Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2042/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh qızına qarşı ilk, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması, mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı1 cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunma sı və mənzildən əşyaların çıxarılması” tələbinə dair ilk, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2019/2021 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh keçmiş qaynanasıdır. Cavabdeh ilə İddiaçı2 22 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahından 08 noyabr 2015-ci ildə XXX adlı övladları olmuş və 2017-ci ilin avqust ayında Mingə çevir şəhər məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur.
2. Arasında nikah pozulduqdan sonra Cavabdeh mübahisəli mənzilə buraxılmamış, lakin ona məxsus cehiz əşyalar həmin mənzildədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 02.02.2019-cu il tarixdə cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan mübahisəli mənzilindən cavabdeh istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 mübahisəli mənzilinin mülkiyyətçisidir və mülkiyyət hüquqları 10.09.2015-ci ildə qeydə alınmışdır.
5. Cavabdeh onlarla birgə yaşamamış, cavabdeh uşaqla bi rlikdə valideynlərinin evində yaşamışdır. Buna baxmayaraq cavabdeh onun mənzilində əşyalarını saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur, mənzildən saxlanc kimi istifadə edir. Cavabdeh iddiaçıya məxsus mənzildən istifadə etməmiş və yalnız pasport qeydiyyatın düşməsinə icazə verilmişdir
6. İddiaçı isə 28.03.2019-cu il tarixdə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onu və azyaşlı övladı 08.11.2015-ci il təvəlüdlü X5 ilə birlikdə cavabdeh İddiaçı1 adına olan Mingəçevir şəhəri mübahisəli mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması və mübahisəli mənzilin ümumi istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilinə gəlin köçmüş və cehiz əşyaları bu gündək oradadır. 8. 2015 -ci ildə rəsmi olaraq həmin mənzilə pasport qeydiyyatına düşmüş və həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuşdur.
9. Mənzil özəlləşən zaman Cavabdeh da ailə üzvü kimi onun razılığı əsasında yaşadığı mənzil cavabdeh İddiaçı1 adına özəlləşdirilmişdir.
10. Cavabdeh ilə İddiaçı2 arasında nikah pozulduqdan sonra Cavabdeh mübahisəli mənzilə buraxılmamışdır. Halbuki, onun həmin mənzildən istifadə hüquqları var, həmin mənzildə qeydiyyatdadır və ona məxsus cehiz əşyalar da mənzildədir.
11. Onun başqa yaşayış yeri yoxdur və cavabdehlər onu mənzilə buraxmadıqları üçün məcbur olub müvəqqəti atası evində yaşayır.
12. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-816/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) İddiaçı1 Cava bdeh qarşı «mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması» tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh İddiaçı1 qarşı «mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və azyaşlı övladı 08.11.2015-ci il təvəllüdlü X3 mübahisəli mənzilindən istifadə hüququnun tanınması və Cavabdeh və azyaşlı övladı 08.11.2015-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər 22 sentyabr 2014-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Cavabdeh 2015-ci ildə rəsmi olaraq həmin mənzilə pasport qeydiyyatına düşmüş və həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuşdur və mübahisəli yaşayış evi 10.09.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında cavabdeh İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 2 17.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, onun ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-21/2021 nömrəli iş üzrə 1 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı1 öz tələbini təsdiq edən heç bir mötəbər sübut təqdim etm əmiş, əksinə Cavabdeh tərəfindən təqdim olunmuş sübutlardan da görünür ki, o, mənzilin özəlləşdirilməsində iştirak etmiş və mənzildə istifadə hüquqları var. Cavabdeh mənzilin İddiaçı1 mülkiyyətinə verilməsi haqqında razılığının olması, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz (Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarı). Bundan əlavə İddiaçı1 iddia tələbində Cavabdeh mübahisəli mənzildə uzun müddətdir yaşamaması barədə fikirləri də əsassızdır. İş materiallarından görünür ki, İddiaçı1 Cavabdeh mübahisəli mənzilə buraxmamışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edib, ilk iddianın tə min, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4131/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
20. Kassasiya instansiyasının mövqeyinə görə Apellyasiya instansiyası məhkəməsi işin hallarını səthi araşdırdığından Cavabdeh bundan əvvəl özəlləşmədə iştirak etməsini müəyyən etməmiş və işin həmin halına qanunun tələbinə uyğun qiymət verməmişdir. Belə olduqda, Cavabdeh ikinci dəfə dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsində iştirakı qanunun tələblərinə uyğun olmadığından məhkəmə kollegiyası işin həmin halına əsaslanıb mübahisəni yuxarıda göstərilən qaydada həll etməkdə haqlı olmamışdır. Cavabdeh mübahisəli mənzilə köçərkən mənzil dövlət fondunda olduğundan işə yenidən baxan məhkəmə kollegiyası mübahisənin qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından həllinin təmin olunması imkanını müzakirə etməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2019/2021 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı1 Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması» tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdeh mübahisəli mənzildəki əşyaları çıxarılması, Cavabdeh İddiaçı1 qarşı «mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması» tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh bundan əvvəl Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi XXX saylı evin, XXX saylı mənzilin X4 adına özəlləşməsində azyaşlı olduğundan razılıq ərizəsi y azmadan iştirak etməsini müəyyən etməmiş və işin həmin halına qanunun tələbinə uyğun qiymət verməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan əvvəllər istifadə etdiyindən onun növbəti dəfə, yəni mübahisəli mənzilin özəlləşdirilməsin iştirak etmək hüququ olmamışdır və buna görə də, bu əsasla onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.
24. Belə olan halda birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini qət edərkən düzgün nəticəyə gəlməmişdir və buna görə də kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, ilkin iddia tələbinə əsasən cavabdehin əşyaları mübahisəli mənzildən çıxarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci, 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunım 21 dekabr 2021-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmin Qərar özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvülərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmi n mənzildə yaşamaq hüququndan imtinası kimi qəbil edilmədiyini qeyd etmişdir. Onunla iddiaçı arsında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq yəni “Azərbaycan Respublikasımla Mənzil Fondunun Özəlləşdirilməsi haqqında qanunun" 1-ci, 5-ci, 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenunmunun 21 dekabr 2012-ci il tarixli qərarına əsasən özəlləşmə ilə bağlı ailə üzvülərinin razılığının olması gələcəkdə baş verən mübahisələr zəmnində onun həmin mənzildə yaşamaq hüququnun əlindən alınması kimi qiymətləndirilə bilməz. O, özəlləşmədə bir dəfə iştirak etmişdir. Həmin özəlləşdirilən mübahisələndirilən mənzildir. Məhkəmə maddi huquq normalarını pozmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Qanunu mənzil fondunun özəlləşdirilməsi haqqında”
28. Maddə
7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
29. Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
31. Maddə 68.4 Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqavil əsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədlər i
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üz rə düzgün nəticəyə gəlmişdir.
39. Kollegiya ilk növbədə qeyd edir ki, işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəllilər hazırkı icraatda keçərli deyil. Çünki kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işə mahiyyəti üzrə baxmır.
40. Məhkəmələr müəyyən etmişlər ki, kassator dövlət fondunda olan mənzillərin özəlləşdirilməsində iştirak etmək hüququndan bir dəfə istifadə etmişdir. Həmin halın yenidən araşdırılmalı olması və yaxud əlavə halların araşdırılması ilə bağlı dəlillə razılaşmaq olmaz. Çünki işin faktiki halları ilə bağlı bütün sübutlar işə mahiyyəti üzrə baxan məhkəməyə verilir və həmin məhkəmə tərəfindən araşdırılır.
41. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı1 cavabdeh cavabdehin keçmiş qaynanasıdır. Cavabdeh İddiaçı2 22 sentyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və 2017-ci ilin avqust ayında Mingəçevir şəhər məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Ailə münasibətləri pozulan vaxtdan cavabdeh qayınanasına məxsus olan mənzili tərk etmiş, lakin əşyaları həmin mənzildə qalmışdır. Mənzilin mülkiyyətçisi cavabdehdən mənzildən əşalarının çıxarılmasını tələb edir.
42. İşə baxan məhkəmələr əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişinə uğun olaraq həmin tələbin qanuni əsasına uyğun maddi hüquq normalarını tətəbiq etməklə iddianı təmin etmişlər. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkə mə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2019/2021 nömrəli, 3 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.