Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2042/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İmişli rayon Yalavac Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaq münasibətlərindən irəli gələn mübahisələr; torpaq sahəsinin boşaldılması; torpaq sahəsi ilə bağlı icarə münasibətləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı, ("xxxx" QSC və İmişli rayon Yalavac Bələdiyyəsi mübahisə predmeti barəsində müst əqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-15/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC-nin İmişli Rayon Məhkəməsinə ünvanladığı 21 iyun 2016-cı il tarixli məktubun surətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dəmir Yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqı nda 23 fevral 2005-ci il tarixli 33 nömrəli Qərarına əsasən İmişliVətəgə mənzili 130 km. piket 4dən 132-ci km. piket 4-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağının eni 24 metr müəyyən olunmuşdur.
2. İmişli-Vətəgə mənzili 131-ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi 25000 kv.m. təşkil edən dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi 16 fevral 2018-ci il tarixli müqavilə ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin adından "Azərbaycan Dəmir Yolları Əmlak” MMC tərəfindən 1 il müddətinə ot çalımı, otlaq və əkinbiçin məqsədilə istifadə olunması üçün İddiaçı icarəsinə verilmiş, sonradan icarə müddəti 18 fevral 2019-cu ildə 16 fevral 2020-ci ilə kimi uzadılmışdır.
3. İmişli-Vətəgə mənzili 131 -ci km piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsi 19 fevral 2020-ci il və 17 fevral 2021-ci il tarixli müqavilələrlə "Azərbaycan Dəmir Yolları” QSC-nin adından etibarnamə əsasında hərəkət edən "Azərbaycan Dəmir Yolları Əmlak” MMC tərəfindən əkin-biçin məqsədilə istifadə olunması üçün İddiaçı, hər dəfə 11 ay müddətində olmaqla icarəyə verilmişdir.
4. Əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 19 fevral 2020-ci ildə bağlanmış İM-60 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) sahədən ibarət olan torpaq sahəsinin əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 11 ay müddətində qüvvədə qalır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə götürən icarəyə götürdüyü əmlak üçün ƏDV daxil illik 160 manat icarə haqqı ödəməlidir.
5. Əmlak mülkiyyətçisi "xxxx" QSC-nin adından etibarnamə əsasında hərəkət edən və bundan sonra icarəyə verən adlanacaq "xxxx" MMC ilə icarəyə götürən İddiaçı arasında 17 fevral 2021-ci ildə bağlanmış İM-11 saylı “icarə müqaviləsi”ndən görünür ki, icarəyə verən tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçiyə məxsus İmişli-Vətəgə mənzili 131-ci km. piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) sahədən ibarət olan torpaq sahəsinin əkin-biçin məqsədilə istifadə olunması üçün icarəyə götürənə qısa müddətli icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə torpaq sahəsindən müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsi və icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 11 ay müddətində qüvvədə qalır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə götürən icarəyə götürdüyü əmlak üçün ƏDV daxil illik 160 manat icarə haqqı ödəməlidir.
6. İcarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 01 noyabr 2016-cı ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə müvəqqəti icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 50 manat olmaqla, cəmi 130 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Müqaviləyə torpaq sahəsinin sxematik planı əlavə edilmişdir.
7. İcarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 01 noyabr 2017-ci ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 20 manat olmaqla, cəmi 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir.
8. İcarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götürən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 02 noyabr 2018-ci ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 11 ay müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün 20 manat olmaqla, cəmi 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir.
9. İcarəyə verən İmişli rayonu Yalavac bələdiyyəsi ilə icarəyə götü rən İmişli rayonu Məhəmmədli kənd sakini Cavabdeh arasında 25 oktyabr 2019-cu ildə bağlanmış "Torpağın icarəyə verilməsi haqqında" 01 nömrəli müqavilədən görünür ki, icarəyə verən tərəfindən İmişli rayonu M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2.60 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının becərilməsi üçün 05 il müddətinə icarəyə verilməsi, icarəyə götürən tərəfindən isə müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsi və hər hektar üçün hər il 20 manat olmaqla, hər il 52 manat icarə haqqının ödənilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir.
