Məhkəmə qərarları › İş №2(102)-2038/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2038/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2038/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1598/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən üçüncü şə xs tərəfindən verilmiş kassasiya şikayətinə 9 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında xx.xx.2007-ci il tarixli akt qeydi ilə icra edilmiş nikahın pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödən ilməsi qət edilmişdir.

3. Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş məktuba əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi sakini vətəndaş X4 2006-cı ildə Lökbatan Bələdiyyəsinə müraciət edərək ona məxsus olan yaşayış evinin həyətyanı sahəsinə bitişik olan 270 kv.m torpaq sahəsini onun mülkiyyətinə verilməsini Lökbatan Bələdiyyəsindən xahiş etmişdir. Qeyd olunan 270 kv.m torpaq sahəsi vətəndaş X4 tərəfindən hasarlanmışdır. Bununla əlaqədar müvafiq qərar qəbul edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin rəisindən xahiş edilmiş və yerin eskizi əlavə edilmişdir. 4. "xxxx" ASC tərəfindən verilmiş kommunal xidmət üzrə sənədlərə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 16A nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) üzrə abonent Cavabdeh olmuş və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qızı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, nikaha daxil olan kimi cavabdehin ailəsinin yaşadığı evdə yaşamış və qısa müddət sonra birgə nikah dövründə əldə etdikləri vəsait hesabına həmin evin qonşuluğunda olan torpaq sahəsində ayrıca olaraq öz fərdi yaşayış evlərini tikmişlər və həmin evə köçərək yaşamışlar. Evin tam şəkildə tikintisi və təmiri təqribən 2012-c i ildə yekunlaşmış və 2013-cü ildən həmin evdə yaşamışlar. Onun cehiz əşyaları və şəxsi əşyaları da həmin fərdi yaşayış evində qalmışdır. Qızı da həmin evdə onlarla birlikdə yaşamış, uşağın da fərdi əşyaları hazırda həmin evdə qalmışdır. Tərəflər uzun müddət bir ailə kimi həmin fərdi yaşayış evində yaşamışlar, lakin münasibətləri sonradan pisləşmiş və nikahları pozulmuş, qızı onun himayəsinə verilmiş, aliment təyin edilmişdir. Aliment təyin edildikdən sonra cavabdehin onlara qarşı münasibəti daha da pisləşmiş, öz evlərində yaşamaqlarına imkan verməmiş, nəticədə o, övladı ilə birlikdə Nərimanov rayonunda kirayədə qalmaq məcburiyyətində qalmışdır. Kirayədə qalmaq, eyni zamanda qızına baxmaq ona maddi cəhətdən çox çətin olmuş, başqa heç bir yaşayış yerləri olmamış, uşaq Lökbatan qəsəbəsində m əktəbdə oxuduğundan mübahisəli mənzilə köçməyə məcburdur olmuş, lakin buna baxmayaraq cavabdeh bütün vasitələrlə buna mane olmuşdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin fərdi yaşayış evi onların birgə nikah dövründə tikdikləri özbaşına tikili olmaqla 2 mərtəbədən ibarət olmuşdur. Həmin evin tikintisində atası Mirzəyev Əzizağa yaxından iştirak etmişdir. Belə ki, onların maddi durumları çətin olduğundan atası evin tikintisi üçün üç dəfəyə ümumilikdə 25000 manat pul vermişdir. Onlar həmin pul vəsaiti hesabına köçmək istədikləri fərdi yaşayış evini tikmiş və təmir etmişlər. Bundan əlavə, atası öz **- XP-*** qeydiyyat nişanlı “Daewoo Nexia” markalı minik avtomobilini də onlara vermişdir. Cavabdeh həmin avtomobili 5400 manata satmış, oradan 1200 manat özünə götürmüş, 4200 manatı isə atasına vermişdir. Mübahisəli fərdi yaşayış evi onların birgə təsərrüfat apardıqları dövrdə onun atasının maliyyə dəstəyi ilə onların birgə vəsaiti hesabına tikilmişdir. Birgə nikah dövründə əldə edilmiş əşyaya dair onun da cavabdehlə eyni həcmdə istifadə etmək və sahiblik etmək hüququ olmuşdur.

7. Məhkəmə baxışı zamanı cavabdeh izahat verərək iddia tələbinə qismən etiraz etdiyini bildirmişdir. Həmin evin tikildiyi torpaq sahəsi 2006-cı ildə bələdiyyə tərəfindən atasına ayrılmış, evin tikintisi böyük hissəsi nikahdan əvvəl həyata keçirilmişdir. Lakin evin təmiri və bəzi kosmetik işləri təqribən 2012-ci ildə tamamlanmış və 2013-cü ildən həmin evə köçərək birgə yaşamışlar. Evin təmiri və kosmetik işlər üçün iddiaçının atası cəmi 10000 manat məbləğində pul vermiş, h əmin pulu da sonradan ona qaytarmışdır. Boşanana qədər onlar iddiaçı və uşaqla birlikdə həmin evdə yaşamışlar, iddiaçının və uşağın əşyaları da həmin evdə qalmışdır. Hazırda ikinci dəfə ailə həyatı qurmaq istədiyindən iddiaçının həmin evə köçürülməsi tərəflər arasında mübahisə yaradacağından iddiaçının həmin evə köçməsinə etiraz etmişdir. Lakin birgə nikahdan olan uşağın evə köçürülməsinə razı olduğunu bildirmişdir. Hazırda faktiki olaraq uşaq çox vaxt həmin evdə onunla birlikdə qalmış və uşağı məktəbə özü aparmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, tərəflərin birgə nikahda olduqları dövrdə övladları Dənizin müəlliməsi olmuşdu r. Uşağın 5 yaşı olandan 6-cı sinfə gedənə qədər hazırlıq müəlliməsi olmuşdur, mübahisəli evə gedib-gəlmişdir. Həmin ev ikimərtəbəli ev idi. Həmin evdə iddiaçı, cavabdeh və övladları Dəniz birgə yaşamışlar. Evin kimin tərəfindən və nə vaxt tikilməsi barədə məlumatı olmamışdır.

9. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, cavabdeh onun oğludur, iddiaçı isə keçmiş gəlinidir. Torpaq 2006-cı ildə bələdiyyə tərəfindən ona ayrılmışdır. Həmin ildə evi tikməyə başlamışdır. 2 il–2 il 6 ay ərzində tikib qurtarmış, bəzi xırda işlər qalmışdır. Evi öz vəsaiti hesabına tikmişdir, ona heç kim pul verməmişdir. İddiaçının atası pul veribsə, onu özlərinə verib, gözü ilə görməmişdir. İddiaçı və cavabdeh təqribən 2010-cu ildən həmin evə köçüb yaşamışlar.

10. Bakı şəhər i Qaradağ Rayon Məhkəməsinin 2(002)-2878/2023 nömrəli iş üzrə 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının qızı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Fuad Hüseynov).

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hüquqmüəyyənedici sənədə malik olmayan fərdi yaşayış evinin tikinti və təmir işləri xx.xx.2007-ci il tarixdə tərəflər rəsmi nikaha daxil olduqdan sonra onların birgə nikahda olduğu dövrdə başa çatmış, tərəflərin özlərinin izahatlarına əsasən həmin evin tikinti və təmir işlərində iddiaçının atasının vəsaitindən də istifadə olunmuş, tərəflər azyaşlı uşaqları ilə birlikdə evin tikinti və təmir işləri tamamlandıqdan sonra həmin evdə birgə təsərrüfat aparmaqla yaşamışlar. Tərəflər arasında nika h 2022-ci ildə pozulmuş, bundan sonra iddiaçı cavabdeh tərəfindən həmin evə buraxılmamış və azyaşlı uşağı ilə birlikdə faktiki olaraq kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçının və uşağın əşyaları da mübahisəli evdə qalmışdır. Hazırda iddiaçı özünü və azyaşlı uşağını yaşayış sahəsi ilə təmin etmək imkanına malik olmadığına görə, onun azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsini tələb etmiş, cavabdeh isə yalnız uşağın köçməsinə razı olduğunu, iddiaçının köçməsinə etiraz etdiyini bildirmişdir. Qeyd olunanlara və qüvvədə olan hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 11, 27, 180, 225, 228-ci, Azərbaycan Respublik ası Mənzil Məcəlləsinin 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı mübahisəli evə köçürülmə dair iddia tələblərini sürmək üçün hər hansı subyektiv hüququ olmamışdır. Ev faktiki atası Vaqif Nurəliyevə məxsus olmuşdur. Onun da bu evdə yaşamaq və evdən istifadə etmək üçün heç bir hüququ olmamışdır. Atasının ailə üzvü kimi, onun razılığı ilə həmin evdə yaşamışdır. Lakin iddiaçı onların ailə üzvü olmamışdır. Onun atası tərəfindən tikdirilmiş evə heç bir aidiyyəti olmamışdır. Məhkəmə iddiaçının iddia tələblərini təmin edərək, atasına məxsus olan evin sahib olmaq, evdən istifadə etmək və evin barəsində sərəncam vermək hüquqlarından məhrum etmişdir. Belə ki, mübahisəli ev iddiaçı ilə nikaha girməmişdən qabaq atasının pul vəsaiti ilə tikilməyə başlamışdır. Mübahisəli ev atasına məxsus torpaq sahəsində tikdirilmişdir. 2006-ci ildə Bələdiyyə tərəfindən atasının adına ayrılmış torpaq sahəsində atası həmin evi tikdirməyə başlamışdır. Həmin evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq atasına və atasının digər ailə üzvlərinə məxsus olmuşdur. Məhkəmə prosesində iddiaçı mübahisəli evin cavabdehlə birgə nikah dövründə ümumi pul vəsaiti ilə tikildiyinə dair heç bi r sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı evin tikintisi üçün pulun bir hissəsinin onun atası tərəfindən verildiyinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi sübutların heç biri nəzərə alınmamışdır. O cümlədən, cavabdehin məhkəmə zamanı vermiş izahatlarına, həmçinin atası Vaqif Nurəliyev tərəfindən şahid qismində vermiş ifadələrinə qiymət verməmişdir. Məhkəmə zamanı cavabdeh tərəfindən təqdim edilmiş 2006-cı ilin Bələdiyyənin qərarını da nəzərə almamışdır. Bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.

15. X4 ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, onun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)1075/2024 nömrəli qərardadı ilə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasına dair ərizəsi təmin edilmişdir.

17. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin bir sıra dəlilləri cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli evi tikmək üçün Bələdiyyə tərəfindən 2006-cı ildə ona torpaq sahəsi ayrılmışdır. Həmin ildən öz pul vəsaiti ilə torpaq sahəsində ev tikməyə başlamışdır. Nə iddiaçının, nə də cavabdehin həmin evə hər hansı bir aidiyyəti olmamışdır. Həmin evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq ona məxsus olmuş və bu evin sahibi olmuşdur. Məhkəmə qətnaməsində belə nəticəyə gəlmişdir ki, mübahisəli ev iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmişdir. Bu nəticəyə gələrkən məhkəmə iddiaçının izahatlarını nəzərə almışdır. Lakin iddiaçının bu müddəaları təsdiqini tapmamış və heç biri sübuta yetirilməmişdir. Əksinə, məhkəmə iclasında cavabdeh izahat və şahid ifadələri ilə evin Vaqif Nurəliyevə məxsus olduğunu sübut etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1598/2024 nömrəli mülki iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Elnur Həsənov) cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş ap ellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı həmin evin tikinti və təmir işlərində iddiaçının atasının vəsaitindən də istifadə olunması faktı müəyyən edilmiş, cavabdeh iddiaçının atası tərəfindən evin inşa edilməsinə 10000 manat verilməsini etiraf etmişdir. Məhkəmə kolle giyası qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının atası tərəfindən evin təmirinə vəsait xərclənməsini qəbul etsə də həmin vəsaitin geri qaytarılması barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Göründüyü kimi mübahisəli evin tikilməsi və təmiri tərəflərin birgə nikah münasibətləri zamanı həyata keçirilmiş və evin təmir, eləcə də kosmetik işlərinə iddiaçının atasının vəsaiti hesabına aparılmışdır.

22. Apellyasiya şikayətlərində mübahisəli evin üçüncü şəxsə aid olması, iddiaçının mübahisəli evin cavabdehlə birgə nikah dövründə ümumi pul vəsaiti ilə tikildiyinə dair heç bir sübut təqdim etməməsinə və iddiaçının cavabdehlə artıq ailə üzvü olmamasına istinad edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsin in 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

23. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə iddiaçının köçmək istədiyi yerdə əvvəl yaşaması və yaşadığı yerdən məhrum edilməsi halları mövcud olmuş, ona görə də iddiaçının köçmək istədiyi, əvvəllər yaşadığı evdən məhrum edilmənin qanuniliyinə verilən hüquqi qiymətlə apellyasiya instansiyası məhkəməsi razılaşmışdır.

24. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə olmamışdır.

25. Kollegiya qeyd etmişdir ki, iddiaçının köçmək istədi yi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, iddiaçının mübahisəli evə onun hüququnu yaratmasa da, iddiaçının həmin evlə (özbaşına tikili) bilavasitə əlaqəli olduğuna və orada yaşadığına dəlalət etmişdir.

26. Məhkəmə kollegiyası cavabdehin mənzilə iddiaçının deyil, birgə nikahdan anadan olmuş uşağının köçürülməsinə etiraz etməməsinə dair dəlilinə qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən azyaşlı uşağın yaşayış yeri valideynlərdən birinin yaşayış yeridir. Lakin tərəflər arasında nikahın pozulması, qətnamə ilə azyaşlının iddiaçının yanında qalması müəyyən edildiyindən uşaq ananın yanında yaşamalıdır. Başqa sözlə, uşağın mübahisəli evə köçürülməsinə etiraz etməmə, onun qanuni nümayəndəsi olan anasının da həmi n evə köçürülməsinə etiraz etməmə kimi qiymətləndirilmişdir.

27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 27, 180-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

33. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

34. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

37. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınsın.

38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı

39. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Üçüncü şəxsin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənl əşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1598/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar