Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2040/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2040/2023 (Açar sözlər: hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı” tələbinə dair idd iası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)755/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 42.304,51 ABŞ dolları əsas borc, 3.976,24 ABŞ dolları faiz borcu, 3.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 47.613,84 ABŞ dolları borcun və 60,4 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58, 1 kv.m. olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına X2 borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin X3 qaytarılması qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsinin “mənzilin açıq hərracda ilkin satış qiyməti satış anında olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması” hissəsində dəyişdirilməsi, mənzilin açıq hərracda ilkin satış qiymətinin 105.000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh X3 münasibətdə mübahisələn dirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılan qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 aprel 2021-ci il, 07 may 2021-ci il tarixli bildirişlərlə 05 may 2021 və 19 may 2021-ci il tarixlərdə, saat 11:00-da keçiriləcək hərraclar barədə məlumat göndərilmiş, bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvan 2 ünvanına, həmçinin iddiaçının hazırkı iddia ərizəsində göstərdiyi ünvana - Bakı şəhəri, Nizami rayonu, M.Gənc əvi küçəsi, ev 14, mənzil 13-ə göndərilmişdir. ünvan 2 ünvanına göndərilən bildirişlər iddiaçı orada yaşamadığına görə təqdim olunmamışdır. Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 14, mənzil 13-ə göndərilən bildirişlərə gəldikdə isə iddiaçı ilkin hərrac barədə bildirişi xx.xx.2021-ci il tarixdə şəxsən imzalamaqla qəbul etmiş, təkrar hərrac barədə bildiriş isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. “Market” reklamlar və elanlar qəzetinin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli nəşrlərində hərracın keçirilməsi barədə elanlar dərc edilmişdir.
5. İpoteka predmetinin ilkin satış qiyməti 105.000 manat olmaqla xx.xx.2021-ci il tarixə təyin olunmuş birinci hərrac baş tutmamışdır.
6. Hərrac təşkilatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişlə xx.xx.2021-ci il saat 11:00-ə təyin olunmuş təkrar hərrac barədə məlumat verilmiş, “Market” qəzetində hərracın keçirilməsi barədə elan dərc edilmişdir. 7. xx.xx.2021-ci il tarixdə ipoteka predmetinin 15% aşağı qiymətə, 89.250 manat satış qiymətilə keçirilmiş hərracı baş tutmamışdır.
8. İpoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana təklif göndərilmiş, təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir. “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bank ipoteka predmetini 66.937,50 manata əldə etmişdir. Hazırda mübahisəli mənzil "xxxx" ASC-nin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protoko lun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və həmin protokolun əsasında "xxxx"-nin mülkiyyət hüququnun qeydə alınmasına dair – qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2021-ci il olan danışmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, mənzil iddiaçının xəbəri və məlumatı olmadan hərracdan "xxxx"-yə satılmışdır. Həmin hərracın təşkili və keçirilməsi qanunsuz və əsassızdır. Çünki hərrac “kredit borcu üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mübahisəyə məhkəmədə baxılan zaman həyata keçirilmişdir. Halbuki həmin əmlakı iddiaçının satın almaqda üstünlük hüququ var. Hərracın keçirilməsinə dair bildiriş iddiaçıya təqdim olunmamışdır. Halbuki hərracın keçirilməsi barədə məlumat hərracın keçirilməsinə 30 gün qalmış verilməlidir. Bununla qanunvericiliyin tələbləri ciddi pozularaq hərrac bildirişi iddiaçıya vaxtında çatdırılmadığına görə onun bu barədə məlumatlı olmamışdır. Hərracda iddiaçının iştirak etmək imkanını təmin edilməmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3295/22 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd edilmişdir.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Market” reklam və elanlar qəzetində elan yerləşdirilmiş, iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-416cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ve rərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iş materiallarında olan bildirişin surəti, bildirişin iddiaçının ünvanına göndərilməsini təsdiq edən mötəbər sübut deyildir. Bu səbəbdən məhkəmənin qeyd olunan əsaslandırması qanunsuzdur. Bundan əlavə, şikayət olunan məhkəmə qətnaməsindən görünür ki, cavabdeh tərəfindən hərracın keçirilməsi barədə rəsmi saytlarda elan verilməsi barədə iş materiallarında heç bir sübut olmamışdır. Beləliklə, cavabdeh tərəfindən qanunvericiliyin normaları kobud şəkildə pozularaq hərracın keçirilməsi barədə ona bildiriş göndərilməmiş və rəsmi saytlarda elan verilməmişdir. Bu səbəbdən hərrac etibarsı z hesab edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-755/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmu ş hərrac sənədləri nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri, təyin olunan hərraclar barədə iddiaçıya onun özünün də hazırkı iddia ərizəsində göstərdiyi ünvan üzrə rəsmi qaydada məlumatlar göndərilmiş, qəzetdə elanlar dərc edilmişdir.
19. İş materiallarında olan bildirişlərdən görünür ki, hərraç təşkilatçısı keçirilən hərraclar barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı məlum ünvanlarına bildirişlər göndərmişdir. Qeydiyyatda olduğu ünvana göndərilən bildirişlər orada yaşamadığına görə təqdim olunmamışdır. Lakin faktiki yaşadığı və mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 14, mənzil 13-ə göndərilən ilkin hərrac barədə bildiriş xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imzalanmaqla qəbul edilmiş, təkrar hərrac barədə bildiriş isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş hərrac sənədləri nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri, təyin olunan hərraclar barədə iddiaçıya onun özünün də hazırkı iddia ərizəsində göstərdiyi ünvan üzrə rəsmi qaydada məlumatlar göndərilmiş, qəzetdə e lanlar dərc edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci, Mülki Məcəllənin 414.1, 414.2, 415, 416-cı, MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan 09 aprel 2021-ci il tarixli 37 nömrəli hərrac bildirişini, 07 may 2021-ci il tarixli 136 nömrəli hərrac bildirişini nəzərdən keçirmişdir. Belə ki, iş mat eriallarında yalnız bildirişlər mövcüd olmuş, həmin bildirişlərin iddiaçıya göndərilməsi və çatdırılması barədə isə cavabdeh tərəfindən heç bir sübit təqdim edilməmişdir. Cavabdeh tərəfindən poçt qəbzi, xəbərnamə və s. bildirişin iddiaçıya göndərilməsi barədə sübut təqdim edildiyi təqdirdə məhkəmə bildirişinin iddiaçının ünvanına çatdırılması qənaətinə gələ bilərdi. Lakin hərracin keçirilməsi barədə bildiriş iddiaçı tərəfindən əldə edilməmiş, hərracın keçiriləcəyi barədə məlumatı olmamışdır. İş materiallarında olan bildirişin surəti, bildirişin iddiaçının ünvanına göndərilməsini və ya çatdırılmasını təsdiq edən mötəbər sübut deyildir. Bu səbəbdən məhkəmənin qeyd olunan əsaslandırılması qanunsuzdur. 24. “Hərracın nəticələri haqqında” yekun protokoldan görünür ki, ilk hərrac baş tutmamışdır. Cavabdeh tərəfindən hərracın keçirilməsi barədə bildirişin iddiaçıya göndərilməməsi səbəbindən, hərracın keçirilməsindən məlumatı olmamış, ilkin və təkrar hərraclar baş tutmamışdır. Beləliklə, əmlak “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqaviləyə əsasən, dəyərindən təxminən yarı miqdarda aşağı qiymətə, yəni 66.937,50 manat son qiymətə satılmışdır. Halbuki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olardısa, ilkin hərracda iştirak etmə hüququnu realizə edərək, əmlak onun tərəfindən ilkin satış qiymətinə alınacaqdı.
25. İlkin və təkrar hərracın baş tutmaması səbəbi məhkəməyə məlum olmamış, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan həmin hal araşdırılmamışdır. Belə ki, əgər hərrac hərraca iki nəfərdən az alıcı gəldiyi səbəbindən baş tutmamışdırsa, cavabdeh “İpoteka h aqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, 66.937,50 manat qəymətə sata bilməzdi. Lakin məhkəmə mülki işə baxarkən, həmin hal məhkəməyə məlum olmamış, həmin halı araşdırmadan qanunsuz qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi.
26. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
27. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
28. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymət inin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tut ulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir
32. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
33. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
34. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
36. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
37. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
38. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçir ilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
39. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişi n alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
40. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əm lakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
41. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
42. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
43. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
44. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
45. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymət inin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
46. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
47. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
48. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymət indən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
49. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
50. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqları nın qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
51. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
52. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
53. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsi nin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
67. Hərracın nəticələrinin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 416.1-ci maddəsin də nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
68. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişlər.
69. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş hərrac sənədləri nəzərdən keçirilərkən iş üzrə hərracın etibarsızlığı üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesi n bütün mərhələləri, təyin olunan hərraclar barədə iddiaçıya onun özünün də hazırkı iddia ərizəsində göstərdiyi ünvan üzrə rəsmi qaydada məlumatlar göndərilmiş, qəzetdə elanlar dərc edilmişdir. Belə ki, hərraç təşkilatçısı keçirilən hərraclar barədə iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı məlum ünvanlarına bildirişlər göndərmişdir. Qeydiyyatda olduğu ünvana göndərilən bildirişlər orada yaşamadığına görə təqdim olunmamışdır. Lakin faktiki yaşadığı və mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 14, mənzil 13-ə göndərilən ilkin hərrac barədə bildiriş xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imzalanmaqla qəbul edilmiş, təkrar hərrac barədə bildiriş isə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır.
70. Məhkəmə kollegiyası kassasiya şikay ətinin, hərrac baş tutmadıqda “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, 66.937,50 manata cavabdehə sata bilməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlil əsassızdır.
71. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hazırki halda isə iş materiallarından müəyyən olunur ki, ipoteka predmetinin ilkin hərracdaki satış qiyməti 105.000 manat, təkrar hərracdakı satış qiyməti isə 89.250 manat təşkil etmişdir ki, həmin sonuncu məbləğin 25 faiz az olmayan hissəsi 66.937,50 manat təşkil edir.
72. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhk əməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
76. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-755/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.