Məhkəmə qərarları › İş №2(102)-2040/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2040/2024

21.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2040/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1053/2024 sayl, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 22 avqust 2012-ci il tarixdə Cavabdeh X1 istismarı sahəsində bir il müddətinə sayğacların qəbulu və istismarı xidmətinə 10-cü dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı əmək müqaviləsinə 13 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş, 14 may 2015ci il tarixdə İddiaçı SOCAR-ın Cavabdehndə bir il müddətinə Birliyin Bakı X6 qurğularına xidmət Departamentinin Məişət Sayğaclarının istismarı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir.

3. Həmin vəzifədən 29 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi nin 3-cü hissəsinə əsasən xitam verilmiş, 30 mart 2020-ci il tarixində İddiaçı ilə Cavabdehndə bir il müddətinə Bakı X5ı Departamentinin Qazın balansı və satışı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. 4. 31 mart 2023-cü il tarixli 14-2-2/3-1K-199/2023 nömrəli əmrli ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 31 mart 2023-cü il t arixli, 14-2-2/3-1K-199/2023 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh Bakı X5 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şöbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa edilməsi, Cavabdehndən iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, iddiaçı X sistemində 1996-cı ildən işləyir. 13 may 2015-ci il tarixindən 30 mart 2020-ci il tarixinədək Cavabdeh Bakı X6 Qurğularına Xidmət Departamentində 10-cu dərəcəli mühəndis vəzifəsində işləmişdir. Qeyd edilən Departament 2020-ci ilin yazında ləğv edilərək Cavabdeh İB- nin Bakı X5ı Departamenti ilə birləşdirilib. 30 mart 2020-ci il tarixində "X tərəfindən əmək qanunvericiliyinə zidd olaraq, yenidən işçilərlə 1 illik müddətli əmək müqaviləsi bağlanılıb. Cavabdeh İB tərəfindən hər bir işçi ilə əsasən müddətli əmək müqaviləsi bağlanılır. 30 mart 2020-ci il tarixindən 31 mart 2023-cü il tarixi də daxil olmaqla, Cavabdeh İB-nin Bakı X5ı Departamentinin Qazın balansı və satışı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsində işləmiş və aylıq vəzifə maaşın 988 manat təşkil edib. X” İB-nin baş direktorunun 31 mart 2023-cü il tarixli, 14-2-2/3-1K-199/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə işdən azad edilmişdir. İddiaçı 08 oktyabr 2022-ci il tarixdə təqaüd yaşına çatmışdır. Ərizə yazaraq işdən çıxmaq üçün i şəgötürən tərəfindən ona təzyiqlər başlayıb. Təqaüd yaşına çatdığı üçün Cavabdeh İB-nin İnsan Resursları Departamenti tərəfindən hədə-qorxu gələrək, onun iradəsi əleyhinə, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, birtərəfli qaydada əmək müqaviləsinə xitam vermək istənilib. Ailəməişət vəziyyəti, təyin edilmiş təqaüdün azlığı, ailənin yeganə qazanc gətirəni olmağı, səhhətimin qənaətbəxş olması səbəbinə görə əmək fəaliyyətini davam etdirmək istəmişdir. İşəgötürənin tələbinin Əmək Məcəlləsinin 68-ci maddəsinə zidd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması və əmək fəaliyyətini davam etdirmək məqsədi ilə 24 oktyabr 2022-ci il tarixdə müvafiq orqanlara elektron məktubla müraciət etmişdir. Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə ünvanlanmış müraciəti X 3 Departamenti tərəfindən cavablandırılıb: “Sizinlə Cavabdeh arasında bağlanmış 30 mart 2020-ci il tarixli, 243 nömrəli əmək müqaviləsinin 9-cu paraqrafının 9.5.1-ci maddəsinin “d” bəndinin 1-ci abzasına əsasən edilmiş təqaüd yaşına çatdıqda, xitam verilə bilər.” Müraciətlərinə verilən cavablar onu qane etməsə də, əmək fəaliyyətini davam etdirmişdir. 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsinin müddətinin 30 mart 2023-cü il tarixində başa çatması ilə əlaqədar olaraq, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən 31 mart 2023-ci il tarixində qeyd edilən əmək müqaviləsinə xitam veriləcəyi barədə Əmək Məcəlləsinin 70 və 77-ci maddələrinin tələblərinə zidd olaraq, 15 mart 2023-cü il tarixli, 14-2-2/3-11-10079/2023 nömrəli bildiriş ona 28 mart 2023-cü il tarixdə, saat 17 rad ələrində təqdim edilmişdir. Cavabdeh İB-nin müddətli əmək müqaviləsi bağlaması Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinə ziddir. Azəriqaz” İB işçiləri maksimum asılı vəziyyətdə saxlamaq üçün onlarla müddətli əmək müqaviləsi bağlayır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsində isə müddətli ə mək müqaviləsinin bağlanması halları sadalanır. Qeyd edilən maddənin “f” bəndinə görə müddətli əmək müqaviləsi “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə bağlana bilər.” 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsi onun iradəsinin ifadəsi deyil. Cavabdeh İB-nin baş direktorunun 14-2-2/3-1K-199/2023 №-li, 31 mart 2023-cü il tarixli əmri ilə 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası işəgötürən tərəfindən pozulmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiq lənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bütün bunlar 30 mart 2023-cü il tarixində icra edilməli olduğu halda, işəgötürən tərəfindən icra edilməmişdir. 31 mart 2023-cü il tarixində səhər saat 8:30-dan saat 17-dək işdə olmuşdur. İşə davamiyyət jurnalında imzası var. Qeyd edilən gün üçün əmək fəaliyyətini təsdiq edəcək faktlar mövcuddur və ərizəyə əlavə edilir. Saat 5-də işdən azad olunmağı barədə şifahi məlumat almışdır. Əmək müqaviləsinə xitam verilməsi haqqında 14-2-2/3-1K-199/2023 nömrəli, 31 mart 2023-cü il tarixli əmrin surətini və əmək kitabçasını 05 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin İnsan Resursları Departamentindən təhvil almışdır. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr 03 aprel 2023-cü il tarixdə Cavabdeh İB tərəfindən bank hesabına ödənilmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatından bildirmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi əsasında işləmiş, sonuncu dəfə 2023-cü ildə əmək müqaviləsinin bitməsi ilə işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Buna səbəb o, olmuşdur ki, işçi təqaüd yaşına çatmışdır. Əmək müqaviləsinə xitam verilən zaman, qanunvericiliyin normaları pozulmamış, qanunvericiliklə müəyyən edilmiş formada iddiaçıya bildiriş təqdim edilmiş, lakin o, imtina etmişdir İddia əsassız olduğuna görə iddianın rədd edilməsini xahiş etmiş dir.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı vətəndaşın müraciəti əsasında X4 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verildiyindən hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Lakin burada araşdırılmalı olan məsələ odur ki, əmək müqaviləsinin bağlanıldığı zaman Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə istinad edilsə də, tərəflərin razılığı faktiki pozulub. Şəxsin işinin xarakteri, onun hansı formatda olduğu nəzərə alaraq, onun müddətli bağlanılması mübahisəli haldır. Eyni zamanda, vətəndaşın həmin təşkilatda 5 ildən artıq işlədiyi də nəzərə alınmalıdır. Nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qey d etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(011)4963/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdehnə 2012-ci ildə qəbul edilmiş, daha sonra Birlikdə 10-cü dərəcəli mühəndis vəzifəsində bir illik müddətli əmək müqavilələri əsasında çalışmışdır. Bununla yanaşı, tərəflər arasında bağlanılmış 30 mart 2023-cü il tarixli 243 nömrəli əmək müqaviləsinin məzmunundan görünən odur ki, iddiaçının əmək funksiyasının və gördüyü iş daimi xarakter daşıyır. Bütün bunlar ona deməyə əsas verir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində tərəflərin razılığına əsasən müddətin müəyyən edildiyi qeyd edilsə də, müqavilə bağlanan zaman tərəflər arasında hüquq bərabərliyi prinsipinə əməl edilmə miş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə “f” bəndinin tələblərinə riayət edilməmişdir. Belə olan, məhkəmə hesab edir ki, işçinin cavabdeh olan təşkilatda 8 ildən artıq müddətdə fasiləsiz olaraq çalışdığı halda, onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

11. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-199/2023 nömrəli əmr ləğv edilməli, iddiaçı Cavabdeh Bakı X5 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şöbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa edilməli, Cavabdehndən iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqı tutulmalıdır.

12. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2(3), 2), 45(1), 45(4), 45(5), 47(f), 68(b), Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 243 nömrəli əmək müqaviləsi tərəflərin qarşı lıqlı razılığı ilə razılaşdırılmış müddətə bağlanmış və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmçinin İddiaçı 08 oktyabr 2022ci il tarixdə təqaüd yaşına çatmışdır və bu hal da birbaşa müqavilənin özündə müqaviləyə xitam verilməsi əsası kimi göstərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(103)-1053/2024 nömrəli qətnaməsi ilə (hakimlər-Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Xəyal Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası göstərmişdir ki, hazırkı işdə iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı 2012-ci ildən orada işləmişdir. Bu halda, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olması, açıq-aşkar onunla müddətli əmək müqaviləsinin bağlanmasını istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə, işçi ilə müddətli əmək müqaviləsi bağlana bilməz və bu qanunun imperativ tələbidir. İddiaçı 08 oktyabr 2022-ci il tarixdə təqaüd yaşına çatması və bu halın da birbaşa müqavilənin özündə müqaviləyə xitam verilməsi əsası kimi göstərilməsi barədə dəlilə münasibətdə də nəzərə alınmalıdır ki, işçinin təqaüd yaşına çatdığı göstərilsə də əmək müqaviləsinə işçisi çalışmanın yaş həddinə çatması əsası ilə yox, müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmi şdir və hazırkı mübahisənin predmetini bu əmr təşkil edir. Göründüyü kimi, iddiaçının əmrin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır. Hüquqi müqəddəratı bu tələbdən asılı olan digər tələblərin təmin edilməsi ilə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2(105)-405/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üşün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası AR MPM-nin 217.4 və 217.5-ci maddəsinin tələblərinə zidd olaraq maddi hüquq normasını düzgün tətbiq etməyərək, sübutlara prosessual normada göstərilən tələblərə uyğun qiymət verməyərərk qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

21. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

22. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

23. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

24. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.

25. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən m üddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

26. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

27. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

28. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

29. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əs ası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

43. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

44. Kassasiya şikayətinin dəlillərinə isə qiymət verərək məhkəmə kolle giyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə).

45. Məcəllənin 47-ci maddəsi əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bildiyi konkret halların dairəsini müəyyən etmişdir.

46. İşdən görünür ki, məhkəmələr tərəfindən həmin maddədə sadalanan “a-ə”, “g” və “ğ” bəndlərində s adalanan halların mövcudluğu müəyyən edilməmişdir. Həmçinin qeyd olunan maddənin “f” bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasını mümkün hesab edir.

47. Sonuncu bəndlə bağlı nəzərə alınmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir.

48. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

49. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilələrin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

50. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında t abeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər.

51. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqti sadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

52. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 5 ildən artıq müddət ərzində fasiləsiz olaraq cavabdehin müvafiq qurumlarında işləmiş işçinin 5 il müddət tamamına az qalmış işdən azad edilərək, onunla bir gün sonra yenidən müddətli müqavilə bağlanması və 10 ildən sonra müddətin bitməsinə istinad edilməklə işdən azad edilməsi əmək qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun olmamışdır.

53. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2024-cü il tarixli, 2(103)-1053/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar