Məhkəmə qərarları › İş №2(102)-2039/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2039/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2039/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X2 qətnamə ilə maraqlarına toxunan şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması), sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-521/2024 nömrəli, 10 yanvar 2024cü il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş ka ssasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış yazılı razılaşmaya əsasən iddiaçı sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov 17 ünvanında yerləşən mənzilin alışı məqsədilə cavabdehin mülkiyyətində olan iki mənzilin satışından əldə olunacaq vəsait hesabına qaytarılmaq şərti ilə 140.000 manat məbləğində borc pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140.000 manat məbləğində borcun və 430 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tut ulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözə əməl etməmiş, özünə məxsus evi satsa da, ona borclu olduğu puldan heç bir ödəniş etməmişdir. Göründüyü kimi, 2019-ci ilin yanvar ayından xeyli müddət ötməsinə baxmayaraq, cavabdeh pulu ona qaytarmamaqla, özgənin vəsaitini qanunsuz özündə saxlamaqla ona maddi ziyan vurmuşdur.

4. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdeh iddiaçının oğludur. Cavabdeh anasından ev almaq niyyəti ilə 140.000 manat məbləğində pulu borc alsa da, sonradan həmin məbləği hissə-hissə qaytarmışdır. La kin borcun qaytarılması hər hansı sənədlə rəsmiləşdirilməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1709/2023 nömrəli iş üzrə 1 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddia tərəfi cavabdehə 140.000 manat məbləğində pulun borc verildiyini təsdiq edən yazılı razılaşmanı məhkəməyə təqdim etsə də, eyni zamanda cavabdeh tərəfin özü də həmin məbləğdə pulu borc aldığını etiraf etsə də, sonuncu, borcunu qaytardığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 140.000 manat məbləğində pulun borc verilməsi sübuta yetirildiyindən, iddia tələbi təmin edilməlidir. Cavabdeh razılaşma üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməyərək, iddiaçıdan aldığı borcu vaxtında və tam şəkildə qaytarmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425.1, 427.3, 428.4, 739.1, 739.2, 741.1, 742.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. X2 birinci instansiya məhkəməsinin 2(008)-1709/2023 nömrəli iş üzrə 1 mart 2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün iş üzrə sözügedən qətnamənin maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

10. Birinci instansiya məhkəməsinin 2(008)-1709/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Həqiqət Mahmudova) birinci instansiya məhkəməsinin 2(008)-1709/2023 nömrəli iş üzrə 1 mart 2023-cü il tarixli qətnaməsinin X1 maraqlarına toxunan hesab edilməsi və onun iş üzrə həmin statusda cəlb edilməklə, mülki işin elektron uçot - qeydiyyat kartoçkasına proses iştirakıçısı kimi əlavə edilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Maraqlarına toxunan şəxs kimi X2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələb etdiyi 140.000 manat məbləğində borc əslində olmamışdır, çünki iddiaçı 140.000 manat pul qazanmaq iqtidarında olmayan, heç bir sahib karlıq fəaliyyəti ilə məşğul olmayan, qanuni gəliri və qazanc mənbəyi olmayan 1949-cu il təvəllüdlü, 74 yaşında pensiyaçıdır. Burada borcdan söhbət gedə bilməz, yazılı razılaşma yalancı və həqiqətə uyğun olmayan bir kağızdır. Cavabdehin anası olan iddiaçıya heç bir borcu olmamışdır və yoxdur. İddiaçı və cavabdeh arasında yazılı razılaşma da saxta bir sənəddir, heç bir məbləğ əslində verilməmişdir və alınmamışdır. Bu işlər ona görə görülmüşdür ki, üçüncü şəxsin keçmiş həyat yoldaşı olan cavabdeh ilə arasında olan Sabunçu Rayon Məhkəməsinin icraatında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair mülki iş vardır (hakim Adilə Paşayeva, iş 2(008)-515/2023). Birinci instansiya məhkəməsi tərəfindən sübutlar tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş işin həqiqi halları və tərəfl ərin arasındakı faktiki münasibətlər nəzərə alınmamışdır və işin hallarına uyğun olmayan əsassız qətnamə qəbul edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-521/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın qətnamənin əsaslandırıcı hissəsində göstərilən əsaslarla təmin edilməsi, cavabdehdən 140.000 (bir yüz qırx min) manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlə üçüncü şəxs arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı mübahisə vardır. Birinci instansiya məhkəməsi isə prosessual hüquq normalarının tələblərini pozaraq onu icraata cəlb etməmişdir. Belə olan halda isə qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, borc verilən dövrdə iddiaçının mülkiyyətində həqiqətən müvafiq pul vəsaiti olduğundan, 140.000 manat pulu iddiaçının hansı mənbədən qazanmasının araşdırılmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olmaqla, işdə olan sübutlarla uzlaşmır.

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddia çının borcu cavabdehdən tələb etməsi, özü-özlüyündə həmin borcun ailənin (cavabdehlə üçüncü şəxsin) ümumi birgə borcu kimi qiymətləndirilməsi anlamına gələ bilməz. Eyni zamanda, iddiaçının özü də kreditor kimi borcu yalnız cavabdehdən tələb etmiş, üçüncü şəxsi cavabdeh kimi göstərməmiş, dolayısı ilə borcun ər-arvadın ümumi öhdəliyi olaraq hər ikisindən tutulmalı olmasını iddia etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı mübahisə yalnız tərəflər arasında şəxsi borcun mövcudluğu ilə bağlıdır və işdə olan sübutlarla (iddiaçı tərəfindən həmin dövrdə əmanət hesabından pul vəsaitlərini məxaric etməsi, cavabdehin pulu borc alması barədə yazılı qəbzi, tərəflərin izahatları və s.) iddiaçının həqiqətən cavabdehə 140.000 manat borc pul verməsi müəyyən edilir.

18. Ape llyasiya instansiyası məhkəməsi bildirmişdir ki, üçücü şəxsin nümayəndəsi (vəkili) iddiaçının əmanətindən pulların çıxarılmasının səbəbini həmin vaxtı "xxxx" ASC-nin ləğv olunması ilə əlaqələndirsə də, hamıya bəlli olan hal odur ki, "xxxx" ASC-nin lisenziyası X4 Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanılmış, eyni zamanda Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Göründüyü kimi, bankın ləğv proseduru iddiaçının əmanət hesabından pulları məxaric etdiyi vaxtdan (2018-ci ilin sonları) ən azı 1 il 6 ay sonra başlanmışdır ki, bu ha l da üçüncü şəxsin nümayəndəsinin qeyd edilən dəlilləri ilə uzlaşmır. Qeyd edilməlidir ki, cavabdehin həmin borcu aldıqdan sonra, onu ailə ehtiyaclarına xərcləyib xərcləməməsi (birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın dəyərinin məhz alınmış borc vəsaiti hesabına ödənilməsi və s.) məsələsi isə hazırkı mübahisənin predmeti deyildir. Eyni zamanda, üçüncü şəxsin istinad etdiyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin qarşılıqlı iddiası üzrə ondan həmin pulun yarısının tutulması halı da vəziyyəti dəyişdirmir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı qətnamə yalnız cavabdeh tərəfindən iddiaçıdan 140.000 manat pulun borc alınması, lakin onun qaytarılmaması ilə bağlı halları müəyyən etməklə, ər-arvadın ümumi b irgə öhdəliyi (borcu) olması istiqamətində preyudisial əhəmiyyətə malik deyildir. Hazırkı mübahisənin predmetini ər-arvadın ümumi borclarının bölünməsi məsələsi təşkil etmir.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 37.3, 41.1, 41.2-ci maddələrinə, Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər olan anabala arasında borc münasibətlərinin süni olmasını və borcla bağlı müvafiq qəbzin yazılmasının əsl səbəblərini araşdırmadan iddiaçının cavabdehə 140.000 manat məbləğində borc pul verməsi kimi səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi guya borc istənilən zaman və borc verilən vaxt, eləcə də borcun verilməsi ilə bağlı qəbz yazılan anda tərəflərin bir ünvanda normal ailə münasibətlərində yaşamaları faktına, həmçinin əgər belə bir borcla ev almaq niyyəti olsa idi, üçüncü şəxsin də ailənin üzvü kimi bundan xəbəri və məlumatı ola bilməli olmasına diqqət yetirməmişdir. Ümumiyyətlə, apellyasiya instansiya məhkəməsi bir ünvanda yaşayan, birgə təsərrüfat aparan şəxsləri n arasında birdən-birə 140000 manat pulla bağlı rəsmi yazışma formasında münasibətlər yaranmasının səmimiliyinə və həqiqiliyinə, alınan borcu tam qaytarmayan şəxsin bu pulu münasibətləri pozulmuş üçüncü şəxs ilə bölgüyə qoyması kimi absurd hərəkətlərinə iddiaçı ilə cavabdehin süni iddia qaldırmaqla hüquqdan suiistifadə etmələri baxımından hüquqi qiymət verməmişdir. Süni borcu rəsmiləşdirən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutlara, xüsusən də borc münasibətlərinin süni surətdə yaradılmasına düzgün hüquqi qiymət verməmiş, işi tam araşdırmamış, məhkəmə qətnaməsinin əsaslılığına təsir göstərən məsələləri aydınlaşdırmamış, iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual qanunvericiliyinin tələblərini pozaraq səhv nəticəyə gəlm işdir. Məhkəmələr tərəfindən tərəflər arasında borc münasibətlərinin süni surətdə yaradılmasını təsdiq edən kifayət qədər əsaslara düzgün hüquqi qiymət verilməmişdir. Əgər doğrudan da iddiaçı cavabdehə Maraqlı şəxs xəbərsiz 140.000 manat pul vermə faktı olmuşsa belə, bu E.Salmanlının şikayəti üzrə Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2023-cü il tarixli qərarına əsasən onun öz doğma oğluna verilmiş hədiyyə kimi qiymətləndirilməli və sözügedən məbləğ də cavabdehin şəxsi əmlakı kimi qiymətləndirilməli idi.

23. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ndə iddianı qəbul etməyən cavabdehin nümayəndəsi və vəkili iddianı əsassız hesab edərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin olunandan sonra cavabdeh tərəf iddianı qəbul etmədiyi halda ondan apellyasiya şikayəti vermək əvəzinə 2023-cü ilin aprel ayında ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən şikayət verməcəyəcəklərini və qətnamənin icraya yönləndirilməsini xahiş etmişlər. Tərəflər arasında əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişmələri başlayana qədər cavabdeh icraya yönləndirdiyi qətnaməni icra etməmiş, ona qarşı əmlak iddiası qaldırılandan sonra qarşılıqlı iddiasında həmin borcun yarısının üçüncü şəxsə şəxsə aid edilməsi tələbini irəli sürmüşdür. Bütün bunlar onu göstərir ki, qeyd edilən iddia iddiaçı və cavabdeh arasınd a qabaqcadan planlaşdırılmış bir senari üzərində olan qurama və yalançı bir işdir. İddiaçının və onun oğlu olan cavabdehin əsas məqsədi ərarvad arasında olan pay bölgüsünə maneə olmaq olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda v ə yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs tərəfindən tam mübah isələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və üçüncü şəxsin dəlilinə qanunvericiliyə əsasən hüquqi qiymət verilmə klə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Belə ki, apellyasiya instansiya məhkəməsi dəlillərlə bağlı qeyd etmişdir ki, hazırkı qətnamə yalnız cavabdeh tərəfindən iddiaçıdan 140.000 manat pulun borc alınması, lakin onun qaytarılmaması ilə bağlı halları müəyyən edir. Ər-arvadın (yəni cavabdehlə üçüncü şəxsin) ümumi birgə öhdəliyi (borcu) olması istiqamətində preyudisial əhəmiyyətə malik deyildir. Hazırkı mübahisənin predmetini ər-arvadın ümumi borclarının bölünməsi məsələsi təşkil etmir.

43. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında göstərilir ki, “... Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

44. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arv ad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

45. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

46. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf e dilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər.

47. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxu d Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir.

48. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əh əmiyyətə malik olmadığı nəzərə alınmalıdır.”

49. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə istinad olunan plenum qərarında olan göstərişlərə uyğundur və təkrar olaraq qeyd edilməlidir ki, baxılan iş üzrə tərəflər arasında borc mübahisəsi həll edilir. Bu nəticə ər-arvadın əmlak bölgüsü zamanı istinad olan qərarda göstərilən halların sübut olmadığı halda passivlərin bölünməsi ilə bağlı iddia tələb üzrə preyudisial əhəmiyyətə malik ola bilməz.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-521/202 4 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar