Məhkəmə qərarları › İş №2(102)-3429/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3429/2022

21.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3429/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər M və Azərbaycan X2rşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər M və Azərbaycan X4 qarşı “işə bərpa, maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10383/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 14 iyun 2022-ci il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmiş, İnstitut direktorunun xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan məhkumun müdafiəçisi X21 apellyasiya şikayət i verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 1(101)-191/16 saylı il tarixli hökmünün ləğv edilməsini, İddiaçı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmü ilə təqsirləndirilən İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqında 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilərək ona bəraət verilmiş, təqsirsiz hesab olunmuş İddiaçı “cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanı» ödənilməsini tələb etmək hüququnun olması izah edilm işdir.

3. NX13 Elmi-Tədqiqat İnstitutunun direktoruna ərizə ilə müraciət edərək onun xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İnstitut direktorunun xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmri ilə İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər M və Azərbaycan X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Elmi X8 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həbs olunana kimi Azərbaycan X3 direktor müavini işləmişdir. Müxtəlif vaxtlarda Bakı şəhər XDS-nin deputatı olmuşdur. Baytarlıq elmləri namizədi elmi dərəcəsini almış dır. Eyni zamanda həbs olunan zaman doktorluq dissertasiyası elmi işini tamamlamaq üzrə olmuşdur. xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Pİ-nin 19-cu PB-nə dəvət olunmuş və ilk izahatını orada yazmışdır. Onun xəbəri və məlumatı olmadan material Nəsimi rayonundan alınıb Səbail rayonuna verilmiş, mərhum prokuror Ş.Adıgözəlovun xx.xx.2014-cü il tarixli qərar ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və materialın araşdırılması Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevə həvalə olunmuşdur. Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xx.xx.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həbs olunmuş və Bakı şəhəri, Səbail rayon Pİ- nin İŞ-nin müstəntiqi N.Şiriyevin xid məti otağına gətirilmişdir. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarla alınmış, təhqirlərə fiziki zorakılığa məruz qalmışdır. Müstəntiqin bu qanunsuz hərəkətlərindən Səbail rayon prokuroruna Azərbaycan Respublikasının Baş prokuroruna, Bakı şəhər prokuroruna rəsmi şikayətlər yazmışdır. Müstəntiqi yoxlamaq və cəzalandırmaq əvəzinə, heç bir yoxlama aparılmamış, ona rəsmi cavab verilməmişdir. Şübhəli şəxs qismində saxlanılmış, barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cə zasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kpllegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, ona verilmiş ittihamın bir hissəsinə xitam verilmiş, digər hissədə araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilməyi qərara alınmışdır. Lakin Ali Məhkəmənin bu qərarı 8 gündən sonra icra olunmuşdur və o, cəzaçəkmə müəssisəsi nin tibb məntəqəsindən ağır xəstə vəziyyətində azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2020-cı il tarixli hökmü ilə müdafiəçisinin apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab olunmaqla bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli hökm qanuni qüvvəyə minmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldıqdan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2020-cı il tarixli bəraət hökmü çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zərərlər işlədiyi Azərbaycan X3 d irektor müavini vəzifəsində işləyən zaman aldığı əmək haqqından, mükafatlardan 13-cü əmək haqqından məhrum olunmağı, təhqiqata, istintaqa və məhkəmə instansiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə isə qanunsuz və əsassız həbs olunmaqla istintaq təcridxanasında saxlanıldığı, məhkum olunmağı ilə bağlı cəzaçəkmə müəssisəsində cəza çəkməyi, ailə üzvləri, qohumlarının və dostlarının yanında biabır olmağını, həbsdə saxlanılan zaman depressiyaya düşərək xəstəliyə tutulmağını, ailə üzvlərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq məhkəmə yollarında xərcləməsini, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Həbs olunana kimi işlədiyi İnstitutun direktoruna xx.xx.2020-ci il tarixdə rəsmi ərizə yazar aq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2020-cı il tarixli bəraət hökmünü də əlavə edərək əvvəlki “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Lakin onun vəzifəsinə bərpa ediləcəti yox, ərizə ilə işə qəbul ediləcəyini bildirmişlər. Bununla bağlı, Kənd Təsərrüfatı nazirinə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixlərdə ərizə yazaraq əvvəlki işinə bərpa olunmağını xahiş etmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixli 85 saylı əmrlə həmin tarixdən “İnformasiya təminatı və xəstəlikləri proqnozlaşdırılması şöbəsi”nin müdiri vəzifəsinə qəbul olunmuşdur və əsas kimi onun ərizəsini götürmüşlər. Əslində o, bu vəzifəyə bərpa olunmağını xahiş etmişdir. Cavabdeh isə onu vəzifəyə qəbul etmişdir.

6. Bakı şəhəri Nəsi mi Rayon Məhkəməsinin 2(006)-1794/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilmiş, Azərbaycan X3 direktorunun 10 noyabr 2020-ci il tarixli, 85 saylı əmri «İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilsin» hissəsində ləğv edilmiş, əmrin bu hissəsinin «İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə bərpa edilsin» kimi yenidən tərtib edilməsi vəzifəsi Azərbaycan X4 həvalə edilmiş, M vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.500 (üç min beş yüz) manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edil mişdir.

7. Birinci instansiya məhkəməsinin mənəvi ziyanla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərə əsasən, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və məhkum olunması nəticəsində həbsdə saxlanılarkən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.500 manat məbləğində təmin olunmasın ı məhkəmə ədalətli və ağlabatan hesab etmişdir.

8. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Mnə münasibətdə qismən təmin edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, M Azərbaycan Respublikası nın maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.500 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.

9. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar q eyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

10. Məhkəmə iddianın cavabdeh Azərbaycan X3 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin İK.Tağıyevin 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İK.Tağıyevin 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsi” barədə qətnamə qəbul edilməsinə dair hissədə əsaslı olduğunu və mülki işin materialları ilə iddiaçı ilə əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğunun tam təsdiq olunduğunu qeyd etmişdir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyi üçün, o, işdən çıxarılmışdır. Lakin işdən çıxarılmasına əsas olmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı 08 aprel 2016-cı il tarixli ittiham hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilərək bəraət almışdır. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildiyi üçün, işəgötürən tərəfindən İddiaçı işdən çıxarılması qanunsuz və əsassız hesab edilmiş, o, əvvəlki iş yerinə qəbul olunmuşdur. Lakin göründüyü kimi, əmək və cinayət prosessual qanunvericiliyində cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəyə bərpa olunmaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək və s. kimi hüquqları vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.

11. Məhkəmə Mülki Məcəllənin 21.1, 1101.1-ci, Cinayət-Prosessual Məcəlləsinin 55.3, 57.1, 59.1.1, 59.1.2-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam həcmdə - maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Şübhəli şəxs qismində saxlanıldığı gündən bəraət aldığı günə qədər və işə bərpa olunduğu tarixə kimi işlədiyi idarədən alacağı əmək haqqınd an məhrum olmuş, həbsdə olduğu üçün banka olan borcunu ödəyə bilməmiş, hüquqi yardımın göstərilməsi üçün xərclər çəkmişdir.

13. Cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilərək iddia tələbinin bu hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, mənəvi zərərə görə 3500 manatın ödənilməsi nəticəsinə gəlmişdir.

14. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq ElmiTədqiqat İnstitutu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytar lıq Elmi-Tədqiqat İnstitutu ilə bağlı hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. İddiaçının İnstitutda sonuncu vəzifəsi “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsinin müdiri” olmuşdur. “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmitədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərarı ilə Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturlarının təkmilləşdirilməsi qərara alınmışdır. Həmin Qərarın 3-cü hissəsi ilə Azərbaycan X1 X20 və Azərbaycan X3 bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazi rliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2015-ci il 4 sentyabr tarixli 87 nömrəli əmri ilə elmi-tədqiqat institutlarının yeni strukturları təsdiq edilmiş, həmin əmrin icrası ilə bağlı Azərbaycan X3 2015-ci il 11 sentyabr tarixli 58 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndi ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 2020-ci il 10 noyabr tarixdə ərizə ilə İnstituta müraciət edərək 2 ay sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmasını xahiş etmişdir. Ərizəsində əvvəl işlədiyi şöbəyə, yəni “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsinə bərpa edilməsini deyil, yeni vəzifəyə təyin olunmasını xahiş etmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.2-ci maddəsinə istinad edərək iddiaçını başqa şöbəyə bərpa etmişdir. Lakin məhkəmə bu hüquq normasına istinad edərkən nəzərə almamışdır ki, iddiaçı Azərbaycan X3 2015-ci il 11 sentyabr tarixli 58 nömrəli əmrini deyil, İnstitutun 2020ci il 10 noyabr tarixli 85 nömrəli əmrini mübahisələndirir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10383/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh Baytarlıq Elmi-Tədqiqat İnstitutunun apelyasiya şikayətinin təmin edilməsi, cavabdeh Azərbaycan Res publikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən Azərbaycan X3 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilməsi, əmrin bu hissəsinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsinin Azərbaycan X4 həvalə edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin mənəvi zərərə aid hissədə dəyişdirilməsi, M vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən alın araq İddiaçı ödənilməli olan mənəvi zərərin məbləğinin 10000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

17. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozu ntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur.

18. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmiş, və qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, ancaq o da nəzərə alınmalıdır ki, 4 ildən artıq müddətdə həbsdə qalmış iddiaçıya mənəvi ziyanın kompensasiyası üçün müəy yən edilmiş 3500 manat məbləğində vəsait onun keçirdiyi sarsıntıların, məruz qaldığı mənəvi iztirabların ağırlığına adekvat deyildir.

19. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

20. Məhkəmə kollegiyası cavabdeh Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödə nilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

21. Məhkəmə kollegiyası digər cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kassasiya şikayətində irəli sürdüyü, iddianın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə bağlı hissəsinin təmin edilməməsi dəlilinə münasibət bildirərək hesab etmişdir ki, iddiaçının bu hissədə tələbi əsassızdır və birinci instansiya məhkəməsi bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli 58 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəg ötürən tərəfindən ləğv edilə bilər. Göstərilən əsasla iddiaçı tutduğu vəzifədən azad edilmiş, lakin əmri mübahisələndirməmişdir. Belə vəziyyətdə əmrin qanuni olması prezumpsiyası qüvvədədir.

22. İddiaçı özü Baytarlıq Elmi-Tədqiqat İnstitutuna ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, Baytarlıq X7 İlqar x 1oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı sınaq müddəti ilə xx.xx.2020-ci il tarixdən Baytarlıq ElmiTədqiqat İnstitutunun informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. İddiaçı işə qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş və iş ə qəbul edilmişdir, bu zaman cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Ona görə də, həmin hissədə qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1101.1 -cı maddələrinə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuş, atası N x 1uzun illər ərzində Azərbaycan SSR KP-nın Gəncə şəhər Komitəsinin birinci katibi, anası x 1Azərbaycan SSR Yazıçılar İttifaqının sədri işləmişdir. İddiaçı həbs olunana kimi Azərbaycan X3 direktor müavini işləmiş, müxtəlif vaxtlarda Bakı şəhər XDS-nin deputatı olmuş, baytarlıq elmləri namizədi elmi dərəcəsini almışdır. Eyni zamanda iddiaçı həbs olunan zaman doktorluq dissertasiyası elmi işimi tamamlamaq üzrə idi. İddiaçı 10.11,2014-cü il tarixli qərarla həbs olunmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı Azərbaycan X3 20/5-ci il 11 sentyabr tarixli 58 nömrəli əmrini deyil, İnstitutun 2020-ci il 10 noyabr tarixli 85 nömrəli əmrini mübahisələndirir. Məhkəmə kollegiyasının mənəvi ziyana görə gəldiyi nəticəni də qanunsuz və əsassız hesab edir. Belə ki,məhkəmə kollegiyası gəldiyi bu nəticəni heç bir sübutla əsaslandırmamışdır. İddiaçı xx.xx.2014-cii il tarixdən 06 mart 2020-ci il tarixə kimi 5 il 26 gün həbsdə saxlanılmışdır. “Hüseynov və başqalarının Azərbaycana qarşı şikayətləri” üzrə Avropa Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında milli məhkəmələr tərəfindən qanunsuz olaraq 10 gün inzibati qaydada həbs olunmuş hər bir ərizəçiyə ayrılıqda mənəvi zərərə görə 12 000 avro və məhkəmə xərcləri və digər məsrəflərə görə birlikdə 6000 a vro zərərin ödənilməsi qərar alınmışdır. “Cəfərzadə Azərbaycana qarşı şikayəti üzrə” Avropa Məhkəməsinin xx.xx.2020-cı il tarixli qərarında milli məhkəmələr tərəfindən qanunsuz olaraq 5 gün inzibati qaydada həbs olunmuş X16 mənəvi zərərə görə mənəvi ziyanla bağlı 2400 Avro (iki min dörd yüz avro) zərərin ödənilməsi qərara alınmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28, hissə İ. Hər kəsin azadlıq hüququ vardır. Maddə 68, hissə İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

28. Azərbaycan Respublikasının Mülki Məc əlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmas ına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı Bənd

9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvens iya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəv i zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə ə laqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 30. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə

1. Ümumi müddəalar Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində:https://e-qanun.az/framework/5104 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barə sindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya ti bbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. M a d d ə

4. Vurulmuş ziyanın ödənilməsi hüququ Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda. Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə

6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə

7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsi Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə

8. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsin də şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun iş dən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq n ormalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – maddi və mənəvi zərərin ödənilməsi tələbinin təmin olunmaması hissəsində qətnamənin dəyişdirilmədən saxlanması hissəsində ləğv olunmalı və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir. Qətnamə əmrin dəyişdirilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanmalıdır.

35. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il t arixli, 1(103)-20/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə təqsirsiz hesab edilərək ona bəraət verilmişdir.

36. Həmçinin işin hallarından göründüyü kimi iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmiş, İnstitut direktorunun xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.

37. İddiaçı ona bəraət verildikdən sonra Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoruna ərizə ilə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdən etibarən 2 aylı q sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İnstitut direktorunun xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmri ilə İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır.

38. İddiaçı onun barəsində 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrin İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə “qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə “bərpa edilməsinə” dair qətnamə çıxarılmasını tələb edir.

39. İddiaçı bu tələbini “Təhqiqat, ibtidai istintaq, prokurorl uq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əsaslandırmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı rədd etməsini belə əsaslandırıb ki, iddiaçı xx.xx.2015-ci il tarixli 58 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 70ci maddəsinə “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən əsasla iddiaçı tutduğu vəzifədən azad edilmiş, lakin əmri mübahisələndirməmişdir. Belə vəziyyətdə əmrin qanuni olması prezumpsiyası qüvvədədir. İddiaçı özü ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş və o, həmin şöbəyə müdir vəzifəsinə qəbul edilmişdir. Bu zaman cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Ona görə də, həmin hissədə qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qnunun 8-ci maddəsində t əhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz məhk um edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.

42. Bu normanın təhlilindən göründüyü kimi, bəraət almış işçinin əmək hüquqlarının bərpa olunmasının üç üsulu müəyyən olunub:

1. Əvvəlki işə (vəzifəyə) bərpa edilməsi;

2. Bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması hallarında), dövlət mə şğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməsi;

2. Yaxud ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasının ödənilməsi.

43. Qeyd olunan norma, bəraət almış şəxsin əvvəlki işə bərpa olunması obyektiv səbəbdən mümkün olmadığı halda əmək hüquqlarının bərpa edilməsi üçün alternativlər, həm də məzmunu baxımından bu tədbirlərin ardıcıllığını müəyyən edir. Yəni ilk növbədə işçinin əvvəlki işinə «bərpa olunması», bu mümkün olmadıqda əvvəlki işinə bərabər olan «işlə təmin edilməsi» və nəhayət «vurulmuş ziyana görə pul kompensasiyası ödənilməsi» yolu ilə hüquqlar bərpa olunmalıdır.

44. Qanunun sözügedən normasında “bərpa olunma” üsulu, məhz əvvəlki işinə (vəzifəsinə) götürüldüyü hallara aiddir. Qanunda bəhs olunan «İşlə təmin edilməsi» ifadəsi isə, işçinin əvvəlki işinə deyil, ona bərabər işə təyin olunmasını ehtiva edir. Nə qədər ki, iddiaçının əvvəlki iş yeri – müəssisə mövcud deyil, onun əvvəlki işə “bərpa olunması” üsulu ilə hüququnun təmin olunması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas mövcud deyil. Ümumiyyətlə nəzərə alınmalıdır ki, Qanunun 8-ci maddəsində, bəraət almış şəxsin müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması səbəbindən əvvəlki işə (vəzifəyə) bərpa edilməsi mümkün olmadıqda, onun ümumi əsaslarla işlə təmin olunması vəzifəsi işəgötürənin deyil, dövlət məşğulluq xidmətinin vəzifəsi kimi müəyyən olunub.

45. Buna görə də iddiaçının onun barəsində 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrin İnformasiya təminatı və xəstəliklərin proqnozl aşdırılması şöbəsinə müdir vəzifəsinə “qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə “bərpa edilməsinə” dair qətnamə çıxarılması tələbi əsassızdır.

46. Apellyasiya instansiyası məhkəməsi iddiaçının maddi zərərlə bağlı iddiasını əsassız sayarkən ona əsaslanmışdır ki, iddiaçıya qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır.

48. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 8-ci maddəsində t əhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsindən bəhs olunur. Yəni bu normaya əsasən ziyanın ödənilməsi üçün vacib şərt - qanunsuz məhkum edilmə və ya cinayət məsuliyyətinə cəlb edilmə ilə əlaqədar işdən (vəzifədən) çıxarılma və ya işdən (vəzifədən) kənarlaşdırılma halı olmalıdır.

49. Bu normada bəhs olunan “işdən (vəzifədən) azad edilmə” və ya “işdən (vəzifədən) kənarlaşdırılma” fərqli anlayışlardır. Həmin hüquqi nəticələrin tətbiqi əsasları və qaydaları Əmək Məcəlləsində müəyyən olunur. Əmək Məcəlləsinin 74-cü maddəsinin ç) bəndində tərəflərin iradəsindən asılı olmayan hallarda ə mək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə barədə məhkəmənin hökmü qanuni qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

50. İşçinin işdən kənar edilməsi əsasları Əməl Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuşdur. Həmin normanın ç) bəndinə görə, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

51. Baxılan işin hallarından görünür ki, iddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin ç) bəndində və ya 62-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsaslarla işdən azad edilməmişdir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə - müəssisənin ləğv edilməsi əsası ilə xitam verilmişdir. Göründüyü kimi iddiaçının işdən azad edilməsinin “səbəbi təhqıqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərinin nəticəsi” deyil, tamamilə başqa əsas təşkil etmişdir.

52. Lakin işin bu halı, maddi zərər tələbinin tamamilə rədd olunması üçün əsas vermir. Çünki “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5ci maddəsində ödənilməli olan ziyana, həm də bəraət almış şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başq a gəlirlər aid edilmişdir.

53. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, həbsdə saxlandığını iddia etdiyi (iş materiallarından iddiaçının həbsdə saxlandığı dövrün dəqiqləşdirilməsi üçün araşdırma aparılması müəyyən olunmur) xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmrlə işdən azad edilənədək iş yerinə malik olmuşdur. Bu halda, həmin dövrdə iddiaçının məhrum olduğu əmək haqqı və digər ödənişlər Qanunun 5-ci maddəsinin birinci hissəsi ilə əhatə olunur. Lakin məhkəmə bu halı nəzərə almamışdır.

54. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin müəyyən etdiyi məbləğlə razılaşmır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zə rəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

55. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəs i, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər i–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X12rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

57. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

58. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyy ən olunmuş mənəvi zərərin miqdarı iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığına adekvat deyildir.

59. Bundan başqa, iddiaçının bəraət alması ilə bağlı mənəvi zərərin kompensasiya məbləği, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə (İddiaçı X19 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-1308/2022 nömrəli, iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-4616/2021 nömrəli, iddiaçı X10 cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə, Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-4106/2021 nömrəli, iddiaçı X11 c avabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və qeyrilərinə qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(102)-6602/2021 nömrəli qərarları) uyğun deyildir.

60. Qeyd olunan qərarlarda həbsdə saxlanan aylar üzrə 1000 manat məbləğdə ödəniş edilməsi qərara alınmışdır.

61. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10383/2021 nömrəli, 01 noyabr 2021-ci il tar ixli qətnaməsi qismən – maddi və mənəvi zərərin tutulmasına aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar