Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3504/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2515/2023 nömrəli mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin X12 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, A-290/2020 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh ASC-nin X12 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə suölçən Cihazların Quraşdırılması, təmiri və İstismarına nəzarət qrupunun İsmayıllı Sukanal sahəsi üzrə 10-cu dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay sınaq müddəti olmaqla xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
2. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X12 İdarəsinin baş mühəndisi Rəşad Qorçiyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatda bildirilmişdir ki, iş əmrlərinin doldurulmasında göstəricilərin düzgün qeyd olunmaması və mal-materialın iş əmrində öz əksini tapmaması öz məsuliyyətsizliyindən irəli gəlir. Yoxlama qrupunun ona tutduğu nöqsanlar doğrudur. Bir daha belə halların baş verməməsi üçün tam məsuliyyətlə öz işində dönüş yaradacaqdır.
3. Cavabdeh ASC-nin X12 İdarəsinin intizam tənbehi haqqında xx.xx.2020-ci il tarixli, 99 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin X12 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X6 metrologiya üzrə mühəndisi İddiaçı Əmək məcəlləsinin 10-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini icra etməyərək icra intizamını pozduğundan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmi şdir. Əmrin əsasını xx.xx.2020-ci il tarixli, 252 saylı xidməti məlumat təşkil edir.
4. Cavabdeh ASC-nin X12 İdarəsinin intizam tənbehi haqqında xx.xx.2021-ci il tarixli, 382 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin X12 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X6 metrologiya üzrə mühəndisi İddiaçı Əmək məcəlləsinin 10-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini icra etməyərək icra intizamını pozduğundan AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrin əsasını xx.xx.2021-ci il tarixli, 1252 saylı xidməti məlumat təşkil edir.
5. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X12 İdarəsinin baş mühəndisi Rəşad Qorçiyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatda o, xidməti yoxlama zamanı tutulmuş n öqsanlara aydınlıq gətirərək qeyd olunan nöqsanların bir daha olmayacağına və işində daha məsuliyyətli olacağına söz vermişdir.
6. Cavabdeh ASC-nin X12 İdarəsinin intizam tənbehi haqqında xx.xx.2021-ci il tarixli, 388 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin X12 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X6 metrologiya üzrə mühəndisi İddiaçı Əmək məcəlləsinin 10-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini icra etməyərək icra intizamını pozduğundan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət verilmişdir. Əmrin əsasını xx.xx.2021-ci il tarixli, 1315 saylı xidməti məlumat təşkil edir.
7. İsmayıllı rayon Prokurorluğunun Cavabdeh ASC-nin X12 İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **** ***** nömrəli təqdimatına əsasən İddiaçı barəsində intizam icraatı qaydasında tədbir görülməsi məsələsinə baxılması xahiş edilmişdir.
8. Cavabdeh ASC-nin X12 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 08 saylı iclas protokolundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli xidməti məlumat və Azərbaycan Respublikası Prokurorluğu İsmayıllı rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, ********* nömrəli təqdimatına əsasən Cavabdeh ASC-nin X12 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X6 metrologiya üzrə mühəndisi İddiaçı əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması və öz əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıx armış əməllərinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə müsbət rəy verilmişdir. 9. xx.xx.2022-ci il tarixli, 45-k saylı əmrə əsasən əsasən Cavabdeh ASC-nin X12 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X6 metrologiya üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ğhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və işçiyə 55 təqvim günü hesablanmaqla məzuniyyət haqqının ödənilməsi əmr edilmişdir. Əmrin əsasını xx.xx.2022-ci il tarixli, 453 saylı xidməti məlumat və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.202 2-ci il tarixli, 02 saylı məktubu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 45-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, habelə işdən azad edildiyi vaxtdan iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaqlıq dostu X1 borcunun yaranması barədə ona idarənin müdiri Xalid Şirinov məlumat vermiş və Fazillə danışıb borcunun ödənilməsi, əks təqdirdə suyunun kəsiləcəyi barədə xəbərdarlıq etməsini bildirmişdir. İddiaçı Fazillə əlaqə saxlayaraq bu barədə ona xəbərdarlıq etmişdir. Dostu ona axşam saatlarında borcunu ödəyəcəyini demişdir. O, bu barədə su verilməsinin dayandırılması işləri ilə məşğul olan Anar və Cümşüdə bildirmişdir. Lakin 10 dəqiqə sonra Fazil ona zəng edərək xahişinin nəzərə alınmadığını və suyun kəsildiyini, eyni zamanda nazaslıq yarandığından axıntı səbəbiylə su basdığını demişdir. O, dərhal Anarın telefonuna zəng edərək, rəisi və onu məlumatlandırdığı halda nə üçün suyu kəsməsini soruşmuşdur. Anar isə cavabında onun ünvanına nalayiq ifadələr işlədərək telefonu söndürmüşdür. Bundan sonra o, su axıntısı ilə bağlı xidməti vəzifəsini icra etmək məqsədilə abonentin yaşadığı ünvana getmişdir. Oraya çatdıqda idarənin 11-12 nəfər işçisinin orada olmasını görmüşdür. O, maşından enən kimi Anar onun qolundan tutub kənara çəkmiş və si nəsindən zərbə ilə vurmuşdur. O, Anarın bu hərəkətinə heç bir reaksiya verməmişfir. Bu zaman Zəfər adlı işçi Anarı tutub ayırmışdır. Fazil isə bu anda Anarın nalayiq söyüşlə danışmasını eşidib və onu vurmasını görüb Anarı arxadan yumruqla vurmuşdur. Bundan sonra hər kəs sakitləşmiş və hamı dağılışmışdır. Danışıqlardan ona məlum olmuşdur ki, su kəsildikdən sonra Fazil əvvəlcə Anara zəng edib, sonra isə ona zəng edib su axıntısı barədə məlumat vermişdir. Belə ki, iddiaçı hadisə yerinə gəldikdə Anarın orada olması barədə məlumatı olmamış, baş vermiş hadisədə onun təqsiri olmamışdır. Bundan 5-6 gün sonra X12 İdarəsinin hüquqşünası tərəfindən baş ofisdən dəvət edilmiş və ondan şifahi qaydada hadisənin necə baş verməsini soruşmuş, o, isə hadisəni olduğu kimi danışmışdır. xx.xx.2022-ci il tarixdə o, özü Bakı şəhərində baş idarəyə dəvət edilmişdir. Orada məlum olmuşdur ki, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilmişdir. Həmin gün də ona əvvəlcədən məlumat verilməməsinə baxmayaraq, təcili olaraq həmkarlar ittifaqının iclası keçirilmişdir. Ona azadedilməyə dair özünün ərizə yazması təklif edilsə də, bu təkliflə razılaşmamışdır. Bundan sonra həmkarlar onun işdən azad edilməsinə qanunsuz olaraq razılıq vermişdir. Həmkarların rəyi əsasında Cavabdeh ASC-nin NÖCİ-nin xx.xx.2022-ci il tarixli 45-k saylı əmrinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz hesab edir, belə ki, hadisə obyektiv araşdırılmamışdır. Həmçinin, onun hadisə yerində olması xidməti vəzifələrinə uyğun olmuşdur. Onun tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas olan hallar aşkar edilməmişdir.
12. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı əlavə olaraq izahatında qeyd etmişdir ki, o, Həmkarlar iclasının protokolunu imzalamamışdır və ondan xidməti izahat da almamışlar. Həmkarların iclasına çağırılmağı barədə ezamiyyət əmri və işdən çıxarılma haqqında əmr ona şəxsən və ya elektron formada təqdim olunmamışdır. Hamısının səs yazılarını sübut kimi təqdim edə bilər. Onun gizli səs yazısını yazmaqda məqsədi gələcəkdə məhkəməyə sübut kimi təqdim etmək olmuşdur. O, səs yazısını qeydə alanda həmkarların iclası bitməmişdi, əvvəldən axıra kimi səs yazısı yazılmışdır. İclasın ortasından rəisin yanına göndərmişlər. Rəis də ona demişdir ki, hüquqşünas nə deyirsə, o olmalıdır. Həmin iclasda Samir müəllim axıra kimi iştirak etmişdir. Ona özünün könüllü ərizə yazaraq, işdən çıxarılmağı təklif edilmişdir. Lakin təkliflə razılaşmamışdır.
14. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya qarşı etiraz edərək, bildirmişdir ki, işlədiyi dövrdə o, əmək intizamını pozması ilə bağlı 3 dəfə intizam məsuliyyətinə cəlb olunmuş və barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Tənbeh tədbirlərindən sonuncunun müddəti isə işdən çıxarılmasına dair əmr verilməmişdən bilavasitə əvvəl bitmişdir. Lakin hadisə baş verən tarixdə tənbeh tədbiri qüvvədə olmuşdur. İddiaçının sahə rəisindən suyun kəsilməməsi barədə xahişi nəzərə alınm ış və tapşırıq verilmişdir. Lakin sonradan suyun kəsintisi işi ilə məşğul olan digər qrup tərəfindən su kəsilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 260 saylı Qərarına əsasən, yalnız bir dəfə sayğacı yoxlamaq və oxumaq məqsədi ilə ünvana getmək ixtiyarı vardır, yerdə qalan digər vaxtlarda isə müvafiq iş əmri əsasında işçilər ünvana gedə bilərlər. İddiaçının hadisə yerinə gedəndə iş əmri olmamışdır. Prokurorluğun təqdimatından da açıq-aşkar görünür ki, münaqişənin başlamasına səbəb iddiaçının ünvana getməsi və hadisənin baş verməsinə zəmin yaratması olmuşdur. İddiaçının iş vaxtı əmr olmadan ora getməyə ixtiyarı yox idi. İddiaçı şifahi şəkildə izahat versə də, yazılı izahat verməkdən imtina etmişdir. İddiaçıya rəsmi qaydada izahat verməsi üçün müraciət etməmişlər. Lakin o, yazıl ı şəkildə izahat verməkdən imtina etmişdir. səs yazısından görünür ki, əvvəldən axıra kimi iclasın səs yazısı aparılmamışdır. Çünki iclasın giriş hissəsi və iclas iştirakçılarının orada təqdim edilməsi yoxdur. Səs yazısında həmçinin iddiaçının özünün və onun çıxışları yoxdur. Səs yazısı iclas bitəndən sonra aparılmışdır. Həmkarlar İttifaqı Komitəsinin öz iclasına lazımi bildiyi hər hansı mütəxəssisi dəvət etmək ixtiyarı vardır. Onu da onu xidməti məruzəni tərtib etmiş və araşdırmanı aparmış şəxs qismində iclasa dəvət etmişlər. Xidməti məlumat onun tərəfindən tərtib edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Quliyev isə iddiaçıya məsləhət vermişdir ki, rəislə danışıb barışsın. Belə ki, tərəflərin barışıq sazişi əsasında yekunlaşdırmaq imkanı qanunvericilikdə də nəzərdə tutulmuşd ur. İddiaçı rəhbərliyin yanına Həmkarlar İttifaqı Komitəsinin qərarına təsir etmək üçün göndərilməmişdir. Əgər rəhbərlik öz fikrindən daşınardısa işçinin nöqsanı olmuş olsa belə Həmkarlar İttifaqı Komitəsi işçinin işdə saxlanılıb digər tədbir görülməsi üçün qərar verə bilərdi. Həmkarlar İttifaqı Komitəsi tərəfləri barışdırmağa çalışmişdir. İdarə əvvəlcədən iddiaçıya ətraflı şəkildə izah etmişlər ki, özü ərizəsini yazaraq işdən çıxsın və ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməsin. Lakin o, özü razılaşmamışdır.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır və mübahisə etdiyi şəxsi isə həmin gün tanımışdır. Səid baş verən mübahisədə heç bir formada iştirak etməmişdir. Lakin iddiaçı hadisə yerinə gəldikdən sonra müba hisə olmuşdur, əgər o, gəlməsəydi hadisə baş verməzdi.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, İsmayıllı Sukanal İdarəsində işləyir. Abonentlərlə iş üzrə mühəndisdir. Su təchizatının dayandırılması haqqında 16 nömrəli iş əmrinə əsasən, istismarın mühəndisi və çilingəri birlikdə hadisə yerinə getmişlər. İddiaçı ona zəng vurmuş və onu təhqir etməyə başlamışdır. Ondan suyu kəsməməklə bağlı xahiş olunmamışdır. İddiaçı gəldikdən sonra insident yaranmışdır. Əgər o gəlməsə idi bu hadisələr də baş verməyəcəkdi.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, X6 İstismar şöbəsində mühəndis işləyir. Hadisə 27 yanvar 2022-ci il saat 3-4 radələrində baş vermişdir. Borca görə su təchizatının dayandırılmasıyla bağlı 7 nəf ər. getmişlər. Onlar gedəndə kranla filtr arasında cüzi miqdarda su sızması olmuşdur. Maşın çatışmazlığından və hər ayın sonu işçilər abonentlərlə borc ödəmələri ilə bağlı danışıqlar aparılması məqsədilə işçilər ərazilərə yayılır. Ona görə də hadisə yerində 7-8 nəfər olmuşlar. Fazillə Səid dostdurlar və Səid suyu kəsilməməsi ilə bağlı ondan xahiş etmişdir. Lakin Anardan xahiş etməmişdir. Suyu dayandırmaqla bağlı çilingərə tapşırığı o vermişdir. Səid gələndə söhbət qızışmış və mübahisə düşmüşdür. Belə ki, o, özü abonentlə danışıq razılaşmışdı.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, onlar ünvana su axıntısıyla bağlı şikayətə görə getmişlər. Ora çatdıqdan sonra Anar Səidə yaxınlaşmış, onu sağ tərəfə çəkmiş və Anar iddiaçının sinəsindən vurub itələm işdir. O, Anarı tutmuş, digər əməkdaşlardan biri isə iddiaçını tutmuşdur. Onlar oraya çatanda heç kim mübahisə etməmiş və 6-7 nəfər yol ortasında söhbət etmişlər. İddiaçı ilə Anar əvvəlcədən telefonda bir-birlərilə atışmışdılar. Ona görə də Anar iddiaçının üzərinə gəlmiş və mübahisə düşmüşdür. Adətən sayğacdan su sızmayla bağlı işlərə onlar gedirlər. O, iddiaçı ilə 18 saylı iş əmrinə əsasən hadisə yerinə getmişdir. Onlara isə məlumat operatordan daxil olmuşdur. İddiaçı ilə ora gedəndə maşında oturmuşdur və Anarla arasında təhqir və ya söyüş olub-olmamasını eşitməmişdir. Anar toplumun içərisindən çıxıb iddiaçı tərəfə gəlmiş və onu maşının sağ tərəfinə çəkib sinəsindən vuraraq itələmişdir. Hadisə baş verdikdən sonra onlar sayğaca baxmadan oranı tərk etmişlər.
19. Bakı Şəhəri Yasamal Rayon Mə hkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 dekabr 2022-ci il tarixli 2(004)-4603/2022 saylı qətnaməsi ilə (hakim G.Əkbərli) iddia rədd olunmuşdur.
20. Birinci instansiya məhkəməsi ilk öncə iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş Şəki 1 saylı X2 rayon Şöbəsinin məktubundan müəyyən edilir ki, İddiaçı əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bu halda əmək münasibətlərindən irəli gələn hazırkı mübahisə üzrə iddia müddəti ötürülmədiyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır.
21. Məhkəmə işin halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının işdən azad olunması qanunvericiliyin tələbin ə uyğun həyata keçirilmişdir. Belə ki, işin hallarında və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə abonentin su təchizatı ilə bağlı yaranmış problemin həll olunması onun vəzifə səlahiyyətlərinə aid edilmədiyindən idarə tərəfindən cəlb edilməmişdır. İddiaçı özü həmin ünvana getməklə, orada davranışları ilə hadisələrin baş verməsi və mübahisənin şiddətlənməsinə səbəb olmuşdur. İddiaçının hərəkətləri prokukorurluq orqanı tərəfindən mənfi qiymətləndirilərək barəsində işəgötürənə təqdimat verilmişdir. Həmçinin işlədiyi dövr ərzində işçi barəsində əmək və icra intizamını pozduğuna görə müxtəlif tarixlərdə iki dəfə töhmət və sonuncu dəfə bir şiddətli töhmət verilmişdir. Cavabdeh – işəgötürən də əmək müqaviləsinə xitam verərkən məhz işçinin – iddiaçının intizamına və prokurorluğun təqdimatına əsaslanmışdır. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır.
22. Səsyazısı məhkəmə tərəfindən tədqiq edildikdə, Komitə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi hal aşkar edilməmişdir. İşçinin barışıq yolu ilə həll edilməsi məqsədilə rəhbərliklə iclas zamanı görüşməsi faktı isə Həmkarlar İttifaqı Komitəsinin qərarın təzyiq kimi qiymətləndirilməsi istisna edilir.
23. Bundan başqa iddiaçı verilmiş suala əsasən iclasın səsyazısını tam versiyada məhkəməyə təqdim etmədiyini etiraf etmişdir. Odur ki, gizli yolla qeydə alınmış səsyazısı məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz.
24. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hərəkətlərdə hər hansı pozuntu müəyyən edil mədiyindən xx.xx.2022-ci il tarixli əmrinl əğv edilməsi üçün heç bir əsas müəyyən edilmir.
25. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin 45.1, 70 “ç”, 71.2, 71.3, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, suyun kəsilməsi və qəza şəraitinin mövcud olması faktına görə çilingərlə birlikdə hadisə yerinə getmişdir və bu da onun əmək funksiyasına görə borcudur. Həmçinin məhkəməyə təqdim edilmiş səsyazısından da görünür ki, həmkarlar ittifaqının qərarı müstəqil olmamış, iclas zamanı ona rəislə yenidən danışılması təklif edilmiş, rəis tərəfindən razılıq verilmədiyindən mənfi rəy verilmişdir. Dolay ısı ilə həmkarlar ittifaqının qərarına təzyiq göstərildiyindən qanunsuz olmuşdur. Diskə baxışdan göründüyü kimi iclasın əvvəlində hazırda məhkəmə baxışında cavabdehin nümayəndəsi kimi iştirak edən hüquqşünasın səsi gəlir və o, Həmkarlar İttifaqı Komitəsinin üzvü olmadığı halda iclas iştirakçılarına faktiki olaraq sözləri ilə təzyiq göstərir. Halbuki iclasda yalnız həmkarlar ittifaqı komitəsinin üzvləri olmalı idilər.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2515/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apelly asiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razıalaşaraq qeyd etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.Göründüyü kimi xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərində yaşayan Fazil Cəlilzadənin yaşadığı ünvanda su təchizatı ilə bağlı yaranmış problemlə əlaqədar ünvana Cavabdeh ASC-nin 6 saylı Sukanal İdarəsinin əməkdaşları cəlb edilmiş, sonradan iddiaçı da həmin ünvana gəlmişdir. Bu zaman abonentlə əməkdaşlar arasında ciddi mübahisə yaranmış, nəticədə əməkdaşlardan Anar Güləliyevin sağlamlığına az ağır zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılarkən prokurorluq tərəfindən iddiaçı barəsində intizam tədbirlərinin görülməsi üçün Cavabdeh ASC-nin X12 İdarəsinə təqdimat veri lmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə abonentin su təchizatı ilə bağlı yaranmış problemin həll olunması iddiaçının vəzifə səlahiyyətlərinə aid edilmədiyindən, o, idarə tərəfindən cəlb edilməmişdır.
29. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə əmək və icra intizamını kobud şəkildə pozması ilə əlaqədar intizam tənbehi haqqında əmrlə töhmət və sonuncu dəfə şiddətli töhmət verilmişdir.
30. Cavabdeh əmək müqaviləsinə xitam verərkən məhz işçinin intizamına və prokurorluğun təqdimatına əsaslanmışdır.
31. Beləliklə, iş materialları və birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan İsmayıllı şəhərində yaş ayan dostu Fazil Cəlilzadənin yaşadığı ünvana gələrək, su təchizatı ilə bağlı yaranmış problemlə əlaqədar həmin ünvana gəlmiş Cavabdeh ASC-nin 6 saylı Sukanal İdarəsinin əməkdaşı Anar Güləliyevlə əsassız yerə mübahisə etmiş və həmin vaxt X15 Güləliyevi vuraraq, sonuncunun sağlamlığına az ağır zərər yetirmişdir. Bununla da iddiaçının hərəkətlər nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmuş, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir.
32. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır.
33. İddiaçının təqdim etdiyi səsyazısı birinci instansiya məhkəməsi tərəfindən tədqiq edildikdə, Komitə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi h alı aşkar edilməmişdir.
34. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, işçinin mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədilə rəhbərliklə iclas zamanı görüşməsi faktı Həmkarlar İttifaqı Komitəsinin qərarın təzyiq altında qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı verilmiş suala əsasən iclasın səsyazısını tam versiyada məhkəməyə təqdim etmədiyini etiraf etmişdir.
35. Digər tərəfdən, məhkəmə haqlı olaraq gizli yolla qeydə alınmış səsyazısını sübut olaraq qəbul etməmişdir. Belə ki, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
36. Kollegiya hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericili yinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2515/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edib iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi 70–ci maddəsinin “ç” bəndinin tələbləri pozulmuşdur.Belə ki,işdən xaric olma haqqında əmr yalnız prokurorluğun təqdimatına əsaslanmışdır. Yəni həmin əmrdə Əmək Məcəlləsinin ç bəndinin pozuntusunun nədən ibarə tolduğu görsənmir. Prokurorluq isə Əmək Məcəlləsinin müddəalarını m pozuntusu olmasınımüəyyən edən orqan deyil.
39. Baş vermiş hadisədə onun təqsiri olmamışdır. Həmin hadisədən 5-6 gün sonra X12 İdarəsinin hüquqşünası baş ofisdən dəvət edilmiş və ondan şifahi qaydada hadisənin necə baş verməsinisoruşmuş, o, isə hadisəni olduğu kimi danışmışdır. xx.xx.2022-ci il tarixdə o, özü Bakışəhərində baş idarəyə dəvət edilmişdir. Orada məlum olmuşdur ki, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilmişdir. Həmin gün də ona əvvəlcədən məlumat verilməməsinə baxmayaraq, təcili olaraq həmkarlar ittifaqının iclası keçirilmişdir. Ona azadedilməyə dair özünün ərizə yazması təklif edilsə də, bu təkliflə razılaşmamışdır. Bundan sonra həmkarlar onun işdən azad edilməsinə qanunsuz olaraq razılıq vermişdir. Həmkarların rəyiəsasında Cavabdeh ASC-nin NÖCİ-nin xx.xx.2022 -ci il tarixli 45-k saylıəmrinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz hesab edir, belə ki, hadisə obyektiv araşdırılmamışdır. Həmçinin qeyd etmişdir ki, onun hadisə yerində olması xidməti vəzifələrinə uyğun olmuşdur. Çünki əsas vəzifəsi 6 saylı Regional SKİ üzrə suölçən cihazlarının quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun İsmayıllısukanalsahəsi üzrə metrologiya mühəndisi vəzifəsidir. Hadisə yerində olarkən Anar tərəfindən təhqirə və fiziki təzyiqə məruz qalmışdır.
40. Onun tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas olan hallar aşkar edilməmiş, bilavasitə onun təqsiri və hər-hansı formada müdaxiləsi nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelər inə hər hansı formada ziyan dəyməsi təsdiq olunmur. Qeyd edilmişdir ki,cavabdeh təşkilat qanunvericiliyin tələblərinə əməledilmədən onun işdən azad olunması üçün heç bir əsaslısəbəb olmadan, himayəsində 2 azyaşlı övladının olması, uzun müddətli iş təcrübəsi, bir ailənin taleyi və s nəzərə alınmadan, sadəcə bir prokurorluq müstəntiqinin laqeyidcəsinə yazdığı təqdimatı əsas tutaraq onu işdən azad etmişdir. Cavabdeh ASC-nin X12 İdarəsi xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Mübahisələndirilən əmrin verilməsizamanı iddiaçının üzərində olan hər hansı tənbeh tədbiri olmamışdır. Məsələyə insani cəhətdən də diqqət yetirdikdə, məlum olur ki, hadisə əmək in tizamının yerinə yetirmədiyinə görə yox,başqasının probleminə görə baş vermişdir. Normal haldır ki, kommunal xidmətlərin gecikdirilməsi ilə bağlı xahiş edilə bilər və abonentə bir neçə gün möhlət verilə bilərdi. Həmçinin qəbuledir ki, su sərfiyyatına görə yaranmış borcu ödəmək hər bir vətəndaşın borcudur. Hadisə baş verən gün isə abonentlə digər işçiarasında konflikt baş vermişdir. Lakin iddiaçı hər hansı formada konfliktə müdaxilə etməmişdir. İddiaçı suyun kəsilməsi və qəza şəraitinin mövcud olması faktına görə çilingərlə birlikdə hadisə yerinə getmişdir və bu da iddiaçının əmək funksiyasına görə borcudur. Bu isə əmək intizamının pozulması demək deyildir. Baş vermiş hadisə iddiaçının özündən aslı olmayaraq yaranmış konfliktdir. Bu situasiya nəticəsində isə iddiaçıya daha sərt intizam tə nbeh tədbiri olan işdən çıxarılma əmri verilmişdir. iddiaçıya digər yüngül intizam tənbeh tədbiri veriləcəyi təqdirdə onu mübahisələndirməzdi və qəbuledərdi. Bu sərt tədbir verilərkən şəxsin şəxsiyyətinin xarakterini müəyyən edən hallar və ailə vəziyyəti də nəzərə alınmalı idi. Qeyd edir ki, iddiaçısosialcəhətdən ağır vəziyyətdədir və iki azyaşlı uşağı vardır. Həmçinin məhkəməyə təqdim edilmiş səs yazısından da görünür ki, həmkarlar ittifaqının qərarı müstəqil olmamış, iclas zamanı iddiaçıya rəislə yenidən danışılması təklif edilmiş, rəis tərəfindən razılıq verilmədiyindən mənfi rəy verilmişdir. Dolayısı ilə həmkarlar ittifaqının qərarına təzyiq göstərildiyindən qanunsuz olmuşdur. Diskə baxışdan göründüyü kimi iclasın əvvəlində hazırda məhkəmə baxışında cavabdehin nümayəndəsi kimi iştirak edən edən hüquqşünasın səsi gəlir və o, Həmkarlar İttifaqı Komitəsinin üzvü olmadığı halda iclas iştirakçılarına faktiki olaraq sözləri ilə təzyiq göstərir. Halbuki iclasda yalnız həmkarlar ittifaqı komitəsinin üzvləri olmalı idilər. Həmkarlar ittifaqı komitəsinin üzvü də orada bildirir ki, Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi burada yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
43. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.
44. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəli klərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
45. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
46. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyə n edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
47. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətin ə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
48. Maddə 80.
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkil atının qabaqcadan razılığının alınması tələb olunmur.
49. Maddə 187
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gü ndən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
59. Belə ki, apelya siya instansiyası məhkəməsi tərəfindən Cavabdeh ASC X12 İdarəsinin 03 iyun 2022-ci il tarixli 45-k nömrəli, Avomatika və metrologiya şöbəsi 6 N-li Regional sukanal idarəsi İsmayıllı sukanal sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə əmrinin Əmək Məcəlləsinin normaları nəzərə alınmaqla lazımi şəkildə əsaslandırılıb-əsaslandırılmamasına prosessual hüquq normalarının tələbləri əsasında qaneedici hüquqi qiymət verilməmişdir.
60. Eləcə də apelyasiya instansiyası məhkəməsi İddiaçı hərəkətlərində (əməlində) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinin tərkibinin olub-olmamasına da lazımi şəkildə əsaslandırmaqla hüquqi qiymət verməmişdir.
61. Həmçinin apelyasiya instan siyası məhkəməsi İddiaçı əmək müqaviləsinin ləğvinə səbəb olan hərəkəti 27 yanvar 2022-ci il tarixdə törətməklə əmək müqaviləsinin 03 iyun 2022-ci il tarixdə ləğv edilməsinin Əmək Məcəlləsinin normalarının tələblərinə uyğun olubolmamasına da lazımi hüquqi qiymət verməmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində hadisədən 5-6 gün sonra X12 İdarəsinin hüquqşünası tərəfindən baş ofisdən dəvət edildiyini və ondan şifahi qaydada hadisənin necə baş verməsinin soruşduğunu, onun isə hadisəni olduğu kimi danışdığını bildirmişdir.Apellyasiya instansiyası məhkəməsi bu halı lazımi şəkildə araşdırıaraq hüquqi qiymət verməmişdir.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
62. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə ed ilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
64. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
65. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə gös tərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
66. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırlmaqla maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
67. Göstərilənlərə əsasə n Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(103)2515/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.