Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2026/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina əsasına görə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-5926/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanı nda Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxılarkən, İddiaçı iddiadan imtina barədə ərizəsinə 28 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş müavinətdən tutulmuş 6.292,36 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(011)2383/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarı lmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-5926/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(011)-2383/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 5.183,69 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
5. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qərar çıxa rılmasını xahiş etmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 7. 09 avqust 2024-cü il tarixdə İddiaçı yazılı ərizə ilə Ali Məhkəməyə müraciət edərək, 2(102)-2026/2024 saylı mülki iş üzrə iddiaçı olduğunu və hazırda iddiadan imtina etdiyini və ona görə də 2(102)-2026/2024 saylı mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
8. Göründüyü kimi İddiaçı Ali Məhkəməyə yazılı ərizə göndərməklə, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Cavabdehnə qarşı olan “ödənilmiş müavinətdən tutulmuş 6.292,36 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə” iddiasından imt ina etmişdir.
9. Azərbaycan Respublikası MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
10. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
11. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
12. Kassasiya instansiyası məhkə məsi sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, iddiaçının ərizəsini araşdırıb, onun iddiadan imtina etməsini qəbul edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur və işdə, onun iddiadan imtina etməsini istisna edən heç bir hal yoxdur.
13. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının ərizəsi təmin edilərək, onun iddiadan imtinası qəbul edilməlidir.
14. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə iş üzrə icraata xitam verir.
15. Həmin Məcəllənin 417.1.5-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
16. Habelə işdən görünür ki, iddiaçının iddiadan imtina etməsi və onun bu hərəkətlərinin nəticəsi Ali Məhkəməyə göndərdiyi yazılı ərizəsində aydın surətdə şərh olunmaqla ifadə olunmuşdur.
17. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 262.1, 416, 417.1.5, 419-cu maddələrinin tələblərini rəhbər tuturaq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı iddiadan imtinası barədə ərizəsi təmin edils in. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-5926/2023 saylı qətnaməsi İddiaçı iddiadan imtina etməsi əsasına görə ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “ödənilmiş müavinətdən tutulmuş 6.292,36 manat pul vəsaitinin geri qaytarılması” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.