Məhkəmə qərarları › İş №2(105)-920/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-920/2022

30.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-920/2022 30.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, Cavabdeh1 nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2808/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və nümayəndəsi M.Ş.Nuriyeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə əsas borca görə 4939.61 (dörd min doqquz yüz otuz doqquz ABŞ dolları altmış bir sent) ABŞ dolları, faiz borcuna görə 5952.39 (beş min doqquz yüz əlli iki ABŞ dolları otuz doqquz sent) ABŞ dolları, cəriməyə görə 5.71 (beş ABŞ dolları yetmiş bir sent) ABŞ dolları olmaqla cəmi 10897.71 (on min səkkiz yüz doxsan yeddi ABŞ dolları yetmiş bir sent) ABŞ dollar borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manatın (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı) iddiaçı X5 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Güzdək qəsəbəsi M.Hüseynzadə küçəsi 8 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid satış qiymətinin 16000 (on altı min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 10897.71 (on min səkkiz yüz doxsan yeddi ABŞ dolları yetmiş bir sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manatın AccessBank QSCnin hesabına keçirilməsi, AccessBank QSC-yə tam ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, Abşeron rayonu Güzdək qəsəbəsi M.Hüseynzadə küçəsi 8 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 fərdi yaşayış evini boşaldaraq bir ay sonra həmin fərdi yaşayış evindən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000011483 saylı kredit razılaşması üzrə 4939.61 ABŞ dolları kredit borcu, 6771.13 ABŞ dolları faiz borcu və 1841.08 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 13551.2 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, 8 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin açıq hərracdan satılması, 13551.82 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, 8 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 05R000011483S saylı, xx.xx.2016-cı il tarixli 05R000011483SA saylı, xx.xx.2016-cı il tarixli 05R000011483SB saylı, xx.xx.2016-cı il tarixli 05R000011483SC saylı, xx.xx.2017-ci il tarixli 05R000011483SD saylı, xx.xx.2017ci il tarixli 05R000011483SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 10060.39 ABŞ dolları ödəmiş, onun 4939.61 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcu 6771.13 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 267 gün üçün hesablanmış cərimə 1841.08 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kreditalan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka verən Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05M000000995 saylı ipoteka müqaviləsi (Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq edilmişdir) əsasında Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, 8 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 106 №-li reyestr kitabının 16 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə elektron xidmətlər portalı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdehlər tərəfindən ödəniş edildiyi üçün kredit müqaviləsi üzrə borcun məbləği dəyişmiş, hazırda, cavabdehlərin əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cərimə borcuna görə 5.71 ABŞ dolları olmaqla cəmi 10903.42 ABŞ dolları borcu qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və nümayəndəsi M.Ş.Nuriyeva apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit müqaviləsi üzrə ipoteka predmeti Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küəçəsində yerləşən 0.01663 ha torpaq sahəsi və 8 saylı fərdi yaşayış evi olmuşdur. İddiaçı tələbin həmin torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsi ilə bağlı tələb irəli sürsə də birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin ipoteka predmeti olmasını nəzərə almamış, ümumiyyətlə qətnamədə ipoteka predmeti olan həmin torpaq sahəsinə dair qiymətləndirilmə təmin etməmiş, həmçinin iddia tələbini qismən təmin edərkən torpaq sahəsi ilə bağlı hüquqi mövqeyini qətnamədə göstərməmişdir. Nəticədə qeyd olunan maddi hüquq normalarının tələbini kobud şəkildə pozmuşdur. O, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müəyyən edilmiş əsas borcun məbləği və tələbin fərdi yaşayış evinə yönəldilməsi hissələrini qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə ətraflı araşdırma aparılmamış hissəni, faiz borcunun tutulması ilə bağlı olan hissəni qəbul etmir. İddiaçı iddia tələbində göstərmişdir ki, cavabdehlə sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli, 05R000011483SD saylı saziş üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 200 ABŞ dolları məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. Həmin borcun cəmi məbləği 5800 ABŞ dolları olmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehlərdən 4939,61 ABŞ dolları əsas, 5952,39 ABŞ dolları faiz borcunun tutulması tələb edilmiş, məhkəmə isə saziş üzrə ödənilməli cəmi məbləğ 5800 ABŞ dolları olduğu və həmin məbləğdən də cavabdehlər tərəfindən ödənişlər edildiyi halda iddiaçı tərəfindən cavabdehlərdən cəmi 10892 ABŞ dollarının tələb edilməsinin hüquqi əsasları araşdırılmamışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən ipoteka predmeti olan evin likvid qiymətinin obyektiv və ədalətlimüəyyən edilməsi təmin edilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi ipoteka predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 134.3 kv.metr olmaqla 3 otaqdan ibarətdir. Buna baxmayaraq X7 Mərkəzi MMC tərəfindən həmin evin likvid qiyməti bazar dəyərindən qat-qat aşağı olan 16.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan halını ətraflı araşdırmamış və evin əsl qiymətinin yenidən müəyyən edilməsini təmin etməmişdir. Bundan başqa qeyd edir ki, ipoteka predmeti kimi təkcə Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küəçəsində yerləşən 8 saylı fərdi yaşayış evi deyil, həmçinin həmin ünvanda yerləşən 0.01663 ha torpaq sahəsi olmuşdur. İddiaçı tələbin həmin torpaq sahəsinə də yönəldilməsi ilə bağlı tələb irəli sürsə də birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin də qiymətləndirilməsini təmin etməmişdir. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan göründüyü kimi məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi vasitəsi kimi bağlanmış ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 0.01663 ha torpaq sahəsi və 8 saylı fərdi yaşayış evi cavabdehlər tərəfindən ipotekaya qoyulmuş, öhdəlik icra olunmadığına görə iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən tələbin ipoteka predmetlərinə yönəldilməsi xahiş edilmişdir. Lakin məhkəmə ipoteka predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün tədbirlər görməmiş, həmçinin ipoteka predmeti olan fərdi yaşayış evinin ədalətli qiymətinin müəyyən olunmasını təmin etməmişdir. Bununla da qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. İş üzrə İddiaçı QSC Cavabdeh2la bağlanmış xx.xx.2017-ci il tarixli, 05R000011483SD saylı saziş üzrə cavabdehə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 200 ABŞ dolları məbləğində olmaqla cəmi 5800 ABŞ dolları məbləğində kredit verilsə də, iddiaçı həmin məbləği və ya həmin məbləğdən ödənilmiş məbləğlər çıxılmaqla qalan borcu tələb etməli və cavabdehlər də həmin məbləği ödəməli olsalar da, iddiaçı həmin məbləğdən dəfələrlə artıq məbləğ tələb etmiş, cavabdehlər borcun həmin məbləği ilə razılaşmamışlar, buna baxmayaraq işi araşdıran birinci instansiya məhkəməsi işin mübahisə doğuran həmin hissəsini tərəflərin müqavilə üzrə öhdəlikləri nəzərə alınmaqla araşdırmalı olduğu halda araşdırmamış və qanunvericiliyin qeyd olunan maddi hüquq normasının tələbini pozmuşdur. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehlərə qarşı öhdəliyin şərtlərinə müvafiq olmayan tələblər irəli sürərək onlardan müqavilə üzrə nəzərdə tutulmuş məbləğdən çox miqdarda pul tələb etmiş, məhkəmə tərəfindən isə iddiaçının tələbinin müqavilə tələblərinə və öhdəliyin şərtlərinə uyğun olmamasına əhəmiyyət verilməmiş və formal araşdırma aparılmaqla qanunvericiliyin tələbləri pozulmuşdur. Həmin evin ümumi sahəsi və yerləşdiyi torpaq sahəsinin ölçüsü nəzərə alındıqda evin qiymətləndirilməsi ilə bağlı qiymətləndirici tərəfindən qoyulmuş qiymətin evin hazırki vaxtda olan qiymətini əks etdirmədiyini hesab edir, torpaq sahəsi və fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsini zəruri hesab edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2808/2021 saylı qətnaməsinin dəyişdirilməsli, iddia tələbinin əsas və faiz borcunun məbləği hissələrində yenidən araşdırılması, həmçinin ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin keçirilməsini xahiş etmişlər. İddiaçı QSC-nin X8 30 sentyabr 2022-ci il tarixdə məhkəməyə ərizə verərək, hazırda Cavabdeh2 tərəfindən banka olan borcun sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənilməsini bildirib, ona görə də, iddia tələblərində imtina edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi M.Ş.Nuriyeva hazırda Banka olan borcun tam ödənilməsini bildirdi, iddiaçı tərəfindən iddiadan imtina edilməsi ilə razılaşıb, icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəcini, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddiadan imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin X8 iddia tələbindən imtina etməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 365, 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı QSC-nin X8 Davit Tsiklaurinin iddiadan imtina etməsi qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(012)-2808/2021 nömrəli qətnaməsi ləğv edilsin və bu iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar