Məhkəmə qərarları › İş №2(102)-2038/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2038/2021

19.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2038/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyçay Rayon ünvan 1 Bələdiyyəsinə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması və inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, mülkiyyətin müdafiəsi, qanunsuz tikilinin sökülməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil1, Cavabdeh2, nümayəndə si X2 və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(107)1803/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Göyçay rayonunun ünvan 1 kəndində yerləşən 3.0282 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göyçay rayon İcra Hakimiyyətinin başçısının 15 avqust 1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə ünvan 1 kəndində yaşamaqla 24 nəfər şəhid ailəsi, Qarabağ əlili, kolxozçu və digər kateqoriyalı vətəndaşların ehtiyaclarına uyğun olaraq 1,48 hektar həyətyanı torpaq f ondu ayrılmasına dair ünvan 1 bölgəsi üzrə nümayəndəliyin vəsatəti və XXX adına kolxozun 11 iyun 1996-cı il tarixli, 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Siyahının 8-ci sırasında şəhid ailəsi X3 0,08 ha torpaq sahəsinin ayrılması göstərilmişdir. Göyçay rayon ünvan 1 bələdiyyəsinin 05 sentyabr 2005-ci il tarixli qərarının və Torpaqların alqı-satqısına dair 10 sentyabr 2005-ci il tarixli aktın surətinə əsasən Cavabdeh2 ünvan 1 bələdiyyəsinin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,10 hektar torpaq sahəsi satılmışdır. Göyçay rayon ünvan 1 bələdiyyəsinin 20 mart 2006-cı il tarixli qərarının və Torpaqların alqı-satqısına dair 24 sentyabr 2007-ci il tarixli aktın surətinə əsasən X4 ünvan 1 bələdiyyəsinin ehtiyat fon dundan həyətyanı məqsədi ilə 0,42 hektar torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin ünvan 2 Layihə-Tədqiqat İdarəsinin 21 yanvar 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, ünvan 1 kəndində yerləşən 3,0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koord inatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçıya mülkiyyətinə verilmiş 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, ünvan 1 kəndində yerləşən 3,0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən edilmədiyindən qərardadın sualının cavablandırılması mümkün olmadı. 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində n çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu, ünvan 1 kəndində yerləşən 3,0262 ha torpaq sahəsinə gedən su yolunu müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2020-ci il tarixli 30439 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMCnin ünvan 2 LTİ-nin mütəxəssis rəyinə əsasən, Göyçay rayonu ünvan 1 kəndində yerləşən 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3,0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat s ürüşməsi vardır. Belə ki, 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə edilmiş plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Lakin ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC ünvan 2 Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **********21 nöm rəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3,0282 ha torpaq sahəsinin 0,17 ha hissəsi Cavabdeh1 tərəfindən, 0,11 ha hissəsi Cavabdeh3 tərəfindən, 0,27 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Göyçay rayonu, ünvan 1 kəndində yerləşən 18 iyun 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3,0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyçay Rayon ünvan 1 Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddianın həcminin azald ılması barədə ərizə ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan Göyçay rayonunun ünvan 1 kəndində yerləşən 3,0262 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 09 avqust 2018-ci il tarixli alqı-satqı müqavilələri ilə Göyçay rayonu ünvan 1 kəndində yerləşən 3,0262 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsinin 0,80 ha hissəsi cavabdehlər Cavabdeh2 XXX oğlu, Cavabdeh1 və Cavabdeh3 tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsinin üzərində özbaşına tikinti işləri aparılmışdır. Bununla da iddiaçının torpaq sahəsi üzərində mövcud olan mülk iyyət hüququ pozulmuşdur. Göyçay Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(046)-119/2020 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia təmin edilmiş, İddiaçı Göyçay rayonunun ünvan 1 kəndində yerləşən xüsusi mülkiyyətində olan 3,0282 ha torpaq sahəsinin 0,17 ha hissəsindən Cavabdeh1, 0,11 ha hissəsindən Cavabdeh3, 0,27 ha hissəsindən Cavabdeh2 çıxarılması, İddiaçı məxsus 3,0262 ha torpaq sahəsinin 0,17 ha hissəsində Cavabdeh1 tərəfindən və 0,11 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesablarına sökülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(046)-119/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1803/2020 nömrəli qətnaməsi ilə (hakim R.R.Rəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 24 iyun 2020ci il tarixli, 2(046)-119/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1803/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən istifadəsi və inşasına aidiyyəti olmayan torpaq sahəsi və tikililərə dair həmin cavabdehin üzərinə öhdəlik qoyulmuş, torpağa hüququ olan X5 işə cəlb olunmamış, Göyçay rayon İcra Hakimiyyəti başçısının 15 avqust 1998-ci il tarixli Sərəncamı ilə sonuncuya 0,08 ha torpaq sahəsinin ayrılması nəzərə alınmamışdır. Həmçinin Cavabdeh2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1803/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi həmin cavabdehə münasibətdə araşdırma aparmamış, onun 10 ha. torpaq sahəsini Göyçay rayonu ünvan 1 bələdiyyəsindən 2005-ci ildə almasını və istifadəsində yalnız həmin sahənin olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1, onun vəkili Vəkil1, habelə Cavabdeh2, nümayəndəsi X6 və vəkili Vəkil2 ayrıl -ayrılıqda kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdehlər, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Resp ublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən m ülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitammı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən to rpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud ol duğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bil ik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində mü əyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlər in dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edildiyi və həmin qətnamə iddianın təmin olunmuş hissəsində cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyi halda, a pellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında irəli sürülmüş mövqeyə zidd olaraq apellyasiya baxışının hədlərini müəyyən etməmiş, rayon məhkəməsinin qətnaməsini tam yoxlayaraq, onu dəyişdirilmədən saxlamışdır. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə, o cümlədən hazırda kassasiya şikayəti vermiş Cavabdeh2 aid hissədə də hüquqi qiymət verilmiş və nəticə olaraq həmin şəxsləri apellyasiya şikayəti vermək hüquqları məhdudlaşdırılmışdır. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Komm ersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli Qərardadının 56-cı bəndində qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxlanıldığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə sonuncunun kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv olunmalı və yeni apellyasiya baxışına qaytarılmalı, həmin cavabdehə isə mülki prosessual qanunvericiliyə uyğun apellyasiya şikayəti vermə k hüququ izah olunmalıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək, məhkəmə kollegiyası onları əsaslı hesab edir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddiaçı cavabdeh qismində Cavabdeh1 göstərsə də, iş materiallarında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisələndirilən hissəsinin həmin cavabdeh tərəfindən zəbt olunmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə iş materiallarından, o cümlədən apellyasiya şikayətinə əlavə olunmuş notarial qaydada təsdiq olunmuş sənədlərdən müəyyən olunur ki, Göyçay rayonunun ünvan 1 kəndində 0,08 ha torpaq sahəsi Göyçay rayon İcra Hakimiyyətinin başçısının 15 avqust 1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə X3 ayrılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məhkəmə qətnaməsi haqqın da” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə göstərilənlərə zidd olaraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, o cümlədən istinad olunan həmin sənəd araşdırılmamış, iddiaçının torpaq sahəsi ilə həmsərhəd olan və zəbt olunması iddia edilən torpağın sənəd üzrə sahibi işə hər hansı statusda cəlb olunmamış, işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilmişdir. Halbuki, qəbul edilən qətnamə X1 hüquq və mənafelərinə toxunması ilə yanaşı, işə onun iştirakı olmadan baxılması gələcəkdə məhkəmə aktlarının icrasının mümkünsüz edə bilər. Digər tərəfdən iş materiallarında olan mütəxəssis rəyinə əlavə olan sxemə və ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,17 ha hissəsi faktiki olaraq Cavabdeh1 tərəfindən istifadə olunur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən rayon icra hakimiyyəti başçısının sərəncamı ilə X1 adına 0,08 ha torpaq sahəsinin ayrılması nəzərə alınmaqla əlavə araşdırma aparılmamış, sərəncamla ayrılan torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan və zəbt olunmuş kimi qeyd olunan torpaq sahələrinin tam və ya qismən üst-üstə düşməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı cavabdehlər Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan 3,0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0,08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissəsinin ləğv edilməsi, Göyçay rayonu XXX adına kolxozun 11 iyun 1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşımaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinə vəsatət verərək, inzibati mübahisə üzrə icraat qaydasında həmin işə baxılanadək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin həmin vəsatətinə münasibət bildirilməmişdir. Halbuki, Şəki İnzibati Məhkəməsində baxılan həmin işin nəticəsi hazır ki iddianın həlli üçün əhəmiyyət kəsb edə bilər. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasi ya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən apellyasiya baxışının hədlərini müəyyən etməklə apellyatorun dəlilləri qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalı, zəruri olduğu halda iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məsələsini müz akirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(107)-1803/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Cavabdeh2 izah olunsun ki, onun mülki prosessual qanunvericiliyə uyğun apell yasiya şikayəti vermək hüququ vardır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar