Məhkəmə qərarları › İş №2(102)-2035/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2035/2023

06.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2035/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Gədəbəy rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik payının müəyyən edilməsi, mirasın qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1169/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaç ı2 verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X10 ilə X6 3 mart 1961-ci il tarixdən rəsmi nikah münasibətlərində olmuşlar. İddiaçılar və Cavabdeh onların birgə nikahdan doğulan övladlarıdır.

3. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi X3 adına (miras qoyan) 2 mart 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir.

4. Miras qoyan X10 7 iyun 2018-ci il tarixdə ölmüşdür.

5. Miras qoyanın öldüyü məqamda sağ olan yaxın qohumları əri X6 və övladla rı İddiaçı1, İddiaçı2 və Cavabdeh olmuşdur. 6. 5 sentyabr 2018-ci il tarixdə Cavabdeh Gədəbəy Rayon Notariat Kontoruna mirasın qəbulu ilə bağlı müraciət etmişdir.

7. X7 isə 7 avqust 2019-cu il tarixdə həmin notariat kontoruna ərizə ünvanlayaraq arvadından ona düşən miras əmlakı qəbul etmədiyini bildirmişdir. 8. 28 avqust 2019-cu il tarixdə X8 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak sonuncunun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.

9. Miras qoyanın əri X7 7 may 2021-ci il tarixdə ölmüşdür.

10. İddiaçılar 22 noyabr 2021-ci il tarixdə analarından qalan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmişlər, müraciətlərindən imtina edilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar məhkəməyə iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdeh X4 adına miras əmlaka dair Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət huququ haqqında çıxarışın etibarsız hesab edilməsi, iddiaçılar tərəfindən miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində İddiaçı1, İddiaçı2 və X4 bərabər hissələrdə paylarının müəyyən edilməsi və həmin əmlaka dair bərabərhüquqlu mülkiyyətçilər kimi əmlak üzərində hər birinin payı bərabər olmaqla İddiaçı1, İddiaçı2 və X8 mülkiyyət hüququ haqqında çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X11 iddiaçıların qardaşıdır. İddiaçıların anası X10 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Nazlı İsmayılova vəfat etdiyi tarixə qədər Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.metr olan fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Nazlı İsmayılova ölməmişdən əvvəl cavabdeh Zövqi Məmmədov onun yanında olmuş, bununla belə o, çox pis vəziyyətdə olmuşdur. Belə ki, Zövqi Məmmədov arvadı ilə birlikdə onu natəmiz şəraitdə saxlamışlar, natəmizlik onun vəziyyətini pisləşdirmişdir. Həmin ərəfədə Zövqi Məmmədov bacıları İddiaçı2 və İddiaçı1 zəng edərək analarının vəziyyətinin pis olduğunu bildirmiş, İradə dərhal Moskvadan Bakıya gəlib, anasını digər bacısı Nailənin evinə aparmışdır. Bacılar həmin gün analarına baxmış, onun qulluğunda dayanmışlar və yalnız bundan sonra ana özünü yaxşı hiss etmiş və günlərdir yata bilmədiyi halda dərin yuxuya getmişdir. X17 bacılarından ananın bir gün ərzində necə yaxşılaşdığının səbəbini soruşmuş, bacılar da sadəcə anaya qulluq etdiklərini, nəticədə bu vaxta qədər baxımsız qalan ananın vəziyyətinin yaxşılaşdığını bildirmişlər. Beləliklə, bacılar bir ay müddətində anaya baxıb onu sağaltmışlar. Bundan sonra ana onlardan razı qalıb, məhz onlarla birlikdə yaşamaq isdədiyini bildirmişdir. Bir müddət sonra Zövqi Məmmədov anasını gəzdirmək adı ilə onu bacısının evindən götürüb aparmış və iradəsinin ziddinə olaraq ölənə qədər öz evində saxlamışdır. Yaşlı qadın qızıyla yaşamaq istədiyini bildirs ə də oğul buna imkan verməmişdir. Bacılar ananı qardaş evində ziyarət etmişlər və qardaşla mübahisələri yaranmaması üçün güzəştə getməyə məcbur olmuşlar. Qısa müddət sonra Nazlı İsmayılova xx.xx.2018-ci il tarixində vəfat elmişdir. Mərhumun dəfn, həmçinin bütün mərasim xərcləri İddiaçı2 ilə İddiaçı1 tərəfindən qarşılanmışdır. Mərasim müddətində İddiaçı2 ilə İddiaçı1 miras əmlakda birgə yaşamış, həmin əmlakı saxlamış, xərclərini çəkmişlər. Qırx mərasimindən sonra Zövqi Məmmədovun arvadı ilə İddiaçı2 və İddiaçı1 arasında mübahisə düşmüş, gərgin münaqişə yaşanmışdır. Cavabdehin yoldaşı iddiaçılara böhtan alaraq hüquq-mühafizə orqanlarına müraciət edərək döyüldüyünü iddia etmiş, lakin bu iddiası təsdiq olunmadığına görə heç bir araşdırma aparılmamışdır. Yas mərasimindən sonra Zövqi Məmmədov at asının ona bağışladığı, Bakı şəhərində yerləşən evinə qayıtmış, ata isə ölənə qədər miras əmlakda yaşamışdır. Həmin müddət ərzində cavabdeh və ailəsi ataya baxmamış, onun yaşadığı evə belə getməmişlər. İddiaçılar isə həmin evə gəlib-getmiş, ananın qulluğunda dayanmış, ev təsərrüfatı ilə məşğul olmuşlar. Hətta iddiaçılar hal-hazırda həmin evdə pasport qeydiyyatındadırlar. 2020-ci ilin dekabr ayında ata yıxılaraq xəsarət alır, tək yaşadığına görə heç kəs səsini eşilmir. Miras əmlakın qonşuluğunda yaşayan əmigəlini Nuranə xanım Zövqi Məmmədova zəng edərək atanın vəziyyətinin pis olduğunu bildirir, lakin cavabdeh atasına baxmaq üçün kəndə gəlmir. Belə olan halda Nuranə xanım daha sonra iddiaçılara zəng edir və İddiaçı1 bununla əlaqədar Moskva şəhərindən Azərbaycana gəlir. Həmin ərəfədə pandemi ya dövrü olduğundan Moskvadan birbaşa reyslər həyata keçirilməmiş və İddiaçı1 İstanbuldan keçməklə min bir əziyyətlə özünü atasının yanına çatdırmışdır. Zövqi Məmmədov isə Bakıdan rayonda yaşayan atanın yanına getməmişdir. İddiaçılar ataya bir ay ərzində özləri baxmış, onun bütün xərclərini qarşılamış, qulluğunda olmuşlar. Lakin ata bir aydan sonra öz evində (miras əmlakda) yaşamaq istədiyini bildirmişdir. Bu səbəbdən İddiaçı2 öz ailəsini və evini qoyub xəstə atasına baxmaq üçün miras əmlakda atası ölənə qədər onunla birlikdə yaşamışdır. Həmin evin açarları indiyə qədər də iddiaçılardadır. Bütün bu hallar bir daha təsdiq edir ki. miras əmlakı iddiaçılar faktiki olaraq qəbul etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili, iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh ona verilən suallara cavab verərək bildirmişdir ki, anası öldükdən sora bacıları həmin evə gəlib getmişlər, yas mərasimlərini orda onlar üçü birlikdə vermişlər. Bacısı hər dəfə gəldikdə həmin evə düşdüyünü bildirmişdir.

14. Sabunçu Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli, iş N e-2(008)-1544/2022) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X10 xx.xx.2018ci il tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 4 vərəsəsi olmuşdur, əri, oğlu və iki qızı. Lakin qeyd edilən vərəslərd ən yalnız mərhumun oğlu olan hazırki iş üzrə Cavabdeh qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakına pay əldə etmək üçün notariat ofisinə müraciət etmişdir, mərhumun əri isə notariat ofisini ərizə yazaraq arvadından qalan miras paysdan imtina etmiş olduğunu bildirmişdir. Beləliklə qanunu üzrə vərəsəlik haqqqında şəhadətnamə yalnəz Cavabdeh verilmişdir.

16. İddiaçılar yalnız miras qoyan öldükdən 2 ildən çox müddətdən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Notariat Ofisinə müraciət edərək Cavabdeh adına xx.xx.2019-cu il tarixdə verilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini və həmin miras əmlakı ilə bağlı onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmiş, lakin notariat orqanı tərəfindən imtina edi lərək, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.

17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə icalsı zamanı İddiaçı1 “nə üçün vaxtında evlə bağlı notariat orqanına müraciət etməmisiniz” sualına, “həmin vaxtı atalarının sağ olduğunu, atası sağ ola-ola bu cür hərəkətin etməsi yaxşı qəbul edilə bilməz olduğunu, yalnız qardaşının olnardan xəbərsiz şəhadətnamə aldığını bildikdən sonra notariat oofisinə müraciət emiş olduğunu bildirmişdir.

18. Bundan sonra iddiaçılar miras əmlakının faktiki qəbul edilməsini bu səbəbdən hər üç vərəsəyə bərabər paylar üzrə vərəsəlik şəhadətnmaəinin verilməsi üçün məhkəməyə müraciət etmişlər.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçılar miras əmlakını yas mərasimlərini yola verməklə, o cümlədən bəzi zamanlarda ata evinə gələrək orada yaşamaqla o cümlədən valdeyinə qu lluq etmək mirası fəktiki qəbul etmiş olduğları israr etsədə məhkəmə hesab edir ki, iddiaçılar qeyd edilən miras əmlakda daimi olaraq və ya mütamadi olaraq yaşamamış, ev və evin həyətyanı torpaq sahəsi oların sahibliyində və istifadəsində olmamış, həmin əmlakın faktiki qəbulu üçün zəruri hərəkətləri məhkəmədə sübut edə bilməmişdir (komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və s. kimi hərəkətlər).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinadən məhkəmə qeyd etmişdir ki, Gədəbəy rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçılar ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu xx.xx.2021- ci il tarixdə bilmiş və bildiyi g ündən iki ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1322-ci maddələrinə, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

23. Məhkəmə prosesində iştirak edən Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2023-cü il tarixli qə tnaməsi ilə (hakimlər Fuad Babayev, (sədrlik edən və məruzəçi), İkram Şirinov və Günay Axundova, iş N 2(103)-1169/2023) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir – belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir.

26. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini birinci instansiya məhkəməsinin qətnaməsinə uyğun məzmunda əsaslandırmışdır.

27. Apellyasiya insta nsiyası məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1272, 1273-1, 1322-ci maddələrinə, həmçinin, A.Nadirova və qeyrilərinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına və G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti ap ellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və göstərilmişdir ki, anasından qalan mirasın kütləsinə daxil olan, onun yaşadığı kənddə yerləşən və anasının sağlığından indiki günə kimi yalnız onun istifadəsində olmuş, ot sahəsi kimi istifadə etdiyi və hər il otunu biçdiyi, JN-454 №li, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən anasının və cavabdeh qardaşı Cavabdeh bərabər paylarda adlarında olan torpaq sahəsinin tən yarısı anasından qalan mirasdır. Birinci instansiya məhkəməsi üçün məhz bu fakt kifayət edirdi ki, anasından qalan mirası faktiki qəbul etməsi faktını təsdiq etsin. Birinci instansiya məhkəməsi isə bu faktın üzərindən keçib hansı ki, bu fakt, cavabdeh notariat kontorunun da bunu (mirasın bir hissəsini) niyə gizlətməsini aşkar edə bilərdi. Bundan başqa anasınd an miras qalan daşınar əşyalar: stolstul, çarpayı, qab və paltar dolabı, xalça palaz da ondadır ki, bu əşyalar da anasından qalan mirası faktiki qəbul etməyini təsdiq edən faktlardır. Təqdim olunan sübutlar, eləcə də digər lazımi məqamlar araşdırılmayıb, nəticə etibarilə Konstitusiya ilə təsbit olunan və qorunan vərəsəlik hüququnün pozulması ilə nəticələnən, maddi və prosessual hüquq normalarına cavab verməyən qətnamə qəbul etmişdir.

30. Kassator Mülki Məcəllənin 1151.1 -ci, 1243.2-ci, 1243.3-cü, MPM-in 14.2-ci, 77.1-ci, 88-ci, 217.1- 217.4-cü maddələrinin tələblərinin pozulmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X9 X5:

32. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

33. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1146. Miras qoyanın öld üyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

42. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

43. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

44. Maddə 1 317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.

45. Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmə mişdir.

55. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (§ 34-38).

56. Bununla yanaşı Mülki Məcəllədə təsbit olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən və rəsənin mülkiyyəti sayılır (§ 39-40, 42).

57. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, iddiaçılar qeyd edilən miras əmlakda daimi və ya mütamadi olaraq yaşamamış, ev və həyətyanı torpaq sahəsi onların sahibliyində və istifadəsində olmamış, həmin əmlakın faktiki qəbulu üçün zəruri hərəkətləri (komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və s.) məhkəmədə sübut edə bilməmişlər (§ 15-20, 25-26).

58. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki ev Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşir, İddiaçı2 da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Bu məlumat Söyüdlü Kənd İcra Nümayəndəliyinin 01.03.202-ci il tarixli, 12 nömrəli məktubunda qeyd edilmişdir. İddia ərizəsində həmçinin göstərilm işdir ki, sözügedən evin açarları indiyə qədər iddiaçılardadır.

59. Kassator İddiaçı2 şikayətində onu da bildirmişdir ki, yaşadığı kənddə yerləşən və anasının sağlığından indiyə kimi yalnız onun istifadəsində olmuş, ot sahəsi kimi istifadə etdiyi, JN-454 №li, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən anasının və cavabdeh qardaşı Cavabdeh bərabər paylarda adlarında olan torpaq sahəsinin tən yarısı anasından qalan mirasdır. Bundan başqa anasından miras qalan daşınar əşyalar (stolstul, çarpayı, qab və paltar dolabı, xalça palaz) da ondadır ki, bu əşyalar da anasından qalan mirası faktiki qəbul etməyini təsdiq edən faktlardır.

60. Kassasiya kollegiyası aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr iş üzrə əhəmiyyət kəsb edən halları tam və hərtərəfli şəkildə araşdırmamış və onlar a hüquqi qiymət verməmişlər.

61. Belə ki, vərəsələrin mirası qəbul edib-etmədikləri məsələsi istər notarius, istər məhkəmə tərəfindən həll edilərkən bütün miras kütləsi, habelə vərəsənin miras əmlaka münasibətdə faktiki və rəsmi qəbul hərəkətləri nəzərə alınmalıdır. Başqa sözlə, miras kütləsinə daxil olan əmlakın tamamı dəqiq şəkildə müəyyən edilməli, həmin əmlakın hansı vərəsələr tərəfindən və hansı həcmdə idarə olunması, yaxud qəbul barədə ərizə verilməsi müəyyənləşdirilməlidir.

62. Miras kütləsi (miras əmlak) dedikdə, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (§ 37). Normanın məzmunundan aydın olduğu kimi, öldüyü məqamda miras qoyana məxsus olmuş bütün daşınar və daşınmaz əşyalar üzərindəki əşya hüquqlar ı, tələb hüquqları və digər iqtisadi dəyərlər mirasın aktivini təkşil edir.

63. Qanuna əsasən, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər (§ 44-45).

64. O da məlumdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (§ 41).

65. Baxılan işdə isə məhkəmələr tərəfindən miras kütləsi tam şəkildə müəyyənləşdirilməmiş, miras əmlaka daxil olan predmetlər və onların həcmi dəqiq şəkildə aydınlaşdırılmamı ş, hətta mübahisəli evin birgə nikah dövründə əvəzli (əvəzsiz) şəkildə əldə edilməsi baxımından Nazlı İsmayılovanın tam fərdi mülkiyyəti kimi tamamının, yoxsa bir hissəinin miras kütləsinə daxil olduğu (mirasın həmin əmlakın hansı hissəsinə münasibətdə açılması), əgər həmin evin üzərində sonuncunun əri Qurban Məmmədovun mülkiyyəti olmuşsa onun ölümündən sonra həmin payın hüquqi aqibətinin necə həll olduğu, İddiaçı2 miras kütləsinə daxil olan hər hansı əmlakı idarə edib-etməməsi lazımi şəkildə araşdırılmamış, bu kimi əhəmiyyətli hallara hüquqi qiymət verilməmişdir.

66. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 46, 50).

67. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

68. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X9 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azər baycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 32-33).

69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

70. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhk əmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

73. Təkrar apelyasiya baxışında mübahisənin düzgün həlli üçün Nazlı İsmayılovadan miras qalmış əmlakın nə(lər)dən ibarət olması, harada yerləşməsi və hüquqi vəziyyəti, həmin əmlakı kimlərin və hansı formada idarə (istifadə, sahiblik) etməsi, miras açıldıqdan sonrakı dövrdə mübahisəli evin açarlarının və faktiki idarəçili yinin İddiaçı2, yaxud digər vərəsələrdə olması, mirasın kütləsinə sözügedən evdən başqa daşınar və daşınmaz əşyanın daxil olub-olmaması, həmin əşyaların İddiaçı2 tərəfindən vərəsə kimi faktiki qəbul və ya istifadə edilib-edilməməsi, habelə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı və təqdim etdikləri sübutlar əsasında, çəkişmə prinsipinə uyğun qaydada tam və hərtərəfli araşdırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla iddia tələblərinə və cavabdeh tərəfin etirazlarına əsaslandırılmış şəkildə hüquqi qiymət verilməlidir.

74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-116 9/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar