Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2038/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X1rşı iş üzrə QƏRARİ Açar sözlər: müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1020/2023 nömrəli, 06 yanvar 2023-cü il tarixli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi ilə İcbari Sığorta Bürosu X2 Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli əmrlə isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır.
2. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı, məhkəmədə iddia qaldıraraq cavabdehin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrlə itirdiyi iş yerinə və vəzifəsinə əvvəllər müəyyən edilmiş qaydada müddətsiz əmək müqaviləsi ilə eyni əmək haqqı ilə bərpa olunması, vurulmuş 79.200 manat mənəvi ziyanın, işə bərpa olunduğu tarixədək ödənilməmiş əmək haqqının və mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, sonuncu əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatsa da, işəgötürənlə əmək münasibətləri davam etmiş, xx.xx.2021-ci il tarixdə iş vaxtının bitməsinə 2 saat q almış təşkilatın rəhbəri tərəfindən əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Bu barədə verilmiş əmrdə ƏM-in 73-cü maddəsinə istinad olunsa da, həmin normanın tələbləri pozulmuşdur. Belə ki, qanunvericiliyə əsasən, müqaviləyə müddət bitdiyi gün xitam verilir. Əgər xitam halı yoxdursa, sonrakı 1 həftə işçinin məzuniyyətdə, ezamiyyətdə olması və ya xəstələnməsi halı ilə əlaqədar olaraq verilən müddətdir ki, işə çıxdığı vaxtdan 1 həftə ərzində müqaviləyə xitam verilsin. İşəgötürən isə müqaviləyə müddətin bitdiyi xx.xx.2021-ci il tarixdə deyil, heç bir tələb və xəbərdarlıq olmadan xx.xx.2021-ci il tarixdə xitam vermişdir. Halbuki, müqavilə müddətinin bitdiyi tarixdən sonra bir həftə ərzində ona sistem üzərindən işlər yazılmış, e-maillər daxil olmuş və tərəfindən bütün tapşırıqlar icra edilmişdir ki, bu halda Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müqavilə əvvəl müəyyən olunmuş müddətə bağlanmış hesab edilir. Bundan başqa, əmək müqaviləsinə xitam verilərkən müalicə alması barədə rəhbərliyə bildirmiş, lakin işlərin çoxluğu ilə əlaqədar işə çıxması tələb olunduğundan bülletendə olmasına baxmayaraq, işə çıxmışdır. Digər tərəfdən, tutduğu vəzifə daimi xarakter daşıdığı halda, onunla müddətli əmək müqaviləsi bağlanmış, səbəbini soruşduqda isə iş prinsiplərinin bu şəkildə olduğunu, əks halda müqavilə bağlanmayacağını bildirdiklərindən müddətli müqavilə bağlamağa məcbur olmuşdur. Həmçinin, işdən azad olunması barədə əmrin məzmunu yanlış olmaqla qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib olunmuşdur ki, bu da onun etibarsız hesab olunması üçün əsasdır. Hesab edir ki, ca vabdehin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində işdən ayrıldığı vaxtdan bu günədək işsiz qalması, əlavə xərclərinin yaranması, istifadəsində olan nəqliyyat vasitəsini satması ilə əlaqədar dəymiş maddi, eyni zamanda, əmək kitabçasının əsassız olaraq korlanması, işə götürənin qəsdi və ya səhvi ucbatından ona qarşı belə bir əməlin törədilməsi nəticəsində dəymiş mənəvi ziyanın əvəzi işəgötürən tərəfindən ödənilməlidir.
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin gün bazar gününə düşmüşdür. İddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən tələb müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı yazılı (və ya şifahi) tələbin verilməsini deyi l, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti ehtiva edir. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinə məhz onun müddətin bitdiyi gün xitam verilməli olması təsbit edilməmiş, həmin maddədə açıq şəkildə göstərilmişdir ki, müddət bitdikdən sonrakı 1 həftə ərzində müqaviləyə xitam verilmədiyi halda, müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. İddiaçının da etiraf etdiyi kimi, onunla bağlanmış əmək müqaviləsinə müddət bitdikdən sonrakı 1 həftə ərzində, yəni xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün işdə olmaqla öz əmək funksiyalarını icra etmiş, hətta, təqdim etdiyi xəstəlik vərəqəsində göstərdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilən günədək işdə olmaqla öz əmək funksiyalarını icra etmiş, xəstələnməsi barədə heç bir sənəd təqdim etməmiş və şifahi olaraq da rəhbərliyə məlumat verməmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə əmr verildiyi vaxt xəstə olmasına əsaslanması isə əsassızdır və həmin sənədin sonradan alınması istisna edilmir.
6. İşdə olan, 2 saylı Bakı Dəmir yolu poliklinikası MMC-nin 906072 saylı əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə əsasən, iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
7. İddiaçı məhkəmə iclasında onu da bildirmişdir ki, gözündə “konyuktivit” xəstəliyi olduğundan müalicə almış, lakin bülletendə olduğu dövrdə işəgötürənin tələbi ilə işə çıxmış, səhhəti buna imkan verm işdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)6245/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin qanunvericiliyin tələblərinə zidd olması, bunun nəticəsində ona maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən “tələb” müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı bir yazılı (və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti, hazırkı mübahisədə isə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbin i ifadə edir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin məhz onun müddətinin bitdiyi gün deyil, bu müddətdən sonrakı bir həftə ərzində xitam verilməsinin mümkünlüyünü ehtiva etmişdir. İddiaçının iddia ərizəsində etiraf etdiyi kimi, o, əmək müqaviləsinə xitam verildiyi gün, eləcə də, bütün iş həftəsi ərzində işdə olmaqla öz əmək funksiyalarını icra etmişdir. İşin bu halı mübahisəsiz olmaqla, məhkəmə araşdırması zamanı tədqiq edilmiş video görüntülərlə də sübuta yetmişdir. Həmçinin, iddia tələbinin əmək kitabçasının korlanması nəticəsində mənəvi zərərə məruz qalması hissəsi də məntiqsiz, formal, subyektiv mülahizələrlə əsaslandırılmışdır.
10. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin 11 (bənd “b”), 45, 68, 73, 83-cü və Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 21 7.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla qeyd olunmuşdur ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin, 73-cü maddəsinin 1-ci hissəsinin və 84-cü maddəsinin pozulduğunu bildirsə də, məhkəmə tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamış, qətnamədə iddiaçının iddia ərizəsində bütün iş həftəsi işdə olduğunu etiraf etdiyi qeyd olunsa da, bu tamamilə əsassız olmuşdur. Həmçinin, işdə olması barədə istinad olunan video görüntülər üzrə də heç bir tədqiqat aparılmamışdır.
13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, suallara cavab olaraq bildirmişdir müqaviləyə xitam verilərkən işdə olmuş, ancaq onu müdir çağırmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1255/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, iddiaçının İcbari Sığorta Bürosu X2 Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmiş, habelə məhkəmə xərcləri həll olunmuşdur.
15. Apellyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək qabiliyyətinin olmaması barədə 906072 saylı vərəqəsinin surətindən görünür ki, iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
16. Kollegiya birinci instansiya məhkəməsinin iddianı rədd edərək əsaslandığı hala, yəni iddiaçının onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən gün və eləcə bütün iş həftəsi ərzində o, işdə olmaqla öz əmək funksiyalarını icra etməsinə etiraz etməməsi və işin bu halının mübahisəsiz olmaqla məhkəmə araşdırması zamanı tədqiq edilmiş video görüntülərlə sübuta yetirilməsinə dair qənaətini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı işdən çıxarıldığı günü işdə olsa da, əmək funksiyalarının yerinə yetirilmədiyini deməklə artıq həmin halı mübahisələndirir. Eyni zamanda istinad edilən videogörüntüdə iddiaçının bütün iş günü işdə olması və əmək funksiyasının yerinə yetirməsi görünmür. Hətta bu hal belə qanunun imperativ qayda müəyyən etdiyi qaydadan kənara çıxılması kimi qiymətləndirlməklə, əmrin qanuni olması kimi dəyərləndirilə bilməz. Çünki, qanunla şəxsin xəstə olmasını təsdiq edən sənəd məhz buna səlahiyyətli orqan (səhiyyə orqanı) tərəfindən verilmiş arayışdır ki, həmin arayış iş materiallarına əlavə edilməklə hər hansı qaydada mübahisələndirilməmişdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və.s) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsini imperativ qayda müəyyən etməsinə baxmayaraq, cavabdeh xx.xx.2021-ci il tarixli 05-X nömrəli əmrlə onu işdən azad etməklə Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbini pozmuşdur.
18. Bununla belə, Kollegiyanın qənaətinə görə, iddiaçı Əmək Məcəlləsinin 84-cü maddəsinə istinad edərək, əmrin etibarsız hesab edilməsini tələb etsə də, hazırda əmrin etibarısız hesab edilməsinə dair qanunda göstərilən hər hansı hal müəyyən edilməmişdir.
19. Apellyasiya məhkəməsi iddiaçının onunla müddətsiz əmək müqaviləsinin bağlanılması ilə bağlı iddia tələbini ə saslı hesab etməmişdir. Kollegiyanın qənaətinə görə, Əmək Məcəlləsinin tələbinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1-ci maddə). Müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi). Göründüyü kimi tərəflərin hüquq bərabərliyi əsasında bağlanmış müddətli müqavilənin hazırkı halda müddətsiz müqavilə ilə əvəz edilməsi yolverilməzdir. Belə ki, ilkin müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olmuş və işçi işəgötürən tərəfindən onun müddətli əmək müqaviləsi ilə işə götürülməsinə etiraz etmək imkanında olmuşdur. Ona görə də iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində q eyd etdikləri hallar tərəflərin hüquq bərabərliyinin pozulması kimi qiymətləndirilə bilməz.
20. İddiaçıya mənəvi zərərin vurulması halı müəyyən edilmədiyindən, Kollegiya, həmin hissədə də iddianı əsaslı hesab etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlandığı anda işəgötürən tərəfindən tərəflərin hüquq bərabərliyi prinsipinin pozulması faktını, işdən azad olunması barədə əmrin məzmunun düzgün olmadığını nəzərə almamış, bununla da Əmək Məcəlləsi nin 45-ci maddəsinin 4-cü hissəsini, 47-ci maddəsinin “f” bəndini və 84-cü maddəsini pozmuş, onun işdən çıxarılmasını qanunsuz hesab etdiyi halda, işəgötürənin bu əsassız hərəkətləri nəticəsində işgüzar nüfuzuna xələl gəldiyini, əmək kitabçasının korlandığını, bununla da ona mənəvi ziyan dəyməsi faktını nəzərə almamışdır.
23. Cavabdeh (Vəkil) də apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr tərəfindən birmənalı müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsinin müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) müqaviləyə xitam verildiyi gün (xx.xx.2021-ci il) də d axil olmaqla iş yerində olmuş, özü də bu faktı etiraf etmişdir. Belə ki, işdən azad olunduğu xx.xx.2021-ci il tarixdə İSB-nin Himayəçilər Şurasının sədrinə yazdığı elektron şikayətində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdə olduğunu, əmək funksiyalarını yerinə yetirdiyini, xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində gözlənilmədən icraçı direktorun əmək müqaviləsinə xitam verdiyini bildirmiş, eyni məzmunlu etirafı iddia ərizəsində də qeyd etmişdir. Apellyasiya məhkəməsi isə, işin bu halını təhrif etməklə, Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsini yanlış təfsir etmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilərkən iddiaçı iş yerində olduğundan və xəstə olmasına dair hər hansı məlumat təqdim etmədiyindən onun barəsində verilmiş əmr q anuna uyğun olmaqla, işəgötürən tərəfindən belə bir əmrin verilməsi həmin maddədə nəzərdə tutulan “tələb etmə”dir.
25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3443/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1255/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələblərinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə d əyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası hesab edib ki, iddianın əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, iddiaçı ilə əmək müqaviləsinin müddətsiz bağlanması və mənəvi ziyan tələblərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiya hesab etmişdir ki, məhkəmə iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqq ı ödənilməsi tələblərinə aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
28. Belə ki, apellyasiya instansiya məhkəməsi bu hissədə gəldiyi qənaəti birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini nəzərə almaması, əmək qabiliyyətinin olmaması barədə vərəqəyə görə iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilməsi, bu sənədin mübahisələndirilməməsi ilə əsaslandırsa da, nəzərə almamışdır ki, əmək müqaviləsinin müddəti bitdikdə işəgötürən həmin müddətin qurtardığı gündən bir həftə ərzində müqaviləni xətm etməkdə haqlıdır. Bu hüquq Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində açıqca nəzərdə tutulmuşdur. Bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilmə si haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə gərək yoxdur. Hazırkı işdə cavabdeh tərəfindən əmək qanunvericiliyinin qeyd olunan tələblərinə riayət olunmaqla iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi qanunla müəyyən edilmiş müddətdə və qaydada ləğv edilmişdir (müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixdə həmin müqavilənin ləğv edilməsi barədə əmr verilmişdir).
29. Bundan əlavə, qanuna əsasən, işçinin müəyyən üzrlü səbəbdən (məsələn: xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtarmasına görə ləğv olunmasına işçinin işə çıxmasından sonrakı bir həftə ərzində yol verilir (ƏM, maddə 73, hissə 2). Göründüy ü kimi, bu normanın məqsədi göstərilən səbəblərdən işə çıxa bilməyən (iş yerində olmayan) işçini qorumaqdır. Ona görə də, bu qaydanın tətbiq edilməsi üçün normadakı zəruri dispozisiya şərti işçinin xəstəlik vərəqəsinin olması deyil, işçinin özünün iş yerində olmamasıdır. Odur ki, mübahisəli əmr çıxarılarkən işçi iş yerində olmuşsa, xəstəlik vərəqəsinin mövcudluğu Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tətbiqinə əsas ola bilməz. Bu işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, əmrin çıxarıldığı xx.xx.2021-ci il tarixdə iddiaçı iş yerində olmuşdur. Belə ki, iddiaçı əmrin çıxarıldığı həftə və həmin gün işdə olduğunu və əmək funksiyasını icra etdiyini həm iddia ərizəsində, həm də birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında göstə rmişdir. Belə olan halda, xəstəlik vərəqəsinin mövcud olması səbəbindən həmin vaxt iş yerində olmuş işçinin əmək müqaviləsinin müddətin bitməsinə görə ləğv edilməsi barədə əmrin qanunsuz sayılaraq iddiaçının işinə bərpa edilməsi, mülki işin müəyyən edilmiş hallarına, tərəflərin qarşılıqlı münasibətinə və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
30. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45(1), 45(4), 45(5), 47(f), 68(2b), 73(1), 73(2), 83(1), 84(1), 84(2)-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 416.1, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-1020/2023 nömrəli, 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə, yəni iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilatda Hüquqi təminat və hadisələrin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) ləğv edilib. Əmrdə qeyd olunub ki, əmək müqaviləsinə xx.xx.2021-ci ildən xitam verilsin. Əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ildədək müəyyən edilib. 33. “xx.xx.2021-ci ilədək” ifadəsi onu təsdiq edir ki, 31 iyul müddətin sonuncu günüdür. Müddətin qurtarması əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsasıdır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir”. Odur ki, 31 iyuldan (müddətin sonuncu günündən) sonrakı gündə – 01 avqustda əmək müqaviləsinə xitam verilməsinin əsası mövcud olub.
34. Lakin 31 iyul və 01 avqust qeyri-iş günləri (şənbə və bazar günü) olub. Mülki Məcəllənin 370.2-ci maddəsinə görə, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. Sonrakı iş günü 02 avqust olub. İddiaçının səhhətinə görə işdən azad edilməsinə əsas olan “Əmək qabiliyyətinin olmaması vərəqi”ndə onun işdən azad edildiyi müddət 02 avqustdan 04 avqusta kimi və 05 avqustdan 07 avqusta kimi göstərilib.
35. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində qeyd olunub: “İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”.
36. Göründüyü kimi, bu maddədə “iş yerində olmadığı dövrdə” ifadəsindən istifadə olunub. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr 06 avqustda, yəni “Əmək qabiliyyətinin olmaması vərəqi”nin qüvvədə olduğu tarixdə verilib. Lakin müəyyən olunur ki, əmrin verildiyi gün iddiaçı iş yerində olub. Belə ki, iddiaçı özü iddia ərzəsində qeyd edib: “... Mən də iş yükünün çoxluğunu və rəhbərliyin tələbini nəzərə alaraq bülletendə olmağıma baxmayaraq işə çıxdım. Sonuncu iş günü isə mənə bildirəndə ki, sizinlə bağlanmış müqaviləyə xitam verilir, mən onlara iradımı bildirim ki,...” (iş v. 7). İddiaçı bu halı məhkəmə icraatı zamanı verdiyi izahatnda da təsdiq edib. Ona görə də əmək müqaviləsinin xitamı barədə əmr verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2- ci hissəsinin tələbi pozulmayıb.
37. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68(2b), 73(1), 73(2)-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
38. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdeh İcbari Sığorta Bürosu X3 rəhbəri tərəfindən qanunsuz olaraq verilmiş xx.xx.2021-ci il tarixli 05-X №-li əmrin etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçının həmin əmrlə itirdiyi iş yerinə və vəzifəsinə əvvəllər müəyyən edilmiş qaydada eyni əmək haqqı ilə bərpa olunmağı, işə bərpa olunduğu tarixə qədər olan və iddiaçıya ödənilməmiş əmək haqqının, mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manat məbləğində pulun, cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
39. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd edir ki, guya müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan bir həftə ərzində müddətli əmək müqaviləsinə xitam verilə bilər, Halbuki həmin normanın 1-ci cümləsində birmənalı olaraq qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İkinci cümlədə qeyd olunur ki, Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdə n heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi müddətli əmək müqaviləsinə müddət qurtardıqda xitam verilir. Baxmayaraq ki mənim müqaviləmin vaxtı 01 avqust 2021-ci il tarixdə başa çatmışdır. Lakin müqaviləyə xitam verilməmiş və xitamdan söhbət belə getməmişdir. Daha əsas və vacib əhəmiyyətli kobud maddi və prosessual pozuntu ondan ibarətdir ki, məcəllənin sözügedən maddəsinin tələbinə əsasən tərəflərdən biri müqavilənin xitam olunması barədə digər tərəfə mütləq qaydada xitam verilmə ilə bağlı tələblə çıxış etməlidir. Məhkəmə prosesi zamanı dəfələrlə bu normaya istinad edib, bu norma əsas gətirilməklə işin araşdırılmasını xahiş etsə də, buna əhəmiyyət verilməmişdir.
40. Məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş, əlavə olaraq yalnışlığa yol verərək, iddia ərizəsinin heç bir hissəsində belə bir etiraf və ya yazının olmamasına baxmayaraq guya iddiaçı bütün həftəni işdə olduğunu etiraf etmişdir. Bu hissədə də tamamilə haqsızlığa yol verilmiş, yanlış qətnamə çıxarmasına səbəb olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
42. Maddə
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... 43.
44. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanıl ır.
45. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
46. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
47. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
48. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;...
49. Maddə 73 (1-ci hissə). Mü ddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
50. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığ ı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
51. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
52. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
53. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
54. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əm ək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:
1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
66. İşin m əhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi üçün Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur.
67. Tərəflər arasında yaranmış münasibətlər müddətli əmək münasibətləridir və məhkəmələr iddianın həllinə haqlı olaraq Əmək Məcəlləsinin müddətli əmək müqaviləsi üzrə münasibətləri tənzimləyən müddəalarını tətbiq etmişlər.
68. Kassasiya şikayətinin dəlilləri Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən 73-cü maddəsinin səhv təfsir olunması ilə bağlıdır.
69. İddiaçının müqavilə müddəti bitdiyi tarixdən xəstə olmasına istinadən, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinin tələblərinin poz ulması barədə irəli sürdüyü dəlil qətnamənin ləğvinə əsas vermir. Bu dəlil həm əvvəlki kassasiya icraatında, həm də sonuncu apelyasiya icraatında məhkəmələr tərəfindən təhlil olunub hüquqi mövqe bildirilmişdir (bu qərarın 29-cu və 35-36-cı paraqrafları). Məhkəmə kollegiyası həmin mövqelərlə razılaşır və təkrarlamağı zəruri saymır.
70. İddiaçının “müddətli əmək müqaviləsinə müddət qurtardıqda xitam verilməsi, onunla müqavilə müddətinin 01 avqust 2021-ci il tarixdə başa çatması, lakin müqaviləyə xitam verilməməsi, Əmək Məcəlləsinin tələbinə əsasən tərəflərdən biri müqavilənin xitam olunması barədə digər tərəfə mütləq qaydada xitam verilmə ilə bağlı tələblə çıxış etməli olması” barədə dəlilləri də qətnamənin ləğvinə əsas vermir.
71. Əvvəla qeyd olunmalıdır ki, əmək hüququnun konstitusion əhəm iyyəti nəzərə alınmaqla, işçinin hüquqlarının qorunmasını təmin etmək məqsədi ilə müəyyən olunur ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verilə bilər.
72. Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunub. Kassatorun dəlilləri ilə bağlı həmin 6 əsasdan ikisinə –
1. Tərəflərdən birinin təşəbbüsü;
2. Əmək müqaviləsinin müddətinin qurtarması əsaslarına diqqət cəlb olunmalıdır. Tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam verilməsi işçiyə münasibətdə Əmək Məcəlləsinin 69-cu maddəsi, işəgötürənə münasibətdə isə 70-ci maddəsi ilə tənzimlənir.
73. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqav iləsi bağlamağa məcbur edilə bilməz (Konstitusiyanın 35-ci maddəsinin İV hissəsi, Əmək Məcəlləsinin 42-ci maddəsi). Başqa sözlə əmək müqaviləsi könüllülük prinsipinə əsaslanır və azad hüquqdur.
74. Müqavilənin bağlanması ilə tərəflər Məcəllədə müəyyən olunmuş hüquqlarla yanaşı vəzifələr də daşıyır və bu vəzifələr əmək müqaviləsinin qüvvədə olduğu müddətdə məcburidir.
75. Bu baxımdan əmək müqaviləsinin müddəti bitdiyi tarixdə yeni müqavilə bağlanmadığı hallarda hüquqi müəyyənliyin təmin olunması üçün qanunvericilikdə xüsusi qayda müəyyən olunub. Bu qaydaya görə, əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyy ən olunmuş müddətə uzadılmış hesab olunur (Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsi).
76. Bu normada bəhs olunan “tələb etmirsə” ifadəsinin iddiaçı tərəfindən “müqavilənin xitam olunması barədə digər tərəfə tələblə çıxış etməli olması” kimi izah edilməsinin hüquqi əsası yoxdur. Həmin normada bəhs olunan “tələb etmə”nin işəgötürənə münasibətdə işçiyə “əmək müqaviləsinə xitam verilməsi barədə tələblə çıxış etməsi” kimi anlaşılması özlüyündə bu normanın mahiyyətinə ziddir. Çünki Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsindən göründüyü kimi, müqavilə müddətinin bitməsindən bir həftə ərzində hələ müqavilə uzadılmış hesab edilmir. Əvvəlki müqavilə isə artıq qüvvəsini itirmiş olur. Məhz buna görə də əmək müqaviləsinin bitməsindən sonrakı əmək münasibətləri davam etdirilən bir həftəlik müddət xüsusi tənzimlənir. Yəni ortada qüvvədə olan əmək müqaviləsi olmadığı halda, kassatorun təbirincə “işəgötürənin işçiyə müqaviləyə xitam verilməsi tələb irəli sürməli olması” məntiqi görünmür.
77. Apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən “tələb” müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı bir yazılı (və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti, hazırkı mübahisədə isə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbini ifadə edir.
78. Əmək müqaviləsinin müddəti bitdikdə işəgötürən həmin müddətin qurtardığı gündən bir həftə ərzində müqaviləni xətm etməkdə haqlıdır. Bu hüquq ƏM-in 73-cü maddəsinin 1-ci hissəsində açıqca nəzərdə tutulmuşdur. Bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə gərək yoxdur.
79. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
80. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetin i təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1020/2023 nömrəli, 06 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.