10. İddiaçı müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə idarəsi tərəfindən 22 oktyabr 2019-cu il tarixdə verilən cavab məktubuna əsasə n müraciət müəllifinə bildirilmişdir ki, araşdırma zamanı Yalavac bələdiyyəsinin mülkiyyətinə aid torpaq olan torpaq sahəsinin kənd təsərrüfatı məhsulları becərmək məqsədilə hərrac və ya müsabiqədən kənar 01 noyabr 2016-cı il tarixli müqavilə əsasında 11 ay müddətinə Cavabdeh icarasinə verildiyi müəyyən edilmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün İmişli rayonu Yalavac bələdiyyəsinin hazırki sədri Fəqani Cəfərov 10 oktyabr 2019-cu il tarixdə İmişli Regional Ədliyyə İdarəsinə çağırılaraq qəbul edilmiş, onunla söhbət zamanı və təqdim edilmiş arayışda Yalavac bələdiyyəsinin fəaliyyətinin araşdırılması ilə əlaqədar bələdiyyənin 2015-2018-ci illərə dair maliyyə təsərrüfat sənədləri və iclas protokollarının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs inə təqdim edildiyi və ona görə sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin iclas protokolunu təqdim edə bilmədikləri göstərilmişdir. Həmçinin 2.60 ha torpaq sahəsinin Cavabdeh icarəsinə verilməsi ilə bağlı Yalavac bələdiyyəsinin iclas protokolunun İmişli Regional Ədliyyə İdarəsinə daxil olub-olmamasının müəyyən edilməsi məqsədilə 2016-cı ilə dair bələdiyyə aktlarının qeydiyyatı kitabına baxış keçirilmiş və sözügedən məsələ ilə bağlı iclas protokolunun idarəyə daxil olması aşkar edilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi qanunsuz olaraq hərrac və ya müsabiqədən kənar bələdiyyə sədri tərəfindən təkbaşına Cavabdeh icarəsinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müvafiq qaydada qeydiyyata alınmamışdır. Hansı ki, mövcud qanun vericiliyin tələblərinə görə, həmin torpaq sahəsi üzərində ilkin olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmalı, bundan sonra hərrac və ya müsabiqənin keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Auksion Mərkəzi ilə müqavilə bağlanılmalı və keçirilmiş hərrac və ya müsabiqənin qalibi olacaq şəxslə bələdiyyə arasında notarial qaydada icarə müqaviləsi bağlanmalı idi. Belə ki, "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-İİİQD nömrəli Qanununa əsasən icarə hüququ əsasında torpaq sahələri yalnız hərrac və ya müsabiqə qaydasında əldə edilə bilər. 11. "xxxx" QSC tərəfindən İmişli Rayon Məhkəməsinin sorğusuna 06 fevral 2019-cu ildə veriln SM1-53\2 saylı cavab məktubundan görünür ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 33 saylı 23 fevral 2005-ci il tarixli qərarına əsasən, məktubda qeyd edilən İmişli-Vətəgə mənzili 131-ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi sahəsi 25000 kv.metr sahədən ibarət olan torpaq sahəsi, dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC tərəfindən istifadəyə verilmişdir.
12. İdd iaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə hüququna mane olan qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-3016/2016 saylı qətnaməsindən görünür ki, iddia rədd edilmişdir. Tələb üzrə iddiaçı Saatlı 8 saylı Dəmiryol distansiyasının 27 dekabr 2005-ci il tarixli 71 saylı əmri ilə ona biçənək və bostan yeri kimi istifadə etmək üçün verilmiş İmişliVətəgə 130-cu km. 4-cü piketindən 132-ci km. 4-cü piketinə kimi sağ tərəfdə yolun oxundan 50 metr məsafədə yerləşən torpaq sahəsindən cavabdehin çıxarılmasını və həmin torpaq sahəsindən istifadə hüququna mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dəmir yolunun 8 saylı Saa tlı yol distansiyası tərəfindən X1 və İddiaçı İmişli-Vətəgə 130-cu km. 4-cü piketindən 132-ci km. 4-cü piketinə kimi, yolun kilometr artımı istiqamətinin sağ tərəfində mühafizə zolağında bostan və biçənək məqsədilə torpaq sahəsinin ayrılması ilə əlaqədar verilmiş əmrlər, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli 270 saylı Qərarına və yol rəisinin 29/N nömrəli 03 aprel 1979-cu il tarixli əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarına uyğun olmadığına görə, Departamentin İD-15 nömrəli 17 iyun 2016-cı il tarixli əmri ilə ləğv edilmişdir. Bununla da, iddiaçının iddia etdiyi torpaq sahəsinin onun müvəqqəti istifadəsində olması müəyyən olunmamışdır.
13. İddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsindən çıxarma və qanun suz tikililərin sökülməsi" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 2(036)1916/2017 saylı 04 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunaraq, iddiaçı Cavabdeh icarəsinə verilmiş İmişli rayonu Yalavac bələdiyyəsinin mülkiyyətində olan Bakı-Horadiz dəmiryol xəttinin İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən hissəsi ilə İmişli rayonunun Məmmədli kəndi ərazisindən keçən su kanalı arasında yerləşən planda sərhədləri göstərilmiş 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahəsi üzərindəki tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu yalavac bələdiyyəsi ilə arasında 01 noyabr 2016-cı il tarixdə bağlanan torpaq icarə müqaviləsinə əsasə n mübahisəli 2.60 ha torpaq sahəsi 11 ay müddətinə onun icarəsinə verilmişdir. Lakin cavabdeh heç bir hüquqi sənədi olmadan həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Məhkəmə mübahisə üzrə yuxarıda qeyd edilən nəticəyə gələrkən, 2.60 ha torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə və İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə hüququna mane olan qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 2(036)3016/2016 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində olmamasının müəyyən edilməsinə istinad etmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin təqdim etdiyi 147 saylı 05 dekabr 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsində olan 25000 kv.metr torpaq sahəsinin 17031 kv.metr hissəsinə Cavabdeh tərəfindən müdaxilə olunaraq, həmin 17031 kv.metr torpaq sahəsinin İddiaçı istifadə etməsinə maneəçilik törədilir. Qeyd olunan torpaq sahəsi Cavabdeh istifadəsindədir.
15. İmişli rayonu, M.Əsədov adına kolxozun islahatı zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsindən 2,60 ha torpaq sahəsi 01 noyabr 2016-cı, 01 noyabr 2017-ci, 02 noyabr 2018-ci il tarixli müqavilələrlə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məhsullarının becərilməsi üçün hər il 11 ay müddətinə, 25 oktyabr 2019-cu il tarixli müqavilə ilə isə 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiyası məhkəməsində icraat
16. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə, sonradan isə iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kiçik təsərrüfat yaradaraq sahibkarlıqla məşğuldur. Mübahisə predmeti olan torpaq sahəsi İmişli-Vətəgə mənzili 131ci km. piket 2-dən 132-ci km. piketədək təhkim zolağında yerləşir. İmişli rayonu Yalavac Bələdiyyəsinin sədri onu aldadaraq, mübahisə predmeti olan torpaq sahəsinə görə 450 manat məbləğində pul almışdır. Bələdiyyə sədri ona demişdir ki, həmin torpaq sahəsinə dair sənəd verəcək, vermədiyi halda Cava bdeh öyrədib qeyri - qanuni 01 noyabr 2016-cı il tarixdə 11 aylıq müddətə torpaq icarə müqaviləsi vermiş və 2017-ci ilin axırlarında eyni məzmunlu müqavilə bağlamışdır. Hesab edir ki, bələdiyyənin qeyri-qanuni sənədi araşdırılmalıdır. Mübahisə predmeti olan həmin torpaq sahəsi "xxxx" QSC-nə aiddir. Belə ki, "xxxx" QSC-nin "xxxx" MMC ilə arasında mübahisə predmeti olan torpaq sahəsinə dair 1 illik müddətinə İM-154 saylı 16 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. İM-154 saylı 16 fevral 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilənin müddətinin uzadılması barədə "xxxx" QSC-nin "xxxx" MMC ilə arasında 01 saylı 18 fevral 2019-cu il tarixli razılaşma imzalanmışdır. Razılaşmaya əsasən həmin torpaq sahəsinin icarə müddəti 2 il müddətinə, yəni 16 fevral 2 020-ci ilədək uzadılmışdır. Sahibkarlıq Fondundan pul götürüb təsərrüfat yaratmış və bir neçə ailənin dolanmasına şərait yaratmışdır. Sahibkarlıq Fonduna 10000 manat məbləğində borcu vardır. İmişli rayonu Yalavac Bələdiyyəsi heç bir əsas olmadan həmin torpaq sahəsini Cavabdeh vermişdir. Cavabdeh Ataşov X2 rayonu Məhəmmədli kənd sakinidir. O, öz heyvanlarını həmin torpaq sahəsinə salıb otarmış və bitki örtüyünə ziyan vurmuşdur. Ümumiyyətlə ona həmin torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaradır. Hesab edir ki, İmişli rayonu Yalavac Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi qanunsuz olaraq Cavabdeh icarəsinə verilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
18. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib iddianın təmin edilməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş edib izahatında göstərmişdir ki, İmişli rayonu Yalavac Bələdiyyəsi ilə arasında ümumi sahəsi 2.60 ha sahədən ibarət olan torpaq sahəsinin 11 ay müddətinə icarəyə verilməsinə dair 01 saylı 02 noyabr 2018-ci il tarixli “Torpaq icarəsi haqqında” müqavilə bağlanmışdır. O, həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olur. Eyni zamanda bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, İddiaçı icarəsində olan torpaq sahəsinə müdaxilə etməmiş, ona həmin torpaq sahəsindən istifadə etməsinə heç bir maneəçil ik törətməmiş və özünün qanuni icarəsinə verilmiş torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olur. Hesab edir ki, İddiaçı məhz qərəzli olaraq, ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddia tələbinin qanuni əsası yoxdur.
20. İş üzrə birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 5 dekabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı icarəsində olan 25000 kv.metr torpaq sahəsinin 17031 kv.metr hissəsinə Cavabdeh tərəfindən müdaxilə olunaraq, həmin 17031 kv.metr torpaq sahəsinin İddiaçı istifadə etməsinə maneçilik törədilir. Qeyd olunan torpaq sahəsi Cavabdeh istifadəsindədir.
21. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhk əməsi) 01 mart 2019-cu il tarixli, 2(036)-16/2019 nömrəli qətnaməsi ilə (hakim T. Nüsrətov) iddia rədd edilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair 11 aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün onun cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinin irəli sürməsi, o cümlədən, həmin daşınmaz əmlakla bağlı icarə və ya digər hüquqların qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin və təmin edilməsinin hər hansı bir hüquqi əsası yoxdur.
23. Məhkəmə “mütəxəssis rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab etmişdir ki, mütəxəssis rəyi ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən mübahisəl i hal olan “iddiaçının subyektiv hüququnun olub-olmamasını” müəyyən etmir və yalnız texniki məsələlərlə bağlı kömək xarakteri daşıyır. Bu səbəbdən də, mütəxəssis rəyi iş üzrə hüquqi əhəmiyyət kəsb edən iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.
24. Məhkəmə öz mövqeyini Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1, 51.8, 66.1, 66.2, 67.1, 67.3, 67.4, 68-ci maddələrinə, Mülki Məcəlləsinin 135.4, 139.1, 139-1.1.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Qanunun 1, 11, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərba ycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 64.1, 88, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İş üzrə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 30 dekabr 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X3 LTİ-nin mütəxəssis rəyinə əsasən, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km. pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və həmin torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olması müəyyən edilmişdir. Bey ləqan LTİ-nin mütəxəssis rəyinə əsasən, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM154 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131ci km pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr torpaq sahəsinin 13482 kv.m. hissəsi “Dəmir yolu nəqliyyatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC-nin istifadəsində olmadığı müəyyən olunmuşdur. Beyləqan LTİ-nin mü təxəssis rəyinə əsasən, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış İM-154 saytı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişliVətəgə mənzili 131-ci km pk 2-dən 132-ci pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.m. torpaq sahəsinin 13482 kv.m. hissəsi Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunması müəyyən olunmuşdur.
27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(106)-15/2021 saylı qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İsmayıl Əhmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, İmişli Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(036)-16/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km. pk 3-ün 80-ci metrindən 132-ci km pk 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən, ümumi sahəsi 1,6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma və torpaqdan istifadə hüququna mane olan qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddiası İmişli Rayon Məhkəməsinin 2(036)-3016/2016 saylı qətnaməsi ilə rədd olunmuşdur. Həmin iş üzrə iddiaçı torpaq sahəsi üzərində istifadə hüququnun Saatlı 8 saylı Dəmiryol distansiy asının 27 dekabr 2005-ci il tarixli 71 saylı əmri əsasında yarandığını bildirmiş və aparılmış məhkəmə araşdırması nəticəsində həmin əmrin Dəmiryol Departamentinin İD-15 nömrəli 17 iyun 2016-cı il tarixli əmri ilə ləğv edildiyi, bununla da, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının olmadığı müəyyən olunmuşdur. Hazırkı halda isə iddiaçı "xxxx" QSC ilə arasında qanuni əsaslarla bağlanmış və qüvvədə olan icarə müqaviləsi əsasında sahibliyinə verilən dəmir yolunun təhkim zolağında yerləşən torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etmişdir. Göründüyü kimi torpaq sahəsi eyni torpaq sahəsi olsa da, üzərində iddiaçının hazırda yaranan istifadə hüququnun əsasını, qüvvədə olan qətnamədəki əsas təşkil etmir.
29. Bundan başqa iddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsindən ç ıxarma və qanunsuz tikililərin sökülməsi" tələbinə dair iddiası İmişli Rayon Məhkəməsinin 2(036)1916/2017 saylı 04 may 2017-ci il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Həmin iş üzrə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu Yalavac bələdiyyəsi ilə arasında 01 noyabr 2016-cı ildə bağlanmış və 01 oktyabr 2017-ci il tarixinədək qüvvədə olmuş torpaq icarəsi müqaviləsi əsasında müəyyən edilmiş, eyni zamanda İmişli Rayon Məhkəməsinin 2(036)-3016/2016 saylı qətnaməsinə istinad olunaraq, torpaq sahəsi üzərində İddiaçı hər hansı hüquqlarının olmaması qeyd edilmişdir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1, 164.2, 337.1, 337.3, 337.4-cü, Torpaq Məcəllənin 55, 65, 67.4, 68, 84, 111-ci, Mülki-Prosessual Məcəllənin 82.3, əsaslandırmışdır. 384.0.2, 385, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla b) Kassasiya instansiyası məhkəməsində birinci icraat
31. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5103/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (məruzəçi), A.Abbasov və E.Vəliyeva) cavabdehin kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
33. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, hazırki mübahisə torpaq sahəsindən ist ifadə ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində (icarəsində) olmasını iddia edir.
34. Apellyasiya instansiyası məhkəməsi işin həlli bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və yuxarıda qeyd olunan məzmunda rəy alınmışdır.
35. Lakin iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan rəyi aldıqdan sonra xüsusi bilik tələb edən əlavə sualları izah etmək məqsədi ilə öz təşəbbüsü ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etməklə, ekspertizanın aparılması zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, "xxxx" QSCnin "xxxx" MMC -nin və Beyləqan rayonu Yalavac Bələdiyyəsinin mütəxəssislərinin cəlb olunmasını qərara alınmışdır.
36. Lakin iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC-nin Beyləqan Layihə Tədqiqat İdarəsinin 07 oktyabr 2020-ci il tarixli arayışına əsasən Horadiz şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğuları vasitəsi ilə intensiv atəşə tutulması nəticəsində ekspertizanın keçirilməsi üçün mütəxəssisin iştirakı təmin olunmamış, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti isə 21 dekabr 2020-ci il tarixli məlumatla mütəxəssis rəyi təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina olunmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsi isə özünün zəruri bildiyi suallara ekspert rəyini almaq üçün əlavə tədbirlər görmədən mübahisələndirilən qətnaməni qəbul etmişdir.
38. Həmçinin mü əyyən olunur ki, iş üzrə alınmış və məhkəmənin istinad etdiyi 30 dekabr 2019-cu il tarixli rəy özü də ziddiyyətli olmuşdur. Belə ki, həmin rəydə birinci sualla bağlı qeyd olunmuşdur ki, "xxxx" QSC və iddiaçı arasında 16 fevral 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş 25000 kv.metr torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olması müəyyən edilmişdir. Lakin rəyin ikinci və üçüncü sualları üzrə cavablarda göstərilmişdir ki, 25000 kv.metr torpaq sahəsinin 13482 kv.m hissəsi dəmir yolu nəqliyyat təyinatlı torpaq sahəsi kimi "xxxx" QSC-nin istifadəsində olmadığı və cavabdehin əkin sahəsi kimi istifadəsində olması müəyyən olunmuşdur. Ekspert mübahisələndirilən 25000 kv.m. torpaq sahəsinin “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olduğu halda, həmin torpağın 13482 kv.m. hissəsinin "xxxx" QSC-nin “istifadəsində olmaması” ifadəsi altında nəyin başa düşündüyünü izah etməmişdir.
39. Digər tərəfdən qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 25000 torpaq sahəsinin yalnız 13482 kv.m. hissəsi cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Lakin ekspert rəyi alındıqdan sonra "xxxx" QSC və iddiaçı arasında yeni icarə müqaviləsi bağlanmış və iddiaçının icarəsinə ekspertiza tədqiqatı aparılmış İmişli-Vətəgə mənzili 131-ci km piket 2-dən 132-ci km piket 4-dək təhkim zolağında yerləşən ümumi 25000 kv.m. torpaq sahəsi deyil, həmin zolağın azaldılmış hissəsində: İmişli-Vətəgə mənzili 131-ci km piket 3-ün 80-ci metrindən 132-ci km. piket 3-ün 80-ci metrinədək təhkim zolağında yerləşən 1,6 ha (yol ya tağının 10 metrindən sonrakı hissə) torpaq sahəsi verilmişdir. Yəni cavabdeh tərəfindən “Dəmir yolu nəqliyyatı” torpaqlarına aid olan torpaqların zəbt edilməsi ehtimal olunsa da belə, həmin zəbt olunmuş torpağın (onun hər hansı hissəsinin) iddiaçıya yeni icarə müqaviləsi üzrə istifadəsindən xaricdə qalan 9000 kv.m. hissəsi ilə üst-üstə düşməsi araşdırılmamışdır. Apellyasiya məhkəməsi isə həmin halı nəzərə almamış və cavabdehin iddiaçının icarəsinə verilmiş 1,6 ha torpaq sahəsinin tam olaraq zəbt etdiyi nəticəsinə gələrək, onun həmin sahədən çıxarılmasını qət etmişdir.
40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
42. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
43. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
44. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60.1, Mülki Məcəllənin 157.2, 157.8-ci, Torpaq Məcəllənin 83.1, 84, 111.1-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76, 77.1, 88, 101.7, 103.1, 217.4, 416.1, 418.1-ci, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 say lı Qərarına istinad etmişdir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
45. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi) Pərviz Əhmədov və Müşfiq Həsənov) 2(106)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-16/2019 saylı, 01 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, "xxxx" QSC-yə məxsus olmaqla İddiaçı icarəsinə verilmiş, İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) t orpaq sahəsinin 1,3284 ha hissəsindən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin olunmamsı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına ödənilməsi, ödənilmiş mütəxəssis xərclərinin əvəzi 110 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən işin yuxarıda qeyd edilən hallarını da sadalamaqla qeyd etmişdir ki, birinci apellyasiya baxışında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 10/3399 nömrəli rəyinə görə: -Qərardadın birinci sualı üzrə: İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -Qərardadın ikinci sualı üzrə:
47. İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC arasında 19 fevral 2020-ci il tarixdə bağlanmış İM-60 saylı icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 2-dən 132-ci km pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" QSC arasında 19 fevral 2020-ci il t arixdə bağlanmış İM-60 saylı icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131 -ci km pk 2-dən 132-ci km pk 4-dək təhkim zolağında olan ümumi sahəsi 25000 kv.metr olan torpaq sahəsinin 13482 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə olunur. -Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə 22519 saylı 30 dekabr 2019-cu il tarixli ekspert rəyində mübahisəli 25000 kv.metr olan torpaq sahəsinin Cavabdeh istifadəsində olduğu qeyd edilən 13482 kv.metr torpaq sahəsinin, Cavabdeh Yalavac bələdiyyəsi tərəfindən yuxarıda qeyd edilən qərar əsasında icarəyə verilən 2.60 ha torpaq sahəsinin hüdudları daxilində deyildir.
48. İş Ali Məhkəmə tərəfindən yeni apellyasiya baxışına qaytarılmışdır.
49. İşin hallarından müəyyən edilir ki, hazırkı mübahisə torpaq sahəsindən istifadə ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində (icarəsində) olmasını iddia edir.
50. Apellyasiya instansiyası məhkəməsi işin həlli bağlı yenidən məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və rəy alınmışdır.
51. Apellyasiya baxışında məhkəməyə həmçinin İddiaçı oğlu ilə "xxxx" QSC arasında bağlanmış yeni 18 yanvar 2023-cü il tarixli icarə müqaviləsi məhkəməyə təqdim edilmişdir. İddiaçı "xxxx" QSC arasında bağlanmış yeni 18 yanvar 2023-cü il tarixli icarə müqaviləsi üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, əvvəlki icarə müqaviləsində icarəyə verilən torpaq sahəsi 2.5 ha olsa da hazırda bu rəqəm 1.6 ha-dır. Buna görə də cavabdehin hazırda icarəsində olan 1.6 ha torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzinin 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9313 nömrəli ekspert rəyinə görə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: -Qərardadın birinci sualı üzrə Azərbaycan Dəmir Yollan” QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13- 1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132 -ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonraki hissə) torpaq sahəsinin koordinatları və statusu müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olan torpaq sahəsidir. -Qərardadın ikinci sualı üzrə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/219/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonraki hissə) torpaq sahəsinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlar dan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün də dəmir yolunun sanitariya- mühafizə zonası üçün torpaqayırma Normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən, dəmir yolu nəqliyyatı təyinatlı torpaq sahəsi kimi Azərbaycan Dəmir Yolları QSC-nin balansında olan və istifadəsinə verilmiş torpaq sahəsidir. Lakin həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. -Qərardadın üçüncü sualı üzrə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/219/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağınd a yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3284 ha (13284 kv.metr) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. -Qərardadın dördüncü sualı üzrə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh İcarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -Qərardadın beşinci sualı üzrə İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.
53. Göründüyü kimi ekspertiza nəticəsində həm iddiaçının həm də cavabdehin icarəsində olan torpaq sahələrinin koordinatları yerində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.32 84 ha (13284 kv.metr) hissəsi Cavabdeh tərəfindən istifadə olunur.
54. O da müəyyən olunmuşdur ki, İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq ap ellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qsmən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.
56. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1, 2 və 3-cü hissələrinə, 111-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonas ına aid torpaqlardan istifadə olunması Qaydaları"nın İ-ci bölməsinin 2-ci bəndinə, İİİ-cü bölməsinin 17-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1,9.3, 14.2, 76.1,76.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
57. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-15/2024 saylı qətnaməsini tamamilə ləğv edib iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
58. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmamışdır.İddiaçıməhkəmə gedişində icarə müqaviləsi bağlayıb ki, bu da qeyri-qanunidir. Hüquq və azadlıqlarının məhkəmə müdafiəsi pozulmuşdur. Həmin normaya görə Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi ona qanuni qaydada icarəyə verilmiş və yerində göstərilmişdir. Məhkəmə bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun tələblərini pozmuşdur. Maddəyə görə İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bəl ədiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.Torpaq sahəsinin mülkiyyətçisinin ona qarşı heç bir tələbi olmamış, məhkəmə bunu nəzərə almadan həmin normanın tələbini pozmuşdur.
59. Mütəxəssis və ekspert rəyi düzgün verilməmişdir, yol yatağının 5 metrindən götürülməli olduğu halda, 10 metrindən götürülüb. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 17 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki-Prosessual Məcəlləsinin 424.1 və 429-cu maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir. Əzimovla icarə müqaviləsi xx.xx.2021-ci ildə 11 a y müddətinə bağlanmış, müddət uzadılmamışdır.2 il sonra iddiaçı məhkəmənin gedişində yeni icarə müqaviləsi təqdim edərək ekspertə göndərilməsini xahiş etmiş, məhkəmə də əsassız olaraq həmin sənədi qəbul etmişdir. Hesab edir ki, məhkəmə prosessual normaların tələblərini pozmuşdur. Hazırkı iş üzrə isə kassasiya instansiyası məhkəməsi tərəfindən işin ədalətli həlli üçün göstərişlər verilsə də, son nəticədə işə baxan məhkəmə həmin göstərişləri icra etməmiş, yenə də əvvəlki səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəfl ər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı və əvvəlki iş üzrə tərəflərin və mübahisə predmetinin eyni olmasına diqqət yetirməmişdir. Hesab edir ki, mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməyib.
60. Cavabdeh şikayətini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1, 12-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 88, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
62. Maddə
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
63. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
64. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
65. Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
66. Maddə 84.
1. Torpaq mülkiyyətçilə rinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
67. Maddə 111.1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydaları
68. Bu Qaydaların məqsədləri üçün istifadə olunan terminlər: xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı t orpaqlardır;... Bənd
17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hes ab olunur.
71. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır;
80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.
82. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 84. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və d əyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 14 fevral tarixli 2 saylı Qərarı qüvvədən düşmüş hesab edilsə də apellyasiya instansiyası məhkəməsi həmin qərara istinad etmişdir.Lakin məhkəmə kollegiyası hesab edir ki, belə istinad səhv qətnamə qəbul edilməsinə səbəb olmamış, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normalarına da düzgün istinad etmişdir.
85. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması, "xxxx" QSC ilə iddiaçı arasında 18 yanva r 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-dən 132-ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.60 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin 1.3284 ha (13284 kv.metr) hissəsi Cavabdeh tərəfindən istifadə olunması, İmişli rayonu Yalavac bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh icarəsinə verilmiş 2.60 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı ilə "xxxx" QSC ilə iddiaçı arasında 18 yanvar 2023-cü il tarixdə bağlanmış 13-1-2/2-19/2023 saylı icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş İmişli-Vətəgə mənzili 131-ci km pk 3+80 m-d ən 132ci km pk 3+80 m-dək yolun kilometr artımı istiqamətinin sağ tərəfində təhkim zolağında yerləşən, ümumi sahəsi 1.6 ha (yol yatağının 10 metrindən sonrakı hissə) torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.
86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəllər kassassiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən i şin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2024-cü il tarixli 2(106)-15/2024 nömrəli qətnaməsi iddianın təmin ed ilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.