Məhkəmə qərarları › İş №2(102)-2030/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2030/2023

13.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2030/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(105)-1097/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(012)-1548/2021 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032,57 ABŞ dolları, faiz borcuna görə 5101,47 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 735,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11919,09 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublik ası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manatın (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 12 saylı evin 2 saylı mənzilinə tutmanın yönəldilməsi, həmin mənzilin likvid satış qiymətinin 32000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 11919,09 ABŞ dolları borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə məhkəmə xərclərinə görə 60 manatın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ke çirilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq həmin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(105)-1097/2022 nömrəli qətnaməsi ilə Cavabdeh4 apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(012)-1548/2021 nömrəli qətnaməsinin – “Cavabdeh4 xx.xx.2015-ci il tarixli 22- G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 5101,47 ABŞ dolları iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun” hissəsində ləğv edilməsi, Cavabdeh4 hüquqi varisi Cavabdeh1 2924,47 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin - “cavabdehdən xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə cərimə borcuna görə 50 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 735,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsə bəsi, 20 Yanvar küçəsi, 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 32000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin, Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi 12 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzili boşaldaraq həmin mənzildən çıxarılsın, iddia ərizəsi qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin – “cavabdehdən xx.xx.2015-ci il tarixli, 22-G1-1-0-318-15 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6032,57 ABŞ dolları iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun” hissəsində mübahisələndirilmədiyinin müəyyən edilməsi qət edilmişdir.

3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh (eyni zamanda Cavabdeh4 hüquqi varisi) Cavabdeh1 kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamə lər istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarını n düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

5. Kassasiya şikayəti və iş materialla rı öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.

6. Belə ki, cavabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-ci maddələrinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 4, 218 və 418-ci maddələrinin dispozisiyalarını sadalanmış və iş üzrə birinci və apellyasiya məhkəmələrinin qəbul etdikləri qətnamələrin nəticə hissələri köçürülməklə, apellyasiya məhkəməsinin qətnaməsinin “formal mülahizələrə əsaslanmış” kimi ləğv edilməsi xahiş olunmuşdur. Lakin kassasiya şikayətinin məzmununda maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkret nədə ifadə olması, mübah isəyə aidiyyəti göstərilməmişdir.

7. Həmçinin kassasiya şikayətində apellyasiya məhkəməsinin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozaraq, birinci instansiya məhkəməsinin səlahiyyətlərini mənimsəməsi qeyd olunmuş, bununla bağlı dəlillər göstərilməmişdir.

8. Daha sonra, şikayətdə MPM-in 420-ci il maddəsinin tələbləri pozularaq Ali Məhkəmənin göstərişlərinin əməl olunmadığı qeyd olunmuşdur. Halbuki, iş materiallarına əsasən hazırki iş əvvəllər kassasiya baxışında olmamış və iş üzrə apellyasiya məhkəməsi üçün məcburi olan göstərişlər verilməmişdir.

9. Beləliklə, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.

10. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normal arının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(105)-1097/2022 nömrəli qətnaməsindən cavabdeh (eyni zamanda Cavabdeh4 hüquqi varisi) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar