Məhkəmə qərarları › İş №2(102)-2046/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2046/2025

08.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2046/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1441 /2025 nömrəli iş üzrə 7 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayətinə 8 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh müəssisənin Hüquq departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsində aparıcı hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin xx.xx.2024-cü il tarixli 868-k nömrəli əmri ilə ştat ixtisarına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “İri şəhərlərin X1 xidməti” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcbüri işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh qurum sözügedən əmrdə işçi olaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini “İri Şəhərlərin X1 Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidinin ixtisar edilməsi ilə əsaslandırmışdır. İddiaçı 2011-ci ildən cavabdehin idarəetmə aparatında çalışır, çalışdığı ilk illərdə hüquqşünas, 2014-ci ildən son tarixə kimi isə aparıcı hüquqşünas vəzifəsində çalışmışdır. Ümumilikdə 34 il hüquqşünas stajına malikdir ki, onun da 13 ilini cavabdeh qurumda çalışmışdır. Cavabdeh qurumda işlədiyi dövrlərdə əmək funksiyasını peşəkarlıqla və yüksək səviyyədə yerinə yetirmişdir. xx.xx.2024-ci il tarixdən cavabdeh kütləvi olaraq bütün işçiləri, o cümlədən iddiaçı rəsmi olaraq “ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” etmişdir. Bu zaman cavabdeh qurumun və Agentliyin rəhbərliyi stajlı, peşəkar və təcrübəli işçilərin işdə saxlanılmasında maraqlı olduqlarını, işlə təmin olunmasında heç bir problemin olmadığının, digər işçilərə isə “ixtisasa uyğun iş yeri barədə məlumat verəcəyini” həm yazılı həmdə şifahi olaraq bildirmişdir. Lakin zaman göstərdi ki, cavabdehin rəhbərliyi tam bunun əksinə olaraq yeni ştat vahdiləri üzrə işçiləri komplektləşdirməkdə bununla bağlı əmək qanunvericiliyin tələblərini heç də tam əməl etməmiş, “özünün bildiyi” kimi hərəkət etmiş və nəticə ola raq işçi olaraq iddiaçıya yeni ştat cədvəli üzrə yaradılan Hüquq şöbəsində yer olmamış və iddiaçı kənarda qalaraq ixtisar edilən işçilərin siyahısında (sərbəstləşdirilən işçilərin) yer almışdır. Halbuki, həmin şöbədə tutduğu vəzifəyə görə, həmçinin əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşəkarlıq səviyyəsinə görə ən təcrübəli işçilərdən biri olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti nəticəsində iddiaçı əsassız olaraq ixtisar edilmişdir.

4. Yasamal Rayon Məhkəməsinin 2(004)-5540/2024 nömrəli iş üzrə 12 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə üzrə iddiaçının işləmiş olduğu şöbə üzrə ştat sayı 8-dən 4-ə endirilmişdir. İşdən kənarlaşdırılan 4 (8-4) nəfərin müəyyən edilməsi hüququ Əmək Məcəlləsinin tələblərinin (79-cu maddə) qorunması şərtilə işəgötürənə aiddir. Nəzərə alınmalıdır ki, işəgötürənlər müəssisə olmaqla iqtisadiyyat, vergi ödənişləri, işsizliyin aradan qaldırılması, xidmət sahəsində işlərin təşkili, büdcəyə vəsaitlərin mədaxil edilməsində müstəsna əhəmiyyətə malikdir. İşçilərin hüquqlarının işəgötürənin hüquqlarından şərtsiz üstün tutulması iqtisadi baximdan neqativ nəticələrə səbəb ola bilər. Mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması müəyyən edilmir.

6. İşəgötürən tərəfindən iddiaçıya müvafiq vəzifələrin təklif edilməsinə dair aktlar təqdim edilsə də, iddiaçı həmin təkliflərin ona edilmədiyini, aktların isə həqiqətə uyğun olmadığını bildirir. Məhkəmə, işçinin bu arqumentini ağlabatan hesab edir. Nəzərə alınm alıdır ki, sözügedən təkliflərin real olması barədə əsaslı sübutlar təqdim edilməmiş, işəgötürənin işçiləri tərəfindən formal xarakterli aktlar tərtib edilməklə məhkəməyə təqdim edilmişdir (aktı imzalayan işçilər işəgötürənin əmək hakimiyyəti altında olduğundan həmin aktların mötəbərliliyi şübhə doğurur). Lakin həmin təklifin edilib-edilməməsi özüözlüyündən hazırki mübahisənin taleyini həll etmir, yəni, müvafiq təklifin edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur.

7. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, iddiaçı həmçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür (iş üzrə əhəmiyyət daşımasa da, dövlət vətəndaşların məşğulluğun təmin edilməsində maraqlıdır).

8. Məhkəmə mübahisə üzrə Həmkarlar ittifaqının məktubunu qərar kimi nəzərə alır. Yəni, məktubun giriş, təsvir i, əsaslandırıcı və nəticə hissələrinin adlandırılmaması onun qərar olmaması anlamına və ya əksi isə qərar olması anlamına gəlmir. Sözügedən məktub aydın və anlaşılan olmaqla mahiyyəti üzrə qərar əhəmiyyətindədir. Həmçinin, həmin qərar olsa da, qərarın qəbul edilməsi prosedurası olaraq iclas protokolundan çıxarışın təqdim edilməməsi mahiyyəti üzrə işəgötürənin əmrinin qanunsuzluğuna dəlalət edə bilməz. Çünki, işəgötürən qəbul etdiyi əmrə münasibətdə subyektiv təqsir nöqteyi-nəzərdən məsuliyyət daşıyır. Həmkar ittifaqı komitəsi isə ayrıca subyekt olmaqla işəgötürənə tabe deyildir və sonuncunun fəaliyyətindəki nöqsanın məsuliyyəti işəgötürənin üzərinə atıla, müvafiq əmr qanunsuz hesab edilə bilməz. Bu hal üzrə məhkəmə obyektiv təqsiri deyil, subyektiv təqsiri nəzərə alır və əsas götürür. Lak in, həmkarlar ittifaqı komitələri işçilərin nümayəndəli orqanları olmaqla onları müdafiə etmək, hüquqlarını qorumaqla mükəlləfdirlər və mövcuddurlar. Əks halda, həmkarlar ittifaqı komitəsinin mövcudiyyətinə gərək olmazdı.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə “İş yerində ştatların ixtisarı qaydaları” əlavə edilmişdir. Məhkəmə baxış iclasında iddiaçı həmin qaydaların Rusiya Federasiya qanunvericiliyinə istinad edilməklə təqdim olunmasını bildirmişdir. Məhkəmə izah edir ki, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində (normanın məkana görə yurisdiksiyası baxımından) baxılaraq qərar qəbul edilməlidir. Həmçinin, qanunun tələblərinə zidd mövqe qoymaqla elmi-nəzəri yanaşmalar tətbiq edərək mübahisənin həll edilməsi qanunçuluq prinsipinin tə ləblərinə uyğun deyildir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 72-ci maddəsinin “e” bəndinə, 77-ci maddəsinin 1-ci bəndinə, 77-ci maddəsinin 2-ci bəndinə, 77-ci maddəsinin 3-cü bəndinə, 71-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-1441/2025 nömrəli iş üz rə 7 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək,Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5540/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması, “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin xx.xx.2024-cü il tarixli 868-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə - “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin Hüquq departamentinin Hüquqi mübahisələlə iş üzrə şöbəsinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, mediasiya xərci kimi 50 manatın “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsdən tutularaq İddiaçı verilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublik asının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır, bunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi tələb edir. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını alımamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq həmkarlar ittifiqı təşkilatı sədrinin xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubunda bildirilib (iş v. 29). Həmin məktub aşağıda göstərilən iki səbəbdən həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur.

15. Birinci, razılığı bir nəfər – sədr verib. Bu, qanunvericiliyə uyğun deyildir. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində q eyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün... birləşdiyi... müstəqil ictimai, qeyrisiyasi təşkilatdır”. Göründüyü kimi həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşklat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur.

16. İkinci, r azılıq qərarda deyil, məktubda ifadə olunub. Bu, qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub: “Həmkarlar ittifaqı təşkilatı... özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağldır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə əmr qanunsuzdur. İşin digər hallarının araşdırılmasına zərurət yoxdur, çünki işin nəticəsi üçün əhəmiyyəti yoxdur, həmkarlar ittifaqının razılığının olmaması iddianın təmi n edilməsi üçün kifayətdir. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, 80-ci maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, iş materiallarından da görünür ki, işəgötürən əmək qanunvericiliyin tələb olunan normalarına yəni, qabaqcadan xəbərdar etmə, həmkarlar komitəsi ilə razılaşma, son haqq hesabın verilməsi s. əməl etmişdir. Lakin məhkəmə bu cür sübutların olmasına baxmayaraq maddi hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. İş üzrə məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.1-ci maddəsinə istinad edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulmasını qeyd etmişdir. İddiaçıya ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmişdir. Həmçinin Azərbaycan Respublikası X2 Agentliyinin 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu aparıcı hüquq məsləhətçisi ştat vahidi ixtisara düşmüş, ümumilikdə Hüquq departamenti ləğv edilmişdir. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri-mümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassı z olaraq işə bərpa edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 70.Bənd “b”. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

25. Maddə 80.Hissə İ. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Cavabdeh İri Şəhərlərin X1 Xidməti publik hüquqi şəxsin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Ple numunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət ve rərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İri Şəhərlərin X1 Xidməti publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-1441/2025 nömrəli iş üzrə 7 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar