Məhkəmə qərarları › İş №2(102)-417/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-417/2023

06.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-417/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan X3 qarşı “işə bərpa, maddi və mənəvi zərər” tələbinə dair mülki i ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5838/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda (bundan sonra – ikinci cavabdeh və ya İnstitut) “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmiş, İnstitut direktorunun xx.xx.2015-ci il tarixli, 58 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.

2. Bakı Ağır Cinayətlər Mə hkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-191/16 saylı hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)20/2020 saylı hökmü ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin iddiaçı haqqında 08 aprel 2016cı il tarixli hökmü ləğv edilərək, iddiaçıya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilərək ona bəraət verilmiş, təqsirsiz hesab olunmuş iddiaçıya “cinayət prosesinin gedişi zamanı vurulmu ş ziyanı» ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir.

4. İddiaçı ikinci cavabdehə ərizə ilə müraciət edərək onun xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İkinci cavabdehin xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmri ilə iddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci cavabdehin 10 noyabr 2020-ci il tarixli, 85 saylı əmrinin iddiaçının 10 noyab r 2020-ci il tarixdən etibarən İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə “müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun 10 noyabr 2020-ci il tarixdən etibarən İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə “müdir vəzifəsinə bərpa edilməsinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən (bundan sonra – birinci cavabdeh və ya Nazirlik) maddi zərərə görə 100.000 manat, mənəvi zərərə görə 100.000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həbs olunana kimi İnstitutun direktor müavini işləmişdir. Müxtəlif vaxtlarda Bakı şəhər XDS-nin deputatı olmuşdur. Baytarlıq elmləri namizəd i elmi dərəcəsini almışdır. Eyni zamanda həbs olunan zaman doktorluq dissertasiyası elmi işini tamamlamaq üzrə olmuşdur. xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Pİ-nin 19-cu PB-nə dəvət olunmuş və ilk izahatını orada yazmışdır. Onun xəbəri və məlumatı olmadan material Nəsimi rayonundan alınıb Səbail rayonuna verilmiş, mərhum prokuror Ş.Adıgözəlovun xx.xx.2014cü il tarixli qərar ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və materialın araşdırılması Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevə həvalə olunmuşdur. Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin xx.xx.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həbs olunmuş və Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstə ntiqi N.Şiriyevin xidməti otağına gətirilmişdir. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarla alınmış, təhqirlərə fiziki zorakılığa məruz qalmışdır. Müstəntiqin bu qanunsuz hərəkətlərindən Səbail rayon prokuroruna Azərbaycan Respublikasının Baş prokuroruna, Bakı şəhər prokuroruna rəsmi şikayətlər yazmışdır. Müstəntiqi yoxlamaq və cəzalandırmaq əvəzinə, heç bir yoxlama aparılmamış, ona rəsmi cavab verilməmişdir. Şübhəli şəxs qismində saxlanılmış, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, ona verilmiş ittihamın bir hissəsinə xitam verilmiş, digər hissədə araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilməyi qərara alınmışdır. Lakin Ali Məhkəmənin bu qərarı 8 gündən sonra icra olunmuşdur və o, cəz açəkmə müəssisəsinin tibb məntəqəsindən ağır xəstə vəziyyətində azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 06 mart 2020-cı il tarixli hökmü ilə müdafiəçisinin apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab olunmaqla bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2020-cı il tarixli hökm qanuni qüvvəyə minmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldıqdan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2020-cı il tarixli bəraət hökmü çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zər ərlər işlədiyi İnstitutun direktor müavini vəzifəsində işləyən zaman aldığı əmək haqqından, mükafatlardan 13-cü əmək haqqından məhrum olunmağı, təhqiqata, istintaqa və məhkəmə instansiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə isə qanunsuz və əsassız həbs olunmaqla istintaq təcridxanasında saxlanıldığı, məhkum olunmağı ilə bağlı cəzaçəkmə müəssisəsində cəza çəkməyi, ailə üzvləri, qohumlarının və dostlarının yanında biabır olmağını, həbsdə saxlanılan zaman depressiyaya düşərək xəstəliyə tutulmağını, ailə üzvlərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq məhkəmə yollarında xərcləməsini, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Həbs olunana kimi işlədiyi İnstitutun direktoruna xx.xx.2020-ci i l tarixdə rəsmi ərizə yazaraq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2020-cı il tarixli bəraət hökmünü də əlavə edərək əvvəlki “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Lakin onun vəzifəsinə bərpa ediləcəyi yox, ərizə ilə işə qəbul ediləcəyini bildirmişlər. Bununla bağlı, Kənd Təsərrüfatı nazirinə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020ci il tarixlərdə ərizə yazaraq əvvəlki işinə bərpa olunmağını xahiş etmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixli 85 saylı əmrlə həmin tarixdən “İnformasiya təminatı və xəstəlikləri proqnozlaşdırılması şöbəsi”nin müdiri vəzifəsinə qəbul olunmuşdur və əsas kimi onun ərizəsini götürmüşlər. Əslində o, bu vəzifəyə bərpa olunmağını xahiş etmişdir. Cavabdeh isə onu vəzifəyə qəbul etm işdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1794/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilərək, ikinci cavabdehin 10 noyabr 2020-ci il tarixli, 85 saylı əmri «iddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə qəbul edilsin» hissəsində ləğv edilmiş, əmrin bu hissəsinin «iddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsi”nə müdir vəzifəsinə bərpa edilsin» kimi yenidən tərtib edilməsi vəzifəsi ikinci cavabdehə həvalə edilmiş, birinci cavabdeh vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.500 manat pulun al ınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mənəvi ziyanla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərə əsasən, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və məhkum olunması nəticəsində həbsdə saxlanılarkən mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.500 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab etmişdir.

9. Məhkəmə, həmçinin iddiaçının bu tələbini birinci cavabdehə münasibətdə qismən təmin edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Normativ hüquqi aktlara əsаsən, birinci cavabdeh Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin i darə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.500 mаnаt məbləğində pul məhz Nazirlik vаsitəsilə Dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.

10. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçi nin, məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

11. Məhkəmə iddianın ikinci cavabdehin 10 noyabr 2020-ci il tarixli, 85 saylı əmrinin iddiaçının 10 noyabr 2020-ci il tarixdən etibarən “İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsi” barədə qətnamə qəbul edilməsinə dair hissədə əsaslı olduğunu və mülki işin materialları ilə iddiaçı ilə əmək müqaviləsi bağlanarkən işəgötürən tə rəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğunun tam təsdiq olunduğunu qeyd etmişdir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyi üçün, o, işdən çıxarılmışdır. Lakin işdən çıxarılmasına əsas olmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin iddiaçı haqqındakı 08 aprel 2016-cı il tarixli ittiham hökmü ləğv edilmiş, iddiaçıya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə, o, təqsirsiz hesab edilərək bəraət almışdır. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş məhkəmə aktı ləğv edildiyi üçün, işəgötürən tərəfindən iddiaçının işdən çıxarılması qanunsuz və əsassız hesab edilmiş, o, əvvəlki iş yerinə qəbul olunmuşdur. Lakin göründüyü kimi, əmək və cinayət prosessual qanunvericiliy ində cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı əvvəlki vəzifəyə bərpa olunmaq, azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək və s. kimi hüquqları vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1101.1-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 55.3, 57.1, 59.1.1, 59.1.2-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 74-cü, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam həcmdə - maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Şübhəli şəxs qismində saxlanıldığı gündən bəraət aldığı günə qədər və işə bərpa olunduğu tarixə kimi işlədiyi idarədən alacağ ı əmək haqqından məhrum olmuş, həbsdə olduğu üçün banka olan borcunu ödəyə bilməmiş, hüquqi yardımın göstərilməsi üçün xərclər çəkmişdir.

14. Birinci cavabdeh apellyasiya şikayəti verərək qətnamənin mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilərək, iddia tələbinin bu hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, mənəvi zərərə görə 3.500 manatın ödənilməsi nəticəsinə gəlmişdir.

15. Həmçinin ikinci cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın ikinci cavabdeh ilə bağlı hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. İddiaçının İnstitutda sonuncu vəzifəsi “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsinin müdiri” olmuşdur. “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərarı ilə Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturlarının təkmilləşdirilməsi qərara alınmışdır. Həmin Qərarın 3-cü hissəsi ilə Azərbaycan X1 X8 və ikinci cavabdehin bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2015-ci il 4 sentyabr tarixli, 87 nömrəli əmri ilə elmi-tədqiqat institutlarının yeni strukturları təsdiq edilmiş, həmin əmrin icrası ilə bağlı ikinci cavabdehin 2015-ci il 11 sentyabr tarixli, 58 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndi ilə iddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 2020-ci il 10 noyabr tarixdə ərizə ilə İnstituta müraciət edərək 2 ay sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmasını xahiş etmişdir. Ərizəsində əvvəl işlədiyi şöbəyə, yəni “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsinə bərpa edilməsini deyil, yeni vəzifəyə təyin olunmasını xahiş etmişdir. Məhkəmə isə Əmək Məcəlləsinin 74.2-ci maddəsinə istinad edərək iddiaçını başqa ş öbəyə bərpa etmişdir. Lakin məhkəmə bu hüquq normasına istinad edərkən nəzərə almamışdır ki, iddiaçı ikinci cavabdehin 2015-ci il 11 sentyabr tarixli 58 nömrəli əmrini deyil, İnstitutun 2020-ci il 10 noyabr tarixli 85 nömrəli əmrini mübahisələndirir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-10383/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, ikinci cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ikinci cavabdehin 10 noyabr 2020-ci il tarixli, 85 say lı əmrinin “iddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilməsi, əmrin bu hissəsinin “iddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsinin ikinci cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin mənəvi zərərə aid hissədə dəyişdirilməsi, birinci cavabdeh vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməli olan mənəvi zərərin məbləğinin 10.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını n nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş em osional amillər - inamsızlıq, narahatlıq, məyusluq hislərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur.

19. Apellyasiya instansiya məhkəməsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xara kterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmiş və qeyd etmişdir ki, 4 ildən artıq müddətdə həbsdə qalmış iddiaçıya mənəvi ziyanın kompensasiyası üçün müəyyən edilmiş 3.500 manat məbləğində vəsait onun keçirdiyi sarsıntıların, məruz qaldığı mənəvi iztirabların ağırlığına adekvat deyildir.

20. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi birinci cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

22. Apellyasiya instansiya məhkəməsi ikinci cavabdehin kassasiya şikayətində irəli sürdüyü, iddianın ikinci cavabdeh ilə bağlı hissəsinin təmin edilməməsi dəlilinə münasibət bildirərək hesab etmişdir ki, iddiaçının bu hissədə tələbi əsassızdır və birinci instansiya məhkəməsi bu hissədə düzgün olmayan nəticəyə g əlmişdir. Belə ki, əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixli 58 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən əsasla iddiaçı tutduğu vəzifədən azad edilmiş, lakin əmri mübahisələndirməmişdir. Belə vəziyyətdə əmrin qanuni olması prezumpsiyası qüvvədədir.

23. İddiaçı özü ikinci cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, İkinci cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilə sinə əsasən, iddiaçı sınaq müddəti ilə xx.xx.2020-ci il tarixdən ikinci cavabdehin İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. İddiaçı işə qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş və işə qəbul edilmişdir, bu zaman ikinci cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Ona görə də, həmin hissədə qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1101.1 -cı maddələrinə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanun una, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3429/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən – maddi və mənəvi zərərin tutulmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmış, qətnamə qala n hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının onun barəsində 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrin İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə “qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə “bərpa edilməsinə” dair qətnamə çıxarılması tələbi əsassızdır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qnunun 8-ci maddəsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılm ış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının maddi zərərlə bağlı iddiasını əsassız sayarkən ona əsaslanmışdır ki, iddiaçıya qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

28. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məh kəməsi bu nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 8-ci maddəsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsindən bəhs olunur. Yəni bu normaya əsasən ziyanın ödənilməsi üçün vacib şərt qanunsuz məhkum edilmə və ya cinayət məsuliyyətinə cəlb edilmə ilə əlaqədar işdən (vəzifədən) çıxarılma və ya işdən (vəzifədən) kənarlaşdırılma halı olmalıdır.

29. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apel lyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş mənəvi zərərin miqdarı iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığına adekvat deyildir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5838/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və İ.Kərimli) birinci cavabdehin apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – maddi və mənəvi zərər tələbinin rədd olunduğu hissədə ləğv olunması, həmin hissədə iddianın qismən təmin edilməsi, iddiaçının həbsdə qaldığı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi ona mənəvi zərərin kompensasiyası olaraq 48.000,0 manat, işdən azad olunduğu aprel 2015-ci il tarixdən işinə bərpa olunduğu xx.xx.2020-ci il tarixə kimi maddi ziyan olaraq məhrum olduğu əmək haqqı məbləğinin 32.698,0 manat, cəmi 80.698,0 (səksən min altı yüz doxsan səkkiz) manatın birinci cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, maddi və mənəvi ziyan tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad edilməsinin “səbəbi təhqıqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlərinin nəticəsi” deyil, tamamilə başqa əsas təşkil etmişdir. Lakin işin bu halı, maddi zərər tələbinin tamamilə rədd olunması üçün əsas vermir. Çünki “Təhqiqat, ibtidai istintaq, pro kurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsində ödənilməli olan ziyana, həm də bəraət almış şəxsin məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər aid edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi 27 noyabr 2015-ci il tarixli kredit və 01 may 2015-ci il tarixli xidmət müqavilələri ilə bağlı istinad etdiyi maddi ziyanın ödənilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin müqavilələrin işə aidiyyəti olduğu müəyyən edilməmişdir, odur ki, iddiaçının 40.000,0 ABŞ dolları və 8.856,0 manat maddi ziyan tələbi təsdiqini tapmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının maddi zərər tələbi 32.698, 0 manat pulun ödənilməsi hissə sində əsaslıdır və təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. Birinci cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 48.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi CPM-in 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. CPM-nin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 48.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Həmçinin iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsiri nin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnmə si (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

40. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən as ılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı

41. Bənd

9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

42. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

43. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkə mə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

44. Maddə

1. Ümumi müddəalar: Bu Q anunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsin də ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

45. Maddə

4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda.

46. Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habe lə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

47. Maddə

6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.

48. Maddə

7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pi sləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

49. Maddə

8. Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompen sasiyası ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir. Mülki Prosessual Məcəllə

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı birinci cavabdehin kassasiya şikayəti əsasında maddi və mənəvi zərər tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. İşə kassasiya şikayəti həddində və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə baxan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həm in hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsin in idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

61. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirli yi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kollegiya, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

62. Bununla yanaşı, Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şə xsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 63. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci bəndinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər ödənilməlidir. Qanunun 6-cı maddəsi isə müəyyən edir ki, 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzər ə almaqla müəyyən edilir.

64. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının barəsində həbs qətimkan tədbiri seçilənədək, o, İnstitutun “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmiş, seçilmiş qətimkan tədbiri nəticəsində həmin tarixdən vəzifələrinin icrası ondan asılı olmayan səbəblərdən mümkün olmamışdır. O, xx.xx.2015-ci il tarixdə tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad edilsə də, bəraət aldıqdan sonra eyni iş yerində eyni statuslu vəzifəyə təyin edilmişdir.

65. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi iddiaçının barəsində həbs qətimkan tədbiri seçildikdən bir müddət sonra - xx.xx.2015-ci il tarixdə hansı əsasla vəzifədən azad edilməsindən asılı olmayaraq, məhrum olduğu gəlirlərin məbləğini qanunsuz olaraq azadlıq hüququndan məhrum edildiyi dövrdə tutduğu və bəraət aldıqdan sonra təyin olunduğu vəzifədə aldığı əmək haqqı məbləğləri əsasında müəyyən etməklə istinad olunan maddi hüquq normasının tələblərinə uyğun nəticəyə gəlmişdir.

66. Kassasiya şikayətinin mənəvi zərərin məbləği ilə bağlı dəlilinə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin dəlil üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5838/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - maddi və mənəvi zərərin ödənilməsi tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar