Məhkəmə qərarları › İş №2(102)-2036/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2036/2020

19.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2036/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, onun vəkili x8 və nümayəndəsi x2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsi 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-7813/2016) iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən, 81 saylı evin 30 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)14468/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7813/2016 saylı, 19 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili x10 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassa siya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd e tmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 20.09.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 81, 23 saylı mənzil “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsinin 105 saylı orderinə əsasən, 28.12.2001-ci il tarixdə x3 verilmişdir. Tərəflərin nikahı isə 13.05.2011-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.05.2011-ci il tarixli qətnaməsi ilə x4 Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi 81 saylı evin, 23 saylı mənzilinə köçürülmüşdür. Apelyasiya instansiyası m əhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.05.2011-ci il tarixli 2(007)-1090/2011 saylı qətnaməsində göstərilmişdir ki, icarədar olan iddiaçı x1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 81, 23 saylı mənzili üzərində istifadə hüququ olduğundan və həmin hüququ cavabdeh x5 tərəfindən qanuna zidd olaraq məhdudlaşdırıldığından, həmin hüquq bərpa edilməli, o, həmin mənzilə köçürülməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “...Cavabdeh mənə məxsus mənzildən uzun müddət ərzində və davamlı olaraq könüllü istifadə etməmiş, bu üzdən onun həmin mənzilə istifadə hüquqlarının yaranma əsasları aradan qaxmışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. İddiaçı sübut etməlidir ki, cavabdehin mübahisəli mənzillə marağı aradan qalmış, başqa yaşayış yerinə malikdi, mübahisəli mənzilə onun ehtiyacı yoxdur, mənzilə malik olduğu istifadə hüququnu itirmişdir. Lakin kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, proses sual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar