Məhkəmə qərarları › İş №2(102)-2028/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2028/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2028/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkünlər üçün nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-204/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə, bu müqaviləyə əsasən kirayəyəverən dövlət mənzil fonduna aid olan ünvan 2 nömrəli evin 1 otaqlı 29 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məh kəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir.

3. Müqavilənin 2.4.2-ci bəndinə görə, kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. 4. 12.05.2010-cu il tarixli AA XXX nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, İddiaçı 19XXX-cü ildən Zəngilan rayonundan məcburi köçkündür.

5. Zəngilan Rayon Məhkəməsinin 2(034)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə görə, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında xx.xx.2014-cü il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabında XXX nömrəli n ikah akt qeydi ləğv edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılması, cavabdeh X1 xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

6. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, Cavabdeh ünvan 11 nömrəli evdə qeydiyyatdadır. 7. 1 nömrəli Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ XXX nömrəli doğum haqqında şəhadətnaməyə görə, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barəd ə doğum haqqında akt qeydləri kitabında XXX nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Cavabdehdır.

8. Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ XXX nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında XXX nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Cavabdehdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddianın əsaslarına görə, mübahisəli mənzil cavabdehə başqa mənzil tapana kimi müvəqqə ti yaşamaq məqsədilə verilmişdir. İddiaçının özünün yaşamağa başqa mənzili yoxdur. Cavabdehin həmin mənzildən çıxmaması iddiaçının özünə məxsus olan mənzildə yaşamasına əngəl törədir.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-2031/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-204/23 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, dövlət mənzil fonduna aid olan ünvan 2 saylı evin 1 otaqlı 29 saylı mənzili Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, sonuncunun müvəqqəti yaşaması üçün sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı həmin mənzili müvəqqəti yaşamaq üçün qardaşı və onun ailəsinə, o cümlədən cavabdehə vermişdir. Hazırda iddiaçı mənzilin boşaldılıb ona təhvil verilməsini tələb etsə də, cavabdeh həmin mənzili könüllü boşaltmaq istəmir. Mübahisə birinci instansiya məhkəməi tərəfindən yux arıdakı qaydada həll edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, qeyd olunmalıdır ki, mübahisəli mənzil xüsusi təyinatlı dövlət mənzil fonduna aid olmaqla məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 99.1-99.3-cü maddələrinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadə sinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Qeyd edildiyi kimi mübahisəli məzilə dair kirayə müqaviləsi iddiaçı ilə bağlanmış və həmin müqavilə əsasında onun həmin mənzil barəsində hüquq və vəzifələri yaranmışdır. Mənzil Məcəlləsinin 100.1-100.3-cü maddələrinin tələblərinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edə bilər. Kirayəçi və onunla b irgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İşdən göründüyü kimi mübahisəli mənzilə dair kirayə müqaviləsi ləğv edilməmiş, qüvvədədir, başqa sözlə həmin müqavilə əsasında mənzilə dair sahiblik və istifadə hüququ da kirayəçi kimi iddiaçıya məxsusdur. Lakin o, hazırki halda həmin hüquqlarından istifadə edə bilmir. Eləcə də, müqavilə üzrə vəzifə daşıyan şəxs olaraq o, məsuliyyət daşısa da, mənzilə daxil ola bilmədiyi üçün bu vəzifələrini də həyata keçirə bilmir. İş üzrə cavabdeh mübahisəli mənzilə dair kirayə müqaviləsi üzrə tərəf olmadığı kimi kirayəçinin ailə üzvü deyildir. Həmin müqavilə üzrə o, heç bir hüquqa malik olmadığı kimi, vəzifə də daşımır. Qeyd edildiyi kimi iddiaçı əvvəllər yuxarıda qeyd olunan formada cavabdehin mübahisəli mənzildə müvəqqəti yaşamasına etiraz etməsə də, hazırda cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə artıq icazəsiz surətdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşamaqla onun sahiblik və istifadə hüquqlarını pozur. Cavabdehə xəbərdarlıqlar edilsə də, o bundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzildə yaşasa da, həmin mənzilə hər hansı bir formada əmlak hüquqları əldə etməmiş və onun qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzildən istifadəsi üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh Mə nzil Məcəlləsinin 102.2–ci maddəsində nəzərdə tutulmuş, xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına yol verilməyən şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin qanuni sahibi olan iddiaçının hüquqları qorunmalı, cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normaları kimi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” AR Qanunlarına, AR Nazirlər Kabinetininxx.xx.19XXX-cü il tarixli, 32 saylı, xx.xx.2017-ci il tarixli, 65 saylı qəralarına istinad etsə də həmin normaları işin faktiki hallaqına uyğun düzgün t ətbiq edə bilməmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin tələblərinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. İşə baxan məhkəmə bu maddəyə istinad etsə də, onu düzgün tövsif etməmişdir. Maddənin məzmunundan göründüyü kimi, məcburi köçkünün müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmamaq şərtilə yol verilir. Hazırki halda cavabdeh tərəfindən özgəyə məxsus mənzildə məskunl aşmaqla həmin şəxsin, yəni mənzil sahibi olan iddiaçının mənzil hüquqlarının pozulması aydın görünür. Məhkəmə kollegiyası, xüsusilə qeyd etmək istəyir ki, iddiaçı da məcburi köçkündür və hazırki mübahisə də onun hüquqlarının müdafiəsi ilə bağlıdır. Bu səbəbdən də, məcburi köçkünlərin sosial müdafiəsinə yönəlmiş qanunvericilk aktlarına istinad edərkən, ilk növbədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş şəxsin, kim tərəfindən pozulmasından asılı olmayaraq, hüquqlarının bərpasının vacibliyi yaddan çıxmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 65№-li qərarının 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların m üvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Yenə həmin qərarın 3.7-ci bəndinin tələblərinə görə məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Qeyd olunan qərarın 4.1-ci bəndi ilə məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq ailə tərkibi 1 nəfərdən ibarət olanlara — 1 otaq verilməsi müəyyən edilmişdir. İstinad olunan hüquq normalarından göründüyü kimi məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini başqasının istifadəsinə vermək hüququ olmadığı kimi, bu hal onların həmin yaşayış sahəsindən məhrum olması ilə nəticələnə bilər.”

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə və Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlillər i

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Hazırda göründüyü kimi cavabdehin həmin mənzildə yaşamaq hüququ var. İddiaçının isə hazırki tələblə çıxış etməsi əsassızdır. Həmin ev dövlətə məxsudur. Dövlət həmin evi yaşamaq üçün vermişd ir. Ancaq iddiaçı özü yox yaşamaq üçün evi cavabdehə vermişdir. Məhkəmə işdə olan sübutları sadalamamış və onlara ayrı-ayrılıqda qiymət verməmişdir. Nikahın pozulması iddianın təmin olunması üçün əsas ola bilməzdi. Hazırkı mənzilə cavabdeh razılıq əsasında köçürülmüşdür. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunması səlahiyyətli qurum olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Cavabdehin başqa mənzill təmin olunması mümükn olmamışdır. Ancaq nəzərə almaq lazımdır ki, cavabdeh özü məcburi köçkündür. O, da digər məcburi köçkün ailələri kimi evlə təmin olunmalıdır. Ondan sonra həmin evdən çıxarıla bilərdi. Cavabdehin Zəngilan rayonundan məcburi köçkün statusuna malik olan şəxs olmasını, həmçinin, cavabdehin id diaçının qardaşı ilə nikaha daxil olduğu tarixdən hazırkı günədək ünvanndə yerləşən 2 saylı evin 29 saylı mənzilində məskunlaşmasını, cavabdehin başqa yaşayış yerinin olmamasını apellyasiya məhkəməsi nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçin in adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır; Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir; Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 65 nömrəl i Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”: Bənd 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir; Bənd 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir; Bənd 2.12. Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir; Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur; Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uy ğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu p ozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

27. Məhkəmə ko llegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlillə ri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

30. Kassasiya şikayətinə gəldikdə, şikayətin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 17-ci maddəsinə istinad edən ilk dəlili formal xarakterlidir. Belə ki, qeyd olunan norma ümumi qaydada məcburi köçkünün daimi yaşayış sahəsi ilə təmin edilməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyini təsbit edir.

31. Şikayətin məhkəmənin işdə olan sübutlara ayrılıqda qiymət verməməsi barədə dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə b ağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

32. Şikayətin cavabdehin özünün məcburi köçkün olması, onun da digər məcburi köçkün ailələri kimi evlə təmin edilməli olmasına dair dəlil də əsaslı deyil. Birincisi, hazırkı mübahisəli mənzil cavabdehə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulduğu kimi, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin qərarı ilə verilməmiş, onunla kirayə müqaviləsi bağlanmamış, iddiaçının da yaşayış sahəsini cavabdehin istifadəsinə vermək hüququ olmamışdır. İkincisi, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 02/121 nömrəli məktubunda göstərilmişdir ki, cavabdehin və iki övladının adı Masazır qəsəbəsində məcbur i köçkünlər üçün salınmış XXX şəhərciyi bina 2, 57 nömrəli iki otaqlı mənzildə qeydiyyata alınmışdır.

33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-204/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar