Məhkəmə qərarları › İş №2(102)-2031/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2031/2024

05.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2031/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1, Cavabdeh2 Heybət oğluna qarşı ilk, Cavabdeh1 İddiaçı1 və Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər X13, X16) qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar söz: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1, Cavabdeh2 Heybət oğluna qarşı ümumi mülkiyyətdən payın ayrılması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı1 və Bakı şəhəri Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X16) qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi barədə qarşılıqlı tələbləri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs X13 tərəfindən verilmiş kassasiya şikayətinə 5 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanı Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, ev 4) Umgülsüm Hüseyn qızının, X17, Məmmədkərim İbrahim oğlunun, Heybət İbrahim oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-550 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/8 hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-549 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/4 hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir.

4. Bakı şəhəri 12 saylı DNK-nin 2V-2-665 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1997-ci il tarixdə evin 1/4 hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. 5. xx.xx.1997-ci il tari xli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı1 mübahisəli evin 5/8 hissəsinin, Məmmədkərim İbrahim oğlu 1/8 hissəsinin, Heybət İbrahim oğlu isə 2/8 hissəsinin mülkiyyətçisidir.

6. Vərəsəlik işinə əsasən, X17 vərəsəlik payını X5 Güldəstənin xeyrinə imtina etmişdir. X25 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı Cavabdeh1 Xeyrinə imtina etmişdir.

7. Umgülsüm Huseyn qızının və Məmmədkərim İbrahim oğlundan miras qalan paya isə həm iddiaçı, həm də cavabdehlərin payları bərabərdir. 8. 2-B-2-550-549-664 saylı vərəsəlik işinə görə X17 payı və Umgülsüm Hüseyn qızının payı İddiaçı1 Əlihuseyn qızı tərəfindən qəbul edilərkən Cavabdeh1 vərəsə olması göstərilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 Heybət oğlu na qarşı ümumi mülkiyyətdən payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3cü Sovet döngəsi 6, 4 saylı evdən payın ayrılaraq sahəsi 14 kv metr olan 3 saylı və sahəsi 6,4 kv metr olan 4 saylı “A” tikinti sahəsindəki otaqlarının və “B” tikinti sahəsində yerləşən sahəsi 17,7 kv metr olan 1 saylı otağın və sahəsi 6,7 kv metr olan 2 saylı mətbəxin onun istifadəsinə verilməsini və ümumi mülkiyyətdə yerləşən həyətdən istifadə qaydalarının müəyyən olunmasını xahiş etmişdir.

10. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin 5/8 hissəsinin mülkiyyətçisidir. Həmin evin 1/8 hissəsinin mülkiyyətçisi Cavabdeh1, 2/8 hissəsinin mülkiyyətçisi isə Cavabdeh2 Heybət oğlunun atası Heybət İbrahim oğludur. Məmmə dkərim İbrahim oğlu 1942-ci ildə vəfat etmişdir. Digər mülkiyyətçi Heybət İbrahim oğlu isə 1950-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra ondan qalan miras payı oğlu Cavabdeh2 Heybət oğlu tərəfindən faktiki-qəbul edilərək idarə olunur, ümumi mülkiyyət “A” və “B” tikinti hissəsindən ibarətdir. “A” tikinti hissəsinin sahəsi 14,0 kv metr olan 3 saylı, sahəsi 6,4 kv metr olan 4 saylı otaqları, “B” tikinti sahəsində yerləşən sahəsi 17,7 kv metr olan 1 saylı, sahəsi 6,2 kv metr olan 2 saylı mətbəxi onun istifadəsindədir. Digər otaqlar və mətbəxlər isə cavabdehlərin istifadəsindədir. Könüllü qaydada ümumi payın ayrılmasına cavabdeh razılıq vermirlər.

11. Cavabdeh1 cavabdeh İddiaçı1 və Bakı şəhəri Tİ və MHQİ-nə qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi” barədə qarşılıql ı iddia verərək, İddiaçı1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini və Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evdən ona çatası payın müəyyən edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin mülkiyyətçiləri X21, Umgülsüm Huseyn qızına, Məmmədkərim İbrahim oğluna və Heybət İbrahimov oğluna məxsus olmuşdur. İddiaçı isə heç bir əsas olmadan evin 5/8 hissəsinin mülkiyyətçisinə çevrilmişdir.

13. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı rədd edərək göstərmişdir ki, Umgülsüm həyat yoldaşının və Kərimağanın nənəsi olmuşdur. Məmmədkərim İbrahim oğlu isə onların atası olmuşdur. X17 vərəsələri isə paylarını ona vermişdir. Ona görə onun payı 5/8 hissə təşkil edir. Ona düşən payın ayrılmasında və iddia tələbində göstərilən otaqların ona verilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı rədd edərək göstərmişdır ki, Bakı şəhəri 3-cü Sovet döngəsi 6da yerləşən 4 saylı evin mülkiyyətçisi olan Umgülsüm onun nənəsi olmuşdur. Məmmədkərim İbrahim oğlu isə onun atası olmuşdur. Kərimov Yusif isə onun əmisi olmuşdur. İddiaçı1 onun qardaşının həyat yoldaşıdır. Onların miras paylara bərabər hüquqları vardır. Ona görə Güldəstənin adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi ona çatası payın müəyyən edilməsinin məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə mübahisəli evə baxış keçirərkən müəyyən etmişdir ki, miras mülk İddiaçı1 və Cavabdeh1 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar.

16. Məhkəmə tikinti ekspertizasının xx.xx.1998-ci il tarixli, 1257 saylı rəyinə əsasən, Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı evin paya müvafiq bölgüsünün aparılması texniki və sanitar cəhətdən mümkün deyildir.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Umgülsüm Hüseyn qızının və Məmmədkərim İbrahim oğlunun vərəsələri İbrahimova X33 Cavabdeh1dur. Onların miras mülkdə yaşamaqla mirası faktiki qəbul edərək idarə edirlər.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-400/1999 nömrəli iş üzrə 15 mart 1999-cu il tarixli qətnaməsi ilə (hakim Fəxrəddin Rzayev) İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 Heybət oğluna ümumi mülkiyyətdən payın ayrılması və həyətdən isti fadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evə dair xx.xx.1997-ci il tarixdə verilmiş 177 kitabın, 8083-cü səhifələrində qeyd edilmiş 30/28428 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Bakı şəhəri, 3-cü Sovet döngəsi, 6, 4 saylı evin 1/2 hissəsinə Cavabdeh1 adına qeydiyyat vəsiqəsinin, 1/2 hissəsinə isə X4 adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Bakı şəhəri Tİ və MHQİ-nin üzərinə qoyulması qət edilmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli miras mülk İddiaçı1 və Cavabdeh1 tərəfindən fakitki qəbul edildiyindən onların hər ikisinin vərəsəlik hüquqları bərabər surətdə tanınmalı, İddiaçı1 adında verilmiş qeydiyy at vəsiqəsi ləğv edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun da miras mülkdə vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, sözügedən qətnamə qanunsuz və əsassız olmaqla 1999-cu ildə həmin mülki işə baxılarkən o, atası Ağahüseyn Məmmədkərim oğluna çatmalı olan paydan məhrum edilmişdir.

22. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 vəkili Vəkil apellyasiya şikayəti müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək şikayətin təmin e dilməsini xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, evin mülkiyyətçisi Məmmədkərim İbrahim oğlunun beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Bunların beşi də vəfat ediblər. Vərəsələrdən Gövhər və Elmira miras evdən pay istəməyiblər. Miras ev iki vərəsə aralarında bölüşdürülüb: Ağaməmməd və Kərimağa. Maraqlı şəxs Nailə İbrahimovanm atası Ağahüseyn vərəsəliyə cəlb edilməyib. Məhkəmə iclasında qarşı tərəf ifadəsində bildirdi ki, hüquqlarını müdafiə etdiyi maraqlı şəxs Nailə İbrahimova 1999-cu ildə Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş, hətta hakim ona demişdir ki, məhkəməyə müraciət etsin. Lakin, Nailə İbrahimova məhkəməyə müraciət etmədi. Bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi maraqlı şəxs Nailə İbrahimova qeyd edir ki, həmin məhkəmə iclasında iştirak etməyib və hakim tərəfindən ona belə bir təklif olunmayıb, miras evin vərəsələr arasında bölünməsindən təzəlikcə xəbər tutub. Əgər belə bir epizod mövcud olsaydı belə, hakim Nailə İbrahimovaya ərizə ilə müraciət etməyi məsləhət görməli deyil, hazırda olduğu kimi işin baxılması təxirə salıb, bütün vərəsələrin cəlb edilməsinə səy göstərməli idi. Hüquqlarını müdafiə etdiyi Nailə İbrahimovanın atası X3 1926-cı ildə həmin evdə anadan olub və 1962-ci ildə həmin evdə vəfat edib. Nailə İbrahimova 09 avqust 1958-ci ildə həmin evdə anadan olub, həmin vaxtdan bu günə kimi həmin evin pasport qeydiyyatındadır. Miras mülkün texniki pasportuna baxdıqda müəyyən olunmuşdur ki, sahəsi 17,4 kv metr olan 5 sıra nömrəli otaq anbar deyil, yaşayış otağıdır. Hüquqlarını müdafiə etdiyi maraqlı tərəf N.İbrahimova bildirmişdir ki, həmin otaqda olan “Bekker” markalı fortepianosu, ayaq tikiş maşını, stol-stul, divan, qab-qacaq var idi, həmin əşyalar bu otaqdan yoxa çıxmışlar. Axırıncı dəfə həmin otaqda təxminən 2 il bundan əvvəl olub, bundan sonra ona öz otağına gəlməyi qarşı tərəf qadağan etdi, səbəb o, idi ki, evlər sökülməlidirlər və buna görə kompensasiya ödəniləcək. Yerli baxış keçirilən zaman oraya çoxsaylı qonşular toplanmış, maraqlı şəxs Nailə İbrahimovanın həmin evdə yaşamasını bildirmişlər. Hüquqlarını müdafiə etdiyi Nailə İbrahimova həmin mülki işə baxılarkən cəlb edilməmiş, buna görə də qətnamə qəbul edildikdən 20 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayəti ilə müraciət etmişdir. Qətnaməyə görə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmiş dir ki, Bakı şəhəri, 3-cü Sovet (hazırda Nərimanov) döngəsi, 6 ünvanda yerləşən 4 saylı ev iki nəfər vərəsələr arasında bölünmüşdür: A hissəsi Cavabdeh1 və A hissəsi diğər qardaş mərhum X1 arvadı İddiaçı1. 1999-cu ildə vərəsəlik işinə baxan Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə zidd olaraq, bütün vərəsələri, yəni hazırki iş üzrə maraqlı şəxs Nailə İbrahimovam cəlb etməmiş və hazırki mübahisə üzrə qanunazidd qərar qəbul etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 vəkilinin dedikləri ilə razı olduğunu, qeyd etmiş, izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin evdə anadan olmuş, orada böyümüşdür, ondan qabaq 1956-cı ildə qardaşı da orada anadan olmuş, lakin sonradan üzər inə çay töküldüyündən yanaraq ölmüşdür. Bu hadisədən sonra ana babası bildirdi ki, uşağı aparıb gətirməsin. O, anası ilə ana babasıgilə tez-tez gedib gəlirdi. Atası sağ olduqda, vəfat etdikdən sonra da ana babasıgilə çox gedib gəlmişdir. Ancaq bu evdə də otağı olmuş, onun açarı onda olmuş, içərisində əşyaları olmuşdur. Onun atası Ağahüseyn 1962-ci ildə, anası isə 1982-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmişdir. 1999-cu ildə bilmişdir ki, 1997ci ildən Güldəstə öz başına heç kimə bildirmədən bütün həyətə çıxarış çıxartdırmışdır. Əmisi bildikdən sonra məhkəməyə müraciət etmiş, özü yenə kənarda qalmışdır. O vaxt məhkəmə işi gedəndə, o, insanlığa, onların mərhəmətinə görə şikayət etməmiş, h eç arxasınca getməmişdir. Mübahisəli evin kommunal xidmətlərinin ödənilməsi ilə bağlı təqdim olunası sübutu yoxdur.

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etmişdir ki, Nailə xanım o evdə qeydiyyata düşməsinə baxmayaraq miras əmlakı nə qanuni, nə də faktiki şəkildə qəbul etməmişdir. O, həmin evdə yaşamamışdır. Nailə İbrahimovanın atası Ağahüseyn 1962-ci ildə, anası isə 1982-ci ildə vəfat etmişdir. Nailə İbrahimova anası vəfat edəndən sonra İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşamışdır. Yerli baxış zamanında müəyyən olundu ki, otaq ya şayış üçün tam yararsızdır, işığı yoxdur, tavanı uçub. Həmin otaq iddiaçı tərəfin istifadəsindədir, oranı anbar kimi istifadə edir. Yerli baxış zamanı üçüncü şəxs Nailə İbrahimova bildirdi ki, evə gələndə öz otağına keçmək üçün qapını döymüş, iddiaçı ona qapını açmışdır. Bütün bunlar bir daha onun dediklərinin həqiqət olmadığını göstərir. Mirası iddiaçı Güldəstə və mərhum cavabdeh Kərimağa qəbul etmişlər. Bu bir daha yerli baxış zamanı öz təsdiqini tapdı. Hətta 1999- cu ildə də, məhkəmə yerli baxış keçirərkən mirası Güldəstə və Kərimağanın qəbul etdiklərini və orada yaşadıqlarını qeyd etmişdir. 1982-ci ildə anası vəfat edəndən sonra da mirası faktiki qəbul etməmiş, bununla bağlı notariat kontoruna müraciət etməmiş, heç bir kommunal xidmətlər və pullar ödəməmişdir. Bütün kommunal xidmətlər, torpaq və digər vergilər İddiaçı1 tərəfindən ödənilmişdir.

25. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 apellyasiya şikayətini qəbul etməmiş, vəkili Nümayəndə izahatına uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X22 ifadəsində qeyd etmişdir ki, Nailə ilə onun valideyinləri əmiuşağıdır. O, şahiddir ki, Nailə həmin həyətdə, ünvanı dəqiq bilmir, Qədirli küçəsindəki evdə 1958-ci ildə anadan olmuşdur. O, Nailə ilə bir yerdə böyümüşlər. Nailənin 4 yaşı olanda atası rəhmətə getdi. Anası dövlət işində işləyirdi, işə gedəndə Nailəni gətirib Bakı şəhəri, İ.Qutqaşınlı 25 ünvanına anasıgilə qoyurdu. Onlar bir həyətdə idi, arada hasar var idi. Nailə ilə uşaqlıqları eyni evdə keçib. Nailənin anası 1981-ci ildə yanvarın 3-cü rəhmətə getdi. Nailə də universitetdə oxuyurdu həmin vaxtlarda. Nailə anasının sağlığından anası rəhmətə gedəndən sonra həmin evə yenə gedib-gəlirdi. Evdə hər şeyi, qabı, qaşığı pianinosu var idi. Kommunal ödəmirdi, ödəməsə də, ora ata evidi, atasından ona nəsə qalmlıdır. Nailə anasının sağlığından Bakı şəhəri, İ.Qutqaşınlı 25 ünvanında yaşayırdı, o biri evə gəlib-gedirdi.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-244/2024 nömrəli mülki iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Fərrux Qasımov) müstəqil tələb irəli sürməyən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdir ilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 6 ünvan-Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı ev) mülkiyyətçiləri X27, Umgülsüm Hüseyn qızı (Nailə İbrahimovanın nənəsi), Məmmədkərim İbrahim oğlu (Nailə İbrahimovanın babası) və Heybət İbrahim oğlu olmuşlar. X23 beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Bunların beşi də vəfat etmişlər. Məmmədkərim İbrahim oğlu 1942-ci ildə, Heybət İbrahim oğlu 1950-ci ildə vəfat etmişlər. X17 vərəsəlik payını X5 Güldəstənin xeyrinə imtina etmişdir. X25 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı Cavabdeh1 xeyrinə imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən miras evə baxış keçirilərkən müəyyən etmişdir ki, miras mülk İddiaçı1 və İbrahimov X28 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. Məhkəmə digər Umgülsüm Huseyn qızının və X18 miras qalan paya isə həm İddiaçı1, həm də cavabdeh İbrahimov X19 paylarını bərabər hesab etmişdir.

29. Məhkəmə hesab etmişdir ki, X17, Umgülsüm Hüseyn qızının, Məmmədkərim İbrahim oğlunun və Heybət İbrahim oğlunun vəfat etmələri və mirasın açılması 1 sentyabr 2000-ci ilədək baş verdiyindən, hazırkı vərəsəlik hüquq münasibətlərindən irəli gələn mübahisəyə həmin vaxt qüvvədə olan (xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllə) maddi hüquq normaları tətbiq edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçü n vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

30. Məhkəmə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvercilik mirasın qəbul edilməsinin 2 formasını müəyyən etmişdir: 1.Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə; 2.Vərəsə, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə; Birinci və ikinci halda göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Vərəsə tərəfindən mirasın faktiki qəbulu və ya vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizənin verilməsi üzrə mirasın qəbul edilməsinə əsas verən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 qeyd etmişdir ki, anası 1982-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmiş, onun orada əmlakları olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evə baxış keçirərkən müəyyən etmişdir ki, miras mülk İddiaçı1 və İbrahimov X28 tərəfindən faktiki qəbul edilərək idarə olunmuşdur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar.

31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsi 4 saylı fərdi yaşayış evinə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı1 yaşadığı həmin evin bir qapısı var və qapının açarı İddiaçı1dır. X8 yaşadığını iddia etdiyi otaq yaşayış üçün tamamilə yararsız vəziyyətdədir. Həmin otaqdan İddiaçı1 anbar k imi istifadə etmişdir. Nailə İbrahimova evə daxil olmaq üçün açarının olmadığını, evə gələndə qapını döydüyünü, X2 qapını açdığını qeyd etmiş, İddiaçı1 bu halı təsdiq etməmişdir.

32. Nailə İbrahimovanın məhkəməyə təqdim etdiyi şahid X14 ifadəsi Nailə İbrahimova tərəfindən mirasın qəbul edilməsinin mötəbər sübutu kimi qəbul oluna bilməz. Belə ki, şahid ifadəsində Nailə İbrahimovanın anasının sağlığından İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşadığını bildirsə də, Nailə İbrahimova izahatında və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı ərizədə anasının vəfatından sonra nənəsinin yanında İ.Qutqaşınlı küçəsi 25 saylı evdə yaşadığını bildirmişdir. X31 miras əmlaka gedib-gəldiyini qeyd etsə də, bu hal başqa mötəbər sübutlarla öz təsdiqini tapmamışdır..Digər tərəfdən Nailə İbrahimovanın müb ahisəli evdə qeydiyyatda olması mirasın qəbul edilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz.

33. Məhkəmə qeyd etmişdir ki, Nailə İbrahimova miras əmlakı faktiki surətdə idarə etməsi və mirasa yiyələnməsi və ya vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi barədə mötəbər sübutlar təqdim etməmişdir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

34. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında X13 özü də etiraf etmişdir ki, 1999-cu ildə bilmişdir ki, 1997-ci ildən Güldəstə öz başına heç kimə bildirmədən bütün həyətə çıxarış çıxartdırmışdır. Əmisi bildikdən sonra məhkəməyə müraciət etm iş, özü yenə kənarda qalmışdır. O vaxt məhkəmə işi gedəndə, o, insanlığa, onların mərhəmtinə görə şikayət etməmiş, heç arxasınca getməmişdir. Qanunvericiliyin tələbinə əsasən, Nailə İbrahimova miras qoyanın vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər – mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallar işin faktiki halları ilə də öz təsdiqini tapmamış, iddiaçı bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya hesab etmişdir ki, X13 mirasın qəbul edilməsi üçün qa nunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür.

35. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olmuşdur.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin (1 sentyabr 2000-ci ilə tarixədək qüvvədə olan) 527,528, 529, 532, 552, 553-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində vərəsəlik məsələsi həll edilərkən bütün vərəsələri cəlb etməli olduğu halda, birinci instansiya məhkəməsi qanunun bu tələbinə etinasız yanaşmışdır. Mülki qanunvericiliyə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Birinci instansiya məhkəməsi əsassız olaraq öz qətnaməsində digər vərəsələrin miras payını qəbul etmədiyini və həmin paya dair heç bir iddia qaldırmadıqlarını bildirmi şdir. Mülki işin materiallarında Bakı şəhəri Yasamal rayonu 64 saylı MİS tərəfindən təqdim edilmiş arayış var və həmin arayışda 19 nəfərin, o cümlədən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 da adı qeyd olunub. Digər tərəfdən, nə İddiaçı1 qaynının qızı olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9, nə də ki, Cavabdeh1 qardaşı qızı olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 vərəsəlik işinə cəlb olunması barədə özünə və ya məhkəməyə xəbər verməmişlər. Bu halı apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində təkrarlamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında heç bir ifadə verməmişdir, çünki, 1999-cu ildə məhkəmədə baxılan vərəsəlik işindən xəbəri olmamış və o, həmin işin baxılmasına cəlb edilməmişdir. Məhkəmə iclasında İddiaçı1 ifadəsində bildir mişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 1999-cu ildə keçirilən məhkəmə iclasında iştirak etmiş, hətta hakim ona təklif etmişdir ki, ərizə ilə məhkəməyə müraciət etsin, lakin, Nailə İbrahimova ərizə təqdim etməyərək, məhkəmə iclasını tərk etmişdir. Əgər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 həmin məhkəmə iclasından xəbəri olsa idi həmin vaxt şikayət edərdi, haqqını tələb edərdi. Apellyasiya şikayətinə arayış təqdim edilmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 1974-cü ildən bu günə kimi miras mülkün passport qeydiyyatındadır. Qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu 64 saylı MİS tərəfindən verilmiş arayış əsasən N.İbrahimova miras mülkün pasport qeydiyyatındadır. Lakin, məhkəmə instansiyaları həmin məsələni heç müzakirə də etməmişlər. Məhkəmə qət namənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməmiş və sübutlara düzgün qiymət verməmişdir.

39. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1253, 1301-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 2.1, 14.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xx.xx.2000-ci ilə tarixədək qüvvədə olan)

41. Maddə 527.Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələ rin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

42. Maddə 528.Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

43. Maddə 529.Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

44. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxs in ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

45. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

46. Maddə

553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər və rəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların a və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə q iymətləndirməyə zərurət görmür.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əs as vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar