Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2033/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2033/22 Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9517/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı ş əhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
2. Cavabdeh İddiaçı oğludur.
3. İddiaçı, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh tam mülkiyyət hüquqi ilə ona məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh mütəmadi olaraq ona fiziki güc tətbiq etməklə müxtəlif xəsarətlər yetirmişdir. Bununla əlaqədar olaraq Bakı Şəhəri Nizami RPİnin 25-ci Polis Bölməsinə müraciətlər etmişdir. Lakin bu da bir nəticə verməmiş, sonda 2020-ci ilin mart ayının 15-dən etibarən güc tətbiq etməklə onu mənzildən qovmuşdur. Hazırda kirayədə yaşamaq məcburiyyətində qaİmışdır.
6. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilindən 3000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəmə sində Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş, tələbin təmin olunmamasını xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1833/2020 nömrəli iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddianın təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzildən istifadə hüququna 3.000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh 28 oktyabr 2000-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzildə qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli hüquq münasibətləri 01 sentyabr 2000-ci il tarixdən sonra yaranmışdır. Be lə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh mübahisəli mənzildə yaşamır, özünə məxsus mənzili vardır. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzildə yaşamır. Özünün evi vardır. Mübahisəli mənzilə ehtiyacı yoxdur. Lakin, həmin evdə istifadə hüququnun saxlanılmasını istəyir. Göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıyır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2, 228.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi nə dair» 27.05.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 2(103)-3052/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsus olsa da, Cavabdeh iddiaçının ailə üzvü olaraq həmin mənzildə yaşaması və istifadəsi hüququ iddiaçının adına verilmiş order əsasında müəyyən olunduğundan, iddiaçı yalnız kompensasiya təklif etməklə, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun xitam verilməsini tələb edə bilər. Hazırki halda, yəni kompensasiya verilmədən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı kassasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) 2(102)-4660/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-3052/21 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
15. Kassasiya məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq tələbin yönəldiyi cavabdehin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmasına imkan verməsini müəyyən etməlidir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirsə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsinin mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdiyi halda məhkəmə aktında bununla bağlı mövqeyini göstərməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) 2(103)-9517/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1833/2020 nömrəli, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki və hüquqi istinadlar ilə təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, iddia üzrə iddiaçının subyektiv tələbi müstəvisində sübutların təqdim edilməməsi, iddianın da təmin edilməsinə əsaslar müəyyən etmir. Halbuki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsasla ndırmamışdır.
18. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə və qeyd edilən qanunvericilik müddəalarının tələblərinə müvafiq qeyd edilməlidir ki, iddiaçı iddia edilən tələblərə və istinad etdiyi hallara, habelə müəyyən dövrdə eyni şəraitə uyğun kifayət etməsi üçün kompensasiya məbləğinə dair sübutlar və ya vəsatətlər təqdim etməmişdir. Məhkəmə kollegiyası, səlahiyyət və apellyasiya icraatının həddi baxımından təklif olunan kompensasiya məbləğinin (cavabdehin razı olmadığı şəraitdə) qənaətbəxş olmasına əsaslar müəyyən etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, iddiaçının ilkin tələbi müvafiq kompensasiya təklif olunmadan mənzildə olan istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Bundan sonra isə 3000 manat kompensasiya təklif olunmaqla istifadə hüququna xitam verilməsi və təkrar olaraq yenidən 26.11.2020-ci il tarixdə kompensasiya təklif olunmadan istifadə hüququna xitam verilməsinə dair ərizələr iş materiallarına əlavə olunmuşdur.
21. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbi əsasında tərtib edilmiş, ərizənin məzmunu və tələb məhkəmənin qətnaməsinə daxil edilmişdir. Ondan sonra daxil olmuş ərizə isə cavabdeh tərəfə təqdim olunmamış, məhkəmə tərəfindən icraata qəbul edilməsi təmin olunmamış, qətnaməyə daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə təklif olunan kompensasiya məbləğin in davamlı surətdə müəyyən müddət ərzində başqa yaşayış yerində yaşamağa imkan verilməməsi ilə bağlıdır.
22. Beləliklə işin hallarından da müəyyən olunur ki, iddia tələbi müvafiq kompensasiya verilməklə istifadə hüququnun itirilməsi ilə bağlıdır. Digər tərəfdən qeyd edilməlidir ki, kompensasiyanın məbləği iddia tələbinə daxil olmadığı kimi, onun məbləğinin müəyyən etmək də məhz iddiaçı mülkiyyətçiyə aid olan məsələdir, bununla yanaşı məhkəmələr kompensasiyanın məbləğini mülkiyyətçinin razılığını əsas götürməklə iddiaçı tərəfin tələb edib etməməsindən asılı olmayaraq müəyyən edilə bilər. Birinci instansiya məhkəməsini qətnaməsindən apellyasiya şikayəti verməyən iddiaçı məhz həmin məbləğə münasibətdə razılığını açıq bəyan etmişdir. Bu halda apellyasiya instansiya məhkəməsinin birinci instans iya məhkəməsinin iddia tələbində kənar çıxmasına dair mövqeyi əsaslı hesab edilə bilməz. Daha sonra iddiaçı və onun nümayəndəsi, vəkili tərəfindən 20 oktyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə etiraz təqdim edilmiş və 5.000 manat məbləğində kompensasiya ödənilməsini təklif etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
24. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
27. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və iddia çı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kollegiya bildirir ki, mübahisənin düzgün hüquqi həlli üçün əvvəlcə cavabdehin sözügedən mənzil üzərində istifadə hüqu qunun olub-olmadığı müəyyənləşdirilməlidir.
35. Məlum olduğu kimi mənzildən istifadə (şəxsi servitut) hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür (§ 27).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilm ədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
37. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, 63 nömrəli evin 104 saylı mənzilində yaşamadığını, özünün şəxsi evinin olduğunu bildirmişdir.
38. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə cavabdehin başqa başqa yaşayış yerinin olub-olmadığını, başqa sözlə onun öz mənzil ehtiyacını daimi əsaslarla başqa yaşayış sahəsində qarşılayıb-qarşılamadığını araşdırmalı, bu xüsusata dair toplanmış sübutları qiymətləndirməli, nəticəsindən asılı olaraq cavabdehin mübahisə predmeti olan mənzil üzərində istifadə hüququnun olub-olmadığına yekun hüquqi qiymət verməlidir.
39. Cavabdehin mənzildən istifadə hüququ qaldığı halda iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olub-olmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməlidir.
40. Bu xüsusatla bağl ı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalı şmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazl aşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.
41. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
42. Hazırkı işə baxmış əvvəlki kassasiya kollegiyasının da bu istiqamətdə hüquqi mövqe sərgiləməsinə baxmayaraq, apellyasiya məhkəməsi həmin gsötrəişi yerinə yetirməməklə, MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur (§ 30).
43. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla mübahisənin yenidən araşdırılıması və nəticəsindən asılı olaraq qərar qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9517/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov