş etdirilə bilər. Bu səbəbdən Mülki Məcəllənin 357-ci maddəsində nəzərdə tutulmuşdur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Odur ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə birbirinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olub-olmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hü quqi qiymət verməlidirlər.

19. Hazırkı işdə olan, Cavabdeh MMC-nin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş 27 mart 2015-ci il tarixli 25 nömrəli maliyyə arayışından görünür ki, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması təsdiq edilmişdir. Eyni zamanda iddiaçı, sözügedən müqaviləyə istinadən onun icrasını tələb etmiş, mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan əlavə, cavabdeh şirkət bildirir ki, 17 iyul 2015-ci ildə iddiaçıya bildiriş göndərərək, mənzilin dəyərinin ödənilməməsinə görə müqavilə və maliyyə arayışının qüvvədən düşmüş sayılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazını müqavilənin imzalanmaması ilə deyil, iddiaçıdan faizə pul götürmələri barədə razılaşma çə rçivəsində müqavilə və maliyyə arayışı tərtib etmələri, lakin sonradan iddiaçıdan pulla bağlı heç bir məlumat ala bilmədiklərindən müqavilənin birtərəfli ləğvi barədə bildiriş vermələri ilə əsaslandırmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, mənzilə görə alıcının nəğd pul ödəməməsi, maliyyə arayışının başqa bir öhdəliyin icrası əvəzində verilməsi barədə tikinti şirkətlərinin verdikləri məlumatlar özü-özlüyündə müqavilənin və ya arayışın etibarsız sayılması üçün əsas deyil. Ona görə ki, MTK-nın bir şəxsdən (kreditordan) borc pul, tikinti materialı və s. alması müqabilində kreditorun (yaxud onun göstərdiyi şəxsin) adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəlikl ərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş baradə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (alınmış borcun, tikinti materialının və s. əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla kreditora borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil. Odur ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə kreditorun (borc pul və ya mal vermiş tərəfin) öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Bu səbəbdən tikinti şirkəti dəyərinin ödənilməsinə dair maliyyə arayışı verdiyi mənzilin əvəzində hansısa pulun və ya malın verilmədiyini iddia etdikdə, bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə, həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişsə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Yəni bir tərəfin bu razılaşma üzrə öz üzərinə düşəni yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir.

21. İddiaçı mənzilə dair Cavabdeh MMC ilə arala rında bağlanmış müqaviləni və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, cavabdeh MMC isə öz etirazının əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

22. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 324.2, 324.4, 357, 385.1, 386.1, 405.1, 406.3, 407.1, 407.2, 421.2, 447.1 və 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.2, 385.1, 385.1.1, 385.1.4, 386 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri

23. Maraqlı şəxs MTK qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinin maddi hüquqi əsası yoxdur, məhkəmə tərəfindən hazırki münasibətlərə tətbiq edilmiş maddi hüquq normaları və mövcud hüquq münasibətlərinə tətbiq edilməli olan, lakin düzgün olmayaraq tətbiq edilməmiş Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, AR.MM-nin 109.2, 109.4, 109.5, 109-2,109-3, 110, 111.3.4, 152.1,152.2,152.3, 152.5, 337.1,37.3, 351.1, 359, 360.1,361və 362, 403-cü maddələri pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi qəbul edildikdən sonra İddiaçı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində adına xüsusi mülkiyyət kimi qeydə alınmasına dair iddia verilmişdir və cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış etirazda imtinanın əsası kimi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilədə göstərilən 64 nömrəli mənzilin Maraqlı şəxsMTK-ya məxsus binanın 10 saylı mənzilinə uyğun gəldiyi göstərilmişdir. Bundan sonra İddiaçı tərəfindən onunla Cavabdeh MMC arasında bağlanmış 27 mart 2015-ci il tarixli müqaviləyə, xx.xx.2015-ci il tarixli, 25 nömrəli maliyyə arayışına, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış qeyd edilən etirazında göstərilənlərə istinad edilərək Maraqlı şəxsMTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal 2,ev 12F,giriş 1,10 saylı mənzilə hüququna dair məhkəmə mübahisəsi açılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1401/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6491/2024 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansi ya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. (Bu qətnamələr şikayətə əlavə edilir). Birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı xeyrinə qətnamə qəbul edilməsinin hüquqi əsası kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsas götürülmüşdür. Bununla da müəyyən olunur ki, hazırda kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4646/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal 2,ev 12F,giriş 1,10 saylı mənzilin özgəninkiləşdirilməsi barədə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 27 mart 2015-ci il tarixli müqavilənin qanuniliyi təspit edilmişdir və həmin qətnamə əsasında İddiaçı Maraqlı şəxs MTK-ya məxsus 10 saylı mənzilə hüququ yaranmışdır.

25. Mübahisəli mənzil Maraqlı şəxs MTK-ya məxsus binanın tərkib hissəsi olduğu, həmin mənzil barədə sərəncam hüququ Maraqlı şəxs MTK-ya məxsus olduğu və Cavabdeh MMC-nin Maraqlı şəxs MTK–nı təmsil etmək və ona məxsus mənzil barədə sərəncam vermək hüququ olmadığı üçün Maraqlı şəxs MTK-nın bilavasitə və ya təmsilçi vasitəsilə bağlamayaraq tərəf olmadığı müqavilə onun üçün öhdəlik və vəzifələr yarada biməz və MM-nin 403-cü maddəsinə uyğun olaraq hüquqlar yarada bilər. Bundan əlavə MM-nin 109.2, 109.4, 109.5, 109-2, 09-3, 110 və 111.3.4-cü maddələrinə əsasən İddiaçı Maraqlı şəxs MTK-da əmlak payına malik olması üçün Maraqlı şəxs MTK üzvlərinin ümumi yığıncağının qərarı əsasında MTK üzvlüyünə qəbul edilməlidir və onun tərəfindən pay dəyəri ödənilməlidir. Möv cud vəziyyətdə belə bir hal yoxdur. Bununla da, İddiaçı Maraqlı şəxs MTK-ya məxsus mənzilə hüququnun yaranmasının qanuni və ya müqavilə əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlarına toxunan şəxs tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

36. Maddə 418.4. və 418.4.6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir. -məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə.

37. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs Salahov Hacıbala Yəhiyəbala oğlunun kassasiya şikayəti qismən təmin olunmaqla apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yenidən baxıliması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

43. İşdən görünür ki, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Res publikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət etmiş, ərizəyə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini də əlavə olunmuşdur.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1470/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qərarı ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Maraqlı şəxs nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilmiş, bununla da Ali Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş Maraqlı şəxs hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılimasını müəyyən etmişdir.

45. Göstərilən hal isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamadan yalnız yuxarıda göstərilən əsasla qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 418.4, 418.4.6 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4646/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar