Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2047/2019 18.02.2019 ALİ MƏHKƏMƏ İş № 2(102)-2047/2019 QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında « 18» fevral 2019-cu il Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10772/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Hazırki işdən görünür ki, Bakı Apell yasiya Məhkəməsi tərəfindən qətnamə 26 sentyabr 2018-ci il tarixdə qəbul edilmişdir. İş materiallarının 87-ci vərəqindəki poçt qəbzinə əsasən müəyyən olunur ki, qətnamənin surəti Cavabdeh imza etdirilməklə 19 oktyabr 2018-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh isə işdən göründüyü kimi kassasiya şikayətini 28 dekabr 2018-ci il tarixdə, yəni qətnaməni almasından 2 ay 9 gün keçdikdən sonra təqdim etmiş və bu zaman buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir. MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş kassasiya şikayəti il ə birlikdə şikayətin qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-10772/2018 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2047/2019
Ali Məhkəmə Qərardad — İş №2(102)-2047/2019
18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver