Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-204/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxnun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)2016/2020 nömrəli qərard adından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Tərtər Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2-130/2008-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(102)-444/09 nömrəli qərarının məzmunundan müəyyən olunur ki, iddiaçı xxx Cavabdeh qarşı qarşılıqlı iddia ilə müraciət edərək, başqa tələblərlə yanaşı 7378 manat və 70000 ABŞ dollarının alınıb, ona verilməsini xahiş etmiş və onun həmin iddiası təmin olunmamışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx xxxxxx 2019-cu il tarixli, 13(102 )-489/2019 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəçi xxxnun ərizəsi rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 59000 ABŞ dolları pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1402/2029 nömrəli qərardadı ilə (hakim E.A.Bayramov) mülki iş üzrə icraata xitam verilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı xxx apelyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1402/2029 nömr əli qərardadının ləğv edilməsi və işə yenidən baxılmasını, əks halda şikayətin baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(061)-1402/2029 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-2016/2020 nömrəli qərardadı ilə (hakim N.N.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1402/2029 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı xxx kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-2016/2020 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə iddiaçının 70000 ABŞ dolları tələbinə dair iddiası ona görə rədd olunmuşdur ki, onun həmin tələbini əsaslandıran sübutlar təqdim olunmamışdır. İddiaçı həmin tələblə bağlı yetərincə sübutlar toplamış və Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidə n baxılmasına dair Məhkəmə Tərkibinin xx xxxxxx 2019-cu il tarixli, 13(102)-489/2019 nömrəli qərardadı ilə ərizəsi yeni açılmış hallara aid olmadığı üçün təmin edilməmiş, lakin qərardadda qeyd edilmişdir ki, həmin həlledici sübutlar məhkəməyə təqdim edilmədiyi halda, işə yuxarı instansiya məhkəmələrində yenidən baxıla bilər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş dir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hü quqi aktlarına təsir göstərə bilər. İddiaçı apelyasiya məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, on ların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı irəli sürdüyü etdiyi və Tərtər Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə rədd olunan tələbin əsasının hazırki tələblə eyni olması iddiaçı tərəfindən mübahisələndirilmir. Əksinə iş materiallarında olan və apelyasiya instansiyası məhkəməsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, sədrlik edənin sualına cavab olaraq iddiaçı tələb etdiyi pul vəsaitinin əvvəlki qarşılıqlı iddiada tələb etdiyi 70000 ABŞ d olları olmasını və əvvəlki məhkəmə qərarları ilə razılaşmadığı üçün yenidən iddia qaldırmasını göstərmişdir. Belə olan halda, məhkəmələrin Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə istinad etməklə iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeləri əsaslı olmuşdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx xxxxxx 2019-cu il tarixli, 13(102)-489/2019 nömrəli qərardadına istinadı əsassızdır. Belə ki, həmin qərardadın məzmunundan da müəyyən olunur ki, məhkəmə qərarının yeni açılmış hallar üzrə yenidən baxılması üçün Azərbaycan Respublikası MPMin 432.2.1-ci maddəsi ilə müəyyən olunmuş əsas mövcud olmamı şdır. İzah olunmuşdur ki, işə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar (materiallar) işin tam və müfəssəl tədqiqi nəticəsində məhkəməyə məlum ola bilərdisə, yaxud belə hallar ümumiyyətlə məhkəməyə məlum idisə, işə yeni açılmış hallarla əlaqədar deyil, məhkəmə səhvinə yol verildiyində görə adi qaydada yuxarı instansiya məhkəməsində yenidən baxıla bilər. İş materiallarında isə müəyyən olunur ki, iddiaçı Tərtər Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsindən apelyasiya və kasasiya şikayətləri vermiş və şikayətləri təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-2016/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-204/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-204/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver