Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2025/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nadirova (İsmayılova) Zülfiyyə Fəxrəddin qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Nadirova (İsmayılova) Zülfiyyə Fəxrəddin qızının Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1231/2022 nömrəli, 14 mart 2023-cü il tarixli qərarda dından iddiaçı Nadirova (İsmayılova) Zülfiyyə Fəxrəddin qızı tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyun 2012-ci il təvəllüdlü Ağgül və 24 may 2015-ci il təvəllüdlü Tunar ilə birlikdə Cavabdeh ilə birgə yaşadıqları Qəbələ rayon Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 28 iyul 2022-ci il tarixli, 2(025)-691/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödə nilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. b) Apelyasiya instansiya məhkəməsində icraat
3. İddiaçı apelyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(025)-691/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(107)-1231/2022 saylı qətnaməsi ilə (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı 14 fevral 2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiy a şikayəti vermək üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(107)-1231/2022 saylı qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(107)- 1231/2022 saylı qətnaməsi 8 dekabr 2022-ci il tarixdə İddiaçı poçt vasitəsilə göndərilməklə rəsmi qaydada verilmişdir. Kassasiya şikayəti isə 3 mart 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradıl an elektron kabinet vasitəsilə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin verilməsi müddəti 8 fevral 2023-cü il tarixdə bitdiyi halda, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək 3 mart 2023-ci il tarixdə verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(107)-1231/2022 nömrəli qərardadının ləğv edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1231/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin kassasiya qaydasında baxılması üçün mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Zülfiyyə İsmayılova 31 yanvar 2023-cü il tarixdə – kassasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitənədək dövlət hesabına vəkilin ayrılmasına dair apellyasiya kollegiyasına ərizəni göndərmiş, yəni hər hansı prosessual müddəti ötürməmişdir. Nəticə olaraq, prosessual müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək zərurəti yaranmamışdır. Apellyasiya kollegiyası tərəfindən iddiaçının ərizəsinin təmin olunmamasına dair 23 fevral 2023-cü il tarixli qərardadı barədə məlumat əldə ediləndən sonra İddiaçı vəkili ilə zəngləşərək borca pul tapdığını v ə müvafiq müqavilənin bağlanmasına hazır olduğunu bildirmişdir. İddiaçının vəkili 27 fevral – 2 mart 2023-cü il tarixlərdə KRX (konyuktivid) xəstəliyə duçar olduğundan, sözügedən müqaviləni 2 mart 2023-cü il tarixdə bağlamaq iqtidarında olmuşlar, sabahı günü isə kassasiya şikayəti artıq zəruri qaydada apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Apellyasiya kollegiyası Mülki Prosessual Məcəllənin 405 və 408-ci maddələrinin təfsir və tədbiq edilməsində yanlışlığa yol vermişdir. Bundan əlavə, iddiaçı məhz mülki-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına riayət etmək, habelə zəruri tələblərə uyğun şəkildə kassasiya şikayətinin vermək məqsədi ilə müvafiq 2 ay müddət bitənədək 31 yanvar 2023-cü il tarixli ərizəsi ilə kassasiya şikayətini vermək niyyətində olduğunu bildirmiş və bunun üçün real prosessual addımlar atmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.
20. Ka ssasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir.
22. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə, şikayət geri qaytarılır.
23. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbarnamədən görünür ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi 8 dekabr 2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada verildiyi halda, həmin qətnamədən apelyasiya şikayəti 3 mart 2023-ci il tarixdə verilməklə şikayət üzrə müddət buraxılmış, iddiaçı tərəfindən bu raxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamamalı, apelyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nadirova (İsmayılova) Zülfiyyə Fəxrəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ş əki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1231/2022 nömrəli, 14 mart 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir