Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2028/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və Cavabdeh MMC-yə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpağın zəbtdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(104)363/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mənzil Fondunun Özəlləşdirilməsi haqqında 11 yanvar 1995-ci il tarixli müqavilə ilə Hacıkənd qəsəbəsi, 26 ünvan 1 ünvanda yerləşən, 21,3 kv.metr yaşayış, 38,2 kv.metr ümumi sahədən ibarət olan 2 yaşayış otaqlı ev X5 mülkiyyətinə pulsuz olaraq verilmişdir. 2. 22 may 1996-cı il tarixli müqavilə ilə X2 şəhəri, Hacıkənd qəsəbəsi 26 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 18,7 kv.metr olan 2 yaşayış otağından, 13,7 kv.metr örtülü eyvandan, 6,0 kv.metr tamburdan ibarət yaşayış evini X1.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsində 400 kv.metr torpaq sahəsi X6 istifadəsinə verilmişdir. 4. 30 yanvar 2006-cı il tarixli müqavilə ilə X3 şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 1 saylı evi İddiaçı satılmışdır.
5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Gəncə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 03 fevral 2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
6. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2014-cü il tarixli, 1047 nömrəli sərəncamı ilə Cavabdeh müraciəti və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndi və Azərbaycan Respublikası Prezid entinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndi əsas tutularaq Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə 1 May küçəsinin kəsişməsində yerləşən 3350,0 kv.m torpaq sahəsində 72 yerlik 4 mərtəbəli mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
7. Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2018-ci il tarixli sərəncamı ilə Cavabdeh müraciəti və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndi və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Ha kimiyyəti haqqında” Əsasnamənin 6.8-ci bəndi əsas tutularaq Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnam ə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuş, fərdi yaşayış evi 2 yaşayış otağından, köməkçi sahələrdən, əl damından, hamamdan ibarət olmuş, ümumi torpaq sahəsi 1106,6 kvadratmetr təşkil etmişdir. İddiaçı fərdi yaşayış evində yay aylarında istirahət məqsədi ilə qalmış, digər vaxtlarda isə Gəncə şəhərində yaşamışdır. Lakin, 2013-cü ildə, o, evə baş çəkməyə gedən zaman evinin yerləyeksan edildiyini və həmin ərazidə qeyri-yaşayış sahəsi (otel) binasının tikildiyinin şahidi olmuşdur. Həmin vaxt nə qədər etiraz etsə də, ona hədə-qorxu gəlinmiş, məcburiyyət qarşısında bir müddət susmalı olmuşdur. Dəfələrlə cavabdehdən ona məxsus torp aq sahəsində tikinti işlərinin dayandırılmasını və həmin torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır.
10. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin 11 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, ekspertiza keçirilən zaman yerli baxışda cavabdeh tərəf iştirak etməmiş və torpaq sahəsinə dair MMC-yə aid sənədləri təqdim etməmişdir. Bu səbəbdən, ekspertiza araşdırmaları zamanı iddiaçının iddia edərək naturada təqdim etdiyi sahə, mülki iş materiallarına əlavə edilmiş 12847 nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2006-cı il tarixli texniki pasport, ərazinin faktiki vəziyyəti və xəritə m ateriallarına əsaslanılmışdır. Ekspertiza baxışı zamanı Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs, yaxud şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi digər şəxs və yaxud şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin kimin tərəfindən istifadə edildiyini müəyyən etmək ekspertin səlahiyyətlərinə aid deyildir. Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı verilmiş 03 fevral 2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə 1,022 ha (10220,0 kv.metr) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilindədir. Tikili və qurğuların nədən ibarət olması, təyinatı və texniki göstəriciləri barədə münasibət bildirilməsi mütəxəssisin səlahiyyətlərinə aid deyildir.
11. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 iyul 2021-ci il tarixli rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 14 iyun 2021-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinin məlumatına əsasən Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və xx.xx.2006-cı il texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki olaraq mövcud olmadığı, torpaq sahəsinin isə digər şəxs, yaxud şəxslərin istifadəsində olduğu müəyyən olundu. Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlük lə 1,022 ha (10220,0 kv.metr) ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilində olduğu göstərilmişdir.
12. İş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 17 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları, sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olunmuşdur. Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kv.metr, faktiki olaraq isə 1106,6 kv.metr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahəsinin (1106,6 kv.metr) ölçüləri göstərilmişdir. Gəncə X4 və Mülkiyyət Hüquqları nın Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kv.metr torpaq sahəsinin 318,0 kv.metr hissəsi cavabdeh tərəfindən inşa edilmiş hotel binasının, 8,0 kv.metr hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kv.metr hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olunmuşdur.
13. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ər azi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********53 saylı mütəxəssis rəyindən görünür ki, Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olundu. Yuxarıda qeyd olunanlara istinadən, İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki mövcud olmadığı, torpaq sahəsinin isə, faktiki olaraq cavabdeh tərəfin istifadəsində olduğu müəyyən olundu. Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda, torpaq sahəsinin sənəd üzrə 400,0 kvadratmetr faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmiş, texniki pasportda isə yalnız faktiki istifadə sahəsinin (1106,6 kvadratmetr) ölçüləri göstərilmişdir. Beləliklə, müəyyən olundu ki, texniki pasportdakı planda göstərilən 1106,6 kvadratmetr torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən 1106,6 kv.metr torpaq sahəsinin 318,0 kv.metr hissəsi cavabdeh tərəfindən inşa edilmiş hotel binasının, 8,0 kv.metr hissəsi isə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın altında yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsinin 780,6 kv.metr hissəsi üzərində isə heç bir tikili inşa edilmədiyi müəyyən olunmuşdur.
14. Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Ş.İmanov) iddianın təmin edilməsi, Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda göstərilən və Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin Cavabdeh MMC-nin zəbtindən azad edilməsi v ə həmin ərazinin İddiaçı təhvil verilməsi, cavabdeh tərəfindən inşa edilmiş hotel binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 318,0 kvadratmetr hissəsi və cavabdeh tərəfindən inşa edilmiş daş hasarın Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanında yerləşən 1106,6 kvadratmetr torpaq sahəsinin ərazisinə düşən 8 kvadratmetr hissəsinin Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan torpaq sahəsindən cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Belə ki, sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi tor paq sahəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş və mübahisəli əraziyə İddiaçı adına xx.xx.2006-cı il tarixdə texniki pasport da işlənmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda torpaq sahəsinin sənəd üzrə 400,0 kvadrat metr, faktiki olaraq isə 1106,6 kvadratmetr olduğu göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evi sökülmüş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi zəbt edilərək iddiaçının or adan istifadəsinə imkan verilməmiş, orada qanunsuz olaraq qeyri-yaşayış (otel) binası tikmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, mübahisəli Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, GöyGöl küçəsi (keçmiş 26 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi altında yerləşən 400 kvadrat metr torpaq sahəsi ilə birlikdə iddiaçıya satılmışdır. Lakin Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, 12847 nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, ünvan 5 ünvanında faktiki olaraq 1106,6 kvadratmetr torpaq sahəsinin mövcud olması qeyd edilmişdir. Mübahisəli ünvanda yerləşən və faktiki mövcud olan 1106,6 kvadratmetr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada tikililər (h otel binası və daş hasar) inşa etməsi işin mübahisəsiz halıdır. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, qanuni istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin mövcudluğu onun iradəsinə ziddir. Cavabdehin tikilini sökməməsi və qeyd olunan torpaq sahəsini tərk etməməsi iddiaçının istifadəsində olan torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirməsinə mane olur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 152.11, 157.2, 157.4, 162, 163.1, 164.1, 170.2, 180.1 və 180.4-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 21 8.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Cavabdeh MMC apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(104)-1314/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)- 43/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş to rpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquq müəyyənedici sənədlərdən məlum olduğu kimi, iddiaçının mülkiyyətində yalnız fərdi yaşayış evi olmuşdur. Belə olan halda, ilkin hüquq müəyyənedici sənədlər və iddiaçının adına tərtib olunmuş qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edilmiş, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Hazırki halda iddiaçının torpaq sahəsi üzərində hər hansı hüququ qeydə alınmamışdır.
21. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın döv lət reyestrindən müvafiq çıxarış və ya torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktı və ya ilkin torpaqayırma sənədi təqdim edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
22. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilm əməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(102)-4019/2023 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və Z.B.Babayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(104)-1314/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
25. Kassasiya m əhkəməsi qeyd etmişdir ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, iddia etdiyi evin həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinə hüququnun dövlət qeydiyyatına alınması müəyyən olunmamış, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış, yaxud torpaq üzərində mülkiyyət hüququna dair Dövlət Aktı və ya ilkin torpaqayırma sənədi təqdim edilməmişdir. Ona görə də, iddiaçının torpaq sahəsi ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
26. Kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi göstərilən qənaətə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır.
27. İş materiallarından görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli, 6735 nömrəli sərəncamı ilə X6 mülkiyyətində olan və Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı komissarı küçəsi-13 ünvanda yerləşən yaşayış evinin arxa hissəsindəki 400 kv.metr torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. Sərəncama torpaq sahəsinin plan-sxemi əlavə edilmişdir (i.v.52- 53.). Nərgiz Qurbanova ilə İddiaçı arasında 30 yanvar 2006-cı il tarixdə bağlanılmış Daşınma z əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən mülkiyyətində olan Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 4 ünvanda yaşayış evini İddiaçı satmış, müqavilədə alqı-satqısının predmeti olan yaşayış evinin 400 kv.metr torpaq sahəsində yerləşməsi göstərilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı 13 ünvanda yerləşən fərdi yaşayış evi 12847 nömrəli, 03 fevral 2006-cı il tarixli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Yaşayış evinə dair 03 fevral 2006-cı il tarixdə işlənmiş Texniki pasportda evin sənəd üzrə həyətyanı torpaq sahəsinin 400 kv.metr, əslində 1106,6 kv.metr olması müəyyən edilmişdir.
28. Göründüyü kimi 400 kv.metr torpaq sahəsi İddiaçı qanuni istifadəsində olmuşdur. Lakin apellyasiya məhkəməsi id diaçının həmin torpaq sahəsinə subyektiv hüququnun olmaması barədə qənaətə gələrkən nəzərə almamışdır ki, əmlakdan istifadə hüququ əmlak hüququdur və mülkiyyət hüququna bərabər tutulur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahibilik və istifadə hüquqlarını istisna etmir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(104)-363/2024 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) Cav abdeh MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(125)-43/2023 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı “tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbi cavabdeh MMC tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Göy-Göl küçəsi (keçmiş 26 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və MMC-nin həmin torpaq sahəsindən çıxarılmasından ibarətdir. İşin halları və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarında şərh edilən göstərişləri ilə müəyyən olunur ki, 400 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Apellyasiya kollegiyası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarında şərh edilən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarının istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə hüququna dair göstərişləri ilə razılaşmışdır.
31. Bununla belə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, heç şübhəsiz iddiaçının güman edilən torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası üçün, ilk növbədə həmin torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilib-edilməməsi, onların planı və ölçüsünün tərtib edilib-edilməməsi, naturada yerləşmə koordinatlarının müəyyən edilməli, tələbin əsaslılığının aydınlaşdırılması üçün müvafiq ekspertiza keçirilməlidir. Hazırkı iş üzrə iddiaçının sahibliyində və istifadəsində olmuş torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməməsi, onun planı və ölçüsünün tərtib edilməməsi, naturada yerləşmə koordinatlarının müəyyən edilməməsi işin mübahisə edilməyən halıdır. Məhz bu səbəbdən, yəni iddiaçıya xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən, iş üzrə təyin edilmiş ekspertiza araşdırması zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahədə texniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunmuşdur. Ona görə də, iddiaçının sahibl iyində və istifadəsində olan torpaq sahəsinin cavabdehin istifadəsində olmasına dair əldə edilmiş ekspertiza rəyi iddianın təmin edilməsinə hüquqi əsas vermir.
32. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı onun evinin 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsini, ümumiyyətlə isə orada həmin ərəfədə 7-8 evin sökülməsini və evi sökülmüş şəxslərə torpaq sahəsi verilməsini göstərmişdir ki, məhz onun istifadəsində olan torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olan torpaq sahəsində tikilmiş tikili altına düşməsini yuxarıda göstərilən əsaslara görə müəyyən etmək mümkün deyildir.
33. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 17 may 2023-cü il tarixli qərardadı il ə İddiaçı Cavabdehnə qarşı Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2018-ci il tarixli sərəncamının ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır ki, bu da özlüyündə mübahisə edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dəlalət edir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, Gəncə X4 və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı idarəsi tərəfindən mülkiyyət hüququna dair İddiaçı xx.xx.2006-cı il tarixli, 12847 nömrəli verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən tikili və torpaq sahəsinin naturada yerləşmə koordinatları sənəddə göstərilmədiyindən araşdırma zamanı həmin torpaq sahəsinin yerləşmə mövqeyi iddiaçının naturada təqdim etdiyi sahəyə və te xniki pasportda göstərilən ölçülərə istinadən müəyyən olunması qeyd edilmişdir. Bu isə onu ehtiva edir ki, sərəncamla üçüncü şəxsə icazə verilmiş torpaq sahəsinin konkret olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üstə düşməsi müəyyən edilməmiş, yalnız iddiaçının naturada təqdim etdiyi sahə üzrə araşdırma aparılmışdır.
34. Həmçinin, mübahisələndirilən ərazi Cavabdeh MMC-yə Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının yuxarıda qeyd edilən sərəncamı ilə ayrılmış və torpaq sahəsinin ayrılmasına dair İnşaat pasportu tərtib olunmuşdur. Həmin İnşaat pasportunda torpaq sahəsi haqqında məlumatda torpaq sahəsinin boş olması qeyd olunmuşdur.
35. Göründüyü kimi, torpaq sahəsi Cavabdeh MMC-yə ayrılarkən, həmin torpaq sahəsi boş olmaqla, orada hər hansı tikili mövcud olmamışd ır. Belə olan halda, iddianın təmin edilməsi qanuni hesab edilə bilməz.
36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı evinin sökülməsi ilə bağlı həmin söküntünü həyata keçirmiş şəxsə və ya orqana qarşı kompensasiya tələbi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 152.1, 157.2ci, Torpaq Məcəlləsinin 49, 67, 68-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.1, 385, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
38. İddiaçı kassasiy a şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(104)-363/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 130, 147, 149-cu, Mülki Məcəllənin 139, 152.1, 157.2, 245, 380.0.4-cü, Torpaq Məcəlləsinin 49, 67, 68-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının mülkiyyət hüququ pozulmuş, X9 ilə bağlanılan alqı-satqı müqaviləsinə əsasən evlə birlikdə 0,1106 ha torpaq sahəsi üzərində hüquqların iddiaçıya keçməsi, mübahisəli əmlaka dair qanuni qüvvədə olan hüquq müəy yənedici sənədlərin - qeydiyyat vəsiqəsinin və 0,1106 ha ölçüdə torpaq sahəsinin təsbit olunduğu texniki pasportun mövcud olması nəzərə alınmamışdır.
40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
41. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsas ən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozul duqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
46. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin han sı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsa slandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təm in olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrarən baxılarkən kassasiya məhkəməsinin əvvəlki icraatı nəticəsində verilmiş göstərişlər icra edilməmiş, qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
50. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçının tələbi torpaq sahəsinin zəbti ilə bağlıdır. Bu tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi əşya lara mülkiyyət hüququnun (digər əşya hüququnun, o cümlədən qanuni gözlənti hüququnun) olması; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olması və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olması.
51. Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında da göstərildiyi kimi, iddiaçının mülkiyyətində olmuş yaşayış evinə dair 03 fevral 2006-cı il tarixdə işlənmiş Texniki pasportda evin sənəd üzrə həyətyanı torpaq sahəsinin 400 kv.metr, əslində 1106,6 kv.metr olması müəyyən edilmişdir. Yəni, azı 400 kv.metr torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur.
52. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisənin həlli üçün, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara əsasən iddiaçının qanuni istifadəsinə olan torpaq sahələrinin harada yerləşməsini müəyyən etməkdən ibar ətdir.
53. Apellyasiya məhkəməsi iddiaçının torpaq sahəsinin yerləşmə koordinatlarının texniki sənədlərdə göstərilməməsini, iddiaçının mülkiyyətində olmuş evin 2011-ci ildə sökülməsini və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinin iddianın təmin olunması üçün kifayət etmədiyini əsas gətirməklə iddianı rədd etmişdir.
54. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, kassasiya kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan evin sökülməsi hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçının yekun tələbi cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin sahədə inşa edilmiş tikililərin sökülməsindən ibarət olmuşdur. İddiaçı torpaq sahəsində yerləşən evinin məhz cavabdeh tərəfindən sökülməsini iddia etməmiş, həmin e vin bərpasını və ya sökülməsi ilə bağlı ziyanın cavabdehdən tutulmasını tələb etməmişdir.
55. Belə olan halda, hazırki iddianın həlli ilə bağlı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hazırda cavabdehin istifadəsində olub-olmamasının müəyyən edilməsi zəruridir.
56. İddiaçı torpaq sahəsinin mövcudluğu və yerləşməsi ilə bağlı mövcud olan və Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən tərtib olunmuş müvafiq texniki sənədləri (qeydiyyat vəsiqəsini və texniki pasportu) məhkəməyə təqdim etmişdir. O cümlədən, texniki pasportda iddiaçının qanuni istifadəsində 400 kv.metr, əslində 1106,6 kv.metr torpaq sahəsinin olması qeyd olunmaqla, müvafiq sxemdə yerləşmə vəziyyəti “küçə” və “poçt yolu”na münasibətdə göstərilmişdir (cild 1, i.v. 16-21, 106-108).
57. Eyni zamanda, torpaq s ahəsinin X6 (evin iddiaçıdan əvvəlki mülkiyyətçisinin) istifadəsinə verilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 1999-cu il tarixli sərəncamına qoşma olaraq ayrılan torpaq sahəsinin 26 Bakı komissarı küçəsində yerləşməsi göstərilmişdir (cild 1, i.v. 52-53).
58. İş üzrə birinci instansiya məhkəməsində ilkin və təkrar məhkəmə tikinti-texniki ekspertizaları keçirilmiş, mütəxəssis və ekspert rəylərində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olması göstərilmişdir.
59. Mütəxəssis və ekspert rəylərindən iddiaçının qanuni istifadəsində olmuş torpaq sahəsinin yerləşməsi iddiaçının naturada təqdim etdiyi sahəyə və texniki pasportda uyğun müəyyən edilsə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində bu rəylərə qarşı etiraz ve rilməmiş, iddiaçının torpaq sahəsinin başqa yerdə yerləşməsi və ya iddia olunan sahənin cavabdehdən əvvəlki istifadəçinin iddiaçı deyil, başqa şəxs olması barədə sübutlar təqdim edilməmişdir.
60. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, mübahisələndirilən ərazi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin 18 aprel 2018-ci il tarixli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdehə ayrılmış və bununla bağlı tərtib olunmuş inşaat pasportunda boş sahə kimi göstərilmişdir. Apellyasiya məhkəməsi cavabdehin bu dəlili ilə razılaşmışdır.
61. Lakin, nəzərə alınmalıdır ki, torpaq sahəsinin İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə cavabdehə ayrılması, iddiaçının qanuni istifadə hüququ olan torpaq sahəsinin həmin ərazidə yerləşməsini istisna etmir. Həmçinin, ayrılan torpaq sahəsinin boş ərazi kimi qeyd olunması vəziyyəti dəyişmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının mülkiyyətində olmuş evin sökülməsi hazırki mübahisənin predmetini təşkil etmir.
62. Göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə keçirilmiş ekspert rəyləri ilə razılaşmaması iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, iddiaçının torpağın yerləşdiyi əraziyə aid mümkün sübutları təqdim etdiyi halda, həmin sahənin yerləşməsi vəziyyətinin müəyyən edilməsi məhkəmənin vəzifəsidir.
63. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPMin 101.7, 103.1, 217.3, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişd ir.
64. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarın da göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
66. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
67. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
68. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
69. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olması müəyyən ediləcəyi halda, hazırki faktiki vəziyyətdən asılı olaraq, onun zəbtdən azad olunmasının mümkünlüyü araşdırmalı, tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi hüquqları izah etməklə, buna şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(104)-363/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıl