Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2047/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X6 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11113/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Əminə Abbasova) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilə rək “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nomrəsi KL1CD2649BB046782 nömrəli avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X10 Cavabdeh qarşı “Chevrolet Captiva” markalı **-LV-*** qeydiyyat nömrəli minik avtomaşının Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində 1 0000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci il tarixdə “xxxx” ASC-dən maşın almaq məqsədi ilə kredit götürərərk “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınını girov qoymuşdur. Bir müddət ödəniş etdikdən sonra həmin maşını aralarında şifahi əqdə əsasən cavabdehə etibarnamə əsasında satmış, o şərtlə ki, kreditin yerdə qalan məbləğini cavabdeh ödəməli idi. Lakin onun ödəniş etmədiyini görüb etibarnəməni ləğv etdirmişdir. Çoxsaylı müraciətləri əsasında maşını cavabdehdən geri ala bilməmişdir. 2018-ci ilin dekabr ayında isə icra şöbəsindən icra məmuru vasitəsilə iddiaçıya məlum olmuşdur ki, 2013-cü ildə bank ona qarşı iddia qaldırmış və iddia təmin edilərək qətnamə icraya yönəlmişdir. Nəticədə həm mülkiyyətçisi olduğu maşından məhrum olmuş, həm də bank qarşısında öhdəlik onun üzərində qalmışdır. İddiaçı hesab edir ki, 2013-ci ildən bu yana maşın onun sahibliyində qalsaydı, əlavə xərc çəkərək başqa nəqliyyat vasitəsindən istifadə etməz və ailəsini dolandırmaq üçün istifadə etmiş olardı. Ona görə də hesab edir ki, əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində ona 10000 manat pulun tutularaq ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Avtomobil bir müddət onda olmuş, onda olduğu müddətdə bankın ödənişlərini etmişdir. Lakin sonradan məlum olmuşdur ki, iddiaçının banka kredit müqaviləsi üzrə gecikmələri mövcuddur. Bundan sonra avtomobili X2. Məhkəmə avtomobilin onda olmamasına əhəmiyyət verməyərək iddia tələbini qismən təmin emtəkdə düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X13 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırma: Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, xx.xx.2011-ci il tarixli “Avtomobil krediti və girov/ipoteka müqaviləsi”nə əsasən İddiaçı 21160 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsini təmin etmək məqsədilə İddiaçı mülkiyyətində olan “Chevrolet Captiva” markalı, **LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka müqaviləsi bağlanılmışdır. Avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə verərək həmin avtomobili cavabdehin istifadəsinə vermişdir. Tərəflərin arasında əldə edilmi ş şifahi razılığa görə yuxarıda qeyd edilmiş tarixdən sonra kredit üzrə qalan ödənişləri cavabdeh ödəməli idi. Lakin işin hallarından məlum olur ki, kredit üzrə ödənişləri aparılmamışdır və nəticədə yuxarıda qeyd edilən avtomobil krediti müqaviləsi üzrə 15753,43 manat məbləğində əsas borc, 486,69 manat məbləğində faiz borcu və 359,83 manat məbləğində cərimə borcu yaranmışdır. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1494/2013 saylı, xx.xx.3013-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 15753,43 manat əsas borc, 468,69 manat faiz borcu, 359,83 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 16611,95 manat “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh X7 məxsus “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı minik avtomaşın ına yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması qət olunmuşdur. Cavabdeh tərəfindən ödənişlər edilmədiyindən və borc məbləğinin iddiaçıdan tutulması barədə yuxarıda göstərilən qətnamə qəbul edildiyindən İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnaməyə xx.xx.2013-cü il tarixdə xitam verilmişdir. Hazırki tələbində iddiaçı cavabdehdən avtomobilin qaytarılmasını və əldən çıxmış fayda qismində 10000 manat pul tələb etmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi, yəni əldən çıxmış fayda qismində 10000 manat pulu n cavabdehdən tutulması hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən hissədə cavabdeh iddianın rədd edilməsi üçün əsas olaraq iddiaçıdan mübahisə predmeti olan avtomobili etibarnamə əsasənda satın aldığını, daha sonra həmin avtomobili eyni qaydada üçüncü şəxsə satdığını və mübahisəli avtomobilin hal-hazırda onun sahibliyində olmadığını göstərmişdir. İddia tələbini avtomobilin qaytarılması hissədə təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, Cavabdeh verilmiş etibarnamə ləğv edildiyindən, bununla da avtomobili cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdi r ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilənin bağlanması üçün şifahi alğı-satqı müqaviləsi deyil, müvafiq qaydada rəsmiləşdirilmiş yazılı alğı-satqı müqaviləsi bağlanmalıdır. Lakin, məhkəmə iclasında belə bir müqavilənin bağlanması müəyyən edilməmişdir. Digər tərəfdən işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli avtomobilə dair iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu i l tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini avtomobilin qaytarılması hissədə təmin edərkən işin hallarını düzgün tədqiq etməmiş, iş materiallarında olan sübutlara tam, hərtərfəli və obyektiv qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq eyni səhvləri təkrarlamışdır. Belə ki, İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin məktubundan görünür ki, “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yataqxana 4 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvə llüdlü İddiaçı adına qeydiyyatda alınmışıdır. Qeyd olunan avtomobilin etibarnamə əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci tarixədək X11, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmuşdur. Həmin etibarnaməyə xx.xx.2013-cü il tarixində xitam verilmişdir. Bundan başqa cavabdeh məhkəmə iclaslarında verdiyi izahatda bildirmişdir ki, avtomobil onda deyil. O avtomobili etibarnamə əsasında Şərur rayon sakini X1. Bu barədə iş materiallarına İddiaçı adından X8 daşınmaz əmlak istisna olmaqla bütün əmlak barədə sərəncam verilməsi ilə bağlı xx.xx.2033-cü ilə qədər verilmiş etibarnamə əlavə edilmiş, etibarnaməni etibar edən adından Cavabdeh imza etmişdir. (iş v. 54) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Göründüyü kimi, iddiaçı (mülkiyətçi) tərəfindən cavabdeh Vüsal Qasımova mübahisəli avtomobillə bağlı verilmiş etibarnamə ləğv edilmiş, həmin etibarnamə ləğv edildiyindən o etibarnamə əsasında, cavabdeh V.Qasımov tərəfindən Royal Məmmədova verilmiş etibarnaməyə də xitam verilmiş, əmlakın göstərilən şəxslərdə olmasını qanuniliyi aradan qalxmışdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşdən görünür ki, i şə baxlıarkən iddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək X4 cavabdeh kimi iş cəlb edilməsi barədə vəsatət vermiş, məhkəmə həmin vəsatəti müzakirə etməmiş, vəsatətə münasibət bildirməmişdir. Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Bundan başqa məhkəmə X11 da işə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd edilənlərə əsaəsn məhkəmə kollegiyası heasb edir ki, məhkəmələr iddia tələbini avtomobilin qaytarılması hissədə təmin edərkən avtomobilin faktiki olaraq kimin sahibliyində və ya istifadəsində olmasını müəyyən etməmiş, yuxarıda adı çəkilən şəxsləri işə cəlb edərək bu halları araşdırmamış, avomobilin həmin şəxslərdə olduğu halda idddiaçıya cavabdehin həmin şəxslərlə əvəz edilməsi və ya cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona gör ə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11113/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul e dildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2047/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2047/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver