Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2032/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Tovuz Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər X6, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-284/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Gədəbəy Rayon İcra Hakimiyyətinin 12 dekabr 1996-cı il tarixli, 256 saylı sərəncamı və A-00525 saylı Dövlət aktına əsasən, X2 adına “Qartal” fermer təsərrüfatı yaradılmış və 264 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır;
3. Notarial qaydada təsdiq xx.xx.2015-ci il tarixli, 2V-01-187 saylı vəsiyyətnaməyə əsasən, X7 mülkiyyətində olan əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir;
4. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2017-ci il tarixli, 8 saylı sərəncamına və 14 iyul 2017-ci il tarixli, 5 saylı icarə müqaviləsinə əsasən, Tovuz rayonu Ceyrançöl qış otlağı sahəsindən X6 15 il müddətinə 150 manat icarə haqqı ödəmək şərti ilə 150 ha torpaq sahəs i icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin Gədəbəy Rayon İcra Hakimiyyətinin 256 saylı, 12 dekabr 1996-cı il tarixli sərəncamı və həmin sərəncam əsasında verilmiş A-001525 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı ilə atasına məxsus olan torpaq sahəsindən çıxarılmasına, qeyd olunan torpaq sahəsinin qanuni sahibliyinə təhvil verilməsinə, qanunsuz müdaxiləyə son qoyulmasına və vurulmuş ziyana görə 8000 manat pulun cavabdeh və maraqlı şəxslərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləş irilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin əsl cavabdehlər X9 və Cavabdeh2 ilə əvəz edilməsini xahiş edərək, Tovuz Rayon İcra Hakimiyyətinin Gədəbəy Rayon İcra Hakimiyyətinin 256 saylı, 12 dekabr 1996-cı il tarixli sərəncamı və həmin sərəncam əsasında verilmiş A-001525 saylı torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı ilə atasına məxsus olan torpaq sahəsindən çıxarılmasına, qeyd olunan torpaq sahəsinin qanuni sahibliyinə təhvil verilməsinə, qanunsuz müdaxiləyə son qoyulmasına və vurulmuş ziyana görə 8000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Gədəbəy Rayon İcra hakimiyyətinin 256 saylı, 12 dekabr 1996-cı il tarixli sərəncamı əsasında əvvəllər Gədəbəy rayonu ərazisi hesab olunan indiki Tovuz rayonu Kür qırağının qarşı tərəfində, yəni Tovuz rayonu, Hunanlar kəndinin paralelində yerləşən 264 ha torpaq sahəsi X1na verilmişdir. Həmin tarixdən etibarən mübahisə olunan torpaq sahəsi mərhum atasının, həmçinin onların istifadəsində olmuşdur. Həmin sərəncam əsasında atasının adına A-001525 saylı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı verilmişdir. X1 2015-ci ilin iyun ayında vəfat etmiş, atasının vəfatından sonra həmin torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsində olmuş, lakin 2016-cı ilin oktyabr ayından başlayaraq, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və cavabdehlər ona həmin torpaq sahə sindən istifadə etməsinə imkan verməmişlər. Tovuz Rayon İcra Hakimiyyətinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq rəsmi bildirilmişdir ki, həmin torpaq sahəsi satılmamış və ya istifadəyə verilməmişdir. Yalnız torpaq sahəsi ehtiyat fond torpaqlarına əlavə edilmişdir. İddiaçı qeyd etmişdir ki, atası ona vəsiyyətnamə vermiş, həmin vəsiyyətnamə üzrə bütün əmlakını ona vəsiyyət etmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun həmin torpaq sahəsi üzərində qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.
8. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi Tovuz Rayon ərazisinə verilməklə dövlətin mülkiyyətindədir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 150 ha hissəsi Tovuz Rayo n İcra Hakimiyyəti Başçısının 16 yanvar 2017-ci il tarixli, 8 saylı sərəncamına və 14 iyul 2017-ci il tarixli, 5 saylı icarə müqaviləsinə əsasən X6 15 il müddətinə, illik 150 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verilmişdir. Həmin müqavilə İddiaçı mülkiyyət hüquqlarını pozmur. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin qalan hissəsi isə icarəyə verilməmişdir. Ona görə də, iş üzrə qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 8 avqust 2022-ci il tarixli, 2(062)-1464/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, cavabdeh X5 Gədəbəy Rayon İcra Hakimiyyətinin 12 dekabr 1996-cı il tarixli, 256 saylı sərəncamına və A-00525 saylı Dövlət aktına əsasən, X2 adına qeydiyyata alınmış və i ddiaçının sahiblik və istifadəsində olan 256 ha torpaq sahəsinin istifadə etdiyi 150 ha hissəsindən çıxarılması, cavabdeh X4 torpaq sahəsindən qanunusuz istifadə etdiyi müddət üçün ümumilikdə 750 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, cavabdehin həmin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması və X8 256 ha torpaq sahəsindən istifadəyə mövcud olan hər cür maneələrin aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, C.Hüseynov hər hansı hüquqi əsas olmadan dövlət aktına əsasən mərhum Z.Yusifovun daimi istifadəsində olan torpaq sahəsinin 150 ha hissəsinə sahiblik edərək, həmin torpaq sahəsindən istifadə etmiş nəticədə mərhumun vərəsələri vərəsəlik hüquqlarını və bundan irəli gələn vəzifələrini də ye rinə yetirmək imkanlarından məhrum olmuşlar. Cavabdeh C.Hüseynov torpaq sahəsindən istifadə hüququnun olması və hüququ icarə müqaviləsi əsasında həyata keçirdiyi barədə dəlillər irəli sürsə də, məhkəmə həmin dəllilləri qəbul etməmiş və qeyd etmişdir ki, icarə müqaviləsi hər hansı hüquqi qüvvəsi olmayan bir müqavilədir.
11. Belə ki, həmin icarə müqviləsi Tovuz Rayon İcra Hakimiyyəti ilə bağlanmış və həmin müqaviləni sonuncu təsdiq etmişdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, icarə müqviləsi məhkəmə tərəfindən etibarsız hesab edilib edilməməsindən asılı olmayaraq özlüyündə etibarsız əqdir.
13. Məhkəmənin qənaətinə görə, Tovuz Rayon İcra Hakimiyyəti C.Hüsynovla bağladığı icarə müqviləsi dövlət qeydiyyatına alınmadığından əhəmiyyətsiz əqddir.
14. Məhkəmə dəymiş ziyanla bağlı isə iddianı q ismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh C.Hüseynov mübahisəli torpaq sahəsinin icarəsi ilə bağlı 2017-ci ilin iyul ayından hazırki vaxtadək Tovuz Rayon İcra Hakimiyyətinə 150 manat məbləğində icarə haqqı ödəmişdir.
15. Məhkəmənin qənaətinə görə iddiaçı hər il üçün 150 manat olmaqla, cəmi 750 manat (beş illik icarə haqqı) miqdarında dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə digər Cavabdeh2 münasibətdə heç bir sübut təqdim edilmədiyindən hesab etmişdir ki, iddia ona aid hissədə əsassızdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 706.2, 1151.1, 1255-ci maddələrinə, Torpaq Məcəlləsinin 2, 67, 73, 84, 109-cu maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra-Mülki Prosessual Məcəllə) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh X9 və üçüncü şəxs Tovuz Rayon İcra Hakimiyyəti ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Cavabdeh Cilingir Hüseynovun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində atasına məxsus olan və atasının istifadəsində olmuş torpaq sahəsinin mübahisəsini aparmışdır. İddiaçının atası vəfat edib, torpaq isə Tovuz Rayon İcra Hakimiyyətinin mülkiyyə tindədir. Torpağın istifadəçisi yoxdur, mülkiyyətçi isə Tovuz Rayon İcra Hakimiyyətidir. İddiaçının subyektiv hüququ olsa belə, məhkəmə heç bir ekspertiza keçirmədən onun tərəfindən torpağın zəbt edilməsi qənaətinə gəlmişdir. İddiaçının atasının ona verdiyi vəsiyyətnamənin mövcudluğu məlum deyilsə, onun adına çıxarış yoxdursa o, hazırkı iddia tələbi ilə müraciət edə bilməz. Məhkəmənin cavabdehlə Tovuz Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilənin hüquqi qüvvəsinin olmaması barədə gəldiyi nəticə isə yanlışdır. Tovuz Rayon İcra Hakimiyyəti ilə onun arasında xx.xx.2017-ci il tarixdə, 5 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə 14H saylı sahədən 150 ha torpaq sahəsi 15 illik müddətə onun icarəsinə verilmişdir. Müqavilə tərəflərin imzası və icarə verənin möhürü ilə təsdiq edilmişdir. İcarə verilmiş torpaq sahəsinin kadastr sənədi də mövcuddur.
20. Üçüncü şəxs Tovuz Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İddiaçının subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsinin cavabdehlə Tovuz Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilənin hüquqi qüvvəsinin olmaması barədə gəldiyi nəticə də yanlışdır. Belə ki, mübahisələndirilən müqaviləyə görə 14 H saylı sahədən 150 ha torpaq sahəsi 15 illik müddətə cavabdehin icarəsinə verilmişdir. Məhkəmə iddiaçının atasının istifadəsində olmuş torpaq sahəsi ilə Cilingir Hüseynovun istifadəsində olmuş torpaq sahəsinin kəsişməsini, iddiaçının atasının istifa dəsində olmuş torpaq sahəsinə necə müdaxilə edildiyini, oraya daxil olmağını heç bir araşdırma aparmadan, ekspertiza təyin etmədən müəyyən etmişdir.
21. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahələrinin üst-üstə düşübdüşmədiyini müəyyən etmək üçün 17 yanvar 2023-cü il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7582 nömrəli ekspert rəyi ilə arxiv məlumatlarında hər hansı məlumat olmadığından X6 ayrılan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsinin mümkün olmadığı, torpaq sahəsinin koordinatlarının faktiki istifadədə olan torpaq sahəsinin texniki sənədlərdə olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-284/2023 nömrəli mülki iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azər Bayramov - sədrlik edən və məruzəçi, Rəşad Mamedov və Aygül İsgəndərova) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Tovuz Rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2017-ci il tarixli, 8 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli, 5 nömrəli icarə müqaviləsi əsasında cavabdeh X5 icarəsinə verilmişdir.
24. Müəyyən edilmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsi icarə müqaviləsi üzrə yaranmış m ünasibətlərdən irəli gəlir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericilik icarə predmetinə münasibətdə qanunsuz müdaxilə və maneələrin aradan qaldırılmasına mülkiyyətçi ilə icarəçinin hüquqlarının eyniləşdirilməsi prizmasından yanaşır. Bu yanaşma bilavasitə icarə müqaviləsinin məzmunundan irəli gəlir və icarəçinin torpaq üzərində sahiblik və istifadə hüquqlarının mühafizəsinə yönəlmişdir. Belə olan halda, yəni Tovuz Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən cavabdeh X6 torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi qüvvədə olduğu müddətdə cavabdehin həmin torpaq sahəsindən istifadəsi qanuni əs aslara söykənir.
27. Məhkəmə kollegiyası təmin olunmuş ziyan məbləğinə münasibətdə isə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin faktiki hallarına əsasən cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsi icarə müqaviləsinə əsasən əmələ gəlmiş, qanunsuz olmamışdır. Belə vəziyyətdə cavabdehin iddiaçı qarşısında hansı əsaslara görə mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmamışdır.
29. Məhkəmə kollegiyası iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh2 hazırkı iddiaya cavab verməli şəxs deyild ir. Cavabdeh2 iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsini zəbt etməsi, qanunsuz müdaxilə etməsi və bununla bağlı ona ziyan vurması iş materialları ilə müəyyən edilməmişdir.
30. Məhkəmə qeyd etmişdir ki, o, üçüncü şəxs Tovuz Rayon İcra Hakimiyyətinin Başçısının müavini vəzifəsində işləyir və həmin orqanı təmsil edir. Həmin orqan isə işə üçüncü şəxs kimi işə cəlb edilmişdir. Belə vəziyyətdə qeyd edilən cavabdehə qarşı tələbin yönəldilməsinin əsasları məlum deyildir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.5, 157.8, 158.4, 1097.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə, İcarə haqqında” Azərbaycan Respublikası Qanunna, “Torpaq icarəsi haqqında” Azərbaycan Respubl ikası Qanuna istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil İddiaçı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərfəfindən mülkiyyət hüquququn müdafiəsi ilə bağlı maddi hüquq normalarının tələbləri pozulmuşdur.
34. Belə ki, məhkəmə nəzəzrə almamışdı ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 256 saylı sərancamı ilə əvəllər Gədəbəy rayon İnzibati ərazisi hesab edilən hazırda Tovuz rayonu Kür çayının qarşı tərəfində, Tovuz rayonu Humanlı kənd i paralerində yerləşən 264 ha torpaq sahəsi X3 verilmişdi. Həmin topraq səhəsinə dair A001525 saylı dövlət aktı verilmiş, həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur.
35. İddiaçı eyni zamanda qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən tərəfindən vəsatət verilərək hazırki işin dayandırılması xahiş etmişdir. Vəsatəti də onunla əsaslandırmışdıq ki, Gəncə İnzibati Məhkəməsində Tovuz Rayonu İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 8 saylı sərəncamın ləğv edilməsinə dair iddia qaldırılmışdır. Lakin məhkəmə heç bir əsaslı səbəb göstərmədən vəstəti təmin etməmişdir. Halbuki, həmin işin həlli hazırkı işlə bir başa əlaqəli olmuşdur. Bu baxımdan da hesab etmişdir ki, məhkəmə tərəfindən prossesual hüquq normalarının tələbləri pozulmuşdur.
36. Kassator şikayətini Mülk i Məcəllənin 152.1, 152.5, 157-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9,14.1, 14.2, 77.1, 97-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasay dı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifada etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Tovuz Rayon İcra Hakimiyyəti Başçısının 16 yanvar 2017-ci il tarixli, 8 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli, 5 nömrəli icarə müqaviləsi əsasında cavabdeh X5 icarəsinə verilmişdir. Cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsi icarə müqaviləsi üzrə yaranmış münasibətlərdən irəli gəlir. Odur ki, iddiaçının tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmir. E yni zamanda cavabdehə aid sənədlərin inzibati məhkəmədə mübahisələndirilməsi hazırkı işə baxılmasına mane təşkil etməmişdir.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti tə min edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-284/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.