Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2039/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-233/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən X9 Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 92 kv.m, izolə olunmuş 2 otaqlı 625 nömrəli mənzili 69000 ABŞ dolları məbləğinə "xxxx" MMC-dən əldə etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)1376/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən evin 7-ci blokunun 1-ci mərtəbəsində və ümumi yaşayış sahəsi 92 kv.metr olan 625-ci mənzilin X4 təhvil verilməsi "xxxx" MMC-yə həvalə edilməsi, "xxxx" MMC-nin müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)24 34/2024 nömrəli qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə dair cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
4. Cavabdeh və onun oğlu X9 ilə İddiaçı arasında keçən telefon danışıqlarının yazıldığı CD diskin məzmununda İddiaçı tərəfindən evin pulunun Cavabdeh verilməsi onun tərəfindən etiraf edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117 707,30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X9 onun işçisi olmuşdur. O X4 2008-ci il tarixində "xxxx" MMC-yə məxsus Yeni Yasamal massivində yerləşən binalardan birində sahəsi 92 kv.metr olan 2 otaqlı mənzil almaqda köməklik göstərmişdir. 2014-cü il tarixində mənzilə görə ödənilmiş pulu ondan tələb etmişlər. Çünki, həmin mənzili X2 xahişi ilə o tapmışdır. O da öz növbəsində çıxılmaz vəziyyətdə qalıb mənzilin alınmasına görə ödənilən 69000 ABŞ dolları pulu (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) cavabdehə qaytarmaq məcburiyyətində qalmışdır. Bunun əvəzində isə X9 qeyd olunan mənzilin onun adına rəsmiləşdirilməsindən ötrü etibarna mə verməli idi. 2017-ci ildən 2024-cü ilin iyul ayına kimi həmin mənzildən istifadə etmişdir. Lakin bu ilin əvvəlində X9 öz qohumuna onun bioloji qardaşı olan, lakin sənədlə qardaşı oğlu sayılan Şahid1 etibarnamə vermiş, sonuncu da mənzilin qazın, işığın, suyun kəsdirərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən sənədlərin surətlərini götürərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə vermiş, kirayəşinləri evdən çıxarmışdır. Əgər ev X2 olsa idi, 2017-ci ildə X9, atası və anası gələrdi icra məmurundan mənzili təhvil götürərdi. Əgər ev onun olmasaydı 9 il məhkəmələrdə sürünməzdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iş gedərkən müxtəlif tarixlərdə X9 tərəfindən ona ayrı-ayrılıqda 2 etibarnamə verilmişdir. Lakin Asiman həmin pulun əvəzində Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, blok 7, mə rtəbə 1, ümumi sahəsi 92 kv.metr, 625 nömrəli mənzilin (indiki ünvan: ünvan 1l 3) onun adına rəsmiləşdirilməsindən ötrü etibarnamə verməkdən imtina etmişdir. Hal-hazırda həm pulundan, həm də mənzilindən olmuşdur. Qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh məhkəməyə teleqram göndərərək bildirmişdir ki, hal-hazırda səhhətində yaranmış problemlərlə bağlı Bakı şəhərində müalicə olunur. Həm də onu aldadaraq səsini gizli şəkildə yazaraq onu məhkəməyə vermiş şəxsi görmək belə istəmir. Bu səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir.
8. Cavabdeh iddaya etirazında göstərmişdir ki, mənzillə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və mübahisələndirilə bilməz. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 nömrəli mənzil X4 məxsusdur. Təxminən 1993-1994-cü illərdə iddiaçı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində bizneslə məşğul olmuş və bir neçə ildən sonra Bakı şəhərinə qayıtmışdır. 1995-ci ildə isə cavabdehin həyat yoldaşının bacısı oğlu Şahid1 Moskva şəhərinə bizneslə məşğul olmağa getmiş və uzun müddət orada işləmişdir. Mürsəl cavabdehin övladları Asiman və Dadaşı öz yanına apararaq işə götürmüş və bir neçə dəfə onların maaşlarını Bakı şəhərində yaşayan yaxın qohumu olan iddiaçı vasitəsi ilə cavabdehə göndərmişdir. İddiaçı axırıncı dəfə 2011-ci ildə övladlarının maaşlarını ona gətirmiş, indi də həmin pulların guya X9 tərəfindən mənzilin alınması üçün ödənilmiş pulların əvəzi olaraq avtomobilini sataraq öz cibindən ona qaytardığını iddia etmişdir. Vəkil sorğusuna əsasən iddiaçının adına heç bir nəqliyyat vasitəsi olmamış və sonuncu heç bir avtomobil satmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehə məlumat verilmədən, xəbəri olmadan, cavabdehi aldadaraq, qanunsuz, əsassız yazılmış səs yazısının neçənci ildə, nə vaxt, harada, hansı şəraitdə icra olunduğu məlum deyildir. İddiaçının tələb etdiyi 69000 ABŞ dolları (dolların manata olan məzənnəsinə əsasən 117300 manat) məbləğində pulu həyatı boyu cavabdeh heç vaxt görməmişdir. Uzun illərdir ki, iddiaçın yaxın qohumu Mürsəllə biznes mübahisəsi, mülk davası gedir. İddiaçı hesab etmişdir ki, Moskva şəhərində ilk dəfə biznesi o qurmuş, sonradan Mürsəl və cavabdehin övladları Asiman və Dadaş bu biznesə qoşulmuşlar. İddiaçı X5 da Mürsəllə araların da yaranmış mübahisəyə qatmaq istəyir. Bu səbəbdən də iddiaçı 2008-ci ildə X9 tərəfindən alınan mənzilin gah onun olduğunu iddia edir, gah da mənzilin pulunu tələb edir. Səs yazısında X9 iddiaçıya deyir ki, “Heç kimə, heç nə verməyəcəm, aranızda (yəni Mürsəllə) yaranmış mübahisəni özünüz həll edin”. İddiaçı cavabdehi hədəf seçərək, onun yaşlı, savadsız qadın olduğundan istifadə edərək, cavabdehin qanunla qorunan hüquqlarını pozaraq, aldadaraq, səsini gizli şəkildə yazaraq ona qarşı məhkəmədə iddia qaldırmış, səs yazısını sübut kimi məhkəməyə təqdim etmişdir. 2008-ci ildə Asiman tərəfindən mənzilin alınması üçün ödədiyi pulları iddiaçı cavabdehə qaytarmamışdır. İddiaçı bir neçə dəfə Mürsəl tərəfindən Moskva şəhərindən göndərilən övladlarının maaşlarını cavabdehə çatdırmışdır. Son dəfə belə hal 2011-ci ildə baş tutmuşdur. Bundan başqa iddiaçı cavabdehə heç vaxt nəyəsə görə pul verməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz şəkildə əldə edildiyindən sübut növü kimi qəbul edilə bilməz. İddia tələbinin əsassız olması ilə yanaşı, əgər iddiaçı 2011-ci ildə mənzilin pulunu cavabdehə qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürərək 13 ildən sonra cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2956/2024 nömrəli qətnaməsi ilə iddiaçının dostları - cavabdehlər X3, X11 və X6 X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. İddia tələbini əsassız hesab edərək, təmin edilmə məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunmuş X9 teleqram göndərərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi mülk ona məxsusdur. İddiaçının qardaşı Mürsəllə mülk mübahisələri mövcuddur, iddiaçı bu mübahisələrə həm onu, həm də anasını qatmaq istəyir. İddiaçı heç vaxt evin dəyərini, pulunu anasına qaytarmamışdır. İddiaçı onun və qardaşı Dadaşın maaşını Mürsəlin vasitəsi ilə anasına vermişdir. Moskva şəhərindən bir neçə günlüyünə gəldiyinə və vaxtının məhdud olmasını nəzərə alaraq, məhkəmə proseslərində iştirak edə bilməyəcəkdir. Nəzərə alınmasını xahiş etmişdir.
10. Şahid1 ifadə verərək göstərmişdir ki, iddiaçı sənədlə əmisi sayılsa da əslində doğma qardaşıdır. Cavabdeh isə dayısı yoldaşıdır. O, Moskva şəhərində işləmişdi r. Moskva şəhərinə işləmək üçün birinci iddiaçı, sonra o getmiş, iddiaçı isə sonradan qayıtmışdır. O, cavabdehin övladları Asiman və Dadaşı öz yanına apararaq işə götürmüş və bir neçə dəfə onların maaşlarını iddiaçı vasitəsi ilə cavabdehə göndərmişdir. Sonuncu dəfə iddiaçıya 2011-ci ildə pul göndərmişdir. İddiaçının mübahisəsi onunladır.
11. Şahid X10 ifadə verərək göstərmişdir ki, iddiaçı onun oğludur, cavabdeh isə qardaşının gəlinidir. İddiaçı aparıb cavabdehin pulunu vermişdir. Şahid1 da bilir ki, pul verilmişdir.
12. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)-1039/2024 nömrəli iş üzrə 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh dolların manata olan məzənnəsinə uyğun olaraq 117300 manat (69000 ABŞ dolları) pul və 407,30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 117707.3 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim İlqar Hüseynov).
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə üzrə 69000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 69000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulun ona verilməsini etiraf etməsə də göndərdiyi teleqramda onu aldadaraq səsini gizli şəkildə yazıldığını qeyd etmiş və aldadıldığı barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh pulu iddiaçıya qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
14. Belə ki, müba hisəli fərdi yaşayış evinə dair sənədlərin əsillərinin hazırda iddiaçıda olması və bunu cavabdehin oğlu X9 ilə iddiaçı arasında telefon danışığında öz əksini tapması, iddiaçı tərəfindən evin pulu ödənildiyi üçün evin onun olmasını X4 bildirməsi və X2 da bu faktı qəbul edərək, evin sənədinin ona verdiyini, bu məsələyə onu qatmamalarını, qardaşı ilə öz məsələlərini həll etmələrini bildirməsi, eyni zamanda cavabdehə evin pulunun verildiyini, oğluna ona etibarnamə verməklə evi onun adına keçirməsini bildirməsini, evin pulunun ona verilməsi tərəflər arasında qeydə alınan telefon danışıqlarında cavabdeh tərəfindən də etiraf etməsi əks olunmuşdur. Belə olan təqdirdə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sözügedən səs yazıları olan CD diskdə qeyd edilmiş səs yazılarının qanunsuz əldə edilməsi barədə isə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməməsini əsas tutaraq, məhkəmə sözügedən səs yazılarını mötəbər sübut növü kimi qəbul etmişdir.
15. Bundan başqa məhkəmə cavabdeh tərəfindən hazırkı tələbə iddia müddətinin tətbiqi barədə etiraz mülahizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mübahisəli mənzillə bağlı 2014-cü il tarixdən 2024-cü il tarixədək müxtəlif məhkəmə çəkişmələri olmuş, iddiaçı mübahisəli evin onun adına rəsmiləşdiriləcəyinə ümid etmiş, 2024-cü ilin iyul ayına qədər həmin mənzildən istifadə etmiş, həmin tarixdən sonra isə fərdi yaşayış evinin ona verilməyəcəyini bilmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, əsassız varlanma obyektinin qaytarılması barədə 2 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
16. İddia tələbinin qanuni əsası baxımından məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Cavabdeh iddiaçının 69000 ABŞ dolları pulunu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə qərara gəlmişdir ki, iddia tələbi təmin edilməlidir.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 376, 377, 378, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin bir sıra dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə qeyd edildiyi kimi, hazırkı mübahisə üzrə 69000 ABŞ dolları məbləğində pulun 2011-ci ildə cavabdehə (yəni ona) verilməsi sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəf 69000 ABŞ dolları məbləğində pulun ona verdiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunmuş yeganə sübut növü olan, əsassız və qanunsuz səs yazısında hansı məbləğin, hansı şəraitdə, kimin yanında iddiaçı tərəfindən ona verilməsi vurğulanma mışdır. Məhkəmədə aparılmış video görüntülərə nəzər salınsa, iddiaçı ona verilmiş “Mənzil hansı qiymətə alınmışdır?” suallarına cavab verməkdə çətinlik çəkir. Onun, hətta şahid qismində məhkəməyə dəvət etdiyi, Bakı şəhərindən İsmayıllı rayonuna gətirdiyi, heç bir prosesdə iştirak etməyən, anası X10 da eyni suala cavab verməkdə çətinlik çəkmişdir. Lakin göründüyü kimi, iş materiallarında iddiaçı tərəfindən 69000 ABŞ dolları məbləğində pulun ona verilməsinə dair heç bir mötəbər sübut yoxdur. Burada heç bir əsassız varlanmadan söhbət belə gedə bilməz. Əgər getsə də belə yenə də 2 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etsə də, ərizəsi hakim tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, mənzillə əlaqədar 2014-cü ildə qanu ni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 nömrəli mənzilin oğlu X4 məxsus olmasını İddiaçı bilmişdir. Belə ki, o, məhkəmələrdə oğlu X2 nümayəndəsi olmuşdur. 2024-cü ildə İddiaçı “X9 ilə cavabdeh “Safari-N MTK” arasında bağlanmış müqavilənin dəyişdirilərək, onunla “Safari-N MTK” arasında bağlanması və bağlanacaq müqaviləyə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2434/2024 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Beləliklə, İddiaçı mənzilin oğlu X4 məxsus olmasını 2014-cü ildə bilmiş və o dövrdə məhkəmə qətnamələrini mübahisələndirməmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-233/2025 nömrəli mülki iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayev).
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh 69000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulun ona verilməsini etiraf etməsə də birinci instansiya məhkəməsinə göndərdiyi teleqramda onu aldadaraq səsini gizli şəkil də yazıldığını qeyd etmiş, həmçinin birinci instansiya məhkəməsində tədqiq edilmiş səs yazısında evin pulunun iddiaçı tərəfindən ona verildiyini təsdiq etmiş, cavabdehin iddiaçı tərəfindən aldadılması halı isə müəyyən edilməmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmamışdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı onu aldadaraq, səsini gizli şəkildə yazması, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz şəkildə əldə edildiyindən sübut növü kimi qəbul edə bilməməsi, qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi götürülə bilməməsi, iddiaçı tərəfin 69000 ABŞ dolları məbləğində pulu ona verdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməməsi, 2008-ci il də oğlu X9 tərəfindən mənzilin alınması üçün ödədiyi pulları İddiaçı ona qaytarmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, cavabdehin birinci instansiya məhkəməsinə göndərdiyi teleqramından, apellyasiya şikayətinin dəlillərindən müəyyən edildiyi kimi birinci instansiya məhkəməsində tədqiq edilməklə telefon danışıqlarının yazıldığı CD diskin məzmununda qeyd edilmiş evin pulunun iddiaçı tərəfindən cavabdehə verilməsinə dair cavabdehin etirafının ona aid olması Cavabdeh tərəfindən inkar edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı təqdim etdiyi CD diskdə qeydə alınan danışıqları sübut kimi qiymətləndirməkdə doğru nəticəyə gəlmişdir.
24. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazısında məbləğin hansı şəraitdə, kimin yanında iddiaçı tərəfindən ona verilməsinin vurğulanmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, məbləğin onun tərəfindən alınmasını etiraf edildiyi halda onun hansı şəraitdə və kimin yanında verilməsi iş üçün əhəmiyyət kəsb etmir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun İddiaçı mənzil alınması üçün pul verməməsi və niyə görə onun evin pulunu ona qaytarmalı olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi CD diskdə qeydə alınan danışıqlarda İddiaçı evin pulunun ona verilməsi Cavabdeh özü tərəfindən etiraf edilmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia etdiyi pulları nəslində olan kişilərə deyil, heç bir sənəd, qəbz tələb etmədən nəyə görə ona verməsinə dair dəlilinə münasibətdə qey d etmişdir ki, məhkəmə kollegiyasının iclasında iddiaçıya həmin suala cavab verilməsi təklif edildikdə, sonuncu bunu cavabdehə ağbirçək kimi inamının olması, övladlarının qazanclarının cavabdeh tərəfindən saxlanılması, həmin evin xəzinədarının (kassirinin) cavabdeh olması ilə əsaslandırmışdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin səs yazısında konkret olaraq 69000 ABŞ dolları məbləğindən söz getməməsi, mənzilin sənədlərdə qeyd edildiyi kimi, 69000 ABŞ dollarına deyil, 35000 manata alınması, səs yazısında hansı məbləğin iddiaçı tərəfindən ona verilməsinin vurğulanmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, işdə olan xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən X1 Yasamal yaşayış massivi, yaşayış evinin blok 7, mərtəbə 1, ümumi sahəsi 92, mənzil 625 izolə olunmuş 2 otaqlı m ənzili 69000 ABŞ dolları məbləğinə "xxxx" MMC-dən əldə etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən mənzilin heç vaxt İddiaçı istifadəsində olmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2956/2024 nömrəli qətnaməsindən görünmüşdür ki, həmin mübahisə üzrə işə baxılarkən iddiaçı X2 nümayəndəsi cavabdehləri həmin mənzilə üçüncü şəxsin (İddiaçı) yerləşdirdiyini, cavabdehlərin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tanışları olduqlarını göstərmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi, iddiaçının 2011-ci ildə mənzilin pulunu ona qaytarsaydı belə, iddia müddətini üzrsüz səbəbdən ötürməsi və 13 ildən sonra məhk əmədə ona qarşı pul tələbinə dair iddia qaldırmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-1376/2014 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-2694/2014 nömrəli qətnamələrindən göründüyü kimi iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə baxılarkən cavabdehin oğlu X5 məhkəmədə hazırkı iş üzrə İddiaçı təmsil etmişdir ki, bu da X9 ilə İddiaçı arasında etibarlı münasibətlərinin olmasının göstəricisidir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə d air cavabdehlə müqavilənin bağlanılması və müvafiq maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının 2024-cü ilin əvvəllərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməsinədək, həmçinin X2 İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin 7-ci bloku, 1-ci mərtəbəsində yerləşən 625 nömrəli mənzilinə yerləşdirilmiş cavabdehlər X3, X11 və X6 həmin mənzildən çıxarılmalarına dair 2024-cü ilin əvvəllərində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edənədək İddiaçı mübahisəli mənzil üzrə Cavabdeh ödədiyi pul vəsaitinə görə öz hüququnun pozulduğunu bilməsi halı müəyyən edilməmişdir.
31. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin axımı 2024-cü ilin əvvəlindən başlamış və 2 i llik iddia müddəti keçənədək, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı hazırkı iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etmişdir.
32. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 386, 439, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş yeganə sübut növü olan, əsassız və qanunsuz səs yazısında hansı məbləğin, hansı şəraitdə, kimin yanında iddiaçı tərəfindən ona verilməsi vurğulanmamışdır. Məhkəmədə a parılmış video görüntülərə nəzər salınsa, iddiaçı ona verilmiş “Mənzil hansı qiymətə alınmışdır?” suallarına cavab verməkdə çətinlik çəkir. Onun, hətta şahid qismində məhkəməyə dəvət etdiyi, Bakı şəhərindən İsmayıllı rayonuna gətirdiyi, heç bir prosesdə iştirak etməyən, anası X10 da eyni suala cavab verməkdə çətinlik çəkmişdir. Lakin göründüyü kimi, iş materiallarında iddiaçı tərəfindən 69000 ABŞ dolları məbləğində pulun ona verilməsinə dair heç bir möhtəbər sübut yoxdur. Burada heç bir əsassız varlanmadan söhbət belə gedə bilməz. Əgər getsə də belə yenə də 2 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etsə də, ərizəsi hakim tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, mənzillə əlaqədar 2014-cü ildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, yaşayış evi, blok 7, mərtəbə 1, 625 nömrəli mənzilin oğlu X4 məxsus olmasını İddiaçı bilmişdir. Belə ki, o, məhkəmələrdə oğlu X2 nümayəndəsi olmuşdur. 2024-cü ildə İddiaçı “X9 ilə cavabdeh “Safari-N MTK” arasında bağlanmış müqavilənin dəyişdirilərək, onunla “Safari-N MTK” arasında bağlanması və bağlanacaq müqaviləyə dair maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)2434/2024 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Beləliklə, İddiaçı mənzilin oğlu X4 məxsus olmasını 2014-cü ildə bilmiş və o dövrdə məhkəmə qətnamələrini mübahisələndirməmişdir.
35. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375, 1091, 1092, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 82, 88, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verilməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırmış və mübahisələndirilən qətnamədə hüquqi qiymət vermişdir.
53. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən d anışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
54. Qeyd edilən hüquqi mövqeni nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin tələb edilən pul vəsaitini iddiaçıdan aldığını təsdiq edə n səs yazısının sübut qismində qəbul edilməsi məhkəmə tərəfindən MPM-nin 76.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz.
55. Tələb üzrə MM-nin 1095-ci maddəsinə nəzərdə tutulmuş iki illik iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, işdəki sübutlar qiymətləndirilərək iddiaçının öz hüquqlarının pozulmasını 2024-cü ilin əvvəlində bildiyi və 2024-cü ilin iyul ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmədiyi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından kollegiya yanız maddi və prosessual hüquq normalarının mübahisə üzrə düzgün tətbiq edilib-edilmədiyini yoxlayaraq mübahisələndirilən qətnamənin kassasiya q aydasında ləğv edilməsi üçün əsas müəyyən etmir.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-233/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.