Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2026/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Soltanməcid oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: “zəbt olunmuş ərazinin boşaldılması, ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə çəkilməsinə icazə verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Soltanməcid oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə çəkilməsinə icazə verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(105)-401/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şamaxı rayonu, Qaladərəsi kənd sakini Nuriyev Ağaməhəmmədə, Cavabdeh2, Nuriyev Nəsimiyə, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Şamaxı RİH-nin Qaleybuğurd kənd İƏD-i nümayəndəliyinin 2001-200 5-ci illərin Qaladərəsi kəndi üzrə Qaytalanmış təsərrüfat başına kitablarında Qaladərəsi kənd sakini şəxsi hesab № 253 olan Cavabdeh1 təsərrüfat başına həyətyanı torpaq sahəsi haqqında 0.31 ha qeyd edilmişdir.
3. X1 rayonunun Qaladərəsi kəndində daimi qeydiyyatdadır və hal- hazırda Şamaxı rayonunun Qaladərəsi kəndində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ərazinin 2m.x 2m. ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin həyətdən kənara çıxarılması, su mənbəyi üzərində örtülü hovuz düzəldilməsi və suyun truba vasitəsilə həyətlərə çəkilməsinə icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, Qaladərəsi kəndi mövcud olandan indiyə kimi kəndin əksər hissəsi cavabdehin evinin yaxınlığında olan su mənbəyindən istifadə etmişlər. Əvvəllər həmin ərazi açıq olmuş, sonradan cavabdehin valideynləri tərəfindən çəpərə alınmışdır. Uzun müddət həmin sudan istifadə olunması ilə bağlı problem olmamışdır. Lakin son vaxtlarda cavabdeh özü su ilə bağlı problem yaratmışdır. Su arxının üstünə gətirib mal peyini tökmüş, onun yaxınlığına it bağlamışdır ki, heç kəs yaxına gələ bilməsin. Onun 84 yaşı var. Həmin sudan hazırda istifadə olunması qeyri-mümkündür. Tam antisanitar vəziyyətdədir heyvan qarası, toyuq cücəsi, qazları hər gün bu suyun içərisində olur. O, bu vəziyyətə son qoymaq üçün ümumi təklif etmişdir ki, icazə verin, su mənbəyində bir üstü örtülü hovuz tiksin, oradan suyu həyətlərə truba vasitəsi ilə bölüşdürərərək, təmizlik olsun. Cavabdeh isə ona imkan verməmiş, suyun qapağını bağlayaraq onlara tərəf suyu buraxmamışdır. Ona bildirmişdir ki, gedin özünüzə su axtarın. Suyuda özü tərəfdən qazıb dərinləşdirib həyətinə yönəltmişdir. Su məcrasını dəyişmiş, su ümumiyyətlə, lazımsız yerə axıb gedir. Bu qədər su onun nəyinə lazımdır bilmir, həmin su bir truba ilə axsa ona ən aşağısı 200 mm-lik truba lazımdır. Bu qədər sudan onlara tərəfə su gəlməsinə imkan vermir.
6. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi verdikdən sonra ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə cavabdehin adı qeyd edilməmişdir. Lakin hazırda cavabdeh orada yaşamaqla sudan istifadəyə mane ya ratdığından oda cavabdeh qismində qalmaqla Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
7. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-109/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia qismən təmin edilmiş, cavabdehlər tərəfindən zəbt edilmiş ərazi 2 metr x 2 metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4900 saylı rəyindən görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən X2 (Cavabdeh1 qardaşı, digər Cavabdeh2 oğlu) faktiki istifadə etdiyi torpaq sahəsində yerləşən (mübahisəli) su mənbəyinin KOD 41010038 saylı, JN021B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X3 və onun ailə üzvlərinin (Ağaməhəmməd Nuriyev və Cavabdeh2) mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, həmin su mənbəyinin KOD 41010038 saylı, JN021B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinin hüdudlarından kənarda, (135BB) bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir
9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli 05 saylı qərarı ilə Şamaxı rayonu, Qaladərəsi kəndində 0,40 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda mübahisəli su obyekti Cavabdeh2 və onun ailə üzvlərinə verilmiş 0,40 hektar həyətyanı torpaq sahəsindən kənarda yerləşir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli cavabdeh tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyə tindən kənara çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2, 239.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Su Məcəlləsinin 36, 104, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş, habelə iş üzrə lazımi qaydada araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdi r. Məhkəmə qətnaməsində iddia tələbinin hansı əsaslardan qismən təmin edilməli olması əsaslandırılmamışdır. Əvvəla, məhkəmə hazırkı iddia ərizəsinin icraata qəbulundan MPMnin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməli idi. Ona görə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ yalnız dövlət reyestrində qeydə alındıqdan sonra yarana bilər. Məhkəmə yalnız mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsini bələdiyyə mülkiyyətinə aid etmiş, halbuki Bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış, torpaq sahəsinin plan ölçüsü və çıxarışı mövcud deyildir. Bundan başqa, yal nız mütəxəssis rəyinə əsasən qətnamə qəbul edilməsi qanunsuzluqdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan halları sübut etməmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir.
13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi uzun illərdən bəri onun valideynlərinin, babalarının istifadəsində olmuşdur. Kənddə cəmi 20 ev var ki, onlardan 6-7-sində yaşayış yoxdur. Mübahisələndirilən su hövzəsinin ətrafında yaşayan ailələr hətta iddiaçının qızının ailəsi o bulaqdan rahat istifadə edir. İddiaçının özü də hal-haz ırda həmin sudan istifadə edir və 80 mm turba ilə oradan həyətinə su çəkdirib. Hazırkı iddia qərəzli şəkildə verilmişdir. Məhkəmə isə göstərilən halları lazımi qaydada araşdırmadan əsassız iddianı qismən təmin etməklə absurd qətnamə qəbul etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-401/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X9 və X10) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Kollegiya qeyd etmişdir ki, iş materiallarından aydın olduğu kimi iş üzrə əldə edilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən su obyekti Cavabdeh2 və onun ailə üzvlərinə verilmiş 0,40 hektar həyətyanı torpaq sahəsindən kənarda yerləşir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlər tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmaqla işin faktiki hallarına da uyğundur.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələbi əsaslı olmaqla iddiaçı öz iddiasının əsaslarını qismən sübuta yetirə bilmiş, cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, habelə şikayətinin dəlillərinə uyğun əsaslı şübhələrdən kənar, mötəbər sübut təqdim etməmişdir. Beləliklə birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir.
17. Məhk əmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbycan Respublikasının Mülki Məcəllənin 139.1, 152.1, 238.2, 239.1, Azərbaycan Respublikası Su Məcəlləsinin 36, 104, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18, 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119, 372.1, 372.6, 372.7, 385.2, 384.0.1-ci maddələrinə istinad etmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin sahəyə dair çıxarışın alınması üçün məhkəmə gedişatında Sumqayıt İnzibat i Məhkəməsinə müraciət etmiş, iş icraata qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin icraatında olan iş üçün inzibati məhkəmənin icraatındakı tələbi mühüm əhəmiyyət kəsb etdiyindən, birinci instansiya məhkəməsinin icraatında olan işin icraatı dayanmalı idi. Lakin məhkəmə, işin icraatını dayandırmayaraq vəsatətini rədd etmiş və qərardaddan verdiyi şikayəti yuxarı instansiya məhkəməsinə göndərməli olduğu halda cavabdehin özünə geri qaytarmışdır. İddianın yolverilməzliyinə görə ərizədən imtina edilməli idi və məhkəmədə baxılmalı deyildir. Ona görə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya Məhkəməsi isə bu hala qiymət verməmişdir. Eyni zamanda, mübahisəli torpaq sahəsi 0,31 ha faktiki o laraq cavabdehə məxsus olsa da, sənəd yəni arxiv çıxarışı təqdim etməsinə baxmayaraq, Azərbaycan Respublikası MPM-88-ci maddəsinin tələbləri pozulmuş, qeyd edilən sübut araşdırılmamış və qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 53-cü və 54.4-cü maddələrinin tələbləri kobud surətdə pozaraq, işin hazırlıq mərhələsi keçdikdən sonra guya iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək əlavə cavabdeh cəlb edilmiş və predmet dəyişdirilmişdir. Belə olan halda isə işə baxılması əvvəldən başlamalı idi. Qeyd edilən tələblər kobud surətdə pozulmuşdur. Apellyasiya Məhkəməsi isə bu hala qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Madd ə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.
24. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi m ülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Su Məcəlləsi
25. Maddə
36. Ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər.
26. Maddə
104. Özbaşına tutulmuş su obyektləri qanunsuz istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
27. Maddə
18. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhali nin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir.
28. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
29. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
30. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır
35. Maddə 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etm əsini yoxlayır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İşə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən su obyekti Cavabdeh2 və ailə üzvlərinə verilmiş 0,40 hektar həyətyanı torpaq sahəsindən kənarda yerləşir. Bu isə onu təsdiq edir ki, cavabdehlər su obyektindən istifadə ilə etmiş olduqları maneə qanunauyğun deyildir.
42. Cavabdeh tərəf su obyektinin onlara məxsus torpaq sahəsində yerləşməsini göstərsələr də bununla bağlı hər hansı sübuta istinad etmirlər.
43. Cavabdehin torpaq sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müvafiq məhkəməyə müraciət etməsinə və bunula bağlı icraatın dayandırılmasına d air dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işə baxılarkən belə bir vəsatət verilmiş və məhkəmə icraatın dayandırılması üçün əsasların olmaması ilə bağlı nəticəyə gəlmiş və vəsatət təmin olunmamışdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflər ə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-401/2022 saylı mülki iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.