Məhkəmə qərarları › İş №2(105)-952/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-952/2022

07.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-952/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması, əmlakların boşaldılması və alıcıya təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(012)-1430/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 10R000011013 saylı kredit razılaşması üzrə 14524,43 ABŞ dolları kredit borcu, 5992,51 ABŞ dolları faiz borcu, 15077,67 ABŞ dolları cərimə olmaqla, cəmi 35594,61 ABŞ dolları, 10R000012564 saylı kredit razılaşması üzrə 57539.91 ABŞ dolları kredit borcu, 22970.49 ABŞ dolları faiz borcu, 50607,79 ABŞ dolları cərimə olmaqla, cəmi 131118,19 ABŞ dolları, 10R000014582 saylı kredit razılaşması üzrə 101778,35 ABŞ dolları kredit borcu, 41413,15 ABŞ dolları faiz borcu, 83904,87 ABŞ dolları cərimə olmaqla, cəmi 227096,37 ABŞ dolları, 010R********** saylı kredit razılaşması üzrə 90559,46 ABŞ dolları kredit borcu, 38198,91 ABŞ dolları faiz borcu, 77661,83 ABŞ dolları cərimə olmaqla, cəmi 206420,20 ABŞ dolları, 056KK**********01 saylı kredit razılaşması üzrə 5138,680 ABŞ dolları kredit borcu, 12720,05 ABŞ dolları cərimə olmaqla, cəmi 17858,73 ABŞ dolları 5 (beş) kredit razılaşması üzrə ümumilikdə, 618088,10 ABŞ dolları məbləğində borcun iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində yerləşən 56 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227,12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə, Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospektində 58 nömrəli binanın 106,1 kv.m ümumi sahəsindən ibarət 41 saylı mənzilinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0,089 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243,99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 618088,10 ABŞ dolları borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227,12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində 58 nömrəli binanın 106,1 kv.m ümumi sahəsindən ibarət 41 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 Sərxan qızı, Cavabdeh12 Nəhiş qızı və Cavabdeh13 oğlunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0,089 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243,99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin həcminin azaldılmasına dair ərizə verib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə -10R000011013 saylı kredit razılaşması üzrə 1 ABŞ dolları kredit borcu, 5992.51 ABŞ dolları faiz borcu, 15077.67 ABŞ dolları cərimə olmaqla, cəmi 21071.18 ABŞ dolları, -10R000012564 saylı kredit razılaşması üzrə 57539.91 ABŞ dolları kredit borcu, 22970.49 ABŞ dolları faiz borcu, 50607.79 ABŞ dolları cərimə olmaqla, cəmi 131118.19 ABŞ dolları, -10R000014582 saylı kredit razılaşması üzrə 101778.35 ABŞ dolları kredit borcu, 41413.15 ABŞ dolları faiz borcu, 83904.87 ABŞ dolları cərimə olmaqla, cəmi 227096.37 ABŞ dolları, -010R********** saylı kredit razılaşması üzrə 90559.46 ABŞ dolları kredit borcu, 38198.91 ABŞ dolları faiz borcu, 77661.83 ABŞ dollar cərimə olmaqla, cəmi 206420.20 ABŞ dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə, 585705 (beş yüz səksən beş min yeddi yüz beş) ABŞ dolları 94 sent məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində yerləşən 56 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə, Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində 58 nömrəli binanın 106.1 kv.m ümumi sahəsindən ibarət 41 saylı mənzilinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 585705 (beş yüz səksən beş min yeddi yüz beş) ABŞ dolları 94 sent borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QŞC-nin xeyrinə tutulması, Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində 58 nömrəli binanın 106.1 kv.m ümumi sahəsindən ibarət 41 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 Sərxan qızı, Cavabdeh12 Nəhiş qızı və Cavabdeh13 oğlunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbinin həcminin azaldılmasına dair ərizə verib, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10R000011013 saylı kredit razılaşması üzrə 1 ABŞ dolları kredit borcu, 5992.51 ABŞ dolları faiz borcu, 15077.67 ABŞ dolları cərimə olmaqla, cəmi 21071.18 ABŞ dolları, 10R000012564 saylı kredit razılaşması üzrə 47539.91 ABŞ dolları kredit borcu, 22970.49 ABŞ dolları faiz borcu, 50607.79 ABŞ dolları cərimə olmaqla, cəmi 121118.19 ABŞ dolları, 10R000014582 saylı kredit razılaşması üzrə 101778.35 ABŞ dolları kredit borcu, 41413.15 ABŞ dolları faiz borcu, 83904.87 ABŞ dolları cərimə olmaqla, cəmi 227096.37 ABŞ dolları, 010R********** saylı kredit razılaşması üzrə 90559.46 ABŞ dolları kredit borcu, 38198.91 ABŞ dolları faiz borcu, 77661.83 ABŞ dolları cərimə olmaqla, cəmi 206420.20 ABŞ dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə, 575705,94 ABŞ dolları məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 60 manat xidmət haqqının tutulması, tutmanın X2 məxsus Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində yerləşən 56 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 575705,94 ABŞ dolları borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlılmışdır ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 10L000002259 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 10R000011013 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 10R000011013SB saylı, xx.xx.2016-cı il tarixli 10R000011013SC saylı, xx.xx.2017-ci il tarixli, 10R000011013SD saylı, xx.xx.2019-cu il tarixli 10R000011013SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 6524,21 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 220 gün üçün hesablanmış faiz borcu 5992,51 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 220 gün üçün hesablanmış cərimə 15077,67 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 10R000012564 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 10R000012564SB saylı, xx.xx.2016-cı il tarixli, 10R000012564SC saylı, xx.xx.2019-cu il tarixli 10R000012564SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 92460,09 ABŞ dolları ödəmiş, onun 57539,91 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 235 gün üçün hesablanmış faiz borcu 22970,49 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 235 gün üçün hesablanmış cərimə 50607,79 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 10R000014582 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 190000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 10R000014582SC saylı, xx.xx.2016-cı il tarixli, 10R000014582SE saylı, xx.xx.2019-cu il tarixli, 10R000014582SG saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 88221,65 ABŞ dolları ödəmiş, onun 101778,35 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 41413,15 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 205 gün üçün hesablanmış cərimə 83904,87 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 145000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 010R143644001 OSA saylı, xx.xx.2016-cı il tarixli, 010R**********SB saylı, xx.xx.2016-cı il tarixli 010R**********SC saylı, xx.xx.2016-cı il tarixli, 010R**********SD saylı, xx.xx.2019-cu il tarixli, 010R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 54440,54 ABŞ dolları ödəmiş, onun 90559,46 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 191 gün üçün hesablanmış faiz borcu 38198,91 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 191 gün üçün hesablanmış cərimə 77661,83 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 AccessBank» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 056KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla, 10.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit razılaşmasının 1.1.1-ci bəndinə əsasən bank kredit alana bankın plastik kartı vasitəsi ilə verilir. Kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan kreditdən tam və ya hissəhissə istifadə etməyi, bu kredit razılaşması ilə müəyyən olunmuş şərtlərlə ona hesablanmış faizi banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4861,32 ABŞ dolları ödəmiş, onun 5138,68 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.7-ci bəndinə uyğun olaraq kredit xəttinin müddəti bitənədək kredit banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş status alır və gecikdirilmiş statuslu kredit üzrə illik 36 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. xx.xx.2020-ci il tarixə 1455 gün üçün hesablanmış cərimə 12720,05 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli, 10M000000571 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 10M000000775 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-cu il tarixli, 10M000000579 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində 58 nömrəli binanın 106.1 kv.m ümumi sahəsindən ibarət 41 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 10M000000812 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsini həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materialları ilə müəyyən olur ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 10L000002259 saylı kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 120 ay müddətinə 600000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2013-cü il tarixli, 10R000011013 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 10R000011013SB saylı, xx.xx.2016-cı il tarixli, 10R000011013SC saylı, xx.xx.2017-ci il tarixli, 10R000011013SD saylı, xx.xx.2019-cu il tarixli 10R000011013SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2013-cü il tarixli, 10R000012564 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 10R000012564SB saylı, xx.xx.2016-cı il tarixli, 10R000012564SC saylı, xx.xx.2019-cu il tarixli, 10R000012564SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2014-cü il tarixli, 10R000014582 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 190000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 10R000014582SC saylı, xx.xx.2016cı il tarixli, 10R000014582SE saylı, xx.xx.2019-cu il tarixli, 10R000014582SG saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 145000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 010R143644001 OSA saylı, xx.xx.2016-cı il tarixli, 010R**********SB saylı, xx.xx.2016-cı il tarixli, 010R**********SC saylı, xx.xx.2016-cı il tarixli, 010R**********SD saylı, xx.xx.2019-cu il tarixli 010R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2010-cu il tarixli, 10S000003697 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh3 bu müqaviləni bank və borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. xx.xx.2010-cu il tarixli, 10S000003696 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh5 bu müqaviləni bank və borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. xx.xx.2010-cu il tarixli, 10S000003694 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh2 bu müqaviləni bank və borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. xx.xx.2010-cu il tarixli, 10S000003695 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh4 bu müqaviləni bank və borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. xx.xx.2010-cu il tarixli, 10S000003834 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh6 bu müqaviləni bank və borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. xx.xx.2010-cu il tarixli, 10M000000571 saylı ipoteka müqaviləsindən görünür ki, X5 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 10M000000571 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2011-ci il tarixli, 10M000000775 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2020-cu il tarixli, 10M000000579 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-cu il tarixli 10M000000579 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində 58 nömrəli binanın 106.1 kv.m ümumi sahəsindən ibarət 41 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2011-ci il tarixli, 10M000000812 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 10M000000812 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndi, Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsini həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini "AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli, 9/4455 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2013-cü il tarixli, 10R000011013 saylı kredit razılaşması üzrə əsas borcu 1 ABŞ dolları, faiz borcu 5992,63 ABŞ dolları məbləğində müəyyən edilir, xx.xx.2013-cü il tarixli, 10R000012564 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 əsas borcu 62.595,8 ABŞ dolları, faiz borcu 20.591,0 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 10R000014582 saylı kredit razılaşması üzrə əsas borcu 101.778,4 ABŞ dolları, faiz borcu 35.855,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşması üzrə əsas borcu 90.559,46 ABŞ dolları, faiz borcu 33.054,36 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 056KK**********01 saylı kredit razılaşması üzrə əsas borcu 5138,68 ABŞ dolları, faiz borcu 0,0 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" MMC-nin 24 may 2020-ci il tarixli, 261/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, N.Əsədov küçəsidə yerləşən ümumi sahəsi 206.83 kv.m-dən ibarət olan X2 məxsus 56 saylı evin bazar dəyərinə uyğun likvid qiyməti 150.000 manat müəyyən edilir. Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, N. Əsədov küçəsində yerləşən ümumi sahəsi 227.12 kv.m olan Cavabdeh3 məxsus 39 saylı evin və 0.10 ha torpaq sahəsinin bazar qiymətinə uyğun likvid dəyəri 140.000 manat müəyyən edilir. Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, N. Əsədov küçəsində yerləşən evin ümumi sahəsi 243.99 kv.metr olan Cavabdeh1 məxsus 41 saylı evin və 0.089 ha torpaq sahəsinin bazar qiymətinə uyğun likvid dəyəri 135.000 manat müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(012)-1430/2021 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 qarşı borcun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması, əmlakların boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 10R000011013 saylı kredit razılaşması üzrə 1 ABŞ dolları kredit borcu, 5991,63 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, xx.xx.2013-cü il tarixli 10R000012564 saylı kredit razılaşması üzrə 47539,91 ABŞ dolları kredit borcu, 20591 ABŞ dolları faiz borcu, 1500 ABŞ dolları cərimə, xx.xx.2014-cü il tarixli, 10R000014582 saylı kredit razılaşması üzrə 101778,35 ABŞ dolları kredit borcu, 35855,63 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşması üzrə 90559,46 ABŞ dolları kredit borcu, 33054,36 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 341871,34 ABŞ dolları məbləğində borc və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, iddia üzrə tələb ipoteka predmeti olan X2 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində yerləşən 56 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 341871,34 ABŞ dolları borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumu və 60 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh5, Cavabdeh4, Cavabdeh8 və X6 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 227.12 kv.m ümumi sahədən ibarət 39 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Masazır kəndi Nazim Əsədov küçəsində mülkiyyətində olan 0.089 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 243.99 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, N.Əsədov küçəsidə yerləşən ümumi sahəsi 206.83 kv.m-dən ibarət olan X2 məxsus 56 saylı evin ilkin satış qiymətinin 150.000 manat, Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, N. Əsədov küçəsində yerləşən ümumi sahəsi 227.12 kv.m olan Cavabdeh3 məxsus 39 saylı evin və 0.10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 140.000 manat, Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, N.Əsədov küçəsində yerləşən evin ümumi sahəsi 243.99 kv.metr olan Cavabdeh1 məxsus 41 saylı evin və 0.089 ha torpaq sahəsinin ilkin satış qiymətinin 135.000 manat müəyyən edilməsi, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması hissəsində rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 467, 472.1, 739.1, 739.2-ci maddələri, «İpoeka haqqında» Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 59.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(012)-1430/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin cavabdehin əsas borc, faiz borcu və cərimə borcunun yenidən hesablanması aparılmaqla iddia edilən məbləğin azaldılaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına əməl etməmiş və istinad etdiyi maddi hüquq normalarını isə düzgün tətbiq etməmişdir. İddiaçı QSC ilə imzalamış olduğu 10R000012564 saylı kredit razılaşmasına əsasən iddia tələbində kredit borcunun 57.539,91 ABŞ dolları, faiz borcunun 22.970,49 ABŞ dolları, cərimə borcunun 50.607,79 ABŞ dolları olduğu bildirilmişdi. Daha sonradan iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək iddia tələbi azaldılmış, əsas borc üzrə 47.539,91 ABŞ dolları, 22.970,49 ABŞ dolları faiz borcu, 50.607,79 ABŞ dolları cərimə borcu cavabdehlərdən istənilmişdi. Ancaq məhkəmə qətnaməsi ilə qeyd edilən razılaşma üzrə (10R0********) əsas borc məbləği 47.539,91 ABŞ dolları, 20.591,00 ABŞ dolları faiz borcu, cərimə borcu 1.500 ABŞ dolları məbləğində təmin edilmişdir. Bildirmək istəyirik ki, məhkəmə araşdırması aparılan zaman qeyd edilən razılaşma üzrə 21 yanvar 2020-ci il tarixindən ödəmə aparmadığı qeyd olunmuşdur. Faiz və cərimə borcu da 14 sentyabr 2020-ci il tarixinə qədər – yəni İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunan tarixə qədər hesablanmışdır. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman niyə iddiaçı tərəfindən 235 gün gözlənərək (ümumilikdə 7 ay 23 gün) məhkəməyə müraciət edildiyi, faiz və cərimə borcunun bu qədər artırılmasına niyə səbəb verildiyi araşdırılmamışdır. Bundan başqa İddiaçı QSC ilə imzalamış olduğu 10R000014582 saylı kredit razılaşmasına əsasən iddia tələbində kredit borcunun 101.778,35 ABŞ dolları, faiz borcunun 41.413,15 ABŞ dolları, cərimə borcunun 83.904,87 ABŞ dolları olduğu bildirilmişdi. Ancaq məhkəmə qətnaməsi ilə qeyd edilən razılaşma üzrə (10R0********) əsas borc məbləği 101.778,35 ABŞ dolları, 35.855,63 ABŞ dolları faiz borcu, cərimə borcu 2.000 ABŞ dolları məbləğində təmin edilmişdir. Məhkəmə araşdırması aparılan zaman cavabdeh qeyd edilən razılaşma üzrə 20 fevral 2020-ci il tarixindən ödəmə aparmadığı qeyd olunmuşdur. Faiz və cərimə borcu da 14 sentyabr 2020-ci il tarixinə qədər – yəni İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunan tarixə qədər hesablanmışdır. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman niyə iddiaçı tərəfindən 205 gün gözlənərək (ümumilikdə 6 ay 25 gün) məhkəməyə müraciət edildiyi, faiz və cərimə borcunun bu qədər artırılmasına niyə səbəb verildiyi araşdırılmamışdır. Bundan başqa İddiaçı QSC ilə imzalamış olduğu 010R********** saylı kredit razılaşmasına əsasən iddia tələbində kredit borcunun 90.559,46 ABŞ dolları, faiz borcunun 38.198,91 ABŞ dolları, cərimə borcunun 77.561,83 ABŞ dolları olduğu bildirilmişdi. Ancaq məhkəmə qətnaməsi ilə qeyd edilən razılaşma üzrə (010R**********) əsas borc məbləği 90.559,46 ABŞ dolları, 33.054, 36 ABŞ dolları faiz borcu, cərimə borcu 2.000 ABŞ dolları məbləğində təmin edilmişdir. Məhkəmə araşdırması aparılan zaman qeyd edilən razılaşma üzrə 05 mart 2020-ci il tarixindən ödəmə aparmadığı qeyd olunmuşdur. Faiz və cərimə borcu da 14 sentyabr 2020-ci il tarixinə qədər – yəni İddiaçı QSC tərəfindən məhkəməyə müraciət olunan tarixə qədər hesablanmışdır. Maraqlı olan haldır ki, birinci instansiya məhkəməsində araşdırma aparılan zaman niyə iddiaçı tərəfindən 191 gün gözlənərək (ümumilikdə 6 ay 11 gün) məhkəməyə müraciət edildiyi, faiz və cərimə borcunun bu qədər artırılmasına niyə səbəbiyyət verildiyi araşdırılmamışdır. Bundan başqa İddiaçı QSC ilə imzalamış olduğu 056KK**********01 saylı kredit razılaşmasına əsasən iddia tələbində kredit borcunun 5.138,68 ABŞ dolları, faiz borcunun 0 ABŞ dolları, cərimə borcunun 12.720,05 ABŞ dolları olduğu bildirilmişdi. Hər nə qədər məhkəmə qətnaməsi ilə bu razılaşmaya münasibət bildirilməsə də əsas borcun tələbi ilə bağlı 1455 gün gözlənilərək məhkəməyə müraciət edilməməsi, o səbəbdən cərimə borcunun əsas borc məbləğindən 2 dəfə artıq bir məbləğdə hesablanması, ödəniş aparıldığı halda həmin borcun ancaq faiz borcundan və əsas borcun az bir qismindən tutulması, cərimə borcunun bu qədər şişirdilməsi iddiaçının iddia təlbinin irəli sürərkən özünün imzalamış olduğu kredit müqavilələrinin tələblərini nə şəkildə pozduğunu açıq bir şəkildə göstərməkdədir. Birinci instanaiya məhkəməsində aparılan araşdırmalar zaman ipoteka predmeti olan daşınmaz əmlakların bazar qiymətindən çox aşağı bir qiymətlə likvid qiymətinin qiymətləndirilməsi olmuşdur. Belə ki, "xxxx" MMC tərəfindəm verilmiş 24 may 2020-ci il tarixli 261/E saylı ekspert rəyindən görünməkdədir ki, cavabdehlərədən Cavabdeh2 qzına məxsus olan və Abşeron rayonu, Masazır kəndi, N.Əsədov küçəsində yerləşən, ümumi sahəsi 206,83 kv.metrdən ibarət olan 56 saylı fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiyməti 150.000 manat müəyyən edilir. Halbuki, bu gün hal-hazırda həmin fərdi yaşayış evinin realizasiya edilərək satılacağı zaman likvid qiyməti 240.000 manat dəyərindədir. Bu da ipoteka predmeti olan fərdi yaşayış evinin likvid qiymətinin bilərəkdən aşağı bir qiymətlə qeyd edilməsinə dəlalət edir ki, həmin evlərin açıq hərracda satılıacağı zaman hərrac dəyərinin iki dəfə hərrac keçirildikdən sonra likvid qiməyinin daha da aşağı salınaraq ucuz bir qiymətə özgəninkiləşdirilməsi və ya iddiaçı bankın balansına keçririlməsi, bununla da yenə də iddiaçıya borclu qalmasıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edib, birinci instbsiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh14 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 467. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdehlər isə məhkəmənin qətnaməsini mübahisələndirməmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ancaq Cavabdeh1 aid hissədə yoxlayır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10R000011013 saylı kredit razılaşması, xx.xx.2013-cü il tarixli, 10R000012564 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 10R000014582 saylı kredit razılaşması və xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razıalşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və həmin razılaşmalar üzrə borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilb rəy alınmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli, 9/4224 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2013-cü il tarixli, 10R000011013 saylı kredit razılaşması üzrə əsas borcu 1 ABŞ dolları, faiz borcu 5992,51 ABŞ dolları məbləğində müəyyən edilir, xx.xx.2013-cü il tarixli, 10R000012564 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 əsas borcu 59.595,76 ABŞ dolları, faiz borcu 20.590,95 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 10R000014582 saylı kredit razılaşması üzrə əsas borcu 101.778,35 ABŞ dolları, faiz borcu 35.855,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 010R********** saylı kredit razılaşması üzrə əsas borcu 90.559,46 ABŞ dolları, faiz borcu 33.054,36 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyant kredit razılaşmaları üzrə mövcud borcun qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hal Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 9/4224 №-li rəyi ilə də inkar olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2022-ci il tarixli, 9/4224 nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 250 (iki yüz əlli) manatdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(012)-1430/2021 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat pul Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar