Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3443/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-3443/2022 (Açar sözlər: tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanılması, müddətli əmək müqaviləsinə xitam verilməsi) Bakı şəhəri, 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1255/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddia çı və cavabdeh İcbari Sığorta Bürosu X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı və ya işçi) xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi ilə İcbari Sığorta Bürosu X2 (bundan sonra- cavabdeh və ya işəgötürən) Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli əmrlə isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır.
2. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 68-ci maddəsinin 2 -ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı, məhkəmədə iddia qaldıraraq cavabdehin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin əmrlə itirdiyi iş yerinə və vəzifəsinə əvvəllər müəyyən edilmiş qaydada müddətsiz əmək müqaviləsi ilə eyni əmək haqqı ilə bərpa olunması, vurulmuş 79.200 manat mənəvi ziyanın, işə bərpa olunduğu tarixədək ödənilməmiş əmək haqqının və mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 51 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, sonuncu əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə başa çat sa da, işəgötürənlə əmək münasibətləri davam etmiş, xx.xx.2021-ci il tarixdə iş vaxtının bitməsinə 2 saat qalmış təşkilatın rəhbəri tərəfindən əmək müqaviləsinə xitam verildiyi bildirmişdir. Bu barədə verilmiş əmrdə ƏM-in 73-cü maddəsinə istinad olunsa da, həmin normanın tələbləri pozulmuşdur. Belə ki, qanunvericiliyə əsasən, müqaviləyə müddət bitdiyi gün xitam verilir, əgər xitam halı yoxdursa, sonrakı 1 həftə işçinin məzuniyyətdə, ezamiyyətdə olması və ya xəstələnməsi halı ilə əlaqədar olaraq verilən müddətdir ki, işə çıxdığı vaxtdan 1 həftə ərzində müqaviləyə xitam verilsin. İşəgötürən isə müqaviləyə müddətin bitdiyi xx.xx.2021-ci il tarixdə deyil, heç bir tələb və xəbərdarlıq olmadan xx.xx.2021-ci il tarixdə xitam vermişdir. Halbuki, müqavilə müddətinin bitdiyi tarixdən sonra bir həftə ərzində ona sistem üzərindən işlər yazılmış, e-maillər daxil olumuş və tərəfindən bütün tapşırıqlar icra edilmişdir ki, bu halda ƏM-in 45-ci maddəsinə əsasən müqavilə əvvəl müəyyən olunmuş müddətə bağlanmış hesab edilir. Bundan başqa, əmək müqaviləsinə xitam verilərkən müalicə alması barədə rəhbərliyə bildirmiş, lakin işlərin çoxluğu ilə əlaqədar işə çıxması tələb olunduğundan bülletendə olmasına baxmayaraq, işə çıxmışdır. Digər tərəfdən, tutduğu vəzifə daimi xarakter daşıdığı halda, onunla müddətli əmək müqaviləsi bağlanmış, səbəbini soruşduqda isə iş prinsiplərinin bu şəkildə olduğunu, əks halda müqavilə bağlanmayacağını bildirdiklərindən müddətli müqavilə bağlamağa məcbur olmuşdur. Həmçinin, işdən azad olunması barədə əmrin məzmunu yanlış olmaqla qanunvericiliyin tələblərinə əməl olunm adan tərtib olunmuşdur ki, bu da onun etibarsız hesab olunması üçün əsasdır. Hesab edir ki, cavabdehin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində işdən ayrıldığı vaxtdan bu günədək işsiz qalması, əlavə xərclərinin yaranması, istifadəsində olan nəqliyyat vasitəsini satması ilə əlaqədar dəymiş maddi, eyni zamanda, əmək kitabçasının əsassız olaraq korlanması, işə götürənin qəsdi və ya səhvi ucbatından ona qarşı belə bir əməlin törədilməsi nəticəsində dəymiş mənəvi ziyanın əvəzi işəgötürən tərəfindən ödənilməlidir.
5. Cavabdeh, iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin gün bazar gününə düşmüşdür. İddiaçının istinad etdiyi ƏM-in 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən tələb müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı yazılı (və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti ehtiva edir. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinə məhz onun müddətin bitdiyi gün xitam verilməli olması təsbit edilməmiş, həmin maddədə açıq şəkildə göstərilmişdir ki, müddət bitdikdən sonrakı 1 həftə ərzində müqaviləyə xitam verilmədiyi halda, müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir. İddiaçının da etiraf etdiyi kimi, onunla bağlanmış əmək müqaviləsinə müddət bitdikdən sonrakı 1 həftə ərzində, yəni xx.xx.2021ci il tarixdə xitam verilmişdir. Eyni zamanda, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün işdə olmaqla öz əmək funksiyalarını icra etmiş, hətta, təqdi m etdiyi xəstəlik vərəqəsində göstərdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilən günədək işdə olmaqla öz əmək funksiyalarını icra etmiş, xəstələnməsi barədə heç bir sənəd təqdim etməmiş və şifahi olaraq da rəhbərliyə məlumat verməmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra bu barədə əmr verildiyi vaxt xəstə olmasına əsaslanması isə əsassızdır və həmin sənədin sonradan alınması istisna edilmir.
6. İşdə olan, 2 saylı Bakı Dəmir yolu poliklinikası MMC-nin 906072 saylı əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə əsasən, iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
7. İddiaçı məhkəmə iclasında onu da bildirmişdir ki, gözündə “konyuktivin” xəstəliyi olduğundan müalicə almış, lakin bü lletendə olduğu dövrdə işəgötürənin tələbi ilə işə çıxmış, səhhəti buna imkan vermişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)6245/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin qanunvericiliyin tələblərinə zidd olması, bunun nəticəsində ona maddi və mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, ƏM-in 73-cü maddəsinin 1-ci hissəsində ehtiva edilən “tələb” müddətli əmək müqaviləsinə xitam verilməmişdən əvvəl işçiyə hər hansı bir yazılı (və ya şifahi) tələbin verilməsini deyil, tərəflərin iradə ifadəsini əks etdirən hərəkəti, hazırkı mübahisədə isə işəgötürənin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tələbini ifadə edir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin məhz onun müddətinin bitdiyi gün deyil, bu müddətdən sonrakı bir həftə ərzində xitam verilməsinin mümkünlüyünü ehtiva etmişdir. İddiaçının iddia ərizəsində etiraf etdiyi kimi, o, əmək müqaviləsinə xitam verildiyi gün, eləcə də, bütün iş həftəsi ərzində işdə olmaqla öz əmək funksiyalarını icra etmişdir. İşin bu halı mübahisəsiz olmaqla, məhkəmə araşdırması zamanı tədqiq edilmiş video görüntülərlə də sübuta yetmişdir. Həmçinin, iddia tələbinin əmək kitabçasının korlanması nəticəsində mənəvi zərərə məruz qalması hissəsi də məntiqsiz, formal, subyektiv mülahizələrlə əsaslandırılmışdır.
10. Məhkəmə öz mövqeyini, ƏM-in 11 (bənd “b”), 45, 68, 73, 83-cü və Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, işəgötürən tərəfindən ƏM-in 47-ci maddəsinin “f” bəndinin, 73-cü maddəsinin 1-ci hissəsinin və 84-cü maddəsinin pozulduğunu bildirsə də, məhkəmə tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamış, qətnamədə iddiaçının iddia ərizəsində bütün iş həftəsi işdə olduğunu etiraf etdiyi qeyd olunsa da, bu tamamilə əsassız olmuşdur. Həmçinin, işdə olması barədə istinad olunan video görüntülər üzrə də heç bir tədqiqat aparılmamışdır.
13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, suallara cavab olaraq bildirmişdir müqaviləyə xitam verilərkən işdə olmuş, ancaq onu müdir çağırmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) 2(103)-1255/2022 nömrəli, 02 fevral 2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, iddiaçının İcbari Sığorta Bürosu X2 Hüquqi Təminat və Sığorta Hadisələri şöbəsinin rəisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmiş, habelə məhkəmə xərcləri həll olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ƏM-in 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək qabiliyyətinin olmaması barədə 906072 saylı vərəqəsinin surətindən görünür ki, iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir.
16. Kollegiya birinci instansiya məhkəməsinin iddianı rədd edərək əsaslandığı hala, yəni iddiaçının onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilən gün və eləcə bütün iş həftəsi ərzində o, işdə olmaqla öz əmək funksiyalarını icra etməsini etiraz etməməsi və işin bu halının mübahisəsiz olmaqla məhkəmə araşdırması zamanı tədqiq edilmiş v ideo görüntülərlə sübuta yetirilməsinə dair qənətini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı işdən çıxarıldığı günü işdə olsa da, əmək funksiyalarının yerinə yetirilmədiyini deməklə artıq həmin halı mübahisələndirir. Eyni zamada istinad edilən video görüntüdə iddiaçının bütün iş günü işdə olması və əmək funksiyasının yerinə yetirməsi görünmür. Hətta bu hal belə qanunun imperativ qayda müəyyən etdiyi qaydadan kənara çıxılması kimi qiymətləndirlməklə, əmrin qanuni olması kimi dəyərləndirilə bilməz. Çünki, qanunla şəxsin xəstə olmasını təsdiq edən sənəd məhz buna səlahiyyətli orqan (səhiyyə orqanı) tərəfindən verilmiş arayışdır ki, həmin arayışda iş materiallarına əlavə edilməklə hər hansı qaydada mübahisələndirilməmişdir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və.s) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilməsini imperativ qayda müəyyən etməsinə baxmayaraq, cavabdeh xx.xx.2021-ci il tarixli 05-X nömrəli əmrlə onu işdən azad etməklə Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbini pozmuşdur.
18. Bununla belə, Kollegiyanın qənaətinə görə, iddiaçı ƏM-in 84-cü maddəsinə istinad edərək, əmrin etibarsız hesab edilməsini tələb etsə də, hazırda əmrin etibarısız hesab edilməsinə dair qanunda göstərilən hər hansı hal müəyyən edilməmişdir.
19. Apellyasiya məhkəməsi iddiaçının onunla müddətsiz əmək müqaviləsinin bağlanılması ilə bağlı iddia tələbini əsaslı hesab etməmişdir. Kollegiyanın qənaətinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1-ci maddə). Müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi). Göründüyü kimi tərəflərin hüquq bərabərliyi əsasında bağlanmış müddətli müqavilənin hazırkı halda müddətsiz müqavilə ilə əvəz edilməsi yolverilməzdir. Belə ki, ilkin müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olmuş və işçi işəgötürən tərəfindən onun müddətli əmək müqaviləsi ilə işə götürülməsinə etiraz et mək imkanında olmuşdur. Ona görə də iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdikləri hallar tərəflərin hüquq bərabərliyinin pozulması kimi qiymətləndirilə bilməz.
20. İddiaçıya mənəvi zərərin vurulması halı müəyyən edilmədiyindən, Kollegiya, həmin hissədə də iddianı əsaslı hesab etməmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
21. İddiaçı (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlandığı anda işəgötürən tərəfindən tərəflərin hüquq bərabərliyi prinsipinin pozulması faktını, işdən azad olunması barədə əmrin məzmunun düzgün olmadığını nəzərə almamış, bununla da ƏM-in 45-ci maddəsinin 4-cü hissəsini, 47-ci maddəsinin “f” bəndini və 84-cü maddəsini pozmuş, onun işdən çıxarılmasını qanunsuz hesab etdiyi halda, işəgötürənin bu əsassız hərəkətləri nəticəsində işgüzar nüfuzuna xələl gəldiyini, əmək kitabçasının korlandığını, bununla da ona mənəvi ziyan dəyməsi faktını nəzərə almamışdır.
23. Cavabdeh (Vəkil) də apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın tam rədd olunması yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr tə rəfindən birmənalı müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsinin müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) müqaviləyə xitam verildiyi gün (xx.xx.2021-ci il) də daxil olmaqla iş yerində olmuş, özü də bu faktı etiraf etmişdir. Belə ki, işdən azad olunduğu xx.xx.2021-ci il tarixdə İSB-nin Himayəçilər Şurasının sədrinə yazdığı elektron şikayətində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdə olduğunu, əmək funksiyalarını yerinə yetirdiyini, xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində gözlənilmədən icraçı direktorun əmək müqaviləsinə xitam verdiyini bildirmiş, eyni məzmunlu etirafı iddia ərizəsində də qeyd etmişdir. Apellyasiya məhkəməsi isə, işin bu halını təhrif etməklə, ƏM-in 73-cü maddəsinin 2-ci hissəsini yanlış təfsir etmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tari xdə əmək müqaviləsinə xitam verilərkən iddiaçı iş yerində olduğundan və xəstə olmasına dair hər hansı məlumat təqdim etmədiyindən onun barəsində verilmiş əmr qanuna uyğun olmaqla, işəgötürən tərəfindən belə bir əmrin verilməsi həmin maddədə nəzərdə tutulan “tələb etmə”dir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
26. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
27. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəs i ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
28. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
29. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
30. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.
31. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
32. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
33. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə t utulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
34. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasl a əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
35. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
42. Kassasiya şikayətləri üzrə qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır.
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi
44. Baxılan işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2019-cu ildə müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti sonuncu dəfə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilmişdir (§ 1-2).
45. Hazırda iddiaçı onunla əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinin pozulduğunu, müddətli müqavilə bağlamağa məcbur qaldığını, müqavilə müddəti bitdikdən sonrakı həftə əmək qabiliyyətini müvəqqəti itirməsinə baxmayaraq, işəgötürənin tələbi ilə iş yerində olmaqla əmək funksiyalarını yerinə yetirdiyini, əmək müqaviləsi nə işəgötürən tərəfindən müqavilə müddətinin bitdiyi gün (xx.xx.2021-ci il) deyil, bir neçə gün sonra xx.xx.2021-ci il tarixdə xitam verilməklə ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğunu, həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirərək, əmrin etibarsız sayılmasını, müddətsiz əmək müqaviləsi əsasında əvvəlki vəzifəsinə bərpa olunmasını, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini, işəgötürən qanunsuz hərəkətləri və əmək kitabçasının korlanması nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir (§ 3-4).
46. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilməsi, iddiaçı ilə əmək müqaviləsinin müddətsiz bağlanm ası və mənəvi ziyan tələblərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmunu (hansı məlumatların əks olunması, necə tərtib olunması) konkret şəkildə göstərilməklə, bu qaydanın pozulduğu halda əmək mübahisəsini həll edən məhkəmə tərəfindən əmrin etibarsız hesab edilə biləcəyi nəzərdə tutulmuşdur (§ 33-35).
48. Hazırkı işdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsinə dair qanunda göstərilən hər hansı hal müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsinin bu hissədə iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
49. Bundan başqa, iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən ƏM-in 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu bildirsə də, Kollegiya bu dəlili də əsaslı hesab etmir, ona görə ki, həmin normaya əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən b ağlanmalıdır (§ 27).
50. Göründüyü kimi, qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Həmin maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər (§ 29).
51. Hazırkı işin müəyyən edilmiş halları baxımından qeyd edilməlidir ki, tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir. İddiaçı ilə ilk dəfə (müddətli) əmək müqaviləsi bağlanarkən onun işəgötürəndən bir asılılığı olmamış, habelə iddiaçı, müddətsiz işçi statusunda deyildi. Belə olan halda, işçi ilə əmək müqaviləsinin müddətli bağlanması hüquq bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki, müddətli müqavilə rəsmiləşdir ilənədək cavabdehin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı olduğu halda, tərəflərin qarşılıqlı razılığı əssında müqaviləni müəyyən müddətə bağlamaq hüququ da var idi. Bu baxımdan, iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsi qanunsuz hesab edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.
52. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. K assasiya kollegiyası apellyasiya məhkəməsinin sözügedən tələblərin həllinə dair gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Ona görə də, iddianın təmin olunmamış hissələrində apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayan iddiaçının kassasiya şikayəti rədd edilməli, qətnamə bu hissələrdə qüvvəsində saxlanılmalıdır.
54. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi tələblərinə aid hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
55. Apellyasiya instansiya məhkəməsi bu hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ƏM-in 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, ə mək qabiliyyətinin olmaması barədə vərəqəyə görə iddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir. Bu sənəd mübahisələndirilməmişdir (§ 15-16).
56. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmır, ona görə ki, əmək müqaviləsinin müddəti bitdikdə işəgötürən həmin müddətin qurtardığı gündən bir həftə ərzində müqaviləni xətm etməkdə haqlıdır. Bu hüquq ƏM-in 73-cü maddəsinin 1-ci hissəsində açıqca nəzərdə tutulmuşdur. Bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə gərək yoxdur.
57. Hazırkı işdə cavabdeh tərəfindən əmək qanunvericiliyinin qeyd olunan tələblərinə riayət olunmaqla iddiaçı ilə bağlanmış müdd ətli əmək müqaviləsi qanunla müəyyən edilmiş müddətdə və qaydada ləğv edilmişdir (müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixdə həmin müqavilənin ləğv edilməsi barədə əmr verilmişdir).
58. Bundan əlavə, qanuna əsasən, işçinin müəyyən üzrlü səbəbdən (məsələn: xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtarmasına görə ləğv olunmasına işçinin işə çıxmasından sonrakı bir həftə ərzində yol verilir (ƏM, maddə 73, hissə 2).
59. Göründüyü kimi, bu normanın məqsədi göstərilən səbəblərdən işə çıxa bilməyən (iş yerində olmayan) işçini qorumaqdır. Ona görə də, bu qaydanın tətbiq edilməsi üçün normadakı zəruri dispozisiya şərti işçinin xəstəlik vərəqəsinin olması deyil, işçinin özünün iş yerində olmamasıdır. Odur ki, mübahisəli əmr çıxarılarkən işçi iş yerində olmuşsa, xəstəlik vərəqəsinin mövcudluğu ƏM-in 73-cü maddəsinin 2-ci hissəsinin tətbiqinə əsas ola bilməz.
60. Bu işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, əmrin çıxarıldığı xx.xx.2021-ci il tarixdə iddiaçı iş yerində olmuşdur. Belə ki, iddiaçı əmrin çıxarıldığı həftə və həmin gün işdə olduğunu və əmək funksiyasını icra etdiyini həm iddia ərizəsində, həm də birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında göstərmişdir.
61. Belə olan halda, xəstəlik vərəqəsinin mövcud olması səbəbindən həmin vaxt iş yerində olmuş işçinin əmək müqaviləsinin müddətin bitməsinə görə ləğv edilməsi barədə əmrin qanunsuz sayılaraq iddiaçının işinə bərpa edilməsi, mülki işin müəyyən edilmiş hall arına, tərəflərin qarşılıqlı münasibətinə və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.
62. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 41).
63. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələblərinə aid hissədə ləğv edilməli, həmin tələblərin göstərilən hüquq normaları əsasında araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, məhkəmə aktı qalan his sədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1255/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələblərində aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.