Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2032/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X14 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 prosessual hüquqi varisi, həmçinin üçüncü şəxs YYYnın, Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə, iddiaçı V.V.Vnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma (qarşılıqlı iddia: icarə müqavilələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; üçüncü şəxsin iddiası: icarə müqavilələrinin və alqı-satqı mü qaviləsinin etibarsız hesab edilməsi) tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12427/2019 saylı, 01 noyabr 2019cu il tarixli qətnaməsindən üçüncü şəxs YYY tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2(001)553/2017 saylı qətnaməsi ilə (hakim T.S.Kərimov) iddiaçı V.V.Vnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi və orada məskunlaşanlardan azad edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və YYYnın V.V.Vna qarşı iddiaları təmin edilərək Bağlar Təsərrüfatının inkişafı və istis marı Birliyi ilə X5 arasında 21 oktyabr 2005-ci il tarixdə bağlanmış Novxanı ərazisindəki 464 “a” nömrəli bağın istifadəyə verilməsi haqqında 36179 saylı, həmin X2 arasında 21 oktyabr 2005-ci il tarixdə bağlanmış Novxanı ərazisindəki 464 nömrəli bağın istifadəyə verilməsi haqqında 672 saylı müqavilələrin, 464 “A” saylı bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin qeydiyyata alınması və özgəninkiləşdirilməsinə dair bağlanmış 01 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, V.V.Vnın adına 05 avqust 2016-cı il tarixdə verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli, 2(103)1454/2018 saylı qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, S. F.Hacıyev və R.Ə.Eyvazov) ilkin iddia tələbi üzrə iddiaçı V.V.Vnın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli, 2(102)-7878/2018 saylı qərarı ilə (hakimlər: M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) ilkin iddia tələbi üzrə iddiaçı V.V.Vnın kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E. M.Həsənov) ilkin iddia tələbi üzrə iddiaçı V.V.Vnın apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2(102)-5184/2019 saylı qərarı ilə (hakimlər: İ.R.Xələfov, Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) ilkin iddia üzrə iddiaçı V.V.V tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12427/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (ha kimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) ilk iddia üzrə iddiaçı V.V.Vnın apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-553/2017 saylı işi üzrə 30 yanvar 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, V.V.Vnın mülkiyyətində olan ünvan 1 ünvanındakı 0,12 ha torpaq sahəsində qanunsuz inşa edilən fərdi yaşayış binasından Cavabdeh2 çıxarılması, həmin tikilinin sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 (prosessual hüquqi varisi YYY) və Cavabdeh2 cavabdeh V.V.Vna qarşı icarə müqavilələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10 və YYYnın V.V.Vna qarşı icarə müqavilələrinin və a lqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: V.V.V cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfındən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 464 A saylı 0,12 ha torpaq sahəsində qanunsuz yolla inşa edilən fərdi yaşayış binasının Cavabdeh1 öz vəsaiti hesabına sökülməsi və iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 464 A saylı 0,12 ha torpaq sahəsində qanunsuz yolla inşa edilən yarımçıq fərdi yaşayış binasında məskunlaşan Cavabdeh2 torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı V.V.V iddia tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi ra yonu, Novxanı kəndində yerləşən 464 A saylı 0,12 ha torpaq sahəsində qonşu kimi özünü təqdim edən Cavabdeh1 tərəfindən qanunsuz olaraq qısa müddət ərzində fərdi yaşayış binası inşa edilib. Bu haqda Cavabdeh1, Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi rayon 4-cü Polis Bölməsinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən adına verilən və mülkiyyət hüququnu təsdiq edən çıxarışla Cavabdeh1 polis sahə müvəkkilinin iştirakı ilə birlikdə xəbərdarlıq edilmişdir ki, tikinti qanunsuzdur və sökülməlidir. Cavabdeh1 bu xəbərdarlığa məhəl qoymamış və törətdiyi əməli davam etdirəcəyini post patrul xidməti əməkdaşlarının yanında bəyan etmişdir. Cavabdeh1 onun da torpağı daxil olmaqla 0,24 ha torpağı guya mərhum anası tərəfindən hər iki cavabde hə vəsiyyət edilməklə verildiyini bildirsə də, indiyədək hər hansı sənəd təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh1 naxoş vəziyyətdə olan bacısı Cavabdeh2 qanunsuz inşa edilmiş yarımçıq tikiliyə yerləşdirməklə iddiaçıya məxsus torpağı zəbt etdiyini etiraf etmiş olur. Bu da iddiaçının mülkiyyət hüququnun cavabdehlər tərəfindən pozulması kimi qiymətləndirilir. Göstərilən xüsusatla bağlı işin materiallarından görünür ki, cavabdehlərin yaşamaları üçün evlərinin olmalarına baxmayaraq, iddiaçıya məxsus qeyri-yaşayış sahəsini gəlir əldə etmək məqsədi ilə qeyriqanuni olaraq zəbt etmişlər. Ona məxsus torpaq sahəsi üzərindəki qanunsuz tikili sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılmalı, onun mülkiyyət hüququ tam təmin olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabde h V.V.Vna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “21 oktyabr 2005-ci il tarixli 36179 saylı, 21 oktyabr 2005-ci il tarixli 672 saylı icarə müqavilələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın tamamilə təmin edilməməsi, 21 oktyabr 2005-ci il tarixli 36179 saylı, 21 oktyabr 2005-ci il tarixli 672 saylı icarə müqavilələrinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* saylı çıxarışın iddiaçıya verilməsinə əsas olmuş alqı-satqı və sair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cava bdehin mülkiyyətçisi olduğunu iddia etdiyi torpaq sahəsi hələ 1958-1959-cu illərdən mərhum anaları X6 və onların icarələrində, faktiki sahibliklərində və istifadələrində olmuşdur. Bu bağ sahəsi rəhmətlik analarının və onların mülkiyyətinə verilmişdir. Hazırkı mübahisə yarandığı andan ondan nümayəndələri vasitəsilə həmin bağ sahəsinə dair sənədlərin tələb edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsələr də, həmin sənədləri əldə etmək mümkün olmamışdır. О, sənədlərlə sübut edilir ki, cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsi onların qanuni istifadələrində olmuşdur, həmin torpaq sahəsinə 57 il mübahisəsiz olaraq sahiblik etmiş və ondan istifadə etmişlər. Əhədova Lalə Kamal qızı adlı şəxsi isə bir dəfə də olsun görməmişlər və tanımamışlar. O, bir dəfə də olsun həmin sahəyə gəlməmiş, gəlmiş olsa idi, torpağın sahibləri və istifadəçiləri təkcə Solmaz deyil, digər şəxslərin də olmasını müəyyən edərdi. X8 ilə cavabdeh arasında həmin bağ sahəsinə dair bağlanmış bütün müqavilələr yalan, uydurma əqdlərdir və real hüquqi nəticələr doğurmaq üçün bağlanmamışdır, hesab edir ki, həmin əqdlər etibarsızdır. Cavabdeh V.V.V əslində onlarla ailə və şəxsi münasibətləri korlanmış bacıları SSS-in əlində onlara qarşı bir alət kimi istifadə olunur. X1 21 oktyabr 2005-ci ildə hansısa qanunsuz yollarla mərhum analarının adına olan müqaviləni dəyişdirmiş və öz adına 21 oktyabr 2005-ci il tarixli, 36179 saylı, analarının adına isə, həmin tarixdə 372 saylı müqavilə hazırlatmışdır. Halbuki, hələ sovet hakimiyyəti dövründə, yəni 1959-cu ildə ailə üzvlərinin də say ı nəzərə alınmaqla, icarəçi mərhum anaları olmaqla onlara 24 sot bağ sahəsi ayrılmışdı. İstər о vaxt, istərsə də 2007-ci ilədək vətəndaşlarla bağ sahələrinin icarəsinə dair bağlanmış müqavilələrdə göstərilir ki, “bu müqavilədə dəyişikliklər istifadəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olduqda təsdiqedici sənədlər əsasında icra edilir”. Müqavilənin bu şərtinə, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlarımış əqd etibarsızdır”. Bərabər paylarla mərhum anaları, onlara və X1na məxsus olan həmin bağ sahəsinin kiməsə satılması, yaxud da, hansısa qaydada bölünməsi haqqında tərəflərindən heç kimə razılıq verilməmiş və bu barədə aralarında heç vaxt hər hansı söhbət belə olmamışdır. Həmin bağ sahəsinin 21 oktyabr 2005-ci ildə onların xəbərləri və razılıqları olmadan iki yerə bölünməsi, bölünmüş bir hissəyə dair X5 ilə icarə müqaviləsinin bağlanması, sonuncunun da hansısa formada qanunsuz olaraq ilk iddia üzrə iddiaçı V.V.Vnın mülkiyyətinə keçirilməsi tamamilə qanunsuzdur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X10 və YYY ilk iddia tələbi üzrə iddiaçı V.V.Vna qarşı “21 oktyabr 2005-ci il tarixli 36179 saylı, 21 oktyabr 2005-ci il tarixli 672 saylı icarə müqavilələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın tamamilə təmin edilməməsi, 21 oktyabr 2005-ci il tarixli 36179 saylı, 21 oktyabr 2005-ci il tarixli 672 saylı icarə müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş ******* saylı çıxarışın iddiaçıya verilməsinə əsas olmuş alqı-satqı və sair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.Həmin iddia tələbi qarşılıqlı iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq üçüncü şəxs YYY həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs YYY və vəkili Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 prosessual hüquqi varisi, həmçinin üçüncü şəxs YYY və Cavabdeh2 nümayəndəsi X7 vəkilsiz iştrak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən üçüncü şəxs YYYnın kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, 2005-ci ilin oktyabr ayında X11 ərizə ilə Bakı Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyinə müraciət edərək 464 saylı bağ sahəsinin 0,12 ha hissəsinin qızı X12 qızının adına sənədləşdirilməsini xahiş etmiş və ailə üzvlərindən Cavabdeh2(qarşılıqlı iddiaçı) və Nuriyev Dərgah buna razılıq vermişlər. 21 oktyabr 2005-ci il tarixdə sahəsi 0,12 ha olan 464 “a” saylı bağ sahəsinə X12 qızı ilə icarə müqaviləsi bağlanmış, icarə müddəti 21 oktyabr 2015-ci il tarixədək müəyyən edilmişdir. 27 iyul 2016cı il tarixdə X12 qızının bağ sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Bakı şəhəri 12 saylı Notariat Kontorunda bağlanmış 01 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin bağ V.V.Vna satılmış və sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, respublikamız müstəqillik ə ldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq yalnız 22 may 2007-ci ildə bağlar təsərrüfatı idarələri ləğv edildikdən sonra bağ torpaq sahələrinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandığından və “Torpaq İslahatı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunlara 01 fevral 2008-ci il tarixli Qanunla edilmiş əlavə və dəyişiklərdən sonra icarəsində bağ sahələri olan vətəndaşlar bu hüquqlarını reallaşdırmağa başladıqlarından qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının qanuni əsası da olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 36179 və 672 saylı icarə müqavilələri 21 oktyabr 2005-ci il tarixdə bağlanmasına baxmayaraq həmin müqavilələrin etibarsızlığı barədə iddialar 2016-cı ili n oktyabr ayında, yəni 11 ildən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu müddətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində müəyyən olunmuş iddia müddətlərinə aid olmadığından, 375.2-ci maddə də müəyyən olunmuş qaydaya əməl edilməsinə, yəni iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac yoxdur. Ərizənin verilməsindən asılı olmayaraq müddətin ötürülməsi qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının təmin edilməməsi üçün müstəqil əsasdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə, iddia tələbində qeyd olunan Azərbay can Respublikası Konstitusiyasının 29-cu, MM-nin 152, 157,180.4-cü maddələrinin tələbləri baxımından iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs YYY tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-124 27/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2032/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2032/2020
15.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver