Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2039/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)517/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-də (bundan sonra – cavabdeh) sığorta olunmuş və ona TİOG23140 saylı, xx.xx.2019-cu il tarixli “Səyahət Sığortası Şəhadətnaməsi” verilmişdir. Sığorta məbləği 50.000 manat, azadolma məbləği 30 manat, sığorta haqqı 120 manat müəyyən olunmuşdur. Həmin müqavilədə sığortanın müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müəyyən edilmişdir.
2. İddiaçı ABŞ-da qonaq olarkən, xx.xx.2020-ci il tarixdə “X3 Center” (Boston, MA) tibb mərkəzinin damar cərrahiyyəsi bölməsində sol ayağında əməliyyat icra edilmiş, ona “aşağı ətrafların xronik xoraları” diaqnozu qoyulmuşdur. İddiaçı tibb mərkəzinə müalicə xərci olaraq 30.253,88 (otuz min iki yüz əlli üç dollar səksən səkkiz sent) ABŞ dolları ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ABŞ-da olarkən müalicəsinə xərclədiyi 30.253,88 ABŞ dolları sığorta haqqının, 2020-ci ilin 24 fevralından məhkəməyə müraciət olunan tarixə, 25 avqust 2021-ci il tarixə kimi 540 gün üçün hər günə 0,1 faizi dəbbə pulu, cəmi 16.335 ABŞ dolları və vəkil üçün ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin mart ayında həyat yoldaşı ilə ABŞ-da yaşayan oğlunun yanına səyahət etmişlər. O, oğlunun evind ə qonaq olarkən, 2020-ci ilin fevral ayının 24-də, qəfildən halı pisləşmiş, ilkin tibbi yardım üçün “X3 Center” tibb mərkəzinin damar cərrahiyyəsi bölməsinə yerləşdirilmiş və müalicə almışdır. Xəstəxanada müalicəni bitirdikdən ona sonra müalicə xərclərinin 30253.88 ABŞ dolları təşkil etdiyi ilə bağlı bildirişlər verilmişdir. Sənədlərin əsli onların tələbi ilə sığorta şirkətinə təqdim olunmuşdur. Həmçinin xəstəxanadan ona bildirmişlər ki, onların sığorta müqaviləsində sığorta məbləği 50.000 ABŞ dolları müəyyənləşdirilmişdir. Müalicə xərclərinin ödənilməsi üçün onun sığorta təşkilatına dəfələrlə müraciət etsələr də, onlara heç bir cavab verilməmişdir. 30.253,88 ABŞ dolları borc alıb həmin xəstəxanaya ödəmiş, Azərbaycana qayıtdıqdan sonra xx.xx.2021-ci il tarixində cavabdehin ofisinə gedərək sığorta ödənişlərini və xəstəxananın sənədlərinin əslini təqdim etmişdir. xx.xx.2021-ci il tarixində, 1012/21 saylı məktubla ona rədd cavabı vermişlər. Məktubda qeyd olunmuşdur ki, “təqdim olunan sənədlərə əsasən Sizə “aşağı ətrafların xronik xoraları” diaqnozun qoyulduğu müəyyən edilmiş və sizin uzun müddət şəkərli diabet xəstəsi olduğunuz aşkar olunmuşdur. Həmçinin Siz xx.xx.2019-cu il tarixində “X3 Center” tibb mərkəzinin damar cərrahiyyəsi bölməsinə müraciət etmiş və bu müraciət zamanı Sizə “Sağalmayan diabet yaraları’’ diaqnozu qoyulmuşdur. Qeyd olunan müraciət zamanı biri sağ aşağı ətrafda, digər ikisi sol aşağı ətrafda olmaqla üç yara aşkar edilmişdir. Müayinə zamanı Sizdə damar problemlərinin aşkar edilməməsi və yaraların şəkərli diabet xəstəliyinin nəticəsi olması qeyd olunur. Bu səbəbdən cərrahiyə prosedurunu icra edən həkimlərin tələbi ilə Siz həmçinin X1 tibb mərkəzi tərəfindən də müayinə edilmişsiniz. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir.” Cavabdehin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası Qaydaları”nın 4.2-ci yarım bəndinə əsasən “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: - Qəfil xəstəliyə məruz qalması və ya; - Bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərin yaranması, bədən xəsar əti alması və ya ölməsi. Göründüyü kimi cavabdeh onun qəfləti xəstəliyini sığorta haqqını ödəməkdən yayınmaq üçün öz düşündükləri kimi yozmağa çalışmış və öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçıya “aşağı ətrafların xronik xoraları” diaqnozunun qoyulduğu müəyyən edilmiş və onun uzun müddət şəkərli diabet xəstəsi olduğu aşkar edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində X3 Center tibb mərkəzinin damar cərrahiyyəsi bölməsinə müraciət etmiş və bu müraciət zamanı ona “Sağalmayan diabet yaraları” diaqnozu qoyulmuşdur. Qeyd olunan müraciət zamanı biri sağ aşağı ətrafda, digər ikisi sol aşağı ətrafda olmaqla üç yara aşkar edilmişdir. Müayinə zamanı iddiaçıda damar problemlərinin aşkar edilməməsi və yaraların şəkərli diabet xəstəliyinin nəticəsi olması qeyd olunur. Bu səbəbdən cərrahiyyə prosedurunu icra edən həkimlərin tələbi ilə iddiaçı həmçinin X1 tibb mərkəzi tərəfindən də müayinə edilmişdir. Buradan da aydın olduğu kimi, iddiaçıda olmuş xəstəliklər endokrin xəstəlik - şəkərli diabet mənşəli olub qəfil xəstəlik hesab edilmədiyindən Sığorta Şirkəti tərəfindən “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən sığorta ödənişinin verilməsindən imtina qərarı tam əsaslıdır. Belə ki, həmin Qaydaların 4.2-ci yarımbəndinə əsasən, “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: -sığorta olunanın qəfil xəstəliyə məruz qalması, və ya b ədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır.
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, T306/2022 saylı (bundan sonra - Məhkəmə Ekspertizası Mərkəzi) rəyində qeyd olunmuşdur ki, 1958-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komissiya aşağı dakı nəticəyə gəlir: vətəndaş iddiaçının adına təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən “nekrotik fassiit” streptokok infeksiya, “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” endokrin xəstəlik-şəkərli diabet mənşəlidir. Qanda qlükozanın yüksək səviyyədə və həmin səviyyənin nəzarətinin çətin, eləcə də hiperlipidemiya olması iddiaçıya ABŞ-in “X2 Medical Center” Tibb Mərkəzi tərəfindən qoyulmuş “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” diaqnozunun qəfil xəstəlik nəticəsində deyil, düçar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən yaranması haqqında fikir söyləməyə əsas verir.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-113/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmi şdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, cavabdeh sığorta məbləğinin ödənilməsindən imtinasını onunla əsaslandırmışdır ki, cavabdehin “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydalari”nın 4.2-ci yarımbəndinə əsasən “Sığorta hadisəsi” anlayışı aşağıdakıları ehtiva edir: - qəfil xəstəliyə məruz qalması, və ya bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi. Əlavə edilmiş sənədlərdən hadisənin qəfil xəstəlik nəticəsində deyil, İddiaçı uzun müddət mövcud olan diabet xəstəliyi səbəbindən baş verdiyi aydın olmuşdur. Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərinin sığortası (səfər sığortası) Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən 4.2-ci bənddə göstərilən hallar epilepsiya xəstəliyi ilə bağlı qıc olma, endokrin xəstəliklər və onların fəsadları səbəbindən baş verərsə, sığorta hadisəsi sayılmır. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən müayinə və müalicə xərcləri Sığorta Şirkəti tərəfindən ödənilmir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tərəflər arasında bağlanmış səyahət sığortası müqaviləsinin şərtlərinə uyğun olduğundan və imtina zamanı tərəflər arasında bağlanmış müqavilənin və qüvvədə olan sığorta qanunvericiliyinin tələbləri pozulmadığından, iddia tələbinin təmini üçün əsas mövcud deyildir. Ona görə də, iddia təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 887, 922-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, Səfər Sığortası Qaydalarının 4.2, 5.1.5, 8.4-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində iddiaçının düçar olduğu xəstəliyin konkret olaraq necə əmələ gəlməsini əsaslandıra bilməmişdir. Ekspertin gəldiyi nəticədən belə məlum olur ki, o, iddiaçının düçar olduğu xəstəliyin qəfil xəstəlik olmasını da istisna etmir.
13. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddiaçıda olmuş xəstəliklər endokrin xəstəlik – şəkərli diabet mənşəli olub qəfil xəstəlik hesab edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina qərarı tam əsaslıdır. Qeyd olunan şəhadətnamə üzrə sığorta hadisəsi baş verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-517/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), N.Cəfərov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, işdən və ekspert rəyindən görünür ki, hadisə qəfil xəstəlik nəticəsində deyil, İddiaçı uzun müddət mövc ud olan diabet xəstəliyi səbəbindən baş vermiş, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində iddiaçının düçar olduğu xəstəliyin konkret olaraq necə əmələ gəlməsini əsaslandıra bilməmişdir. Ekspert qanda qlükozanın yüksək səviyyədə və həmin səviyyənin nəzarətinin çətin, eləcə də hiperlipidemiya olması vətəndaş İddiaçı ABŞ-in “X2 Medical Center” Tibb Mərkəzi tərəfindən qoyulmuş “aşağı ətrafların xroniki xoraları” və “sağalmayan diabet yaraları” diaqnozu nun qəfil xəstəlik nəticəsində deyil, düçar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən yaranması haqqında fikir söyləməyə əsas verir” nəticəsinə gəlmişdir. Ekspertin gəldiyi nəticədən belə məlum olur ki, İddiaçı düçar olduğu xəstəliyin qəfil xəstəlik olmasını da istisna etmir. Ekspertin rəyindən göründüyü kimi ekspert konkret fikir bildirməmişdir. Buna görə də ekspertin rəyi ciddi sübut kimi qəbul edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır
20. Maddə
887. Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər.
21. Maddə
922. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçü n əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Səfər Sığortası Qaydaları
22. Bənd 4.2. Sığorta olunanın - qəfil xəstəliyə məruz qalması və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi sığorta hadisəsi hesab olunur.
23. Bənd 4.2. Sığorta olunanın - qəfil xəstəliyə məruz qalması və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərc lərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi sığorta hadisəsi hesab olunur.
24. Bənd 4.2. Sığorta olunanın - qəfil xəstəliyə məruz qalması və ya - bədbəxt hadisə nəticəsində sığorta müqaviləsi ilə nəzərdə tutulan tibbi xərclərinin yaranması, bədən xəsarəti alması və ya ölməsi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi hadisə sığorta hadisəsi hesab olunmur və bu baxımdan sığorta ödənişinin edilməsi istisna olunur.
34. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təs bit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
35. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
36. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
37. Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli, 2(104)-517/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.