Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2035/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda), prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı “mülkiyyətdə olan yaşayış evinin və yardımçı tikililərin zəbtdən azad edilməsi, evə giriş qapısının açılması, pilləkənin bərpa edilməsi, aralarında olan və c avabdeh tərəfindən sökülən hörgünün cavabdehin öz hesabına bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Cəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)2531/2023 nömrəli, 18 mart 2023-cü il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə, Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan, ümumi sahəsi 54,5 kv metr olan (26.6 kv metr yaşayış otağı, 27,9 kv metr isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə aid sahəsi 35,3 kv metr olan zirzəminin cavabdehin zəbtindən azad edilməsi, cava bdeh tərəfindən ona məxsus mənzilə aid bağlanmış giriş qapısının açılması və mənzilə aid pilləkənin cavabdehin öz hesabına bərpa olunması, eyni zamanda cavabdehlə aralarında olan və cavabdeh tərəfindən sökülən barının cavabdehin öz hesabına bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 sentyabr 2023-cü il tarixli, 2(066)-825/2023 saylı qətnaməsi ilə (hakim Eyyub Kərimov) iddia təmin edilmiş və Cavabdeh tərəfindən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə İddiaçı məxsus ümumi sahəsi 54,5 kv metr olan (26.6 kv metr yaşayış otağı, 27.9 kv metr isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə ai d zirzəmi zəbtdən azad edilməsi, mənzilə aid giriş qapısının açılması, mənzilə aid sökülmüş divar və pilləkənin cavabdehin öz vəsaiti hesabına bərpa edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2(104)-2531/2023 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi) İ.Həsənov, A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh ərizə ilə apellyasiya inst ansiyası məhkəməsinə müraciət edərək, kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(104)-2531/2023 saylı qərardadı ilə onun ərizəsi təmin edilmişdir.
6. Cavabdeh və onun nümayəndəsi olan Vəkil3 apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2531/2023 saylı qərardadı ilə kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 3 saylı əlavəsinə uyğun olmaması, yəni kassasiya şikayətinin qanunla müəyyən edilmiş formasına və məzmununa riayət olunmaması əsası ilə geri qaytarılmışdır.
7. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qətn amədən təkrarən kassasiya şikayəti vermiş və kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə təqdim etmişdir.
8. Cəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(104)-2531/2023 nömrəli qərardadı ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi) A.Bayramov, İ.Həsənov) cavabdeh tərəfindən kassasiya şikayəti və müddətin bərpasına dair ərizə eyni əsaslarla, yəni Mülki Prosessual Məcəllənin 3 saylı əlavəsinə uyğun olmaması, yəni kassasiya şikayətinin qanunla müəyyən edilmiş formasına riayət olunmaması əsası ilə geri qaytarılmışdır.
9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə ka ssasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayəti MPM-nin 3 saylı əlavəsinə uyğun olmaması əsası ilə xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarılmasına baxmayaraq, cavabdeh və onun vəkili tərəfindən həmin qərarddada qeyd edilən nöqsanlar aradan qaldırılmadan yenidən kassasiya şikayəti vermiş, yenidən verilən kassasiya şikayəti də MPM-nin 3 saylı əlavəsində müəyyən edilmiş formaya uyğun olmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1 və 408.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (104) -2531/2023 nömrəli qərardadının ləğv edilməsini və işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 2 (104)2531/2023 saylı qətnamədən kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, vəkili işlə tanış olduqdan sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2 (104)2531/2023 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin 2 ay müddəti, yəni xx.xx.2023-cü il tarixdən cavabdehə çatdığından xx.xx.2024-cü il tarixdə bitdiyi gündən 1 gün sonra, xx.xx.2024-cü il tarixdə verilmişdir. Burada ötürülmüş müddət 1 gün fərq etmişdir. Qərardad da göstərilir ki, xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş MPM-nin şərhi belə göstərilir. 408.1 və 408.1.1. maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-cimaddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instnasiyası məhkəməsi tərəfindən qaytarılır. xx.xx.2024-cü il tarixdən 2 (104)-2531/2023 dövlət hesabına cavabdehə qərardadla vəkil təyin edilmiş və xx.xx.2024-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayəti tərtib edilməsi üçün 557 saylı order verilmiş və yuxarda göstərilən maddələrin bütün tələblərinə riayət edilmişdir. Sonda qanuna uyğun olaraq kassasiya şikayətinin qrafalarında göstəri lənlərə uyğun olaraq kasaasiya şikayəti yazılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mü bahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
15. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
21. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini geri qaytaran apellyasiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləy ə 3 saylı Əlavəyə uyğun olmamış, həmin Əlavə ilə müəyyən edilmiş şikayətin formasına riayət olunmamış, cavabdeh məhkəmənin 27 fevral 2024-cü il tarixli qərardadındakı göstərişlərə uyğun olaraq nöqsanları aradan qaldırmamışdır.
22. Lakin işdən görünür ki, kassasiya şikayətini qaytaran apellyasiya məhkəməsi şikayətin 3 saylı Əlavədə nəzərdə tutulmuş formaya uyğun olmadığını qeyd etsə də, nə 27 fevral 2024-cü il, nə də18 mart 2024-cü il tarixli qərardadlarında həmin uyğunsuzluğun nədən ibarət olması, kassasiya şikayəti tərtib olunarkən cavabdeh tərəfindən hansı nöqsanlara yol verildiyi, hansı nöqsanların aradan qaldırılmalı olduğunu göstərməmişdir.
23. İşdə olan Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, şikayətin tərtibatında Mülki Prosessual Məcəllənin 3 saylı Əlavəsi ilə müəyyən edilmiş formaya əməl olunmaması, bu məsələdə ciddi nöqsanlara yol verilməsi müəyyən edilmir, ümumilikdə kassasiya şikayətini qeyri-mümkün hesab olunmasına əsas ola biləcək hallar mövcud deyildir.
24. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, qərardad ləvğ edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2531/2023 nömrəli iş üzrə 18 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul e