Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2027/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 11.05.2022 Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10770/2021 nömrəli, 26 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı müəyyən etdi; İşin halla rı
1. İddiaçı 2014-cü ildə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurub. O, bir müddət əri, qaynatası və qaynanası ilə birlikdə həmin evdə yaşayıb. 2020-ci ildə iddiaçının nikahı pozulub. Ailə münasibətləri pozulduğuna görə İddiaçı 2020-ci ilin aprel-may aylarından eibarən həmin evdə yaşamır.
2. Hazırda İddiaçı evə köçürülmə barədə hazırki mübahisəni başlatmışdır. Bu tələbi keçmiş ərinə və qaynanasına qarşı yönəldib, qaynatasına qarşı isə tələb irəli sürməyib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək azyaşlı oğlu Yusif Dursunovla birlikdə ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul çıxarılmas ını etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1la 2014-cü ildə rəsmi nikaha girmiş, 02.09.2015-ci il tarixdə Yusif adlı uşağı olmuşdur. Evləndikdən sonra gəlin köçdüyü ev kiçik olduğundan satılmış və hazırki evi almışlar. Cehiz əşyalarını da həmin evə yerləşdirmişlər. 2020-ci ildə nikahları ləğv olunmuş, azyaşlı uşağı ilə birlikdə həmin evdən çıxıb valideynlərinin evində yaşayır. Evi könüllü surətdə deyil, cavabdehlərlə münasibətlərin kəskinləşməsi səbəbindən tərk etmişdir. Cehiz əşyaları həmin evdədir, onları götürməməyinin səbəbi həmin evə geri qayıtmaq niyyətində olmasıdır. İddiaçı iddia ərizəsində cehiz əşyalarının siyahısını da vermişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2021 -ci il tarixli 2(008)4190/2021 saylı qətnaməsi ilə (hakim T.Əsədova) id dianın təmin olunması qət edilmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27.1, 27.2, 27.3-ci maddələri ilə əsaslandırmışdır.
7. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər- N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) 26.11.2021-ci il tarixli, 2(103)10770/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(008)-4190/2021 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qətnaməni MPM-nin 50.3 və 164.1-ci ma ddəsinə istinad edərək əsaslandırmışdır. Belə ki, evə köçürülmə barədə tələb evə sahiblik edən bütün şəxslərə qarşı yönəlməlidir, yəni onların hamısı cavabdeh kimi göstərilməlidir. Çünki tələbin təmin edilməsi barədə qətnamə iddiaçının evə daxil olmasına və orada yaşamasına imkan verəcək, bu isə evə sahiblik edən bütün şəxslərin mənafeyinə toxunacaqdır. Əgər evə sahiblik edən şəxslərdən biri cavabdeh kimi işə cəlb edilməyibsə, yəni tələb ona qarşı tələb yönəldilməyibsə, həmin qətnamə onun evə sahiblik hüququnun pozulması ilə nəticələnəcəkdir. Sahiblik hüququ isə qanunla qorunur.
10. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin l əğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı etdikləri məhdudiyyətlər (ev buraxmama), həmçinin cehiz əşyalarını həmin evdə saxlamaları qanunsuzdur (Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi). Həmçinin iddiaçı evi könüllü sürətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus cehiz əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti var idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respub likasının Mülki Məcəlləsi:
1. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
2. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
3. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
4. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
5. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
6. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
7. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
8. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır.
10. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
11. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
13. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
16. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 50.3 və 164.1-ci maddələrinə əsaslanmaqla haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisənin predmeti olan, xüsusilə ailə başçısının cavabdeh kimi işə cəlb olunmaması, tələb təmin olunduğu halda iddiaçının evə daxil olmasına və orada yaşamasına imkan verməyəcək, həm də evə sahiblik edən bütün şəxslərin mənafeyinə toxunacaq, cavabdeh kimi işə cəlb edilməyən sahibin hüquqlarının pozulması ilə nəticələnəcəkdir.
17. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının evə sahiblik hüququ olan bütün şəxslər müəyyən edilməklə təkrar iddia qaldırmaq hüququnun saxlanması nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10770/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.