Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-479/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin boşaldılması tə ləblərinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1549/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" İKB ASC-nin adı sonradan dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. 2. 28.11.2014-cü il tarixdə "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank borcluya 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 18.000 manat məbləğdə kredit vermişdir. Kredit müqaviləsinə edilmiş 1 nömrəli əlavəyə görə borclu xx.xx.2019-cu il tarixədək banka 18.000 manat əsas, 13.699,68 manat faiz olmaqla, cəmi 31.699,68 manat pul ödəməlidir. 3. 28.11.2014-cü il tarixdə "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, ipotekanın predmeti borclunun mülkiyyətində olan və xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı 59.6 kv.m. ümumi, 34.1 kv.m. yaşayış, 25.5 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi olmuşdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində müvafiq qeydiyyat aparılmışdır. İpoteka ilə yüklü edilmiş əmlak 45.000 manat olaraq müəyyən edilmişdir. 4. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə 15.065,21 manat əsas kredit borcu, 10.988,72 manat faiz borcu, 1.554,82 manat cərimə, 862,4 manat əldən çıxmış fayda olmaqla, cəmi 27.608,75 manat məbləğdə borcu vardır.
5. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərdir. 6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə görə, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin likvid dəyəri 46.000 manat, həmin ünvanda inşa edilmiş əlavə tikili olan 385 kv.m. tikilinin likvid dəyəri isə 138.000 manat təşkil etmişdir. 7. “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən, XXXndə yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı 59.6 kv.m. ümumi, 34.1 kv.m. yaşayış, 25.5 kv.m. yardımçı sahəsindən ibarət 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55.500, likvid dəyəri isə 49.000 manat müəyyən edilir. İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cəmi 28.471,15 manat məbləğdə borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin və 0.0652 ha torpaq sahəsinin satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddianın əsaslarına görə, Cavabdeh1 ilə bank arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda isə borclu borcu ödəməkdən yayınır, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, reyestr orqanına ərizə göndərilmiş və qeydə alınmışdır. İpoteka predmetinin dəyəri müqavilə ilə müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə əmla ka tutma yönəldilməlidir.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-123/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə əsas borc üzrə 15.065,21 manat, faiz borcu 10.988,72 manat, cərimə borcu 150 manat, müqavilə müddətindən sonrakı dövrü üçün 5%-lə 862,4 manat, cəmi 27.066,33 manat, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləğinin tutulması; tələbin Cavabdeh1 mülkiyyətindəki XXXndə 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı 59,6 kv.m. ümumi, 34,1 kv.m. yaşayış, 25,5 kv.m. yardımçıq sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması, əldə edilən pulun borcun ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan XXXndə 0.0652 ha torpa q sahəsinin üzərində yerləşən 2 otaqlı 59,6 kv.m. ümumi 34,1 kv.m. yaşayış, 25,5 kv.m. yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin likvid dəyəri - ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi; əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən cıxarılması; cavabdehlərin XXXndə yerləşən 23 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi; iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən xx.xx.2021-ci il tarixli ekspert rəyindən Cavabdeh1 xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcunun 15.065.21 manat, faiz borcunun 10.988.72 manat, xx.xx.2021-ci il tarixə (maliyyə arayışını n verildiyi tarixə illik 5 faizlə) isə əsas borcunun 15.065.21 manat, faiz borcunun 11.851,12 manat olduğu müəyyən edilir. İş materiallarında olan “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, XXXndə yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55.500 (əlli beş min beş yüz manat), likvid dəyəri isə 49 000 (qırx doqquz min) manat müəyyən edilir.... Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsində ipoteka predmeti 45000 manat qiymətləndirilmişdir.İş materiallarında olan qiymətləndiriçilərin rəyinə əsasən ipoteka p redmetlərinin likvid dəyəri 46000 manat və 49000 manat qiymətləndirilmişdir. Məhkəmə müqayisəli təhlil edərək ipoteka predmetinin likvid dəyərinin 46000 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir.”
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 319.6, 385.1, 421.1, 427.3, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 59-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnamə si ilə razılaşmayan Cavabdeh1 ondan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ipoteka predmetinə düzgün qiymət qoyulmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə prosesi zamanı iki dəfə əmlakın qiymətlədirilmə ekspertizası təyin edilmişdir. Birinci ekspert rəyinə görə ipoteka predmetinə 180.000 manat, ikinci ekspertiza rəyi ilə isə 46.000 manat müəyyən edilmişdir. Ölkənin daşınmaz əmlak bazarında qiymətlər artmaq tendensiyasi üzrə gedir, məhkəmə tərəfindən qoyulan məbləğ kəskin olaraq aşağıdır. Göründüyü kimi, ekspertiza rəyləri bir ildən az müddət ərzində keçirilib, lakin qiymətlər arasında kəskin fərq var. İpoteka qoyulmuş mənzildə əlavə olaraq 3 nəfər da yaşayır və onların razılığ ı ipoteka qoyarkən alınmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1549/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, cavabdehin kredit borcu işdə olan sübutlarla, maliyyə arayışı və ekspert rəyləri ilə təsdiqini tapmışdır. Apellyant kredit müqaviləsi üzrə mövcud borcun və ipoteka predmetinin qiymətinin qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hallar Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabat ilə inkar olunmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296.1, 317.1, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 445.1, 448.1, 449.1, 462.1, 467, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Qanunun 1.0.9, 34.1, 39.1, 39.3, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin hesablanmış faiz borcu və ipoteka predmetini qiymətləndirmə hissələrində ləğv edib, işi yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlillərinə görə, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, əmlaka iki fərqli qiymət qoymuş ekspert rəyi var. Məhkəmə isə onun ən aşağı qiymətləndirilən rəyini əsas götürərək, əmlak qiymətini müəyyən edib. Bu hal məhkəmənin nəzərindən qaçıb və maddi hüquq normalarını pozulmasına gətirib çıxarıb. İpoteka qoyulmuş mənzildə əlavə olaraq 3 nəfər də yaşayır və onların razılığı ipoteka qoyarkən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. T ƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 425.1. Öz hüqu qlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şə rtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 22. “İpoteka haqqında” Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasınd a, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4 (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən məcburi qaydada çıxarılırlar.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: ““İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayəti bir Cavabdeh1 tərəfindən verildiyi, habelə şikayətlə qətnamənin hesablanmış faiz borcu və ipoteka predmetini qiymətləndirmə hissələrində ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin cavabdehə aid hissədə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə qismən yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlamaqla işin müəyyən edilmiş hallarına uyğun olara q düzgün nəticəyə gəlmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və sübutlara hüquqi qiymət verilmişdir.
30. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətlə qətnamənin hesablanmış faiz borcu hissədə də ləğvi xahiş edilsə də, kassasiya şikayətində bu barədə heç bir faktiki dəlilə istinad olunmur.
31. Şikayətin əmlaka iki fərqli qiymət qoyulmuş rəydən məhkəmənin ən aşağı qiymətləndirilən rəyi əsas götürməsinə dair dəlil isə əsaslı deyil. Belə ki, məhkəmələrin üç fərqli qiymətin (ipoteka müqaviləsində qeyd edilən 45.000, rəylərdə əks olunan 46.000 və 49.000) orta dəyərə daha yaxın olanı seçməsi ağlabatan və ədalətli olmuşdur.
32. İpoteka qoyulmuş mənzildə əlavə olaraq 3 nəfərin də yaşaması b arədə dəlil də hazırkı mülki işdə tərəf olmayan həmin şəxslərin ipoteka predmeti əmlakla əlaqəli hüquqlarının cavabdehin MPM-in 4.1-ci maddəsi anlamında yalnız özünə aid hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etməklə bağlı məhkəmə müdafiəsi hüququnun hüdudlarında olmaması səbəbindən əsaslı deyil.
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1549/2022 nömr əli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.