Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2028/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(103)-2569/202 5 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Pizza Mizza” MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli nəqliyyat vasitəsi ilə 91880 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X4 Mal Nomenklaturası) üzrə "**********” saylı kod altında "0” faiz gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinın X5 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmış, X5 İdarəsindən gələn 2200-016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə "**********” alt yarımmövqeyində "15 faiz” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "Pizza Mizza” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653,03 manat/ƏDV üzrə 5337,55 manat təşkil etmişdir. "Pizza Mizza” MMC-nin ünvanına göndə rilmiş 91880 nömrəli 13,07 2021-ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən "15 faiz" gömrük rüsumu dərəcəsində sinifləşdirilən "Qara metal konstruksiya” adlı malın invoys dəyəri 680 ABŞ dolları (1156 manat), 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş "Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 AZN təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır. 2. "Pizza Mizza” MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM- nın 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi; "Pizza Mizza” MMC-nin direktoru X7 barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplanmış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi "ipək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan "Pizza Mizza” MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılması; Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X8 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı "maddi zərərin ödənilməsi" dair tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Gömrük Komitəsindən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ölkəmizdə yeganə pizza və digər tez hazır olan qida məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi sahəsində fəaliyyət göstərən yerli restoran şəbəkəsidir. Şirkət öz milli brendini yaratmaqla 10 ilə yaxındır müştərilərinə xidmət etməkdədir. Şirkət müştərilərinə daha operativ və keyfiyyətli xidmət göstərmək üçün X3 fəaliyyət göstərən XLT Smart Solutions şirkətindən 3 dəqiqə ərzində un məmulatlarını bişirmək imkanına malik sobaları almağa niyyətlənmişdir. Bunun üçün müraciət ərizəsi ilə "xxxx" ASC-yə müraciət edilmişdir, müraciətdə kredit götürülməsinin məqsədi kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Nəticədə həmin bankla xx.xx.2021-ci il tarixli Korporativ müştərilərə verilən kreditlər üzrə Ümumi müqavilə, eyni zamanda Kreditləşmənin Xüsusi Şərtlərinə dair 01 saylı Əlavə imzalanmışdır. Belə ki, həmin bankdan 200000 manat məbləğində 36 ay müddətinə 14 faiz dərəcəsi ilə kredit götürülmüşdür. Müqavilədə kreditin məqsədli təyin atı kimi “yeni açılacaq filiallar üçün avadanlıq, mebel və təmir xərclərinin qarşılanması” göstərilmişdir. Şirkət planlaşdırılan vaxtda açılacaq yeni filiallardan gələcək gəlirə ümid edərək, bu qədər böyük məbləğdə maliyyə yükünün altına girmişdi. Şirkət 18 ədəd sobanın satın alınması üçün XLT Smart Solutions şirkətinə 111 516,38 ABŞ dolları pul vəsaiti ödəmişdir. Sobalar gəmi vasitəsilə Gürcüstana gətirilmiş oradan isə TİR-la Azərbaycan Respublikasına gətirilmişdir. Bunun üçün Gürcüstan Respublikasında fəaliyyət göstərən U.F.E. Shipping Georgia LLCZ şirkətinə ödəniş edilmişdir. Sobalar **********3646 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyan edən zaman isə istehsalçı şirkətin təqdim etdiyi sənədlərdəki XİF MN üzrə koda və digər məlumatlara istin ad etmişdir. İstehsalçı şirkət sobaları “**********” saylı kod altında sinifləşdirmişdir. Şirkət də bəyannamədə həmin kodu qeyd etmişdir. Lakin Bakı Baş Gömrük İdarəsinin inspektorları sobaların XİF MN üzrə kodunun dəqiqləşdirilməsini zərurətini görmüş və ekspertiza təyin etmişdir. X2 xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, idxal olunan yük pizza bişirmək üçün istifadə olunan elektrikli soba olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilir. Şirkət bununla bağlı istehsalçı şirkətə müraciət edərək dəqiqləşmə tələb etmişdir, istehsalçı şirkət elektron məktubla sobanın XİF MN üzrə kodunun 8514 10 10000 olduğunu bildirmişdir. Ekspertiza rəyindən sonra material Əməliyyat Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir, X1 icraatına verilmişdir. Təhqiqatçı rəyi tərtib edən Tefik Ayhanın izahatını almışdır. Daha sonra təhqiqat şöbəsinə təqdim etdiyimiz vəsatət təmin edilmiş və komisyon ekspertiza təyin edilmişdir. xx.xx.2021ci il tarixli rəydə idxal olunan yükün yığılmamış halda “XLT” markalı, qaz və elektriklə işləyən soba olub XİF MN-ə görə 8419 81 alt yarımmövqeyində sinifləşdirilməli olması müəyyən edilmişdir. Lakin ekspert təhqiqatçının “təhqiqat obyekti olan əşya idxalatçının əvvəlcədən bəyan etdiyi 8417 və araşdırma zamanı təqdim etdiyi məlumatlara əsasən 8514-cü mal mövqelərinə aid ola bilərmi, aid deyildirsə, hansı əsaslara görə aid hesab edilmir və edilə bilməz” sualına cavab vermədiyi üçün əlavə ekspertiza təyin edilmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyində yükün həm qaz, həm də elektriklə işləyən sobalar olub XİF MN-ə görə 8419 81 8000 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmiş, 8417 mal mövqeyində qeyri-elektrik sənaye və ya laborator sobaların, 8415 mal mövqeyində isə ancaq elektrik və ya dielektrik itkiləri əsasında işləyən sobaların sinifləşdirildiyi göstərilmişdir. Daha sonra Şirkətə qarşı Cinayət Məcəlləsinin 209.1-ci maddəsi cinayət işi başlanılmışdır. Material İstintaq və Təhqiqat Baş İdarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi Elmir Şirinovun icraatında verilmişdir. O ilk öncə ziddiyyətli rəyi tərtib edən ekspert Əli Abbasovun izahatını almışdır, Əli Abbasov izahatında rəy verdikdən sonra sobalara baxış keçirdiyini və onların 8514 10 10000 alt yarımmövqeyində sinifləşdirilməli olduğunu müəyyən etdiyini bildirmişdir. Elmir Şirinov təkrar ekspertiza təyin etmiş, xx.xx.2021-ci il tarixli rəylə sobaların XİF MN üzrə kodu 8514 10 1000 müəyyən edilmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şirkətin direktoru Aslan Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmişdir, ekspert Əli Abbasov və digər ekspertlərin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlər görülməsi qərara alınmışdır. Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalovun xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ekspertlər tərəfindən sobaların XİF MN üzrə düzgün sinifləşdirilmədikləri, bununla da xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduqları müəyyən edilmiş, DGK sədrinin xx.xx.2022-ci il tarixli əmri ilə Əli Abbasova sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, Tefik Ayhana isə irad bildirilmişdir. Təəssüf ki, təhqiqat idarəsinin vəzifəli şəxsləri işdə bir-birini təkzib edən 3 ədəd ekspert rəyi olmasına baxmayaraq son olaraq qəti rəy əldə etmək üçün ekspertlərə müraciət etmək əvəzinə Şirkətin direktorunun əməllərində cinayət tərkibinin olması kifayət qədər sübutlarla təsbit edilməməsinə, biri birinə ziddiyyət təşkil edən ekspert rəylərinin olmasına baxmayaraq obyektiv qərar qəbuletməyə dair müvafiq səlahiyyətə malik olan şəxslər hesab edilsələr də, direktor barəsində cinayət işinin başlanması üçün materialı istintaqa göndəriblər. Bununla da Şirkətin direktoru barəsində əsassız cinayət təqibi aparılmasına, lüzumsuz istintaq tədbirlərinin görülməsinə, Şirkətin iqtisadi fəaliyyətinə süni m aneələr törədilməsinə, sobaların Şirkət tərəfindən istehsalatda istifadə edilməsinə əsassız olaraq əngəl törədilməklə onların anbarda uzun müddət saxlanılmasına, nəticədə həm Şirkətin iqtisadi hüquqlarına, həm də onun direktorunun konstitusion, mülki və prosessual hüquqlarının kobud surətdə pozulmasına şərait yaratmışlar. Belə ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına qədər sobalar gömrük anbarından saxlanılmışdır və sobaların orada saxlanıldığı hər gün üçün gömrük anbarına ödəniş edilmişdir. Bununla bağlı "xxxx" MMM ilə 23 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Şirkət tərəfindən gömrük anbarında saxlanılma üçün icarəyə verənə cəmi 4779 manat icarə haqqı ödənilmişdir. Həmçinin, sobaları gətirən TİRın və konteynerin Bakı Baş Gömrük İdarəsində qanunsuz saxlanılmasına görə 2021-ci ilin noyabr ayında 4700 ABŞ dolları və 1330 ABŞ dolları pul vəsaiti “U.F.E Shipping Georgia LLCZ” şirkətinə ödəniş edilmişdir. Lakin Şirkətə vurulmuş maddi ziyan bununla da bitmir, sobalar yeni açılacaq restoranlarda yerləşdirilməli idi, restoranların açılış tarixi sobaların ölkəyə gətirilmə tarixinə, yəni 2021-ci ilin oktyabr ayına planlaşdırılmışdı, Zefir Mall-da yerləşən restoranımızla bağlı icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır, xx.xx.2021-ci il tarixdə müqaviləyə əlavə imzalanaraq 5 ay müddətində, yəni xx.xx.2021-ci il tarixə qədər Şirkət restoran üçün lazım olan soba və digər avadanlıqların quraşdırılması üçün icarə haqqında azad edilmişdir. Həmin əlavə imzalanan tarixdə sobaların 2021-ci ilin oktyabr ayında ölkəyə gətirilməsi p lanlanırdı, amma sobaların gömrük anbarından çıxarılması 2022-ci ilin yanvar ayının ortalarına qədər çəkmişdir. Bu səbəbdən Şirkət məcburi olaraq fəaliyyətdə olan digər restoranlardan sobaları gətirərək Zefir Mall-da yerləşən restoranın açılışını etmişdir. Nəticədə soba cəhətdən çatışmazlıq yaranan digər restoranların işi ləngimiş, müştərilərin haqlı narazılığı yaranmışdır. Eyni zamanda Səbail rayonu, Mikayıl Useynov prospekti 63 ünvanında yerləşən “İSR Residence” yaşayış kompleksinin 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır, müqavilənin 2.1-ci bəndinə əsasən restoranı soba və digər avadanlıqlarla təchiz etmək üçün 5 ay vaxt verilmişdir. Şirkət 2021-ci ilin noyabr ayında restoranı açmağa məcbur olmuş və yenə fəaliyyətdə olan restoranlardan sobaları gətirək məcburiyyətində qalmışdıq. xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə götürülmüşdür. Həmin restoranın açılışı 2021-ci ilin oktyabr ayına planlansa da, açılışı ancaq 2021-ci ilin dekabr ayında etmək mümkün olmuşdur. xx.xx.2021-ci il tarixdə Sumqayıt Bağça Şəhər-də yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Lakin bu günə qədər həmin restoranın açılışını etmək mümkün olmamışdır. Digər tərəfdən gömrük orqanı tərəfindən anbarda qanunsuz saxlanılmış sobalar 3 dəqiqə ərzində pizza və digər un məmulatlarını bişirmək imkanına malikdir. Yeni restoranların açılışı üçün mövcud 3 restoranın hər birindən 1 ədəd soba gətirilərək yeni restoranlarda yerləşdirilmişdir. Nəticədə isə 6 ədəd restoran (3 ədəd mövcu d və 3 ədəd yeni) 1 ədəd soba ilə fəaliyyət göstərməli olmuşdur. Bu hal isə Şirkət üçün əldən çıxmış faydanın yaranmasına səbəb olmuşdur. Belə ki, 1 ədəd soba 1 saat ərzində 90 ədəd pizza bişirmək imkanına malikdir, lakin məlum olduğu kimi normal şəraitdə soba tam gücü ilə işləmir. Minimum hesabla nəzərə alsaq, 1 ədəd soba saat ərzində tam gücünün 5 faizi miqdarında işləyir və 4 ədəd pizza bişirir. Restoranlar 24 saat işləyir, amma minimum hesabla 3 saat ərzində aktiv pizza bişirildiyini götürsək, gün ərzində 12 ədəd pizza bişirilir. Sobalar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 86 gün ərzində qanunsuz olaraq gömrük anbarında saxlanılmışdır. Bu isə sadə riyazi hesablama ilə 1032 ədəd pizza edir. 1 ədəd pizzanın ortala qiyməti 15 manatdır, nəticədə isə 15480 manat (4x3=12x86=1032x15=15480) məbləğində əldən çıxmış fayda əmələ gəlir. Əgər 18 ədəd soba qanunsuz olaraq gömrük anbarından saxlanılmasa idi, 6 ədəd restoran 2 ədəd soba ilə işləyəcəkdi və nəticədə 86 gün ərzində Şirkət 30960 manat gəlir əldə edəcəkdi, amma baş verən qanunsuzluq ucbatından Şirkət 15480 manat məbləğində gəlirdən məhrum olmuşdur. Şirkət öz hüququnu bərpa etmək üçün bir sıra xərc çəkmək məcburiyyətində qalmışdır. Məhkəmədə təmsilçilik üçün “Ədalət Vəkil Bürosu”nun vəkili Nümayəndə1 ilə müqavilə bağlayaraq bank köçürməsi yolu ilə 500 manat məbləğində hüquq xidmət xərci ödəmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi üçün Şirkət tərəfindən 183,40 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Şirkət xx.xx.2022-ci il tarixdə Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanla rının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında qanunun müddəalarını əsas götürərək Maliyyə Nazirliyinə qarşı iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 7 oktyabr 2022-ci il tarixli qərardadı ilə kommersiya mübahisəsi olduğu üçün işə kommersiya məhkəməsində baxılmalı olduğuna görə iddia ərizəsini geri qaytarılmışdır. Tərəfimizdən həmin qərardaddan Ali Məhkəməyə şikayət verilmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mübahisə kommersiya xarakterli deyil, ümumiyyətlə inzibati orqanın (Dövlət Gömrük Komitəsi) hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Maliyyə Nazirliyindən tələb olunması aydın deyil. Bu səbəbdən də Ali Məhkəmə qərardadı ləğv edərək iddianın müm künlüyü məsələsinə yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə məhkəməsinə qaytarmışdır. Nəsimi Rayon Məhkəməsi iddianın mümkünlüyü məsələsinə baxaraq onu mülki mübahisə kimi qiymətləndirmiş və işə baxaraq iddia tələbimizin tam təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Belə ki, həmin məhkəmənin e-2(006)-1013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək 4779 manat və 6030 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində vurulmuş maddi zərərin əvəzi, 15480 manat məbləğində əldən çıxmış fayda, 500 manat məbləğində hüquqi xidmət xərci və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti he sabına İddiaçı MMC-yə ödənilməsi qərara alınmışdır. Maliyyə Nazirliyi sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e2(006)1013/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair i şin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Qərardadda həmçinin, İddiaçı MMCyə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Tərəfimizdən sözügedən qərardaddan şikayət verilmiş, Ali Məhkəmənin 2(102)-2991/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, mülki işi sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi yenidən işə baxaraq 2(103)-5884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətini təmin edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2023- cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi qətnamədə müəyyən etmişdir ki, iddiaçı MMC, gömrük orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdeh Nazirlikdən tələb edir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən, gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə məsuliyyəti bu orqanların vəzifəli şəxsləri daşıyır. Lakin Rayon Məhkəməsi cavabdeh Maliyyə Nazirliyinin hazırki iddiaya cavab verməli olmayan şəxs olmasını nəzərə almayaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Tərəfimizdən həmin qətnamədən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin 2(102)1215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)- 5884/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda Ali Məhkəmə göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi üzrə cavabdehliyi gömrük orqanlarının daşımasının müəyyən edilməsi, işin məhkəmə aidiyyətinin dəyişilməsi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 3.2.1-ci maddələrinə əsasən bu Qanun inzibati orqanl arın cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə qaldırdığımız iddia tələbi üzrə mübahisə xx.xx.2024-cü il tarixdə yekunlaşmış və nəticədə mülki qaydada Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi ilə müraciət etməyimiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.8-cimaddəsinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 90.2-ci maddəsinə görə, qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin” 133-cü bəndinə görə, gömrük orqanlarında xidməti tənzimlə yən normativ hüquqi aktların pozulmasına gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə 4779 manat və 6030 ABŞ dolları maddi zərər vurulmuş və 15480 manat məbləğindəki fayda əldən çıxmışdır. Şirkət 500 manat hüquqi xidmət və 183,40 manat dövlət rüsumu üçün xərc çəkməli olmuşdur.
5. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbi 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,4 0 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsindən ibarətdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci hissəsinə görə vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağ lanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Bu baxımdan sözügedən ödənişin hansı hüquqi xidmətlə bağlı olması aydın deyildir. İddiaçı iddia ərizəsində dəymiş zərəri, xüsusilə də əldən çıxmış faydanı hesablayarkən yalnız mülahizələrə (4x3=12x86=1032x15=15.480 manat) əsaslanmış və iddiaçının hesablaması üzrə konkret faktlar (sübutlar) təqdim edilməmişdir. İddiaçı 1 pizzanın qiymətini 15 manat hesab edərək onu ədəd sayına vurmuş, lakin müsbət halda pizzanın maya dəyərinə çəkilən xərcləri hesablamamış və həmin dəyərdən çıxmamışdır. Belə ki, İddiaçı MMC-yə məxsus avadanlıqların (sobaların) gömrükdə saxlancda qaldığı müddətdə - 86 gündə iddiaçı tərəfindən hər gün 12 pizzanın bişirələrək hər birinin 15 manatdan satılacağı konkret faktlara deyil, iddiaçının ehtimalına əsaslanır. Həmçinin istintaq dövründə iddiaçı xərclərdən azad olmaq üçün sobaların faktiki olaraq gömrük qanunvericiliyinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün (gömrük nəzarəti altında öz anbarında saxlanılma şərti ilə) gömrük orqanına heç bir müraciət etməmiş və buna cəhd göstərməmişdir. Əgər mallar faktiki olaraq xx.xx.2021-ci il tarixdən anbara konteynerlərdən boşaldılmışdırsa hansı məntiqlə boşaldılmış avtomaşına və konteynerə görə ödəniş hesablanmışdır. Bütün bu hallar göstərir ki, iddiaçı hesab etdiyi zərərlə bağlı ərizəsində düzgün olmayan məbləğləri qeyd etmişdir. İddiaçının ərizəsində göstərdiyi icarə haqlarına görə ödəniş lər mülahizədir, onun idxal olunan sobalarla bağlı məntiqi bağlılığı yoxdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-527/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən vurulmuş maddi zərərin əvəzi kimi 4779 manat və 6030 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq), hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-ya ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Ayşən SultanovaMəmmədova).
7. Birinci instansiya məhkəməsi qəna ətində göstərib ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Pizza Mizza” MMCnin ünvanına 99HF424/99ZB996 nömrəli avtonəqliyyat vasitəsi ilə 91880 saylı, xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında daxil olmuş yük **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş, həmin gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN (X4 Mal Nomenklaturası) üzrə "**********” saylı kod altında "0” faiz gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinın X5 İdarəsi tərəfindən dəqiqləşdirilməsinə ehti yac yaranmış, X5 İdarəsindən gələn 2200-016/0xx-xx/005037 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən malın XİF MN üzrə "**********” alt yarımmövqeyində "15 faiz” gömrük rüsumu dərəcəsində sinifləşdirildiyi məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, **********3646 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə "Pizza Mizza” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 29653,03 manat/ƏDV üzrə 5337,55 manat təşkil etmişdir. "Pizza Mizza” MMC-nin ünvanına göndərilmiş 91880 nömrəli 13,07 2021-ci il tarixli invoysun 4-cü mövqeyində göstərilən "15 faiz" gömrük rüsumu dərəcəsində sinifləşdirilən "Qara metal konstruksiya” ad lı malın invoys dəyəri 680 ABŞ dolları (1156 manat), 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd edilməyən gömrük orqanına bəyan edilməmiş "Brophy” markalı əllə idarə olunan qaldırıcı talın ekspert rəyinə əsasən orta bazar dəyəri 340 manat təşkil edir və həmin məbləğlər Azərbaycan Respublikası CM-nın 206.1 və 209.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmır.
8. Beləliklə, "Pizza Mizza” MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası CM-nin 206.1 və 209.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPMnın 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi; "Pizza Mizza” MMC-nin direktoru X7 barəsində inzibati məsuliyyət məsələsinə qiymət verilməsi üçün toplan mış materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Bakı Baş Gömrük idarəsi "ipək Yolu” gömrük postunun 8-ci anbarında saxlanılan "Pizza Mizza” MMC ünvanına göndərilmiş 91880 nömrəli xx.xx.2021-ci il tarixli invoysda göstərilən mallar gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra cəmiyyətin səlahiyyətli nümayəndəsinə qaytarılması; Dövlət Gömrük Komitəsinin X5 İdarəsinin Ekspres Diaqnostik Tədqiqatlar Bölməsinin rəisi X8 və həmin idarənin digər vəzifəli şəxslərinin yol verdiyi qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digə r qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
10. Hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə, belə qənaətə gəlmişdir ki, iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın qarşılanmasını tələb etməkdə haqlıdır.
12. Məhkəmə iddia tələbini “əldən çıxmış fayda” hissəsinə münasibətdə isə əsaslı hesab etməmişdir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış fayda zərərin tərkibinə aid edilsə də, bu fayda xəyali deyil, real əsaslara söykənməlidir. İddia tələbi həmin hissədə yetərincə əsaslandırılmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqazidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir ki, qeyd olunan hallar ayrı-ayrılıqda və kompleks olaraq araşdırılmamış, mülki hüquq münasibətlərinin səbəbli əlaqələri əsaslandırılmamışdır. Malların "xxxx" MMM-nin anbarında məhz gömrük orqanın qərarı əsasında saxlanılması (İddiaçı MMC-nin istəyi əsasında saxlanılıb.), iddia olunan ödənilmiş xərclərdən yayınmaq üçün İddiaçı MMC-nin gömrük qanunvericiliyinin tələblərinə uyğun şəraitin olub-olmaması, iddia olunan ödənilmiş ödənişlərin həqiqətən də həmin hallara görə ödənildiyi sübut edilməmişdir. Faktiki olaraq qeyd olunan hallar üzrə Dövlət Gömrük Komitəsinin qabaqcadan məqsədyönlü şəkildə idxalatçıya hər hansı maddi zərərin vurulması ilə bağlı niyyətinin olmaması, ona qanunvericiliklə verilmiş hüquq və vəzifələrdən istifadə etməklə ibtidai istintaqın aparılması vəzifəsini yerinə yetirdiyi, nəticədə şəxsin əməlinin cinayət deyil, inzibati məsuliyyətə səbəb olması ilə bağlı nəticəyə gəldiyi məlumdur. Yəni, şəxsin əməlinə sonda məhkəmə qiymət verərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Bütün bunları birinci instansiya məhkəməsi nəzərə almayaraq tərəflər arasındakı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2569/ 2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilmiş, iddiaçıya hazırkı tələb üzrə DGK və (və ya) Bakı Baş Gömrük İdarəsinə qarşı müvafiq inzibati məhkəməyə iddia vermək hüququ izah edilmişdir (hakimlər: Elşən Kazımov sədrlik edən və məruzəçi, İkram Şirinov və Namiq Cəfərov).
16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib mülki məhkəmə icraatı qaydasında baxması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
17. Əvvəla, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nö mrəli qərarının 2-ci bəndində göstərilib ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 4-cü bəndində qeyd olunub ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması v ə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 7.1-ci bəndində isə konkret göstərilib ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu açıq-aşkardır. Çünki cavabdeh inzibati orqanın iştirak etdiyi bu hüquq münasibətinin inzibati münasibət olduğu onun hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyi ilə əlaqədar yarandığına görə təsdiq edilir. Başqa sözlə bu münasibət ümumi (publik) hüquq sahəsinin ictimai idarəetməsi ilə bağlı olub və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunub. Demək ki, cavabdeh inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxs olan iddiaçıya vurulmuş ziyana görə inzibati orqan kimi cavabdeh məsuliyyət daşıyır. Ona görə də iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı idd ialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
19. Məhkəmə tərkibinin bu qənaətini iddiaçının hələ Maliyyə Nazirliyinə qarşı eyni predmet üzrə və eyni əsasla irəli sürdüyü iddianı ilk dəfə Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(006)-4736 nömrəli qərardadı ilə(i.v.46) kommersiya məhkəməsində baxılmalı olduğu əsası ilə geri qaytarılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi və.s” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinə dair xx.xx.2022-ci il tarixli 2(102)-6317/2022 nömrəli qərarındakı hüquqi mövqe də əsaslı edir. Çünki Ali Məhkəmənin bu qərarı ilə Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(006)-4736 nömrəli qərardadı ləğv edilərək iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 6317/2022 nömrəli qərarının 18 və 19-cu bəndlərində göstərilmişdir ki, hazırkı işdə iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında hər-hansı sahibkarıq fəaliyyətindən söhbət gedə bilməz, mübahisənin özü də sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. İddia ərizəsində də mübahisənin tərəflər arasındakı sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasına istinad edilmir. İddia tələbinin əsası kimi inzibati orqanın qanunsuz hərəkətləri ilə bağlı hallar sadalansa da, cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilmişdir. Ümumiyyətlə, inzibati orqanın (Dövlət Gömrük Kom itəsinin) hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tələb olunması aydın deyil. Zərər iddia ərizəsində qeyd olunduğu kimi inzibati orqanın əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuşdursa, onda həmin iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-6317/2022 nömrəli qərarındakı göstərişləri nəzərə almayaraq İddiaçı MMC cavabdeh Maliyyə Nazirliyin ə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işi Nəsimi Rayon Məhkəməsində davam etdirməkdə israrlı olmuş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1013/2023 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir(i.v.47-51).Cavabdeh Maliyyə Nazirliyi tərəfindən bu qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322/2023 nömrəli qərardadı ilə qismən təmin edilərək qətnamə iddiaya mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığına görə ləğv edilərək icraata xitam verilmiş və iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir(i.v.5256). İddiaçının bu qərardaddan verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2991/2023 nömrəli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3322 /2023 nömrəli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır(i.v.57-63). Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2991/2023 nömrəli qərarının 43-47 bəndlərindəki mövqeyindən belə məna hasil olub ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisənin Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarının deyil, Gömrük Xidmətinin inzibati fəaliyyəti ilə(məsələn, Ərazi kömrük idarəsinin, kömrük postunun, X6 İdarəsinin və sair işçilərinin) bağlı olmasını dəqiq müəyyən etməmişdir... İddiaçı təhqiqat orqanının hərəkəti nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etdiyinə görə, verilmiş iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır(bənd 47). Ali Məhkəmənin qərarının 47-ci bəndindəki qənaəti qərarın 45-46-cı bəndlərində göstərilənlərə əsasən formalaşıb. Belə ki, 45-ci bənddə göstərilib ki, iddia ərizəsində iddiaçının izahatında X6 İdarəsinin (onun mütəxəssislərinin) qanunsuzluğundan bəhs olunur. Lakin ziyanın Dövlət Kömrük Komitəsinin təhqiqat orqanının qanunsuz hərəkətləri nəticəsində vurulduğunu konkret olaraq qeyd etmişdir. 46-cı bənddə isə iddiaçının nümayəndəsinin hazırkı apellyasiya baxışında da olduğu kimi izahatında... iddiaçıya cinayət təqibi əsasında zərər vurulmasını bəyan etməsi ilə bağlı olub.
21. Bundan sonra işə baxan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5884/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Maliyyə Nazirliyinin şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1013/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur(i.v.64-67). Bakı Apellyasiya Məhkəməsinin 2(103)5884/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin 19, 26 və 27-ci bəndlərində göstərib ki,... “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasından göründüyü kimi, həmin Qanunla hüquqi şəxslərə deyil, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir... iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün əsassızdır. İddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün əsassız olması qənaətinə gəlmiş məhkəmə, iddianın sübuta yetməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini araşdırmağa və qiymət verməyə lüzum görməmişdir. Ali Məh kəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1215/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5884/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Bütün bunlardan sonra, iddiaçı hazırkı iddia ilə cavabdeh inzibati orqana qarşı mülki mühakimə icraatı qaydasında yenidən rayon məhkəməsinə müraciət edib və iddiası qismən təmin edilib. İddiaçı iddiasının təmin edilməyən hissəsini mübahisələndirməsə də, cavabdeh iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.
23. Göründüyü kimi, iddiaçı tərəf nail olmaq istədiyi məqsədə çatmaq üçün bu dəfə də düzgün vasitə(yol) seçməyib, yəni mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələblə yenidən rayon məhkəməsinə müraciət etməkdə haqlı olmamış dır.
24. Düzdü, birinci instansiya məhkəməsi də mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan bir tələbi icraatına qəbul edib baxmaqla səhvə yol verib. Ancaq iddiaçı tərəf də yuxarıda qeyd olunan məhkəmə aktlarında göstərilən hüquqi mövqeləri nəzərə almalı idi. Yəni, mülki mühakimə icraatı qaydasında baxılmalı olmayan bir tələb üzrə yenidən rayon məhkəməsində iddia irəli sürməsinin yolverilməz olduğu ona anlaşılan olmalı idi. Başqa sözlə, Gömrük Məcəlləsinin 53.8 və 90.2-ci maddələrinin tələbləri ona hazırkı iddia ilə əvvəlcədən inzibati məhkəməyə müraciət etməyə imkan verirdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərəri n ödənilməsi və sair” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinə dair xx.xx.2022-ci il tarixli 2(102)-6317/2022 nömrəli qərarının 19-cu bəndindəki hüquqi mövqe də iddiaçıdan iddiasını əsl cavabdehə qarşı irəli sürməyi və aidiyyəti üzrə düzgün məhkəməni seçməyi tələb edirdi.
25. Ancaq iddiaçının bu günədək hüquqa uyğun olmayan mövqeyinə və yanaşmasına, yəni ona ziyan vuran şəxs kimi cavabdeh inzibati orqanın ayrı-ayrı idarələri arasında fərqələndirmə aparması, başqa sözlə ziyanın cavabdehin Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən vurulduğunu iddia və israr etməsi, onun yanlış iddialar verməsinə və məhkəmə aidiyyətinin düzgün seçməməsinə səbəb olmuşdur. Əlbəttə ki, buna görə ilk növbədə iddiaçı məsuliyyət daşımalıdır. Çünki bu cür iddialar üzrə cavabdehi və məhkəmələri özü seçib. Demək ki, iddianı əsl cavabdehə qarşı və aidiyyəti üzrə düzgün məhkəməyə vermək onun iradəsinə bağlı olub.
26. Apellyasiya baxışı zamanı cavabdehin izahatından və təqdim etdiyi sənədlərin məzmunundan da bəlli olur ki, cavabdeh quruma, eləcə də ayrıca hüquqi şəxs olan Bakı Baş Kömrük İdarəsinə qarşı analoji xarakterli mübahisələrə inzibati məhkəmədə baxılır. Deməli, uzun müddət əvvəldən də iddiaçı tərəfin məhkəmə müdafiəsi hüququnu düzgün seçmək imkanı və vaxtı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil Surxayzadə Qürbət oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə geri göndərilməsini xahiş etm işdir.
28. Kassasiya şikayəti belə əsaslandırlmışdır ki, mübahisənin inzibati, yoxsa mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi mövcuddur. Belə ki, apellyasiya instansiyası məhkəmələri hazırki mübahisəyə oxşar olan mübahisələrlə bağlı İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına istinad edərək işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə gəlsə də, Ali Məhkəmə bu tip qərardadlardan verilmiş kassasiya şikayətləri təmin edərək işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını müəyyən etmişdir. Bu minvalla Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından çıxarışı hazırki şikayətə qoşma kimi əlavə edilmişdir.
29. Hazırki işdə iddiaçı barəsində ölkəyə idxal etdiyi malı düzgün kod altında sinifləşdirmədiyinə görə cinayət təqibi aparılmışdır, ortada nə inzibati orqan, nə inzibati akt, nə də inzibati icraat mövcud deyil. Bu səbəbdən işə inzibati məhkəmədə deyil, məhz ümumi məhkəmədə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 a prel 2015-ci il tarixli 4 nömrəli qərarı
32. Bənd
2. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 33. 4-cü bənd. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 34. 7.1-ci bənd. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının iddiaçının kassasiya şikayətinin dəlillərinə görə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
38. Apellyasiya instansiyası məhkəməsi "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına əsaslanmaqla haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. Çünki cavabdeh inzibati orqanın iştirak etdiyi bu hüquq münasibətinin inzibati münasibət olduğu onun hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsi ilə əlaqədar yarandığına görə təsdiq edilir. Başqa sözlə bu münasibət ümumi (publik) hüquq sahəsinin ictimai idarəetməsi ilə bağlı olub və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunub. Demək ki, cavabdeh inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxs olan iddiaçıya vurulmuş ziyana görə inzibati orqan kimi cavabdeh məsuliyyət daşıyır. Ona görə də iddiaçıya vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
39. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2569/2025 nömrəli iş üzrə 5 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.